4
tutulmuşdur. Bundan başqa, ―Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
Elmin inkişafı üzrə Milli Strategiya‖ da innovasiya fəaliyyəti infrastrukturunun
inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları
şəbəkəsinin genişləndirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur
Problemin aktuallığını şərtləndirən digər amil qıt olmayan hətta gedərək
zənginləşən, tükənməyən hətta yayıldıqca dəyəri artan bilik, qlobal rəqabətdə
ölkələrin ehtiyac duyduğu ən əhəmiyyətli faktor halına gəlmişdir. Bu səbəblə
ölkələrin iqtisadi inkişaflarında məlumatın istehsalı, genişləndirməsi, istifadəsi və
mübadiləsi kimi ünsürlər gedərək daha strateji rolları öhdəsinə götürməkdən. Qlobal
rəqabət gücünü artırmaq istəyən ölkələr, ixtisaslaşmış əmək yəni bəşəri sərmayə,
araşdırma inkişaf etdirmə, informasiya və kommunikasiya texnologiyaları və onların
təmin edilməsinə zəmin hazırlayan bir təşkilati quruluşa ehtiyac duymaqdadırlar.
Bilik iqtisadiyyatı, ən geniş tərifiylə bilik cəmiyyətinin iqtisadi quruluşunu
araşdıran bir iqtisadiyyat sahəsidir. Bu bölmənin alt təbəqələrində isə, məlumatın
çıxarılması, istifadə və yayılmasını təşviq edən bir "ictimai quruluş (məlumat
cəmiyyəti)" ilə "bəşəri sərmayə" və araşdırma-inkişaf etdirmə fəaliyyətləri ilə
texnoloji inkişafın iqtisadi təsirlərini araşdıran və yeni böyümə modellərini də ehtiva
edəcək şəkildə "texnologiya və yenilik iqtisadi "iştirak etməkdədir.
Problemin öyrənilmə səviyyəsi. Müasir dövürdə iqtisadi inkişaf üçün elmi
inkişaf və texnoloji dəyişiklik çox əhəmiyyətlidir. Son illərdə İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (OECD) analizləri göstərir ki, elm, texnologiya və innovasiya
iqtisadi performansında mühüm rol oynayır. İnnovasiyalı iqtisadiyyat makroiqtisadi
böyümənin və davamlı iqtisadi inkişafın kilid nöqtəsini təşkil edir. İnkişaf etmiş
ölkələr başda olmaq üzrə, bir çox ölkələrdə əhəmiyyəti anlaşıldıqca innovasiyalı
iqtisadiyyat, dövlət siyasətinin mərkəzi halına gəlmişdir. Bu siyasətlər istiqamətində,
innovasiya üçün lazım olan şərtlərin təmin edilməsi, dövlətlərin ən əhəmiyyətli
vəzifələrindən biri halını almışdır. Bu iş, ölkəmizdəki yenilikçilik profilini Avropa
5
Birliyi ölkələrindəki bu mövzudakı inkişafları əsas götürərək ortaya qoymağı və daha
yaxşı olma istiqamətində yol xəritəsi göstərməyi məqsəd qoymaqdadır.
Bir çox hökümətlər iqtisadi siyasətlərini elm, innovasiya və texnologiyanın
önəminə görə formalaşdırmağa çalışırlar. Fransa, Avstrya, Yaponya, Koreya,
Portuqalya və İspanya kimi ölkələr son illərdə öz elmi, texnoloji və innovativ
siyasətləri böyük həcimdə genişləndirmişlər.
Freeman (1995) texnologiyanın yaradılmasında üç anlayışın çox əhəmiyyətli
olduğunu ifadə etmişdir. Bunlar; ixtira, innovasiya və yayılma. Elm və texnologiya
siyasəti bütün bunların cəmidir. Freeman'a görə; görüş bir fikir və prosesdir,
innovasiya isə görüşün istifadəyə keçirilməsidir ki, bu bəlkə texnoloji dəyişmə bəlkə
də texnoloji inkişafdır. Yayılma isə icad sonrası innovasiyanın bazarlarda istifadəyə
başlanmasını ifadə edir.
Bunun üçün dövlət hüquqi bazanı formalaşdırır və bu məsələnin həlli üçün
tədbirlər planı hazırlayıb həyata keçirir. Müasir dövürdə müvəqqətiyətli iqtisadi
siyasətin əsas formalarından biri kimi ortaya çıxan innovasiyalı iqtisadiyyat hər bir
hökümətin prioritet məsələlərindən biri olub.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi innovasiyalı
iqtisadiyyatın formalaşmasında və inkişafında dövlətin üzərinə düşən çox mühüm
rolların özünəməxsus cəhətlərinin öyrənilməsi və inkişaf qanunauyğunluqlarını
müəyyən edən amillərin sistemli təhlil olunmasından ibarətdir. Tədqiqat işinin
gedişində qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə
yetirilməsi müəyyən edilmişdir.
Innovasiyalı iqtisadiyyatın formalaşması və inkişafında dövlətin iqtisadi
rolunun məzmunu, forması və problemin nəzəri-metodoloji aspektlərinin
araşdırılması;
İnnovasiyalı iqtisadiyyatın inkişaf tarixi;
6
Müasir şəraitdə innovasiyalı iqtisadiyyatın inkişafının bəzi səciyyəvi
xüsusiyyətlərinin öyrənilməsi;
Elmi, texniki innovasiyaların yeni iqtisadi sistemin formalaşmasındakı rolunun
müəyyənləşdirilməsi;
İqtisadi rəqabətin və inkişafın təmin olunmasında innovasiya fəaliyyətinin
xarakterik xüsusiyyətinin araşdırılması;
İqtisadiyyatın səmərəli inkişafı üçün ənənəvi inkişaf modelindən innovasiyalı
modelə keçidi təmin edən amillərin müəyyənləşdirilməsi.
Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini müasir dövrdə sürətlə
dəyişən rəqabət mühitində ayaqda qala bilmək üçün dövlətlərin iqtisadi fəaliyyətləri
zamanı məhsullarını, xidmətlərini və istehsal üsullarını davamlı olaraq dəyişdirmələri
və yeniləmələri, iqtisadi və ictimai fayda təmin edəcək yeni fikirlər, üsullar, məhsullar
və s. inkişaf etdirmək və bunların tətbiq edilməsi probleminin araşdırılması təşkil edir.
Tədqiqatın obyekti isə müasir dövrdə rəqabət mühitinin möhkəmləndirilməsi üçün
innovasiyalı iqtisadiyyatın formalaşmasının inkişaf meylləri, innovasiya ilə bağlı, o
cümlədən elmi, texniki inkişaf proseslərinin təkmilləşdirilməsi, institutların fəaliyyəti,
dövlət və sahibkarlıq səviyyəsində innovativ inkişafın fəaliyyəti seçilmişdir.
Tədqiqat işinin informasiya bazasını Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin illik məcmuələri, qanun və digər normativ aktlar, Dünya
Bankının və Beynəlxalq Valyuta Fondunun müvafiq araşdırmaları əhatə edən
topluları, həmçinin ixtisaslaşmış aparıcı elmi-tədqiqat mərkəzlərinin müvafiq
materialları təşkil edir.
Tədqiqatın elmi yeniliyi. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
İnnovasiyalı iqtisadiyat sahəsində müxtəlif dövrlərdə formalaşan nəzəri
müddəalar ümumiləşdirilmişdir;
İqtisadi artımın innovasiyalı iqtisadiyyat tərəfindən təmin edilməsinin təhlili
olmuşdur;
Dostları ilə paylaş: |