7
Əhalinin rifah halının yaxşılaşdırılmasında innovasiyalı iqtisadiyyatın rolunun
zəruriliyinin təhlili aparılmışdır;
İqtisadi sistemdə innovasiyalı iqtisadiyyatın özünəməxsus xüsusiyyətlərin
müəyyənləşdirilməsi və dövlətin iqtisadi rolunun zəruriliyi əsaslandırılmışdır.
Dissertasiya işinin nəzəri və praktiki əhəmiyyəti dövlətin innovativ iqtisadi
inkişafı elmi əsaslarla yeni texnologiyalar, yeni xidmət növləri və idarəetmənin təşkili
sahəsindəki yeniliklərdən daha çox səmərəli istifadə edilməsinə əsaslanır.
İşin strukturu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, nəticə və istifadə olunmuş
ədəbiyyat siyahısından ibarətdir.
8
I FƏSİL. İnnovasiyalı iqtisadiyyatın formalaşmasının nəzəri və metodoloji
əsasları.
1.1
İnnovasiyalı iqtisadiyyatın formalaşdırılmasının obyektiv zəruriliyi və
səciyyəvi xüsusiyyətləri .
İnnovasiya ictimai, mədəni və inzibati mühitdə yeni üsulların istifadə edilməyə
başlanmasıdır. Azərbaycan dilində yenilik, yeniləmə, yenilikçilik (gərçək mənasını
verə bilmir).
İnnovasiya, yeniliyin özündən çox nəticəsini, fərqliləşdirmək və dəyişdirməyə
bağlı iqtisadi və ictimai bir sistemi ifadə edir. Məlumatın iqtisadi və ictimai faydaya
çevrilməsi, dəyişməyə olan istək, yeniliyə açıqlıq və sahibkarlıq ruhu ilə qaynaşan bir
mədəniyyətin məhsuludur.
İnnovasiya dedikdə, yəni əmtəə, xidmət, texnologiyalar, təşkilati forma,
idarəetmə metodu şəklində öz praktiki təcəssümünü və tətbiqini tapmış ideyaların
reallaşdırılması üzrə yaradıcılıq prosesi başa düşülməlidir.
İnnovasiyanı məhsul inovasyonu, xidmət inovasyonu, proses inovasyonu,
təşkilati innovasiya, marketinq inovasyonu, texnoloji innovasiya, ictimai innovasiya
və s. kateqoriyalara ayırmaq mümkündür.
İnnovasiya prosesi təkrar istehsal tipini, sosial-iqtisadi münasibətlərin
keyfiyyətini dəyişməklə və özünəməxsus yığım forması, xüsusi sərvət strukturu və
yığım effektivliyinin xüsusi qiymətləndirmə meyarları kəsb edən yeni innovasiya
yönümlü iqtisadiyyatı yaratmaqla bütün təsərrüfatçılıq sisteminin fəaliyyətində hakim
rol oynamağa başlayır. Nəzəri cəhətdən hazırda innovasiya iqtisadiyyatının
formalaşması haqqında danışmaq olar. Bu zaman iqtisadi artım kimi istehsalın
intellektləşdirilməsi çıxış edir, yəni ÜDM artımı, əsasən, elmtutumlu məhsul və
xidmətlərin buraxılışı və reallaşdırılması hesabına əldə edilir.
9
Yenilik - fundamental, tətbiqi tədqiqatların və işləmələrin hər hansı bir fəaliyyət
sferasına onun effektivliyinin yüksəldilməsi üzrə tərtib olunmuş nəticəsidir. Yenilik -
elmi və texnikanın nailiyyətlərinin tətbiqi və bazar istifadəsi üzrə fəaliyyətin yalnız
aralıq yekunudur. Yenilik intellektual məhsulun növlərindən biri şəklində, məsələn,
kəşf, anlayış, elmi yanaşma, eyni prinsip, standart, tövsiyə, metodika, yeni və ya
təkmilləşdirilmiş məhsula sənədləşmə, patent, səmərələşdirici təklif, ixtira, ―nou-
hau‖, marketinq tədqiqatlarının nəticələri və s. formada təsbit edilə və rəsmiləşdirilə
bilər. Yenilik termininin sinonimi ―yenicə‖ anlayışı sayılır ki, bu da əvvəllər mövcud
olmayan hər hansı yeniliyi özündə əks etdirir. ―Yenilik‖ və ―yenicə‖ anlayışları ilə
―tədqiqat‖, ―ixtira‖ və ―kəşf‖ anlayışları sıx əlaqədardır.
Yaranma səbəblərinə görə innovasiya strateji və reaktiv ola bilər. Strateji
innovasiyalar yeniliyin tətbiqi nəticəsində rəqabət üstünlüyünü təmin etmiş olur və
onu tətbiq edən firma və ya dövlət elmi-texniki renta qazanır. Reaktiv innovasiyalar
strateji innovasiyanı tətbiq edən rəqiblərinə çatmaq məqsədi ilə həyata keçirilir.
İnnovasiya elm və texnologiyanın iqtisadi və ictimai fayda təmin edəcək şəkildə
yenilənməsi müddətidir. Yəni yaradıcılığın, ticari ustalıqla birləşdirilməsidir.
İnnovasiya gələcəyi yaratmaqla və davamlı qazanclı böyümə təmin etməklə
əlaqədardır.
İnnovasiyalar istehsal, iqtisadiyyat, hüquq, sosial, elm, mədəniyyət, təhsil və
digər sahələri əhatə edə bilərlər.
Yeniliyin səviyyəsinə görə innovasiyalar 3 növ olur:
bazis innovasiyalar – yeni nəsil material, avadanlıq, prinsipcə yeni texnika və
texnologiyaların yaranmasına yönələn investisiyalar;
yaxşılaşdırılan, təkmilləşdirilən innovasiyalar – yeni nəsil texnika və
texnologiyaların yayılması və təkmilləşdirilməsi, istehsal olunan malların və
göstərilən xidmətlərin yaxşılaşdırılmasına yönələn investisiyalar;
10
yanlış innovasiyalar – səmərə verməyən və ya mənfi effekt verən köhnəlmiş
texnika və texnologiyanın yaxşılaşdırılmasına yönələn investisiyalar.
Müasir dünya fəaliyyətlərinə bir yeniliyin qatılması şəklində aydın
inovasyonların qaynaqları; yeni icadlar, yeni nəzəriyyələr, yeni anlayışlar və ya
köhnədən var olan məhsul və ya üsulların inkişaf etdirilərək yenidən tətbiq
olunmasıdır.
İnnovasiya, iqtisadi və ictimai fayda təmin edəcək yeni fikirlər, üsullar,
məhsullar inkişaf etdirmək və bunları tətbiq etməkdir. Beləcə, daha əvvəl həll
edilməmiş problemləri həll etmək və ya daha əvvəl qarşılanmayan ehtiyaclara cavab
vermək məqsədiylə inkişaf etdirilə ya da onsuz da var olan bir çox məhsul və xidməti
daha gözəl, daha rahat, daha çox insana fayda təmin edəcək hala gətirməyi
amaçlayabilir. Bu fikirlərin həyata keçirilməsi və ortaya məhsul, xidmət və ya
üsulların çıxarılmasıyla və ardından bu məhsul və xidmətlərin satılmağa və ya
üsullarının tətbiq başlanmasıyla innovasiya edilmiş olur.
K.Frimen innovasiya fəaliyyətinin institusional kontekstinə üstünlük verərək
qeyd edirdi ki, milli innovasiya sistemi (MİS) - iqtisadiyyatın dövlət və özəl
sektorlarında fəallığı və qarşılıqlı əlaqəsi yeni texnologiyaların diffuziyasını yaradan,
dəyişdirən və kömək edən institusional struktur şəbəkəsindən ibarətdir. Bu institutlara
həm tədqiqatların aparılmasına cavabdeh təşkilatlar, həm də «müəssisə və milli
səviyyədə mövcud ehtiyatların təşkili və idarə edilməsinə kömək edən fəaliyyət
surəti» daxildir
İnnovasiya prosesi, məlumatın iqtisadi və ictimai faydaya çevrilməsi olaraq təyin
olunur. Bu səbəblə də texniki, iqtisadi və ictimai proseslərin meydana gətirdiyi bir
bütündür. Fərdlərdə və cəmiyyətdə dəyişməyə olan istək, yeniliyə açıqlıq və
sahibkarlıq ruhu ilə qaynaşan bir mədəniyyət tələb edir.
İnnovasiya öz başına ayrı bir hadisə deyil, elm və texnologiya fəaliyyətinin bütün
proseslərini əhatə edir. Ancaq inovasyondan gözlənilən, elm və texnologiya
Dostları ilə paylaş: |