26
Amerika tədqiqatçısı F.Yansen innovasiyanı ―şirkətin daim artımını və
çiçəklənməsini təmin edən magistral yol kimi‖ səciyyələndirir. O, innovasiya
trayektoriyası aşağıdakı kimi ifadə olunan TAMO modelini işləyib hazırlamışdır:
İnnovasiya traektoriyası
Bəzi iqtisadçıların fikrincə, TAMO modelinə vacib bir elementi-insan kapitalının
inkişafına yönəldilmiş innovasiyanı(NR) əlavə etməklə genişləndirmək olar.
Sürətlə dəyişən dünyada üstünlük təhsil sistemini inkisaf etdirə bilən, əsas
daşıyıcısı gənclər olan innovativ potensialından səmərəli istifadə etməyi bacaran
dövlətlərdə olacaqdır.
Ölkəmizdə elm və təhsilə ayrılan vəsaitlərin strukturuna diqqət yetirək:
2000 2005 2008 2009 2010 2011 2012 2013
Dövlət büdcəsindən
elmə çəkiln xərclər,
milyon manat
9.3
28.8
62.1
83.3
92.8 106.1 116.7 117.0
Ümumi daxili məhsula
nisbətən, faizlə
0.2
0.2
0.2
0.2
0.2
0.2
0.2
0.2
Dövlət büdcəsinin
xərclərinə nisbətən,
faizlə
1.2
1.3
0.6
0.8
0.8
0.7
0.7
0.6
Mənbə:
www.stat.gov.az
Yeni
texnologiyalar
(T)
Əmtəə və
xidmətlərin
yeni növləri
(A)
Yeni
bazarların
formalaşması
(M)
Yeni təşkilat
formalarının
tətbiqi
(O)
27
İnnovativ təhsil sisteminin yaradılması, təhsil sistemi, elm və yüksək
texnologiyalı istehsalat arasında səmərəli qarsılıqlı əlaqənin tənzimlənməsi rəqabət
qabiliyyətli iqtisadiyyata nail olmağın zəruri və mühüm əsasıdır.
İnkişafda olan ölkələr qarşısında, qabaqcıl ölkələrin artıqnail olduqları
məqsədlər qoyulur:
bazar iqtisadiyyatında islahatlar keçirtməyə, onu inkişaf etməyə qadir olan güclü
hakimiyyətin reallaşdırılması;
siyasi və sosial stabillik;
ÜDM-in yüksək artım templərinin qorunub saxlanması (6-7%-dən yuxarı);
insan kapitalının səviyyəsinin artımı (ilk növbədə-əməyin keyfiyyət və
intensivliyinin);
cəlbedici investisiya iqliminin yaradılması;
ÜDM-ə nisbətən, yüksək investisiyalar (ÜDM-in 40%-ə qədəri);
yeni texnologiyalara çıxışın əldə edilməsi;
iqtisadi sərbəstliyin artımı;
əhalinin həyat səviyyəsi və keyfiyyətinin stabil artımı.
Artıq dünyanın inkişaf etmiş ölkələrində belə fikir formalaşıb ki, ―biliklər
iqtisadiyyatının əsası innovasiyadır‖. Bu fikri əsaslandırmaq üçün Finlandiya
örnəyinə müraciət edə bilərik. Belə ki, ötən əsrin sonuncu onilliyindən başlayaraq bu
ölkədə elmin, innovasiyaların və təhsilin maliyyələşdirilməsinə böyük vəsaitlər
ayrılmışdır. 2014-cü ildə bu ölkədə elmə, innovasiyalara, təhsilə və araşdırma və
inkişafa 1995.1 miliyon avro təşkil edərək, təhsilə ayrılan vəsaitlər isə 50.7 faizini
təşkil edir, yaxud 991.2 miliyon avro olmuşdur. Araşdırma və inkişafa ayrıla böyük
məbləğdəki vəsaitin nəticəsi olaraq 2003-2011-ci illərdə Finlandiya 116 478 elmi
əsərlər nəşr etdirmişdir ki, bunlarında 15.45%-i yüksək elmi əsərlərdir. 2009-cu ildən
2012-ci ilə, Avropa Patent Offisinə patent ərizələrin sayı 1 456 1 307 artmışdır
(http://www.minedu.fi). Nəticədə, Finlandiya bir neçə ildir ki rəqabətqabiliyyətlilik
28
indeksi üzrə dünyanın ən qabaqcıl ölkələri sırasında möhkəmlənmişdir. Finlərin
uğurunun əsasında üç düstur durur: təhsilin yüksək səviyyəsi, elmə vəsaitin müsabiqə
prinsipi ilə ayrılması və inkişaf etmiş innovasiya infrastrukturu.
Rabitə texnologiyasında inkişaf və sürətli qloballaşma ilə yanaşı, məlumata
əsaslanan mallar milli və ya coğrafi bir məhdudlaşdırmağa tabe tutulmadan, ölkələr
arasında ticarətə məsələ olur. Bundan başqa, yeni iqtisadiyyatda bazarlar yerli və ya
milli olmaqdan çıxaraq sürətlə qlobal hala gəlməkdə və ödəmə vasitələrində də
əhəmiyyətli dəyişikliklər ortaya çıxır. Qeyd edilən dəyişikliklərlə formalaşan yeni
iqtisadiyyatın əsas xüsusiyyətlərini aşağıdakı kimi kateqoriyalaşdırmaq mümkündür:
a - Yeni İqtisadiyyatda Məhsullar Əhəmiyyətsiz Hala Gəlir
Yeni iqtisadiyyatın əsas xüsusiyyəti, məhsulların artan bir şəkildə biliyə
əsaslanan və xidmət əsaslı hala gəlməsidir. Məsələn, yeni mühəndislik, memarlıq və
material istifadə texnikaları sayəsində, eyni sahəni əhatə edən ancaq 50 və ya 100 il
əvvələ nisbətən daha az fiziki material istifadə edilməsi ilə keçirilən memarlıq binaları
var. Yenə mobil telefonların istifadə edilməyə başlanandan bu yana məhsulların daha
az önəmli hala gəlməsi kimi nümunələr verilə bilər. Bunun nəticəsi olaraq, fiziki
ağırlığı olan malların ÜDM içərisindəki payının getdikcə azaldığı görülür
Yeni iqtisadiyyatda məhsulların əhəmiyyətini itirməsinin səbəbi, bir sözlə, yeni
iqtisadiyyatın rəqəmsal ağırlıqlı bir iqtisadiyyat olmasında yatır. Milyonlarla
məlumat, çox sürətli bir şəkildə hər an və hər yerdə qarşı tərəfə ötürülür. Həmçinin
məlumatı böyük bir yerə ehdiyac duymadan, illərlə saxlaya bilmək imkanı vardır.
b - Yeni İqtisadiyyatda Səmərəlilik Artır
Yeni iqtisadiyyatın digər mühüm xüsusiyyəti, məhsuldarlıqda əhəmiyyətli
artımlar təmin olunmasıdır. Məhsuldarlıq artımı sayəsində real maaşların yüksəlməsi,
məşğulluğun və inkişafın artması və inflyasiyanın düşməsi təmin olunur. Bu
səbəbdəndir ki, iqtisadiyyatdakı bir çox anlayış və məlum olan bəzi münasibətlərin
yenidən sorğu-sual olunması gündəmə gəlir. Bu çərçivədə, yeni iqtisadiyyat ilə