Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

70 



Danimarka 

82.47 



Hollandiya 



82.3 

Yeni Zelandiya 



81.84 

10 


Belçika 

81.12 


63 

Azərbaycan 

67.58 

Mənbə:http://www3.weforum.org/docs/WEF_Human_Capital_Report_2015.pdf 

 

Dünya  İqtisadi  Formunun  2015-ci il üçün  yaydığı  insan  kapitalı indeksində  ilk 



10-da  yer  alan  ölkələrin  iqtisadiyyatına  diqqət  etsək  insan  kapitalının  ölkə 

iqtisadiyyatındakı rolunu daha yaxşı görmək mümkün olar. 

İqtisadiyyatda  insan  kapitalı  insana  yönələn  investisiyanın  həcmi  ilə  ölçülür. 

Dünyada  iqtisadi  artımın  16  faizi  fiziki  kapital,  20  faizi  təbii ehtiyatlar, 64  faizi  isə 

insan  kapitalı  hesabına  əldə  olunub.  İnsan  kapitalına  yönələn  xərclərin  artması 

nəticədə həmin ölkənin gələcəkdə daha da inkişaf etməsinə  səbəb olur. 

Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və 

insan  ən  zəngin  kapital  kimi  dünya  innovasiya  inkişafının  əsas  fundamentini  təşkil 

edir.  Yüksək  ixtisaslı  personalın  çevikliyinin  artması,  biliyin  paylaşması  prosesi 

hazırda  genişmiqyaslı  bir  dünya  planı kimi  sürətli temp  alıb.  Qloballaşma  şirkətlərə 

daha  yüksək  səviyyəli  texnologiya  uğrunda  rəqabət  aparmağa  və  innovasiyaların 

ixtisaslaşdırılması və lokallaşdırılması prosesini stimullaşdırmağa məcbur edir. 

Dünyaya nəzər saldıqda XX əsrin ortalarından başlayaraq aparıcı dövlətlərin ən 

mühüm prioritetləri içərisində insan kapitalının  yaradılmasının xüsusi yer tutduğunu 

görərik.  Bu  nəzəriyyə  ilk  dəfə  ötən  əsrin  60-70-ci  illərində  Amerika  iqtisadçılarının 

tədqiqatları nəticəsində yaranmışdır. 

İşçi  qüvvəsinin  formalaşması,  insanın  yaradıcılıq  və  faydalılıq  imkanlarının 

artırılması  bu  nəzəriyyənin  əsas  istiqamətləri  kimi  müəyyənləşdirilmişdir.  Müasir 

dövrdə  təbii  sərvətlər  bolluğu  dövlətin  əsas  göstəricisi  sayılmır.  Dünya  Bankının 



 

 

71 



apardığı  araşdırmalar  müəyyən  etmişdir  ki,  ABŞ-ın  milli  sərvətinin  76  faizini  insan 

kapitalı, 19 faizini istehsal, 5 faizini isə təbii resurslar təşkil edir. Avropa ölkələrində 

isə  insan  kapitalı  74  faiz,  istehsal  24  faiz,  təbii  resurslar  isə  cəmi  2  faiz  təşkil  edir. 

Rusiyada  isə  insan  kapitalı  50  faiz,  istehsal  10  faiz,  təbii  sərvətlər  isə  40  faiz 

səviyyəsindədir. 

Dövlət  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan  insan  kapitalına  daha  böyük 

əhəmiyyət  verir.  ABŞ,  Yaponiya,  Cənubi  Koreya,  Finlandiya  və  başqa  iqtisadi 

cəhətdən inkişaf etmiş ölkələr maddi ehtiyatlardan daha çox təhsilin yetişdirdiyi insan 

kapitalından  yararlanmış,  böyük  gəlirlər  əldə  etməyə  başlamış  və  həmin  gəlirlər  bu 

gün də sürətlə artır. 

Dünya Bankının ekspertlərinin araşdırmalarına görə,  müntəzəm inkişafın təmin 

olunmasında  və  bilik  iqtisadiyyatına  keçiddə  universitetlər  mühüm  rol  oynayırlar. 

YUNESKO-nun ekspertləri isə daha irəli gedərək müəyyən ediblər ki, hər bir ölkədə 

dövrün  tələblərinə  cavab  verən  güclü  kadr  ehtiyatları  yaradılmasında  orta  təhsildən 

sonrakı təhsillərin rolu çox böyükdür. 

Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu 

zəngin  təbii  sərvətlər  deyil,  həm  də  elmi-mədəni  və  intellektual  imkanları,  bütün 

bunların  da  fövqündə  dayanan  insan  kapitalı  müəyyənləşdirir.  Funksional  imkanları 

elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən 

bu  əvəzsiz  kapital  hazırkı  mərhələdə  fərd  və  ictimai  toplumların,  geniş  mənada, 

xalqların  gələcək  inkişafının,  yaşayış  səviyyəsinin,  habelə  qazandığı  nailiyyətlərin 

rəhni kimi çıxış edir. 

Hər  bir  dövlətin  iqtisadi  inkişafı  elmin  inkişafı  ilə  birbaşa  qarşılıqlı  surətdə 

əlaqəlidir.  Yeni  mərhələdə  elmi-texniki  tərəqqinin  fərqləndirici  cəhəti  dünya 

standartlarına  cavab  verən  yeni,  daha  keyfiyyətli  elmtutumlu  məhsulun  istehsalına 

imkan verən mütərəqqi texnoloji proseslərə və çevik istehsalata sürətli keçiddir. 




 

 

72 



Universitetlərdə  elmi  səviyyəni  yüksəltmək,  onun  iqtisadiyyatla  əlaqəsini  təmin 

etmək  üçün  universitetin  innovativ  infrastrukturunu  inkişaf  etdirmək  lazımdır.  Bu 

məqsədlə,  ilk  növbədə  universitetlərin  elmi  potensialından  səmərəli  istifadə  etmək, 

müxtəlif  təyinatlı  dövlət  proqramlarının  hazırlanmasında,  bu  proqramların  icrasında 

(müxtəlif elmtutumlu layihələrin həyata keçirilməsində) universitetlərin fəal iştirakını 

təmin etmək, bu istiqamətdə mövcud olan  müxtəlif süni maneələri aradan qaldırmaq 

lazımdır. 

Təhsil  insanların  bilik,  bacarıq  və  səriştələr  əldə  etməsi  sahəsində  imkanlarını 

genişləndirir,  insan  kapitalını  formalaşdırır,  həyatın  keyfiyyətini  dəyişir  və  iqtisadi 

artımın  mənbəyi  rolunu  oynayır.  Mü-  asir  təhsil  müəssisələri  cəmiyyətin  mədəni 

irsinin nəsildən nəslə ötürülməsinə şərait yaradır və insanları onların iqtisadi və sosial 

statuslarını  müəyyən  edəcək peşəkar  bilik  və  bacarıqlarla  təmin  edir.  Eyni  zamanda 

təhsil  müddətində  uşaq  və  yeniyetmələrdə  mənəvi  ideallar,  davranış  stereotipləri  və 

ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşır. 

İqtisadçılar  uzun  müddət  hesab  etmişlər  ki,  hər  hansı  ölkənin  iqtisadi 

resurslarının əsas hissəsi fiziki kapitaldır, maddi-əşyavi sərvətdir. 1995-ci ildə Dünya 

Bankının 192 ölkə üzrə tədqiqatı isə göstərdi ki, fiziki kapital ümumi sərvətin yalnız 

16%-ni təşkil edir, özündə təhsili və ümumi sərvətin 64%-ni ehtiva edən insan kapitalı 

daha böyük əhəmiyyət kəsb edir. Almaniya, Yaponiya və İsveçrə kimi yüksək gəlirli 

iqtisadiyyatlarda ümumi kapitalın 80%-dək hissəsi insan kapitalından ibarətdir. 



 

 

 

 

 

 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə