Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

58 



 

Yalnız  texnoloji  irəliləyiş  kimi  düşünülsə  bazarın  tələb  etmədiyi, 



istifadəçilərin  ehtiyaclarına  cavab  verməyən  proseslərin  hazırlanması 

səbəb olur; 

 

Şirkət içi öyrənmə və innovasiya qabiliyyətlərinin inkişafı üçün xaricdən 



xidmət alışı və şirkət içi işlərlə birlikdə düşünülməlidir; 

Bir ölkədə rifah və həyat standartı, rəqabət gücü artarsa yüksələr. Rəqabət gücü 

isə məhsuldarlığı artırar. 

İnnovasiya,  məhsuldarlığı  artıran  ən  əhəmiyyətli  vasitədir.  Bu  səbəblə 

innovasiya, ölkələr üçün; 

    - İqtisadi böyümənin 

    - Artan məşğulluğun 

    - Həyat keyfiyyətinin açarıdır 

Ancaq bu sayədə, ölkənin və cəmiyyətin qaynaqlarının; 

    - Məhsul və xidmətə çevrilməsi 

    - İqtisadi və ictimai dəyər yaradılması mümkün olur 

İnovasyonla cəmiyyət eyni qaynaqdan çox daha böyük mənfəətlər əldə edər. Bu 

səbəbdən, innovasiya yalnız iqtisadi deyil, ictimai bir sistemdir. 

Firmanın  inovasyonun  nə  olduğunu  və  necə  idarə  olunması  lazım  olduğunu 

bilməsi  vacibdir.  İnnovasiyanı  rəhbərlik  firmanın  texnologiyanı,  iş  müddətlərini  və 

insan  əlaqələrini  inovasyonu  dəstəkləyəcək  və  təşviq  edəcək  şəkildə  idarə  etməlidir. 

Strateji  və  təşkilati  bacarıqlara  sahib  olmaq  uzun  müddətli  dünyagörüşü,  bazar 

meyllərini  təyin  və  təxmin  etmə  bacarığı,  texnoloji  və  iqtisadi  məlumatları  toplama, 

slem  və  mənimsəmə  yetkinliyi  olmalıdır.  Təşkilati  bacarıqlar,  riskləri  təyin  və  idarə 

qabiliyyəti,  əməliyyat  vahidlər  arasındakı  işbirliklərinin  səviyyəsi,  elmi-tədqiqat 

institutları, universitetlər, məsləhət firmaları, müştərilər və təchizatçılar ilə yaradılan 

şəbəkə, insan sərmayəsinə edilən investisiyanın səviyyə və keyfiyyətidir. 




 

 

59 



İnnovasiyona önəm verən idarəçi necə bir anlayışa sahib olmalıdır? Bir çox sahə 

üçün bu  sualın  cavabı  çox önəm  kəsb  edir.  Geniş  bir  məqsədə  sahib,  dəyişməyə  və 

inkişafa açıq idarəçilər və çalışanlar ilə şirkət içində fərqli bir mədəniyyət və anlayış, 

təşkilat mədəniyyəti, yüksək rəhbərliyin sahiplənməsi; 

 

fərqli görmək 



 

risk almaq 



 

yaradıcılıq 



 

müştərinin dəyərini bilmək 



 

sorğulamaq 



 

müvəffəqiyyətsizliyi xoş görmək 



 

ünsiyyət 



 

əməkdaşlıq 



 

bağlar və əlaqələr 



 

öyrənən təşkilat 



Qlobal  və  makrosəviyyədə  innovasiyanın  universal  mənbəyi  çox  sürətlə  artan 

tələbatla  onların  ödənilməsi  imkanları  arasındakı  ziddiyyətdir.  Məhdud  resurslara 

malik  olan  cəmiyyət  öz  tələbatını  ödəməyin  bütün  yeni  və  daha  effektiv  üsullarını 

ixtira  etməyə  məcburdur.  İnsanların  hər  növbəti  nəsli  nail  olduğu  səviyyədən  imtina 

edir və daha yüksək tələblər irəli sürürlər. 

Mikroiqtisadi  səviyyədə  bu  ziddiyyətin  meydana  çıxmasının  konkret  ifadəsi 

resursların  məhdudiyyəti  şəraitində  onların  daha  effektiv  istifadəsi  üzrə  alternativ 

imkanlar sayılır. 

Rəqabət  iqtisadi  artımın  tərkib  elementi  kimi  çıxış  edərək  innovasiya  üçün 

stimullar  yaradır.  Rəqabət  istehsal  artımını  və  xərclərin  ixtisarını  təmin  edən  güclü 

mexanizmdir.  Mənfəətin  artırılması  əslində  innovasiyalı  üstün  mənfəəti  təmin  edir. 

Bu  isə  effektiv  innovasiyanı  ilk  həyata  keçirənin  aldığı  əlavə  gəlirdir.  Rəqabət 

mühitində innovasiya yayıldıqca mənfəətin bu növu yoxa çıxır. İstehsalın effektivliyi 



 

 

60 



və mənfəət maddi, əmək və maliyyə resurslarının istifadə səviyyəsindən asılıdır. Yeni 

texnologiyalar,  avadanlıq,  idarəetmə  metodları  xeyli  dərəcədə  xərclərin  aşağı 

salınmasına gətirib çıxarmağa qabildir. 

Müasir  bazar  iqtisadiyyatı  şəraitində  müəssisənin  innovasiyalı  inkişaf 

metodologiyasını  işləyib  hazırlamadan  yeni  texnologiyaların  təsərrüfat  dövriyyəsinə 

cəlb edilməsinin səmərəliliyini artırmaq qeyri-mümkündür. 

Müasir  innovasiya  sferasında  həll  edilməmiş  problemlər  az  deyil.  Müəssisənin 

innovasiyalı  inkişafı  və  strateji  fəaliyyəti  arasında  dinamik  uyğunluğun  təmin 

edilməsi,  fəal  innovasiya  siyasətinin  həyata  keçirilməsi  üçün  kredit  və  vergi  siyasəti 

sisteminin  və  maliyyələşdirmə  mexanizminin  təkmilləşdirilməsi  innovasiyalı 

iqtisadiyyatın səmərəliliyinin qiymətləndirilməsi üçün vacib məsələlərdən biridir. Bu 

öz növbəsində yeni texnoloji nailiyyətlərin tətbiqinin sürətləndirilməsi, onun nəticəsi 

kimi  məhsulun  keyfiyyətinin  artırılması,  istehlakçıların  artan  tələbatının  ödənilməsi 

və  müəssisənin  rəqabətqabiliyyətinin  yüksəldilməsi  məsələlərinin  həllinə  böyük 

köməklik göstərir. 

XXI  əsrdə  ölkərin  ənənəvi  iqtisadi  sistemlərindən  innovasiyalı  iqtisadiyyata 

yönləndirilməsinin uğuru; 

 



Davamlı iqtisadi böyümə 

 



İctimai inkişafın artırılması 

İnnovasiya iqtisadiyyatı özünü aşağıdakı kimi biruzə verir; 

 

ixtisaslaşdırılmış əmək, 



 

yaxşı gəlir vəd edən iş imkanları 



 

bu imkanları yaradan sürətlə böyüyən firmalar 



 

çox sayda yeni qurulan müəssisələr 



BİR ölkədə və ya regionlarda innovasiyalı iqtisadiyyatının qurulması üçün; 

 



xüsusiyyətli və təhsilli insan gücünə, 

 



yeni fikirlərin çıxarılmasını və yayılmasını təmin edən bir mühitə 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə