Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 

17 



qarşısında  tutulacaq  faktorların  başında  müştərilərin  tələbləri  və  istəkləri  gəlir. 

İnnovasiya üçün ayrılmış geniş qaynaqları olan böyük şirkətlər belə bütün fürsətləri 

qiymətləndirir. Əsl müvəffəqiyyət, ən böyük rəqabət üstünlüyünü təqdim edən fürsəti 

seçib inovasyona çevirə bilməkdir. 

İqtisadiyyata  rəqabət  gücü  qazandırmada  ən  yüksək  potensiala  sahib 

innovasiyadır fikrini həyata keçirməyə başlamadan əvvəl ehtiyac duyulan qaynaqların 

ayrılması  lazımdır.  Bu  məqsədlə,  əvvəlcə  məhsul,  xidmət  və  ya  prosesin  inkişaf 

etdirilə  bilməsi  üçün  lazımlı  məlumatlar  bir  araya  gətirilməlidir.  Yazılı  olan 

məlumatın yanında yazılı olmayan məlumata çatmaq də böyük əhəmiyyət daşıyır.  

İnnovasiya  üçün  kəşflərdən  faydalanıla  bilər.  Ancaq  əsl  əhəmiyyətlisi  iqtisadi 

qazanc olan, hələ edilməmiş bir şey etmək ya da edilməkdə olanı fərqliləşdirməkdir. 

İnnovasiya, kəşf edilməmiş olanı icad etməyi deyil, dəyər yaratma yollarını kəşf 

etməyi hədəfləyir. Fikirlər və anlayışlar əhəmiyyətlidir 

İnnovasiya, ticarət müvəffəqiyyəti tələb edir. Bir ixtira etmək, o görüşün ticarət 

müvəffəqiyyətini qarantiya altına almaz. Kəşfdən ticarət dəyəri olan bir məhsul ortaya 

çıxmadığı  müddətcə  də  dəyər  yaradılmamış  olar.  Misal  olaraq  elektrikli  süpürgəni 

Spengler  icad  etdi,  ancaq  ticariləşdirə  bilmədiyindən,  bu  görüş  uzun  müddət  işə 

yaramadı. Hoover bir məhsul halına gətirdi və dünya səviyyəsində bu adla tanınır. 

Elm  və  texnologiya  inovasyonun  əhəmiyyətli  bir  mədaxilini  təşkil  edir. 

Araşdırma və inkişaf inovasyonu dəstəkləyən fəaliyyətlərdən biridir. Ancaq araşdırma 

və  inkişaf  edənlərin  sahibkarlıq  xüsusiyyəti  yoxsa  dəyər  yaratmaları  gözlənilə, 

araşdırma  və  inkişaf  nəticələri  inovasyona,  bu  səbəbdən  iqtisadi  və  ictimai  faydaya 

çevrilə bilməz. 

 Araşdırma  və  inkişafa  edilən  investisiyanın  böyüklüyü,  nə  firmalar,  nə  də 

ölkələr üçün rəqabət gücünün və böyümənin artacağı mənasını verməz. 

Misal  olaraq  General  Motorsun  ildə  5  milyard  $-ı  aşan  yüksək  araşdırma  və 

inkişaf xərcləmələrinə qarşı bazar payı azalır və firma əhəmiyyətli maliyyə çətinliklər 



 

 

18 



yaşayır. İsveç, araşdırma və inkişafa ən çox qaynaq ayıran ölkə olmasına qarşı uzun 

dövrlü iqtisadi böyümə sürəti gözlənildiyi kimi yüksək deyildi. OECD ortalamasının 

altında idi. 

Bəzi  iqtisatçı  alimlərinin  innovasiya  haqqındakı  fikirləri  bizim  üçün  çox 

maraqlıdır. 

Roberts  (1987)  "innovasiya  =  icad  +  istifadə.  İxtira,  yeni  fikirlər  yaratmaq  və 

bunları  işlər  hala  gətirmək  üçün  ortaya  qoyulan  bütün  səyləri  ifadə  edər.  İstifadə 

müddəti, ticarət inkişafı, tətbiq və transferi əhatə edir, müəyyən hədəflərə istiqamətli 

fikirlərə və görüşlərə fokuslanmağı, bu hədəfləri qiymətləndirməyi, araşdırma, inkişaf 

nəticələrinin  transferini  və  texnologiyaya  əsaslanan  nəticələrin  geniş  bir  sahədə 

istifadəsini, yayılmasını və genişləndirilməsini də içinə alır" 

 Porter (1990) "şirkətlər, innovasiya ilə rəqabət üstünlüyü tutar. Inovasyona, həm 

yeni  texnologiyaları  həm  də  yeni  iş  ediş  şəkillərini  əhatə  edəcək  şəkildə  geniş  bir 

baxımdan yaxınlaşarlar " 

 Oslo  Manuel  (OECD  və  Eurostat,  2005)  "innovasiya,  yeni  və  ya  əhəmiyyətli 

dərəcədə dəyişdirilmiş məhsul (mal ya da xidmət) və ya prosesin, yeni bir marketinq 

üsulunun  ya  da  şirkət  içi  tətbiqlərdə,  iş  təşkilatında  və  ya  xarici  əlaqələrdə  yeni  bir 

təşkilati üsulun tətbiq" 

Bir firma üçün innovasiya nə mənaya gəlir? Firmaların təşkilati strategiyalarının 

ən  əhəmiyyətli  hissəsini  təşkil  edir  və  davamlılığı  olan  bir  fəaliyyətdir. 

Təkmilləşdirilmiş  və  yaxşılaşdırılmış  paylama  performansıyla  və  portfelindəki  yeni 

məhsul və xidmətlərin sayının yüksəlməsiylə satışların və bazar payının artması yeni 

məhsulların  bazara  çıxması  və    xidmətlərin  təqdim  edilmə  vaxtındakı  qısalma  və 

məhsuldarlığın  artması  qazancın  yüksəlməsi  qaynaqların  və  zamanın  daha  yaxşı 

istifadə xərclərin azalması mənasına gəlir. 



 

 

19 



 

İnnovasiyon dövrü. 

 

II Dünya Müharibəsi sonrası iqtisadçıları yenilik üstünə etdikləri işlər artmışdır. 



Bu dövrdə yenilik üzərindəki ən əhəmiyyətli təsirin senayə araşdırma və inkişaf işləri 

olduğu  müdafiə  edilmişdir.  Müharibə dövrünün hərbi  araşdırmaları  və  araşdırma  və 

inkişaf  işləri  əhəmiyyətli  texnoloji  inkişaf  və  yeniliklərə  səbəb  olmuşdur;  radar, 

aviasiya,  raketlər,  yeni  silahlar  v.s.  Ancaq  müharibə  sonrası  hərbi  xərclər  olmadan 

əhəmiyyətli texnoloji və iqtisadi inkişaf göstərən Almaniya və Yaponiya nümunələri 

hərbi xərclər və araşdırma və inkişaf xərcləri ilə iqtisadi böyümə əlaqəsinin bu qədər 

birbaşa olmayıb daha kompleks bir quruluşda olduğunu göstərmişdir. (Sovetlər Birliyi 

nümunəsi) 

İnnovasiya  məhsulunun  yaradılması  ilə  məşğul  olan  müəssisələr  innovasiya 

prosesinin aşağıdakı mərhələlərini həyata keçirir. 

 

innovasiyalı inkişaf yoluna keçid haqqında qərarın qəbulu; 



 

innovasiya ideyasının hazırlanması; 



 

innovasiyalı inkişaf konsepsiyasının hazırlanması; 



 

innovasiyalı inkişafın əsas prinsiplərinin müəyyənləşdirilməsi; 



Fürsətlərin 

tutulması 

Strateji seçkinin 

edilməsi 

Lazımlı məlumatın 

əldə edilməsi 

Həllin inkişaf 

etdirilməsi 

Ticariləşdirmək 

Öyrənmək 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə