MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə41/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   37   38   39   40   41   42   43   44   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

128 


Azərbaycanda mövcud olan mədəni simbioz (müĢtərək yaĢama) və 

müxtəlif  ənənələr  maddi  və  mənəvi  mədəniyyətin  tarixi 

abidələrində  həkk  olunmuĢdur.  Belə  ki,  maddi  mədəniyyət 

abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və 

digər  rayonların  tarix-ölkəĢünaslıq  muzeylərində,  həmin  ərazilərdə 

yaĢayan  etnik  azlıqların  irsini  və  ənənələrini  əks  etdirən 

ekspozisiyalar  təĢkil  olunur.  Bu  sahədə  kitabxanalar  da  səmərəli 

fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının 

təqdimatı keçirilir və bu kitablar kitabxananın fonduna daxil olur. 

 

Ölkə  daxilində,  eləcə  də  beynəlxalq  arenada  mədəniyyətlərarası 



ünsiyyətin  tarazlı  Ģəkildə  qurulmasında,  üç  dini  dövrdən  – 

zərdüĢtlük,  xristianlıq  və  islamdan  keçən  və  öz  Ģüuruna  bunları 

həkk etdirən Azərbaycan xalqının tarixi yaddaĢı vacib rol oynayır. 

Azərbaycanda  dinlərarası  dialoq  və  tolerantlığın  dünyanın  bir  çox 

polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuĢdur. 

Dövlət-din 

münasibətlərinin 

müasir 


Azərbaycan 

modeli 


çərçivəsində, bütün dinlər qanun qarĢısında bərabər status almıĢlar. 

Ölkə vətəndaĢlarının böyük əksəriyyətini təĢkil edən müsəlmanların 

hüquqlarını  təmin  etməklə  yanaĢı,  dövlət  respublika  ərazisində 

yayılan bütün ənənəvi dinlərə qayğı göstərir. 

 

Öz  tarixi  ənənələrinə  söykənən  Azərbaycanda  vətəndaĢların 



mədəni,  o  cümlədən  dini  tələbatlarının  təmin  edilməsinə 

aĢağıdakılar  nümunədir:  sovet  ateizmində  boĢluq  dövründən  sonra 

Bakıda ―Müqəddəs qadınlar ‖ kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə 

XX  əsrin  əvvəllərində  məĢhur  xeyriyyəçi  Hacı  Zeynalabdin 

Tağıyevin fəal dəstəyi ilə tikilmiĢ, XXI əsrin əvvəllərində isə digər 

azərbaycanlı  xeyriyyəçinin  səyləri  nəticəsində  yenidən  bərpa 

olunmuĢdur; 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

129 

–  pontifik  II  Ġohann  Pavelin  Azərbaycana  səfəri  zamanı  tikintisinə 



xeyir-dua  verdiyi  yeni  katolik  kostyolu  (polyak  kilsəsi)  açılmıĢdır. 

Bu  kilsə  1930-cu  illərdə  dağıdılmıĢ  əvvəlki  məbədin  ənənələrini 

davam etdirəcək; 

 

–  Bakıda,  hətta  sovet  dövründə  belə  dağıdılmaqdan  xilas  olan 



sinaqoq yenidən bərpa edilmiĢ və geniĢləndirilmiĢdir. 

 

Respublikada 



millətlərarası 

münasibətlərdən 

danıĢarkən 

aĢağıdakıları qeyd etmək istərdim. 

 

Etnik  dinindən  və  mənsubiyyətindən  asılı  olmayaraq,  bütün 



vətəndaĢların  bərabərliyini  təmin  edən  milli  siyasətin  əsas 

müddəaları 

Azərbaycan 

konstitusiyasında 

göstərilmiĢdir. 

Azərbaycan  Respublikasının  milli  siyasət  konsepsiyası  həmçinin 

aĢağıdakı  beynəlxalq  sənədlərə  əsaslanır:  BMT-nin  ―Ġnsan  haqları 

ümumi  deklarasiyası‖,  Avropa  ġurasının  ―Əsas  azadlıqların  və 

hüquqların  qorunmasına  dair    konvensiyası‖,  BMT-nin  ―Ġqtisadi, 

sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı‖, ―Avropada 

təhlükəsizlik  və  əməkdaĢlıq  üzrə  Ġclasın  Yekun  Aktı‖,  ―ATƏT-in 

insan  meyarları  üzrə  Konfransının  Kopenhagen  sənədi‖,  Avropa 

ġurasının  ―Milli  azlıqların  müdafiəsi  üzrə  Çərçivə  Konvensiyası‖, 

Müstəqil  Dövlətlər  Birliyinin  üzvləri  tərəfindən  qəbul  edilmiĢ 

―Milli azlıqlara mənsub olan Ģəxslərin hüquqlarının təmin edilməsi 

üzrə  konvensiya‖.  Həmçinin  Azərbaycan  Respublikasının  milli 

siyasətinə  həsr  olunmuĢ  dövlət  sənədi  –  ―Azərbaycan 

Respublikasında yaĢayan  milli azlıqların, azsaylı xalqların və etnik 

qrupların  hüquq  və  azadlıqlarının  qorunması,  dilinin  və 

mədəniyyətinin  inkiĢafına  dövlət  qayğısı  haqqında‖  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanı  qəbul  edilmiĢdir.  BaĢqa  sözlə, 

milli  azlıqların  qorunması  Azərbaycan  rəhbərliyinin  apardığı 

siyasətin  əsas  istiqamətlərindən  biridir.  Belə  ki,  Prezident 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

130 


aparatında  milli  siyasət  üzrə  dövlət  məsləhətçisinin  baĢçılıq  etdiyi 

xüsusi  struktur  yaradılmıĢdır.  Analoji  struktur  Milli  Məclisdə  də 

mövcuddur.     Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar 

və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri 

cəmiyyətin  ayrı-ayrı  sahələrində  məhsuldar  iĢləyərək  ölkənin 

inkiĢafına  layiqli    töhvələr  verirlər.  Belə  ki,  milli  azlıqlar 

Azərbaycan  Respublikasının  hökumətində  və  digər  dövlət 

strukturlarında təmsil olunmuĢlar. Respublikanın milli parlamenti – 

Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları o cümlədən, rus, ləzgi, 

tat, talıĢ və b. öz nümayəndələri ilə təmsil olunmuĢdur. 2010-cu il 

parlament seçkiləri zamanı ATƏT-in demokratik institutlar və insan 

haqları  üzrə  bürosu  və  müĢahidə  komissiyası  göstərdi  ki, 

Azərbaycanda, dövlət ərazisində yaĢayan etnik azlıqların seçkilərdə 

iĢtirakı məsələsində heç bir problem yoxdur. 

 

Beləliklə,  respublikada  müxtəlif  etnik  qrupların  mövcudluğu  üçün 



bütün  mümkün  Ģərait  yaradılmıĢdır.  Lakin  burada,  bir  daha  qeyd 

etmək  lazımdır  ki,  bizim  ölkəmizdə  mədəni  müxtəliflik  etnik 

azıqların  sadəcə  cəmlənməsi  kimi  baĢa  düĢülmür,  Azərbaycan 

ümummilli  həmrəyliyin  inkiĢafı  üçün  əlveriĢli  mühitdir.  BaĢqa 

sözlə,  etnik,  dini  və  digər  mənsubiyyətindən  asılı  olmayaraq 

ərazisində məskunlaĢan hər bir vətəndaĢ Azərbaycanın sərvətidir. 

 

 

 

Ġrina Kunina, 

 Bakı Slavyan Universiteti  

 

 



 

 

 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə