Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 

14 



dəyişdirmələri  və  yeniləmələri  lazımdır.  Bu  dəyişdirmə  və  yeniləmə  əməliyyatı  isə 

innovasiya olaraq adlandırılır. 

İnnovasiya,  yeni  və ya  təkmilləşdirilmiş  məhsul, xidmət  və  ya  istehsal üsulunu 

inkişaf  etdirmək  və  bunu  kommersiya  gəlir  əldə  edəcək  hala  gətirmək  üçün  həyata 

keçirilən bütün prosesləri əhatə edir. Yeni və ya yaxşılaşdırılmış məhsul, xidmət və ya 

istehsal üsulu inkişaf, yeni düşüncələrdən formalaşır. İnnovasiya davamlılığı olan bir 

fəaliyyətdir. Bu səbəblə, ortaya atılan, inkişaf etdirilərək işləyə bilinəcək hala gətirilən 

və nəticədə firmaya rəqabət gücü qazandıracaq şəkildə satışa çıxarılan bu fikirlərin və 

nəticələrinin 

təkrar 


təkrar 

qiymətləndirilməsi 

və 

yeni 


mənfəətlər 

üçün 


ümumiləşdirilərək istifadə edilməsi lazımdır. Bu sayədə doğulacaq yeni fikirlərsə yeni 

innovasiya  fəaliyyətlərini  doğurur.Araşdırma-inkişaf  etdirmə,  innovasiya  üçün  lazım 

olan ən əhəmiyyətli fəaliyyətlərdən biridir.  

Firmalar,  varlıqlarını  davam  etdirmək  və  rəqabət  güclərini  artırmaq  üçün 

innovasiya etməlidir. Bu məqsədlə; 

 



Xərclərin rəhbərliyi, 

 



Məhsul və xidmət keyfiyyətinin artırılması, 

 



Yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi ilə müxtəlifliyə gedilməsi. 

Bu zərurətlər, isə innovasiyadır fikirlərini ortaya çıxaran ünsürlərdir. Beləcə yeni 

bazarlara girmək və var olan bazar payını artırmaq mümkün ola bilər. 

İnnovasiya,  iqtisadi  böyümənin,  artan  məşğulluğun  və  həyat  keyfiyyətinin 

açarıdır.  Bütün  sektorlarda  fəaliyyət  göstərən  hər  cür  firmanın  bütün  iş  sahələrində 

inovasyona  ehtiyacı  vardır.  Məsələn,  tekstil  sektorunda  fəaliyyət  göstərən  bir  firma, 

yuyulduğunda  qırışmayan  bir  parça  inkişaf  etdirə  bilər,  bir  restoran  komputer 

nəzarətli  sifariş  sisteminə  keçə  bilər,  bir  səyahət  agenti  online  sifariş  və  məlumat 

xidməti  ilə  müştərilərinə  xidmət  verməyə  başlaya  bilər,  bir  məhsulun  təslim 

müddətini  qısaltmaq  və  ya  bir  xidmətin  təqdim  etmə  keyfiyyətini  artırmaq  üçün 

keyfiyyət standartları tətbiqinə başlana bilər və s. 



 

 

15 



Yuxarıdakı nümunələrdə bəhs etdiyimiz kimi, xəstə təhlil nəticələrini internetdən 

verən xəstəxana, qırışmayan parçanı, məhsuldar pomidor toxumlarını və omega üçlü 

yumurtaları  çıxarıb  satan  firmalar  digər  xəstəxanalara  və  firmalara  görə  rəqabət 

üstünlüyü  qazanarlar.  Yəni  bu  cür  xidmət  və  məhsulların  alıcıları  və  istifadəçiləri, 

rəqib mövqedəki digər xəstəxanaların və firmaların yerinə bu xəstəxananı və firmaları 

seçərlər. Bu səbəbdən bu xəstəxana və firmalar daha çox müştəri cəlb edər, daha çox 

məhsul  satar  və  daha  böyük  gəlir  əldə  edirlər.  Beləcə  daha  sürətli  böyüyərlər,  daha 

çox  insana  iş  imkanı  təmin  edərlər.  Məhsullarını  daxili  bazarda  satmaqla 

kifayətlənməyib ixrac da edərlər. Bu da işlərini daha da böyütməyə və öz ölkələrinin 

inkişafına və inkişafına böyük yardım təmin etmələri deməkdir. 

Bu  səbəbdən  də  innovasiyalı  iqtisadi  seçim  edən  firmaların,  xəstəxanaların, 

restoranların,  marketlərin,  otellərin,  bankların,  və  s.  (yəni  müəssisələrin)  olduğu 

ölkələrdə  işsizlik  azalır,  sahibkarların  qazancları  artar;  hər  kəs  daha  yaxşı  şərtlərdə 

yaşamağa  başlayar.  Bir  ölkədə  nə  qədər  çox  innovasiyalı  müəssisə  varsa,  o  ölkənin 

insanlarının həyat keyfiyyəti və rifahı o qədər artar, insanlar çox daha yaxşı şərtlərdə 

yaşayar,  çox  daha  yaxşı  xidmətlərdən  yararlanır  və  çox  daha  yüksək  gəlirlər  əldə 

edirlər.  Eyni  zamanda  ölkənin  də  rəqabət  gücü  artır.  Bunun  mənası  isə,  o  ölkənin 

digər  ölkələrə  görə  daha  güclü  bir  mövqeyə  yüksəlməsidir.  Hamımızın  arzusu  və 

istəyi, hər kəsin daha yaxşı şərtlərdə yaşaması, ölkəmizin və cəmiyyətimizin inkişafı 

olduğuna görə, bizə bu qapıları açacaq açar innovasiyadır. 

Tətbiq xarakterinə görə innovasiyalar: 

 



yeni əmtəə, xidmətlərin istehsalı və istifadəsinə yönələn; 

 



yeni texnologiyalara və istehsalın təşkilində yeniliklərin tətbiqinə yönələn; 

 



müəssisələrin yeni bazarlara çıxması və bazarda yeni üsulların tətbiqi; 

 



yeni  sosial  strukturların  yaranması  və  fəaliyyəti  ilə  bağlı  innovasiyalara 

bölünür. 




 

 

16 



Müəssisələrin  rəqabət  üstünlüklərini  qoruya  bilmələri  üçün  davamlı  olaraq 

müasir  inkişaf  etmiş  elmi  texniki  nailiyyətlərdən  və  təcrübələrdən  istifadə  etmələri 

lazımdır. Bunun üçün də çıxardıqları məhsulları və təqdim etdikləri xidmətləri daha 

yaxşı, daha faydalı, daha keyfiyyətli və daha cazibədar hala gətirmənin, etdikləri işləri 

daha  yaxşı,  daha  təsirli və  daha  məhsuldar  etmənin  yollarını  axtarırlar.  Müştərilərin 

dəyişən  ehtiyacları,  yeni  müştəri  istəkləri,  texnologiyadakı  inkişaflar  kimi  bir  çox 

fürsət onların innovasiya fikirləri inkişaf etdirmələrini təmin edər. 

Məsələn,  müştərilərin  təbii  qidalarla  sağlam  bəslənməyə  istiqamətli  artan 

maraqlarını  fərqinə  varan  bir  firma  "üzvi  Süd"  çıxarmağa  başlaya  bilər.  Üzvi  süd, 

tamamilə təbii və sağlam bir mühitdə yetişən inəklərdən alınır və yenə təbii və sağlam 

bir  müddətdən  keçirilərək  nakledilip  işlənir.  Sağlam  və  təbii  qidalanmaq  istəyən 

müştərilər  digər  süd  yerinə  orqanik  süd  çıxaran  müəssisənin  südlərini  seçərlər.  Bu 

səbəbdən bu müəssisə, müştərilərin dəyişən ehtiyaclarına (sağlam bəslənmə) və yeni 

müştəri istəklərinə (təbii məhsullar istifadə) cavab vermiş, bu fürsətləri istifadə edərək 

innovasiya etmiş olur. 

Hal-hazırda  sürətlə  inkişaf  edən  və  gələcəkdə  həyatımızda  böyük  fərqlər 

yaradacaq olan əhəmiyyətli bir texnologiya olan nanotexnologiya, bir çox sahədə çox 

əhəmiyyətli inovasyonlar üçün fürsət yaradır. Nanotexnologiya tekstil, kraska, daş, su 

təmizləmə,  elektronik,  sağlamlıq,  avtomobil,  kompüter  texnologiyası  və  sənayenin 

bütün qollarında inqilab yaradacaq xüsusiyyətdə bir texnologiyadır. Nanotexnologiya 

sayəsində,  Amerika  və  Uzaq  şərq  ölkələrində  çətin  çirklənən  parçalar,  qırılmayan 

dayanıqlı şüşələr, asan çizilməyən avtomobillər, soyuducuda pozulmayan məhsullar, 

bakteriya törəməsini maneə törədən məhsullar, isti və soyuğu keçirməyən izolyasiya 

materialları,  havayı  fotosintez  edən  nano  hissəcikləri  inkişaf  etdirilmiş  və  həyata 

keçirilmişdir.  

İnnovasiya fəaliyyətinə başlamaq üçün qaynaq ayırmadan əvvəl tutulan imkanlar 

arasından strateji baxımdan ən əhəmiyyətli olanın seçilməsi lazımdır. Bu seçkidə göz 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə