23
xidmətlərin ticarəti xeyli dərəcədə artdığı üçün günümüzdə informasiya bir məhsul
olaraq çox daha əhəmiyyətli hala gəlmişdir. İnformasiya texnologiyaları bir
iqtisadiyyatın
informasiya
əsaslı olmasına imkan yaradır. İnformasiya
iqtisadiyyatında biliyin yaradılması həm informasiya işçilərinə, həm də informasiya
istehlakçılarına yəni insanlara aiddir. İnformasiya iqtisadiyyatında təşkilatların ən
mühüm mənbələri klassik istehsal amilləri deyil, bilik və bəşəri sərmayədir.
İnformasiyanın istehsalı və mal kimi istifadə edilməsi, innovasiya və ixtiralar yeni
iqtisadiyyatda sərvət və rifahın yaranmasında əsas həll edici rol oynayır. Məlumat,
istehsalın səmərəliliyini, istehsal və paylama prosesinin səmərəliliyini və məhsulların
keyfiyyət və miqdarını və istehsalçı və istehlakçılar üçün mal və xidmətlər arasında
seçimdə olma imkanını artırmada ən əsas vasitədir. Firma və sənayelərin uğurlu
olması yenilik və icadda olmalarına, yeni məhsullar inkişaf etdirmələrinə, yeni
xidmətlər təqdim etmələrinə və məhsul və mallarında məlumat sıxlığını artırmalarına
bağlıdır. Yeni iqtisadiyyat rəqəmli iqtisadiyyatdır. Yeni iqtisadiyyatda hər növ
məlumat, səs, yazı, görüntü, hərəkətli obyekt və s. kompüter şəbəkələri tərəfindən
çatdırır. Böyük miqdarlarda məlumat son dərəcə sürətli, ucuz və etibarlı bir şəkildə
alıcılarına ötürülür.
Dünya iqtisadiyyatında mühüm yerə malik olan ölkələrdə informasiya
iqtisadiyyatı getdikcə əhəmiyyətini artırır. Bilik, həyat standartını müəyyən edən ən
mühüm amildir və hazırda texnoloji baxımdan ən yüksək səviyyədə olan
iqtisadiyyatlar biliyə əsaslanan iqtisadiyyatdır. Beynəlxalq rəqabət qabiliyyəti, yekun
mənada vətəndaşlarına ən yüksək həyat standartını davamlı bir çərçivədə təmin edə
bilmə davranışı kimi bilindiyindən güclü biliyə əsaslanan iqtisadiyyata malik olan
ölkələr rəqabətə davamlı bir üstünlüyə də malik olurlar. Məlumatın, yaradıcılığın və
bacarıqların getdikcə daha çox əhəmiyyət qazanması firmaların rəqabət tərzlərini və
ölkələr arası müqayisəli üstünlüyün mənbələrini dəyişdirir. Məlumata əsaslanan
iqtisadiyyatların əhəmiyyətinin artması bir tərəfdən böyümə üzərində təsirli olan
24
amillər, istehsalın təşkili, məşğulluq və yüksək səviyyəli kadr ehtiyacını üzərində
mühüm təsirlərə yol açır, digər tərəfdən, rəqabət və sənaye ilə bağlı siyasətlərdə yeni
tətbiq etmələri zəruri edir.
Elmin əhəmiyyəti və dəyəri gedərək artmaqda, yenilikçilik və fərqlilik yaratma
ən əhəmiyyətli rəqabət ünsürlərindən biri halına gəlməkdədir. Önümüzdəki dövrdə,
elm və texnologiya sahəsindəki inkişaflar ilə elmə söykənən istehsal, böyümənin
təməl təyin edici gücü olmağa davam edəcək. Bu səbəblə bəzi texnoloji investisiyalar
və araşdırma-inkişaf etdirmə fəaliyyəti yalnız sərbəst bazar mexanizmi deyil,
cəmiyyətin istiqamətləndirici, tənzimləyici və dəstəkləyici yaklaşımlarıyla da inkişaf
etdirilməkdədir. Bununla birlikdə, bir çox araşdırma-inkişaf çalışması isə beynəlxalq
xüsusiyyət daşımaqda və əksəriyyətlə böyük qlobal şirkətlər tərəfindən həyata
keçirilir.
İnkişaf etmiş iqtisadiyyatlar araşdırma-inkişaf və innovasiya mərkəzi olaraq
yüksək əlavə dəyərli bir çox sektorda liderliyini qoruyarkən, əmək xərclərinə həssas
sektorlarda nisbi olaraq rəqabət üstünlüyünü itirməkdədir. Xüsusilə Çin, Hindistan və
Braziliya başda olmaq üzrə inkişaf etməkdə olan ölkələr də elmə söykənən istehsal
mövzusunda atılam içərisindədir.
Yeni fikir və layihələr, sahibkarlıq olmadan inovasyona, bu səbəbdən rəqabət
üstünlüyünə çevrilə bilməz. İnnovasiya girişimciliklə bir yerə gələrsə iqtisadi dəyər
yaradır. Artıq dünyada məşğulluğu və əlavə dəyəri, böyük firmalardan çox
inovasyonu əsas məqsəd kimi seçmiş sahibkarların qurduğu gənc və dinamik kiçik və
orta sahibkarlar yaradır. Dünyada sürətli və yavaş böyüyən iqtisadiyyatlar arasındakı
fərqin iyirmi beş faizi sahibkarlıqdan qaynaqlanır. İnovasyonu siyasətinin mərkəzinə
oturtmuş ölkələrdə inovasyona söykənən sahibkarlıq mövzusuna böyük əhəmiyyət
verilər. İptidai məktəbindən etibarən yaradıcılığa, dəyişməyə, yeniliyə açıq; risk
almağa uyğun nəsil yetişdirmək, mühəndis və elm sahələrində sahibkarlıq dərsləri
tədrisin ayrılmaz bir parçası olmalıdır. Misal olaraq ABŞ-Stanford Universitetində hər
25
il 3000 şagird sahibkarlıq təhsili alır, bu da özəl sektora texnologiya transferini
sürətləndirir.
Akademik personal və araşdırma müəssisələrinin işçilərinin araşdırma
nəticələrini ticariləşdirmək üçün öz firmalarını qurmalarına təşviq etmək lazımdır. Ən
təsirli üsul, universitetlərdə qurulmuş işi inkişaf etdirmə mərkəzləri-inkubator və
maliyyə təşkilatları tərəfindən təminatının dəsdəklənməsidir. Sahibkarların maliyyə
və infrastruktur ehtiyaclarının qarşılanması, şirkət quraşdırılması, rəhbərliyi və fikri
hüquqların qorunması və s. məsləhət və dəstək xidməti təmin olunmalıdır. Yeni
sərmayə, təcrübələrindən faydalanacaqları müvəffəqiyyətli sahibkarlarla əlaqələri
təmin edəcək bir "yol göstəricilər şəbəkəsi" qurmaq bu sahənin inkişafı üçün ən
məhsuldar yollardan biridir. Buna misal olaraq Türkiyə Respublikasında
formalaşdırılmış TÜBİTAK və TTGV araşdırma və inkişaf mərkəzləri innovasiyalı
iqtisadiyyata böyük dəstək verir.
Bu sahədə Hindistan misalınada diqqəti çəkmək faydalı olardı.
1940-cı illərdə qurulan güclü ictimai araşdırma təşkilatları, dinamik, rəqabətçi
özəl sektor, aralarındakı əməkdaşlıq, dünya standartlarında təhsil almış texniki və
inzibati insan qaynağı, xüsusiyyətli ixtisaslaşmış işçi qüvvəsinin mövcudluğ çox
əhəmiyyət kəsb edir. Elm, texnologiya və innovasiya inkişafı ilə Hindistan dünyada
dərman istehsalıda 20% paya sahibdir. Araşdırma və inkişaf mərkəzləri
müvəffəqiyyət nümunəsidir. Hər il 180 patent, ABŞ-da alınan patentin 40%-ı
Hindistana aiddir, gəlirin 40%-ı tədqiqatçılara verilir (www.uspto.gov). Çoxmillətli
şirkətlərdə çalışan Hindlilərin qurduğu şirkətlər son beş ildir artır, 100-dən çox
çoxmillətli firmanın araşdırma və inkişaf mərkəzi Hindistanda fəaliyyət göstərir.
General Elektrik, Cisco, Texas İnstruments, Intel, IBM kimi böyük şirkətlər
patentlərini Hindistandakı araşdırma və inkişaf mərkəzlərinin işlərindən alınır.
Dostları ilə paylaş: |