MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
78 
78 
üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün 
böyük  önəm  daşıyır.Çünki  bu  yolla  5  min  il  öncəki  dil  və 
ədəbiyyatımız  barədə  müəyyən  təsəvvür  əldə  etmiş 
oluruq.Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və 
ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq. 
          Bu  gün  Azərbaycanda,eləcə  də  digər  türk  ölkələrində 
bir  kəsi  yola  salarkən  arxasınca  su  atmaq  adəti 
yaşamaqdadır.Belə  hesab  olunur  ki,yolçunun  arxasınca  su 
atmaq  yolun  uğurlu  olmasına  kömək  edir.    Şumer 
ədəbiyyatının  şah  əsəri  olan  “Bilqamıs”dastanında  eyni  adət 
və inancın izlərinə rast gəlinmişdir.Bu isə o deməkdir ki,yola 
çıxan  adamın  ardınca  su  atmaq  adətinin  ən  azı  5  min  il  yaşı 
var:                                                        
                     ―Sabunlu köklər ilə bədənini yudu o. 
                     Öz qamətinə layiq gözəl paltar geydi o. 
                     Sinəsinə yaraĢan boyunbağı da asdı 
                     Belinə qurĢaq vurub,baĢına tac qoydu o. 
                     Ġgidlərin ardınca bir cam təmiz su atdı. 
                     Pillələrlə çıxıb o evin damına qalxdı.‖   
(51.32)
     
               Məlum olduğu kimi, qədim türk dilində “uçmaq”feli  
“ölmək”  felinin  si-nonimi  kimi  işlənmişdir.  Orxon-Yenisey 
abidələrində  bir  sıra  hallarda  “ölmək”  yerinə  “uçmaq” 
yazılıb.Məsələn,  Kül  Təkin  abidəsinin  şərq  tərəfində,16-cı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
79 
79 
79 
79 
79 
79 
79 
sətirdə  deyilir:  Kanım  kağan  uçdukta  özüm  səkiz  yaşta 
kaldım,yəni xaqan  atam öləndə səkkiz yaşımda idim.  24-cü 
sətirdə  isə  deyilir:Ecüm  kağan  uca  bardı,yəni  xaqan  əmim 
öldü. 
(11.73).
 
               Bənzər  halla  eyni  abidənin  şərq  tərəfinin  30-cu 
sətrində,şimal  tərəfinin  1-ci  sətrində,eləcə  də  Bilgə  Xaqan 
abidəsinin  cənub  tərəfinin  10-cu 
(11.103)
,qərb  tərəfinin  2-ci 
(11.104)
,  Moyunçur  abidəsinin  12-ci 
(11.146)
  sətirlərində  və 
sairə  üzləşirik.  Qeyd  etmək  lazımdır  ki,qədim  türk  dilində 
“uçmaq” kəlməsinin bir mənası da cənnət,behişt olmuşdur.Bu 
kəlməyə  Azərbaycan  klassik  ədəbiyyatında,o  cümlədən 
Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx 
rast gəlinməkdədir.       
            İstər  Orxon-Yenisey  mətnlərində,  istərsə  də  klassik 
Azərbaycan  ədəbiyyatında  rast  gəldiyimiz,  cənnət  mənasında 
işlənən  "uçmaq"  termini    təktan-rıçılıqdan  əvvəlki  mifik 
təsəvvürlərlə  bağlıdır  və  bu  kəlmə  qədim  mifoloji  sistemdə 
ruhun  quş  kimi,  o  biri  dünyadakı  insanların  isə  quş  qanadlı 
təsəvvür edilməsindən qaynaqlanmışdır. 
           Bu  təsəvvürlərin  izinə  təqibən  5000  il  öncə  qələmə 
alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini 
yuxusunda  görən  Enkidunun  yuxusunu  Bilqamısa  danışdığı 
səhnə deyilənlərə ən gözəl misaldır: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
80 
80 
              "Gecə öz yatağına tənha uzanan zaman
               Enkidunun içinə bir ağrı doldu yaman. 
               O, dərdini açaraq öz dostuna söylədi, 
               "Gecə yuxu görmüĢəm,əziz dost,eĢit,-dedi,- 
               Göylər haray salırdı,nida qalxırdı yerdən, 
               Onların arasında dayanmıĢdım təkcə mən. 
               Bir də bir adam vardı,tutqun idi üz-gözü
               Mən fırtına quĢuna bənzətdim onu,düzü. 
               Ġti caynağı vardı, qartal kimi qanadı, 
               Saçımdan yapıĢaraq göz açmağa qoymadı. 
               Onu vurdum,tullanıb tez sıçradı kənara, 
               Sonra o məni vurdu, o dəm sağaldı yara. 
               Sonra vəhĢi öküz kimi yeriyib məni yıxdı. 
              Ağır məngənə kimi baĢımı bərk sıxdı. 
              Dedim "Məni xilas et!" Sən xilas edəmmədin, 
              Onunla vuruĢmağa, qorxdun, gedə bilmədin. 
              O mənə toxunaraq, məni quĢa çevirdi, 
              Qanad taxtı çiynimə,adəti quĢ qanadı. 
              Üzümə baxdı,baxdı, sonra məni apardı, 
              Ġrkallanın evinə-zülmət evinə vardı."         
(51.60-61).
                                                            
            Folklorşünas alim B.Abdullayev yazır: 
           "Qədim  zamanlarda  ölənin  yaxın  adamları  saçlarını 
yolub 
onun 
üstünə 
qoyarmıĢlar. 
Saçın 
insanın 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
81 
81 
81 
81 
81 
81 
81 
həyatını,ömrünü təmin edən,hətta öləndən sonra onu dirildən 
vasitələrdən olması barədə miflər var." 
(81.112). 
             Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:                                                
            "Qədim  Azərbaycanda  ölən  qəhrəmanlar  üçün 
ağlamaq  bir  adət  olmuĢdur.  Həmin  günü  camaat  bir  yerə 
toplaĢardı.Bu toplaĢmaya "yuq" deyirdilər. Toplananlar üçün 
qonaqlıq düzələrdi,xüsusi dəvət olunmuĢ yuğçular isə ikisimli 
qopuz 
çalıb,oynayardılar.Yuğçu 
əvvəlcə 
qəhrəmanın 
igidliyindən  danıĢıb,onu  tərifləyirdi.Sonra  isə  qəmli  havaya 
keçib  Ģanlı  qəhrəman  üçün  ağı  deyərdi.ToplaĢanlar  da 
hönkür-hönkür  ağlayardı...Ölünü  ağlamaq,cənazəsi  üstündə 
saç yolmaq adət halını almıĢdı."
(82.392). 
           Maraqlıdır  ki,qəhrəmanın  cənazəsi  üstündə  ağlayaraq 
saç  yolmaq  adətinin  də  ən  azı  5  min  il  yaşı  olduğunu 
söyləmək  üçün  əldə  təkzibedilməz  fakt  mövcud-dur.  Əlbəttə 
ki,söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir:                                                               
             "   O kəslər ağlayar ki,qədim adamlar kimi 
                                                       səninlə öyünərdi,        
                  O kəslər ağlayar ki,sənə öz süfrəsində 
                                                bir vaxt çörək verərdi. 
                  Ayağına ətir-yağ çəkən kəniz ağlayar, 
                  Sənə Ģərab içirən qulun göz yaĢı axar, 
                  Canına zeytun sürtən yava qadın ağlayar, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə