11
fəaliyyətində bir fikrin qayda, hərəkət və nəticə baxımından faydaya çevrilməsi və
bəlkə də məna baxımından çox əhəmiyyətli olmaqla bu faydanın satışa çıxarılan,
konkret bir çıxdı ilə birlikdə olması. Bu səbəbdən, isə innovasiyadır sadə mənalı bir
yenilənmə deyil, yenilənmənin nəzəri mərhələsindən başlayaraq yenilik məhsulunu də
içinə alan və satıla bilən xüsusiyyətini qəbul edən bir müddətdir.
Bu qədər geniş bir qayda, hərəkət və çıxdı müddətlərini əhatə edən fəaliyyətin
hər ölkənin, hər bir elmi araşdırma sahəsinin, hər sənaye modulunun öz
xüsusiyyətlərinə görə meydana gətirməsi təbii bir gözləmə. Yəni innovasiyadır
vəziyyətə görə, yerli və milli xüsusiyyətləri olan bir hadisə. Ölkələr milli
öncelliklerine görə öz innovasiya strategiyaları çəkmək məcburiyyətində. Bu isə çox
asan deyil. İqtidar, beyin gücü, universitet, planlaşdırma, imkanlar, sənaye,
texnologiya, sənaye və bazar kimi bütün işçilər inovasyonun içində iştirak edən
parçalar. Demək olar ki, bir ölkənin elm və texnologiyasının bütün işçilərini içinə
alması lazım olan isə innovasiyadır fəaliyyətinin gedə əvvəlcə cəmiyyətin hər
seqmentinin və iqtidar hakimiyyətinin hadisəni mənimsəməsi və dəstəkləməsi ilə gedə
bilir.
İnnovasiyaya sosial kateqoriya kimi ondan ibarətdir ki, praktiki olaraq bütün
ixtiralar enerji xərclərinin, canlı əməyin azaldılmasına istiqamətləndirilmişdir, yeni
məhsuldar qüvvələrin istehsala cəlb olunmasına imkan yaradır, əməyin və istehsalın
səmərəliliyini yüksəldir, istehsal olunan məhsulların keyfiyyətini yüksəldir ki, bu da
istehsal və istehlak səviyyəsinin artımına gətirib çıxarır, həyatın keyfiyyətinin
yaxşılaşdırılmasına kömək edir, məhsulun keyfiyyətini yüksəldərək, xərcləri aşağı
salaraq və istehsalı təkmilləşdirərək tələb və təklif, istehsal və istehlak arasında
nisbətlərin qorunub saxlanmasına kömək edir, nnovasiyanın işlənib hazırlanması
gedişində və istifadəsi prosesində insanın inkişafı prosesi-onun intellektual
qabiliyyətinin reallaşdırılması, gələcək yaradıcı artım üçün şərait yaradılması prosesi
gedir.
12
İnnovasiya praktiki olaraq bütün ixtiralar enerji xərclərinin, canlı əməyin
azaldılmasına istiqamətləndirilmişdir, yeni məhsuldar qüvvələrin istehsala cəlb
olunmasına imkan yaradır, əməyin və istehsalın səmərəliliyini yüksəldir.
İnnovativ iqtisadiyyat istehsal olunan məhsulların keyfiyyətini yüksəldir ki, bu
da istehsal və istehlak səviyyəsinin artımına gətirib çıxarır, həyatın keyfiyyətinin
yaxşılaşdırılmasına kömək edir.
Eyni zamanda məhsulun keyfiyyətini yüksəldərək, xərcləri aşağı salaraq və
istehsalı təkmilləşdirərək tələb və təklif, istehsal və istehlak arasında nisbətlərin
qorunub saxlanmasına kömək edir.
Yeni iqtisadi kateqoriya kimi ―innovasiya‖ terminini elmi dövriyyəyə XX əsrin
ilk onilliklərində avstriya, sonradan amerika alimi Jozef Şumpeter daxil etmişdir. J.
Şumpeter özünün ―İqtisadi inkişaf nəzəriyyəsi‖ (1911) işində ilk dəfə olaraq
inkişafında dəyişikliklərin yeni kombinasiyaları məsələlərinə (daha doğrusu,
innovasiya məsələlərinə) baxmış və innovasiya prosesinin tam təsvirini vermişdir
(170).
O, istehsal funksiyası çərçivəsində innovasiya sahibkarlığının mahiyyətinin
tapmağa cəhd etmiş innovasiya prosesləri nəzəriyyəsinin əsaslarını tədqiq etmisdir.
Yeniliyə texnologiyanın və idarəetmənin dəyişməsi kimi baxan alim, innovasiya
prosesində sahibkarın rolunu qeyd etmiş və onu ixtira ilə yenilik arasında
əlaqələndirici adlandırmısdır.
J. Şumpeter inkişafda 5 dəyişikliyi ayırmışdır:
1) yeni texnikanın, texnoloji proseslərin istifadəsi və ya istehsalın yeni bazar
təminatı;
2) yeni xassələrə malik məhsulların tətbiqi;
3) yeni xammalın istifadəsi;
4) istehsal dəyişikliyi və təşkili və onun maddi-texniki təchizatı;
5) yeni satış bazarlarının meydana çıxması.
13
O sübut etdi ki, iqtisadiyyatda mərkəzi fiqur novator-sahibkar olacaqdır. J.
Şumpeterə görə, innovasiya-yeni növ istehlak mallarının, yeni istehsal və nəqliyyat
vasitələrinin, bazarların və sənayedə təşkilati formaların tətbiqi və istifadəsi məqsədilə
baş verən dəyişiklikdir.
J. Şumperter özünün ―Texniki inkişaf nəzəriyyəsi‖ əsərində innovasiyaya texniki
dəyişikliyin iqtisadi təsiri kimi baxmışdır (170, s.18). O, istehsal funksiyası
çərçivəsində innovasiya sahibkarlığının mahiyyətini tapmağa cəhd etmiş və
innovasiya
prosesləri
nəzəriyyəsinin
əsaslarını tədqiq etmişdir. Yeniliyə
texnologiyanın və idarəetmənin dəyişməsi kimi baxan alim innovasiya prosesində
sahibkarın rolunu qeyd etmiş və onu ixtira ili yenilik arasında əlaqələndirici
adlandırılmışdır. Lakin nədənsə o, innovasiyaya verdiyi tərifdə imkanını, kadrların
kəmiyyət və keyfiyyət tərkibində dəyişiklik aparılması mümkünklüyünü nəzərə
almamış, effektiv yüksəldilməsi mütləqliyini göstərməmişdir.
Xartman Xauştaynın 1979-cu ildə Berlində nəşr olunan ―Leiting industrieller
Forchung und Entwicklund‖ kitabında qeyd olunur ki, innovasiya-ideyanın, təklifin,
elmi-tədqiqi qərarın, modelin praktikada tətbiqi, həyata keçirilməsi və istifadəsidir
(168, s.121). Lakin bu tərifdə də ideyanın bazara qədər hərəkəti nəzərə alınmır,
istehsalın təşkili strukturunda, kadrların tərkibində dəyişiklik imkanına, qəbul
olunmuş ideyanın mütləq səmərəliliyinə baxılmır.
Məşhur eston iqtisadçısı V.H. Lapinə görə, innovasiya-insanların məlum
tələbatını daha yaxşı ödəmək üçün yeni təcrübi vasitələrin yaradılmasına, yayılmasına
və istifadəsinə yönəldilmiş kompleks prosesdir(118, s.23). Göründüyü kimi, burada
innovasiya konkret obyekt kimi nəzərdən keçirilmir, təşkilati-idarəetmə, sosial və
digər innovasiyalar nəzərə alınmır
Müasir dövrdə sürətlə dəyişən rəqabət mühitində ayaqda qala bilmək üçün
şirkətlərimizin məhsullarını, xidmətlərini və istehsal üsullarını davamlı olaraq
Dostları ilə paylaş: |