Make the children play


Azərbaycanda Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem



Yüklə 0,74 Mb.
səhifə2/11
tarix29.09.2017
ölçüsü0,74 Mb.
#2385
1   2   3   4   5   6   7   8   9   10   11

1. Azərbaycanda Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem



1.1. Uşaq Müdasiəsi ilə Dövlətin Səlahiyyətləri: İcraçı, Qanunverici və Hüquqi


Azərbaycanda rifah sisteminin uşaqların müdafiə komponentlərini tam başa düşmək üçün, əhalinin iqtisadi, social və mədəni həyatın bütün aspektlərinə aid olan əsas Dövlət səlahiyyətlərindən qısaca başlamaq lazımdır.

Əlavə II-də I Xəritə dövlət səlahiyyətinin icrası üzrə üç qola ayrılır.




İcraçı istiqamət


Dövlətin başçısı 5 il müddətinə ümumxalq səsverməsi ilə seçilən Prezidentdir. Hökumətin başçısı, -Kabineti təşkil edən 18 Nazirliklər daxil olmaqla- Prezident tərəfindən təyin olunan və Milli Məclis tərəfindən təsdiqlənən Baş Nazirdir. Nazirlər Kabinetinin digər üzvləri humanitar məsələlər; MK-lar və Qaçqınlar daxil olmaqla xüsusi məsələlərə məsul olan 5 Baş Nazir Müavinləridirlər (qeyd olunan məsələyə məsul olan Baş Nazir müavini həm də ayrıca Dövlət Komitəsinin sədridir).

İcra səlahiyyəti Respublika Prezidentinin digər qərarları, fərmanları və təlimatları ilə birgə (parlament tərəfindən qəbul olunmuş ratifikasiyalı qanunlar və əalvə direktivlər) və Nazirlər Kabinetinin qətnamələri ilə icra olunur.

Azərbaycan inzibati cəhətdən 76 rayona bölünür (63 rayon- üztəgəl şəhərlər, Bakıda 11 rayon və Gəncədə 2 rayon daxil olmaqla); rayonlar İcra Komitələri tərəfindən idarə olunur, və icra hakimiyyətlərinin yerli nümayəndələri kimi Konstitusiyada müəyyən olunurlar. İcra Hakimiyyətlərinin Başçıları Respublika Prezidenti tərəfindən təyin olunur, və Prezidentlə birbaşa bağlı olan sılahiyyətlərin böyük hissəsini icra edən Prezident Aparatının Başçısı vasitəsilə hesabat verirlər. Uşaqların müdafiəsi ilə əlaqədar bir neçə rayon kommissiyaları yerli səviyyədə İcra Hakimiyyəti Başçılarına və milli səviyyədə isə müvafiq Nazirlirliklərə6 hesabat verirlər.

Bələdiyyələr hakimiyyətin ən desentralizasiya olunmuş səviyyəsini təşkil edir: onlar özlərini-idarə qurumlarıdırlar, icra hakimiyyətindən təmamilə müstəqildirlər lakin məhdud rola malikdirlər: bütün rifah, maliyyə və idarəçilik qurumları İcra Hakimiyyətlərində cəmlənmişdir. Bələdiyyələrin cəmi 2735-dir, hər rayona əhali sıxlığı və bələdiyyə sakinlərinin sayından asılı olaraq bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir: minium 300 ilə maksium 50 000 nəfər olmaqla. Bələdiyyə Üzvləri (21647) demokratik surətdə seçilirlər7.




Qanunverici istiqamət


Qanunlar bir palatalı Milli Məclisdə müzakirə olunur və qəbul edilir, ümumxalq səsverməsi ilə bura 5 illik xidmət müddəti üçün 125 üzv (tək mandat sahibliyi əsasında) seçilirlər. Qanunlar, qəbul edilmiş qurumlar və şəxslər tərəfindən təqdim olunmaqla, oxunuşlar prosesi vasitəsilə (adətən 3 olur) və yekun olaraq onları qəbul etməmək hüququna malik Prezident tərəfindən qəbul edilir8.

11 Daimi Kommissiyalardan ibarət olan Milli Məclis onların mandatı ilə bağlı qanunlara texniki məsləhət təmin edirlər. Belə kommissiyalar arasında uşaq müdafiəsi məsələləri ilə əlaqədar olanlar bunlardır: İnsan Hüquqları Komissiyası, Təhsil Kommissiyası və Sosial Siyasət Kommissiyası. Son qeyd olunan kommissiyanın başçısı uşaqların hüquqları üzrə bu yaxınlarda koordinator təyin edilmişdir.

Uşaqların rifah sistemi hüquqi baxımdan 1995—ci ildə qəbul edilmiş Konstitusiyaya əsaslanır ki, burada proseslər ən yüksək hüquqi qüvvəyə malikdir; Mülkü və Cinayət Məcəllələri, Cinayət Prosedur Məcəlləsi və Məhkəmə Qərarlarının İcrası Məcəlləsi (2000-ci ildə qəbul edilmişdir); və Ailə Məcəlləsi (1999-cu ildə qəbul edilmişdir). Bir neçə qanunlar, fərmanlar, təlimatlar və qətnamələr beynəlxalq konvensiyalar əsasında uşaqların hüquqlarının tənzimlənməsini tənzimləyir.

Hüquqi istiqamət

Azərbaycan Konstitusiyası siyasi və fərdi hüquqlar ehtiva edir və səlahiyyətlərin bölüşdürülməsi və məhkəmə sisteminin müstəqilliyinə səlahiyyət verir.

Məhkəmə hakimiyyəti 4 səviyyədə icra olunur: Əyalət Məhkəməsi, Apelyasiya Məhkəməsi, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi, burada Konstitusiyada və Məcəllələrdə qeyd olunan prinsiplərlər yeni qanunların uyğunluğuna baxılır, lakin 2004-cü ilin yanvarında isə fərdi şikayətlərə də baxacağını bəyan etmişdir9.

Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasına da tərəfdar olduğuna görə, hüquqpozmalar barədə ölkə səviyyəsində bütün vasitələrdən istifadə olunudqan sonra Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilə bilər10.

Hakimlərə nəzarət orqanı Hüquqi-Məhkəmə Şurasıdır; bu hakimlərin müstəqilliyi barəsində müəyyən narahatlıqlar yarada bilər ki, onlar muxtar qurum olmaqdan daha çox Ədliyyə Nazirliyinin bir hissəsi olan Şuranı təmsil edirlər.

Hüquq səlahiyyətlərinin icrasında Dövlət, Dövlət İttihamçıları qismində təmsil olunur ki, onlar da Respublika Prezidenti tərəfindən təyin olunan və ona hesabatlı olan Baş Prokuror tərəfindən əyalətlər üzrə təyin olunur və hesabat verirlər.

2002-ci ildə Avropa Şurasının tövsiyyəsi əsasında, İnsan Hüquqları üzrə Ombudsman Ofisi Respublika Prezidentinin təklifi əsasında Milli Məclis tərəfindən təyin edilmişdir. Ombudsmanın mandatı ölkədə insan hüquqlarının hərtərəfli həyata keçirilməsini monitorinq etmək və Milli Məclisə illik hesabat verməkdən ibarətdir.

2001-ci ildən bəri Azərbaycan Hökuməti CAT, CERD və CEDAW –a fərdi müraciətlər etmişdir.

1.2. Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem


Uşaqlar özlərinin xüsusi yaşayış şəraitləri, və ya əsas hüquqlarının pozulması və ya zorakılığa məruz qalmalı ilə əlaqədar daima Dövlət tərəfindən çoxmərhələli müdafiə sisteminə ehtiyca duyurlar.

İnstitusional qurumlar şəbəkəsi gündəlik əsasda milli və yerli səviyyədə, uşaqlar və onların ailələrinə yardım etmək üçün kompleks quruluşa malikdir. Təyinat mexanizmləri, hesabat və qərarqəbul etmə prosesləri tez-tez bir-biri ilə kəsişən bir neçə səviyyələrdə, qurumlarda və peşə sahiblərində, müxtəlif xidmətlərin göstərilməsində bölüşdürülmüşdür.

Aşağıda təsvir olunan qayda segmentasiya əsasında verilmişdir və birinci olaraq milli (siyasi) səviyyədə qərarvermə səlahiyyətlərindən başlayır və benefisiarlarla birbaşa əlaqədə olan səviyyəyə qədər tabelilik xəttləri ilə davam edir.

Hər bir qurumun rəsmi mandatı sistematik surətdə verilmir, buna səbəb təsdiqlənmiş və tez-tez bilərəkdən hazırlanmayan məlumat mənbələri (qaydalar, peşə təlimatları, missiyanın qeydləri) izləmək çətinliyinin olmasıdır; eyni zamanda, hər bir rol uşaqların müdafiəsi ilə əlaqəli olması baxımından təsvir olunur.

Buna oxşar olaraq, hər bir quruma cəlb olunmuş peşə sahiblərinin profili və sayı yalnız bəzi hallarda qeyd olunur; uşaqların rifah sistemində kadr ehtiyyatlarını ölçmək baxımından əhatəli tədbirlərin görülməsi zamanı bunun düzgün qiymətləndirilməsinə ehtiyac olacaqdır.

Peşə fəaliyyətlərinin (müntəzəm qiymətləndirmələr, dəyərləndirmələr) və xidmətlərin keyfiyyətinin monitorinqi (şikayətlər mexanizmləri, müntəzəm yoxlamalar, özünü-qiymətləndirmə tapşırıqları) demək olar ki, qeyd olunmur çünki, bu Azərbaycan Dövlət Aparatının iş stilinə aid komponenti təqdim etdiyi kimi görünmür. Sistem çərçivəsində nəzarət qurumları keyfiyyət qiymətləndirmə təkliflərindən daha çox nəzarət və audit funksiyalarına malikdir. Bir neçə monitorinq təşəbbüsləri qeyri-hökumət təşkilatları tərəfindən aparılmaqdadır.

Uşaq müdafiəsi üzrə institusional sisteminin ümumi təmsilçiliyi Əlavə I-in II Xəritəsində əyani surətdə verilir-məlumdur ki, abzasların bir-birini təkrarlaması və ya kəsişməsi oxumağı asanlaşdırmır.

1.2.1. Daxili İşlər Nazirliyinin nəzdində olan qurumlar


Daxili İşlər Nazirliyinə tapşırılmışdır ki, ictimai asayiş və təhlükəsizliyi təmin etsin. Ölkə ərazində təşkil olunmuş polis stansiyaları polis qurumları və patrol xidmətlərini koordinasiya edir. Onlar tez-tez uşaqlarla ünsiyyətdə olurlar: həm qanunla ziddiyyət təşkil edən yetkinlik yaşına çatmayanlar və uşaq alveri və ya zorakılığının qurbanları ilə. Tez-tez polislər uşaqların qayğı göstərən institutlara köçürülməsinə cəlb olunurlar.

Polis stansiyaları müvəqqəti saxlama kameraları ilə (rus ixtisarında KPZ kimi işlənir) təmin olunurlar. Şübhəli hüquqpozucuları-yetkinlik yaşına çatmayanlar daxil olmaqla- təhqiqatların birinci mərəhələsində belə qurumlar tərəfindən saxlanılırlar.

Hər bir rayon iki Polis Müfəttişi xidmətlərindən faydalınırlar, əsasən onlar uşaqların törətdiyi cinayətlərin təhqiqatına cəlb olunurlar. Onlar “müdafiə” profilindən daha çox “günahlandırıcı” yanaşma üsulu ilə işləyirlər; eyni sözlər qaba davranışları və ya uyğunlaşa bilməyən uşaqlarla işləyən bütün işçilər barəsində demək olar.

Uşaq Müfəttişləri Milli Təhlükəsizlik Nazirliyinin Departamenti nəzdində olan Cavanların Qorunması və Profilaktik Tədbirlər Qurumuna hesabat verirlər (1 məsul, 5 tam-ştatlı əməkdaş, hamısı polisə mənsub olmaqla); onun mandatı polisin uşaqlarla işləməsinə nəzarət etmək və qanunu pozmaqda günahıandırılan yetkinlik yaşına çatmayanlar və il ərzində hökm oxunmuşlar barəsində məlumat toplamaqdır(cinayətin tipinə görə ixtisaslı şöbələr vasitəsilə). Bu qurum həmçinin patrol qurumları vasitəsilə küçələrədə rast gəlinən uşaqların gətirildikləri və valideynləri/qəyyumları tapılana qədər, və ya digər həll yolu tapılana qədər saxlandıqları 2 köçürmə mərkəzlərinin (biri Bakıda və biri Gəncədə) fəaliyyətlərinə nəzarət edirlər.

Daxili İşlər Nazirliyi nəzdində Xüsusi İnsan Alverinə Qarşı Mübarizə Qurumu Daxili İşlər Naziri müavininin məsuliyyətində olmaqla bu yaxınlarda yaradılmışdır ki, bu nazir müavini Respublika Prezidentinin may 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş, İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planının Milli Koordinatoru kimi təyin olunmuşdur11.

1.2.2. Ədliyyə Nazirliyinin nəzdində olan qurumlar və digər əlaqəli qurumlar


1.1 bəndində qeyd edildiyi kimi, Azərbaycanda məhkəmə sistemi dörd səviyyələrdən ibarətdir (Hakimlər Şurasının Ədliyyə Nazirliyinin nəzdində yaradıldığına görə bu nazirliyin bir hissəsidir);

* birinci instansiya kimi mülkü və cinayət işləri Rayon Məhkəmələrində (cəmi 76 olmaqla) baxılır; adi hakimlər bütün kateqoriyadan olan cavabdeh tərəflərin öz funksiyalarını yerinə yetirməyi tələb edir (yaşlılar və yetkinlik yaşına çatmayanları fərqləndirməyərək). Bəzi hakimlərin valideyn qayğısından məhrum olmuş uşaqlara hüquq təlimatçılarının (himayəçilər və qəyyumlar, övladlığa götürmüş ailələr) təyin etmək məsuliyyətləri vardır; Azərbaycanda ixtisaslaşmış ailə və ya yetkinlər üçün məhkəmələr mövcud deyildir. Məhkəmə sistemi həm də ilkin sorğu üzrə hakimlərdən ibarətdirlər ki, bunlar şübhə olunan cinayət barəsində birinci məlumat alanlardırlar, və uşaqlar üçün təhqiqatları və məhkəməyə qədər saxlanılma barədə qərar verirlər;

* bütün rayon məhkəmələri Bakıda yerləşən Apelyasiya Məhkəməsinə istiqamətlənirlər, burada birinci hökmdən etiraz edən cavabdeh tərəflər ikini məhkəmə instansiyasına müraciət edirlər;

* Ali Məhkəmə üçüncü səviyyəni təmsil edir (Kassasiya Məhkəməsi) və öz funksiyasını milli səviyyədə icra edir;

* dördüncü məhkəmə səviyyəsi Konstitusiya Məhkəməsi tərəfindən təmsil olunurlar, və əvvəl qeyd edildiyi kimi həmçinin baxılması üçün təqdim olunan şikayətlər barəsində fərdi müraciətlərə baxırlar.

İslah etmə Orqanları

Ədliyyə Nazirliyi tərəfindən nəzarət edilən (daha dəqiq desək, Məhkəmə Qərarlarının İcrası üzrə Baş İdarə tərəfindən, saxlanılanlar barəsində əsas məlumat mənbəyi olmaqla)12 bütün saxlama mərkəzləri və məcburi əmək koloniyalarından başqa uşaqlar aşağıdakı qurumlarda da tapıla bilərlər:


  • Məhkəmədən qabaq “izolyasiyatorlarda”, burada hüquqpozanlar təhqiqatlar zamanı saxlanılırlar (rus dilində qısa varianda SİZO adlandırılırlar). Əvvəllər Daxili İşlər Nazirliyi tərəfindən nəzarət olunurdu, 1999-cu ildən 3 institut (ikisi Bakıda və biri Gəncədə) Ədliyyə Nazirliyinin yurisdiksiyasına verilmişdir. Buralarda yetkinlik yaşına çatmayanlar üçün ayrıca sahə yoxdur, və belə mərkəzlər oğlanalrın (nadir hallarda qızların) daha yetkin (ehtimal olunur) cinayətkarlarla ünsiyyətdə olmasına şərait yaradır;

  • bir yektinlər üçün saxlama mərkəzi, Bakıda yerləşir, və zərif rejimə uyğun idarə olunur. Burada qadınlar üçün bir həbsxana vardır-nadir hallarda mühakimə olunan qızlar burada saxlanılırlar-mərkəzdə bütün ölkə ərazisindən olan hüquqpozan gənc oğlanlar saxlanılırlar. Uşaqlar-heç bir yolla on ildən artıq məhkum olunmamaqla-bu mərkəzdə 18, artırmaqla 20 yaşa qədər saxlanılırlar, və sonra yerdə qalan müddəti çəkmək üçün böyüklər üçün olan həbsxanalara köçürülürlər. Həbsxananın direktoru həbsin üçdə ikisini çəkmişlər barəsində şərti buraxılma haqqında qərar qəbul edi bilər.

Ümumiyyətlə, həbs etmə- həm yetkinlik yaşına çatmayanlar və həm də yaşlılar üçün-tərbiyəetmə vasitəsindən daha çox cəzalandırma məqsədini daşıyır və belə halların gələcəkdə qarşısını almaq üçün çox yaxşı vasitədir. Bu vəzifəni icra edənlər arasında uşaq hüquqlarından xəbərdarlığın səviyyəsi tez-tez çox aşağıdır, “qanun və qayda” tətbiq etmək üçün ehtiyacların məhdud surətdə və əlverişsiz surətdə ödənilməsində özünü göstərir.

1997-ci ildə qəbul edilmiş Məhkəmə və Hakimlər haqqında Qanun hüquqi islahatlar üzrə institusional çərçivə rolunu oynayır və günahkarın ləyaqətinə hörmətlə yanaşaraq məcəllələrdə bəzi təkmilləşdirici islahatlar aparıb. Hələ ki, xüsusi gücləndirici tədbirlərin görülməməsi sənəddə göstərilmiş prinsiplərin tam həyata keçirilməsinə mane olur. Hüquqpozmalara qarşı şikayətləri toplayan yeganə qurum Ombudsman Ofisidir ki- burada 3 şəxs milli səviyyədə bütün sahələrdə insan hüquqlarının pozulmasını monitorinq etməlidir və bir neçə QHT-lər yeniyetmələrin hüquqları sahəsində fəaldır. Onlar yoxlanılmış hallar barədə hesabatlar hazırlaya bilər, lakin birbaşa hüquqpozma prosesinə müdaxilə etmək səlahiyyətləri yoxdur. Nəticədə, vətəndaşlar ümumilikdə və yeniyetmə yaşına çatmayanlar xüsusilə -de fakto olaraq milli qanunvericilikdə qəbul edilmiş hüquqlarına hörmətlə yanaşılması barəsində hər hansı iddia qaldırmaq imkanından məhrum olunurlar.13

Amma bununla belə qəbul etmək lazımdır ki, son illər cavan və yaşlı günahkarların müdafiəsində QHT-in iştirakının mühümlüyü Dövlət tərəfindən qəbul edilmişdi. Qərarların İcrası Maddəsinin yenicə qəbul edilmiş 20-ci bəndinə əsasən "İctimai Təşkilatlar dustaqların himayəsində iştirak edə bilər, ictimaiyyətin islahetmə yerlərinin şəraitinə nəzarəti qəbulediləndir və onların oradakı fəaliyyəti normativ hüquqi aktlara əsasən həyata keçirilə bilər".14Nəticədə, Gənc Günahkarların Hüquqlarının Himayə Şurası yaradıldı və Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə Məsələləri üzrə İctimaiyyətin Monitorinq Şurası da artıq fəaliyyətə başlamaqdadır.15

Prokurorluq və Vəkillər

Ədliyyə idarəçiliyində əsas önəm hər bir rayonda olmaqla 74 Dövlət Prokurorluq Orqanlarına verilmişdir.(2 işğal edilmiş zona istisna olmaqla). Prokurorlar hüquq işçiləridir və hakimlərdən asılı olmayaraq, Dövlətin cinayətkarlığa qarşı iddiaçılarıdır.

Prokurorlar təhqiqat və və məhkəmə işlərinə cəlb olunurlar və onların fikirləri ilə həm həbs etmə vaxtı həm də ittiham etmə zamanı hesablaşılır. Sovet vaxtı prokurorluq orqanları qanunda ən yüksək pilləni tutrdu və hətta hakimlər üzərində hökm edə bilirdilər. Amerika Vəkillər Assosasiyasının hesabtında deyildiyi kimi, "məhkəmə salonlarında güclərin balansı olmadığı üçün prokurorluq orqnlarının əksəriyyəti hadisələrin nəticələri barədə mübahisələr aparırlar"16.

Çatışmayan Vəkillər

Ədalətin bərpası üçün indiki vəkillərin oynadıqları rolu və onların (vəkillərin) cavabdehlərin hüquqlarını tam şəkildə təmsil etməməklərinə aydınlıq gətirmək üçün Azərbaycanda Hüquq İxtisası İslahatları İndeksin-dən verilmiş sitatlara nəzər salaq17.

" Sovet Konstitusiyasına vəkillik hüququ və günahsız olma haqda ilkin fərziyyənin olması maddələrinin daxil edilməsinə baxmayaraq vəkillərin rolu məhdud idi: yəni cavabdehin günahı demək olar ki, qəbul edilirdi və vəkilin rolu ancaq məhkəmədən nisbətən yumşaq qərarları verməyi xahiş etmək olurdu. (....) Amma məlum olduğu kimi Qərbdə özəl hüquqi praktikada bu cür hallara demək olar ki, rast gəlinmir.(....) "

"Cinayət hallarında zərər çəkən və ya şikayət edən tərəfin də təmsil olunmaq üçün konstitusion hüququ var. Şikayət edən tərəfin təmsilçisi Vəkillər Kollegiyasının üzvü olmaq şərti ilə vəkil olmalıdır.(....) Vəkillər haqda Qanuna əsasən Kollegiyaya üzv olmaq üçün, hüquq ixtisası üzrə universitet dərəcəsi, üç il təcrübə və peşəkar fəaliyyətə başlamaq üçün yazılı imtahan tələb olunur. Bunun başlanğıc forma olmasına baxmayaraq, yeni üzvlərin qəbul edilməsi üçün mexanizm hələ ki, yoxdur. 1999-cu ildən Vəkillər Kollegiyasına qəbul olunanlar üzv deyillər." "Vəkillər Kollegiyasına daxil olmaq istəyən üzvlərin uğursuzluğu barədə qərar vermək hüquqşünasın peşəsidir və bu da ölkənin tələbləri və ehtiyacları ilə heç cürə uyğun gəlmir. Vəkillər Kollegiyumunun cəmi 350 üzvü var.(....) Bu da hər şəxsə vəkil nisbəti baxımından 22.887 nəfərə 1 vəkil deməkdir. (....) İnsan Hüquqları üzrə Beynəlxalq Liqanın 1999-cu il hesabatı qapalı cinayət vəkilləri məsələsinə insan hüquqlarının pozulmasının qurbanlarının müdafiəsini azaldan əsas məsələ kimi qəbul edilir. “Müstəqil vəkillərə başqalarını müdafiə etməyə mane olmaq cinayət xarakteri daşıyır, insan haqları prinsipinə zərbə vurur və ədalətə qarşı cinayətdir".

"Az sayda vəkillərlə birlikdə müəyyən edilmiş problemlərdən biri məhkəmə salonlarında güclərin balansının olmamasıdır. (....) Kollegiyanın müstəqil omaması üzündən vəkillər polisin, təhqiqatçıların, prokurorluq orqanlarının və yüksək siyasi qüvvələrin zorakılığına məruz qalırlar.

Prokurotura orqanlarının gücü qərəzli və rüşvətxor məhkəmə orqanlarının gücü ilə birlikdə vəkillərin rolunu məhdudlaşdırır. Vəkillər vəkillik qabiliyyətlərinə görə yox, rüşvət almaq üçün sövdələşmə bacarıqlarına görə seçilirlər".

"2004-cü ilə kimi Vəkillik haqda Qanun vicdanla və tam şəkildə həyata keçirilmişdir (....) cinayətkarı müdafiə heyəti (...) amma bunlar müstəqil olmadılar və hələ də prokurotura orqanlarının təsiri altındadırlar. Bu məhkəmə sistemlərində korrupsiyanın olmasına əsas verir.Vəkillər məhkəmə salonlarında "formal fiqurlara" bənzəyirlər".

Hüquqi xidmətlərin yararsızlığı:

"Uyğun vəkillərin olmaması, hüquqi yardım xidmətlərinin icrası üçün infrastrukturun və mənbələrin yoxluğu, minlərlə fərdi şəxslərin , xüsusilə ehtiyacı olan və azadlırlarından məhrum edilmiş insanları hüquqi xidmətlər almaq hüququndan məhrum edir."18

Hüquqşünasların de fakto olmadığı şəraitdə, yeniyetmələri qanunla konfliktə düşən zaman müdafiə etmək üçün başqa fiqurlar yoxdu.19


1.2.3. Səhiyyə Nazirliyinin nəzdində olan qurumlar


Vətəndaşalara göstərilən çoxsayda tibbi xidmətlər sırasında, Səhiyyə Nazirliyi 0-dan 3 yaşına kimi uşaqların (həmçinin atılmış uşaqların) sağlamlığına cavabdehdir və eləcə də əlil və xroniki xəstəliyi olna uşaqların sağlamlığına da tibbi yardım göstərməlidir.Cəmiyyətin bəzi hissələrində yüksək riskin olmasına görə bu uşaqların hamısı müdafiə olunma imkanı qazanırlar. Bu təşkilatlara daxildir:20

  • Anadan olan vaxt tərk edilmiş uşaqlar üçün təcili yardım mərkəzi, Ruslarda OMD kimi tanınır.Bakıda yerləşən bu mərkəz doğum evlərində etinasızlığa məruz qalmış uşaqlara ilk tibbi yardım göstərir; tibb işçiləri heyəti həmiçinin (polislə birgə) uşaqların qayğısına qalmaq üçün daha uzunmüddətli plan üzərində işləyir. ( yəni onlar sosial işçilər kimi fəaliyyət göstərirlər);21

  • 4 uşaq evi (2-si Bakıda,1-i Gəncədə,1-i isə Naxçıvanda), 1 "psixo-nevroloji problemlər üzrə " uşaq evi daxil olmaqla. Ağır “tibbləşdirilmiş” modelə uyğun yaradılaraq, uşaq evləri 3 yaşlarına qədər uşaqlara xidmət göstərmək üçün tibb işçilərinə malikdirlər (həkimlər və tibb bacıları, öz ağ xalatlarında işləyirlər). Onlar yetimlər, atılmış uşaqlar, qurumların qərarları əsasında ailələrdən ayrılmış körpələr və iqtisadi çətinliklərə görə lazımı qidalanma verə bilməyən valideynlər himayəsində olan körpələri qəbul edirlər. Uşaqların belə institutlarda illik yaşamaları barəsində məlumatlar Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim olunur, və Maliyyə Nazirliyi tərəfindən də alınaraq, ilik xidmətlər üzrə ehtiyyatların ayrılması təmin edilir22. Ölkədə ən aşağı maaş alan peşə kateqoriyaları arasında olmaqla səhiyyə işçiləri dövlətin səhiyyə sistemi kimi uşaq evlərinə təsir edən vəsaitlər çatışmamazlığı ilə mübarizə aparmalı olurlar;

  • xroniki/yoluxucu xəstəlikləri və psixo-nevroloji problemləri olan uşaqlar üçün sanatoriyalar. Baxmayaraq ki, xəstəxanaya götürmə müddəti yalnız sağlamlıq müalicəsi üçün lazım olan vaxtı əhatə edir, sanatoriyalar yaşayış institutları kimi hesab olunurlar, hətta bəzi hallarda deyildiyinə görə, uşaqlar bir neçə ilə belə mərkəzlərdə saxlanılırlar23. Deyildiyinə görə, həmin qrupa aid olan cinsi yoluxucu xəstəlikləri olan qadın və qızlar üçün dispenser izolyasiyada saxlanılırlar 24.

  • bir bərpa mərkəzi, gündəlik qayğı praktikası əsasında əlil uşaqların müalicəsi və ailələrin treyninqi üçün gündəlik müalicə təmin edirlər. Avadanlıqla az təmin olunmuş və peşə hazırlığına ehtiyacı olan əməkdaşlara malik bu mərkəz Bakıda yerləşir və Sovet səhiyyə sisteminin dağılmasından bəri durum gətirən yeganə mərkəzdir; əyalət səviyyəsində fəaliyyət göstərən digər oxşar mərkəzlər də bağlanmışdır25.

Atılmış uşaqların məsuliyyəti 3 yaşına qədər təmamilə Səhiyyə Nazirliyinə verildiyinə görə, nazirlik Övladlığa Götürülmə üzrə Departament (iki tam ştatlı əməkdaş, biri rayonda və digəri şəhərlərdə olan qeydiyyatlar üzrə məsuldur) təşkil etmişdir ki, buraya valideyn qayğısından məhrum olmuş uşaqlar və potensial övladlığa götürmə ailələri barəsində məlumatlar rayon qurumlarından və fərdlərdən toplanır26

Həmçinin rayon poliklinikalarında Psixi-Nevroloji Dispanserlərdə uşağa qayğı şəbəkələri də daxil edilməlidir, bu şöbələrə əlillik diaqnozu və aidiyyəti terapiya olduğu hallarda birinci instansiya kimi, ilkin səhiyyə xidmətləri pediatrlarının müraciəti əsasında xidmət göstərilir. Dispanserlərdə işləyən “nevro-patoloqlar” əlil uşaqların sağlamlıq qeydlərinin (epikrik)27 apaırlmasında əsas rola malikdirlər.


1.2.4. Təhsil Nazirliyinin nəzdində olan qurumlar


Təhsil Nazirliyinin uşaqların yaşadıqları institutlarda geniş məsuliyyətləri vardır, burada bir sıra tədbirlər istisna olunur çünki, onların təhsil funksiyasını icra etməsi gözlənilmir28.

Aşağıdakı institutların İbtidai Məktəblər üçün iki Departmentlər üzərində nəzarəti vardır (sorğu edilən ərazi bölgüsünə uyğun olaraq biri rayonlar və digəri şəhərlər üzrə məsuldur)- buradan məlumatlar Dövlət Statistika Komitəsinə illik əsasda göndərilirlər29:

* valideyn qayğısından məhrum olmuş 8 institut (uşaq evləri), bunlardan ikisi internatlar (və bununla “cəmi institutlara” çevrilirlər çünki uşaqlar xarici xidmətlərlə ünsiyyətdə olmaqdan məhrum olunmuşlar). Bunlar “bioloji” yetimlərə xəstəxana xidməti kimi yaradılmışdır, əslində isə “social yetimlər” kimi adlandırılması qəbul edilmişləri də belə institulara qəbul edilirlər, yəni valideynlərin yaşayış çətinliklərinə görə ailələrindən ayrılmış uşaqlar (yoxsulluğa görə və social baxımdan yaxşı uyğunlaşmamış);

* Əlilliyi olan Uşaqlar üçün 12 Xüsusi İnternat Məktəbləri. Sovet vaxtlarından miras qalmış Azərbaycanda təhsil sistemi, lazımı praktikalar təşəbbüsünə son səylərin göstərilməsinə baxmayaraq xüsusi ehtiyacı olan uşaqların istiqamətləndirilməsinə imkan yaratmır30. Bu uşaqların təhsil ehtiyaclarına uyğunlaşmaq üçün sistemin potensialına deyil daha çox “məhsuldarlıq” qabiliyyətləri üzərində əsas diqqət saxlayan pedaqoji modelə əsaslanır; buna görə də, “normallıqdan” kənar olan bütün uşaqların çıxarılmasına yönümlüdür. Bu səbəbdən, xüsusi məktəblər (internat rejimi olan və olmayan) hazırda əlilliyi olan uşaqlar üçün(və xroniki xəstəlikləri olan) təhsil almaq üçün yeganə seçimi özündə təmsil edir. Belə məktəblər fiziki və digər qabiliyyətlər baxımından əlilliyi olan uşaqlar üçün yalnız açıqdır;

* ümumi tipli 39 internat məktəbləri31, burada uşaqların yalnız məktəb ili ərzində qalmaları nəzərdə tutulub. Əslində, uşaqların geniş əksəriyyəti institularda demək olar ki, bütün il ərzində qalırlar; tez-tez çox yoxsul olan və məktəblərdən uzaqda yaşayan ailə ilə əlaqələri pozulur və təmamilə kəsilir.

Bütün yaşayış avadanlıqları baxımından, məktəblərdə yaşayış şəraitləri daha çox alınmış şəxsi ianələr və direktorların idarəçilik potensialları hesabına yaşayır (ehtiyyatlar xərci, təhsil qaydaları və tərbiyəçilər üzərində nəzarət).

Bu insitutlar arasında xüsusi qeyd edilməli olan “təfriqi davranışları olan” oğlanlar üçün xüsusi rejimli iki “təkrar-tərbiyə” məktəbləridirlər. Çətin uşaqlar yerli səlahiyyət qurumlarının təklifi (hüquqi qurumlar daxil olmaqla)32 və valideynlərin qərarı ilə göndərilirlər ki, burada cəzalandırılsınlar-məktəblərin direktorlarından birinin dediyi kimi. Ailədən və icmadan ayrılma-bir ildən üç ilə qədər müddətə-uşaqların öz səhv davranışları barəsində xəbərdar olmalarının artırılması, və peşiman olmaları məqsədini daşıyır(demək olar ki, həmişə uğurla nəticələnir). İlkin vaxtlar ərzində belə məktəblərin əsas məqsədi hərbə-oxşar qaydalarla ciddi intizam almaları üçün idi. Son illərdə, həmin direktorun dediyinə görə, intizam tədbirləri əhəmiyyətli dərəcədə yenidən baxılmış, və proqramlar hazırda digər internat məktəblərinin biri ilə müqayisə olunur33.

Tibbi-Psixi-Pedaqoji Kommissiya Nazirlik nəzdində yaradılmış və milli səviyyədə xüsusi ehtiyacları olan uşaqlar üçün həll yolları barədə qərarlar qəbul edir. 11 üzvdən ibarət olmaqla, əksəriyyəti tibb təhsilinə malik olan, kommissiya xüsusi məktəblərdə (və ya ağır əlilliyi olan uşaqlar üzun-müddətli institularda), və ya ev təhsili almaq üçün uşaqların yerləşdirilməsi barədə qərar qəbul edir.

* Ev təhsili üçün 3 mərkəz (Bakı, Gəncə və Sumqayıtda yerləşir), xidmətlər almaq və müəllimləri evə göndərmək üçün hüquqlu olan uşaqları qeydə alır. Digər rayonlarda ev təhsili məktəblər tərəfindən təmin olunur. Müəllimlər və təhsil proqramları üzərində nəzarətin necə icra ediləcəyi hələ aydın deyildir; qeyri-formal fikir mübadilələri belə yekun verməyə əsas verir ki, yerlərdə strukturlu monitorinq sistemi yoxdur ki, ev təhsilinə real imkanı olan uşaqları bu xidmətlə təmin etsin. Eyni zamanda, dərslər müntəzəm surətdə təşkil olunmur, və təhsilin keyfiyyətinin aşağı olduğu bildirilir34.

Səhiyyə Nazirliyi kimi, Təhsil Nazirliyi də Övladlığa Götürmə üzrə Departamentə malikdir (rayon və şəhərlərdə məsul olan 2 tam ştatlı işçi),4-18 yaşlar arasında uşaqların övladlığa götürülməsi məsələləri koordinasiya edir: ailə ehtiyacında olan uşaqlar və potensial ailələr barədə məlumat müqayisə edilir və məhkəmələrin cəlb edilməsi yekun qərarlar qəbul edilir.

Beynəlxalq övladlığa götürmə məsələləri Xarici İşlər Nazirliyinin məsuliyyətindədir35.


1.2.5. Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin nəzdində olan qurumlar


Əmək və Əhalinin Sosial Təminat Nazirliyi ehtiyacı olan ailələr və uşaqlara social xidmətlərdən daha çox maliyyə dəstəyi ilə yardım edir.

Sosial işçinin rolu, rifah sistemlərində göründüyü kimi, mövcud deyil. Rayon səviyyəsində təmsil olunan az sayda social işçilər yaşlı adamlara nadir hallarda köməklik edirlər, və bir qayda olaraq social təminatların verilməsi ilə bağlı bürokratik prosedurlara cəlb olunurlar.

Hazırda maliyyə ödənişləri düzgün istiqamətləndirilmir, və uşaqların qeyri-münasib sayı (1.5milyon, uşaqların 50%-i) bir-birinə uyğun gəlməyən aylıq ödənişlər alırlar ($2 –dan az).

Əlil uşaqlara təminatlar baxımından, aylıq məbləğ müəyyən qədər yüksəkdir ($20 həcmində), lakin əlilik növü və dərəcələrindən asılı olmayaraq bütün əlil kimi qeydə alınmış uşaqlara bölüşdürülür. Əlilliyi olan uşaqların sayı barəsində Dövlət Statistika Komitəsinin və nazirliyin hesabatları fərqlidir.

Yoxsulluğun Azaldılması Strategiyasının bir hissəsi kimi, istiqamətli sosial ödənişlər üzrə əsas islahat 2006-cı ildən başlayaraq həyata keçiriləcəkdir-Avropa Kommissiyasının Ərzaq Təhlükəsizliyi Proqramı əsasında-sosial hallar üzrə kriteriyalara bölünməyə yenidən baxmağa başlamaqla. Vergi sisteminə əsaslanmadan, Azərbaycanda ailələrin real gəlirlərinin qiymətləndirilməsi olduqca çətindir.

Milli səviyyədə, uşaqlara yardım üçün müvafiq şöbələr vardır:

* Sosial Dəstək Şöbəsi, buradan ehtiyyatlar vətəndaşların buna hüququ olan kateqoriyalarına təminatların bölüşdürülməsi həyata keçirilir (uşaqlar üçün qeyd olunan doğumla bağlı ödənişlər arasında, MK-lar və qaçqınlar üçün təminatlar, əlil uşaqlar və -eyni zamanda –digər minium yardımlar);

* Əlillər üzrə Tibbi Kommissiya, rus dilində qısaldılmış formada VTEK kimi istifadə olunur, əlillik ödənişi almaq üçün lazım olan sənədləri nəzərdən keçirir. Müvafiq fikri təmin edən texniki kommissiya olmaqdansa, bu qurum artıq tamamlanmış yardımlar almaq prosedurlarına digər bürokratik mərhələni təşkil etməsi səhnəsi canlandırır. Bu o deməkdir ki, əlil uşaqlara yardım heç bir digər formaya uyğun gəlmir;

* Əlil və Tənha Adamlar Şöbəsi, nəzarət etmək mandatları vardır

* ağır təlim əlilliyi olan uşaqlar üçün iki yaşayış institutları. Belə instituların əsas funksiyası onlara sığınacaq və yaşayış üçün əsas material verməkdir; onlara Təhsil Nazirliyi tərəfindən nəzarət edilmir, çünki onlar “təlim almaq bacarığında olmayanlar” kimi nəzərdə tutulan uşaqlara istənilən formada təhsil vermələri nəzərdə tutulmur.


1.2.6. İcra hakimiyyətlərinin nəzdində olan qurumlar


Azərbaycanda rifah xidmətləri rayon səviyyəsində İcra Hakimiyyətləri tərəfindən idarə olunur. Yerli idarə səviyyələriin (yəni bələdiyyələrin) bu mənada heç bir rolu yoxdur.

İcra Hakimiyyətlərində, bir sıra kommissiyalar və ofislər uşaqların müdafiəsi ilə məsələlərə baxırlar, lakin heç də həmişə birbaşa olaraq əvvəl qeyd olunan milli kommissiyalarla/şöbələrlə əlaqə saxlamırlar36:

* Yetkinlər və yetkinlik yaşına çatmayanların Hüquqlarının Müdafiəsi üzrə Kommissiyalar (Yetkinlik yaşına çatmayanlar üzrə Kommissiyalar). 2002-ci ildə uşaqlara daha yüksək səviyyədə müdafiə təmin etmək məqsədilə yaranmışdır, kommissiyalar 2 tam ştatlı əməkdaşdan (adətən 1-I hüquqşünas və 1-I inzibati heyət olmaqla) ibarətdir və konkret hadisə olduğu halda digər peşə işçiləri cəlb olunurlar.

Rayon səviyyəsində İcra Hakimiyyətləri tərəfindən nəzarət olunan Yetkinlik yaşına Çatmayanlar üzrə Kommissiya, Nazirlər Kabinetində Humanitar məsələlər üzrə Baş Nazirin Müavininə birbaşa hesabat verirlər: onlar daha çox hesabat verməs sistemində "ikinci kanalı" təmsil edirlər ki, bud a məsuliyyətlərin və qəravermənin bölüşdürülməsi baxımından çaşqınlıq yaradır (və hərəkətsiz və sabit vəziyyətə səbəb olur).

Qanunla verildiyi kimi, onların mandatı "yetkinlərə təhsil təsirini təmin etmək, onların hüquq və qanuni maraqlarını qorumaq, öz davranışları üzərində nəzarəti təmin etmək, qeyri-qanuni fəaliyyətlərin törədilməsinin qarşısını almaq və Dövlət və yerli özünü-idarə qurumlarının, müəssisələrin, agentliklərin və yuxarıda qeyd olunan məsələlər üzrə məsul təşkilatların səylərini koordinasiya etməkdən ibarətdir".

Yetkinlik yaşına çatmayanlar üzrə Kommissiyalar yetkinlərin məhkəmə məsələlərində polisi işə cəlb edirlər, və valideyn hüququndan məhrum olmuş uşaqlar üçün lazımı qayğı tədbirlərinin müəyyən edilməsində öz qətiyyətli fikirlərini bildirirlər. "Nəzarətçilər" rollarını oynadıqlarına baxmayaraq (uşaqları cəmiyyətin görünən zorakılıqlarından müdafiə etməkdən daha çox icmanı uşaqlardan qorumaq üçün dövlət qurumlarının səyləri artırmaq təsiri bağışlamaqla), onların rifah sistemində uşaqların maraqlarının qorunması üçün hər hansı digər qurumun olmadığı bir vəziyyətdə "sosial xidmətlər" qurumları kimi fəaliyyət göstərmələri üçün geniş potensiala malik mandatları vardır.

* Eyni zamanda, hazırda onlar özlərinin tam əməliyyat potensiallarına malik olmaları görünmür37; uşaqlar üzrə görülən bir neçə tədbirlər (rəsmi və qeyri-rəsmi) uşaqlar cəlb olunmadan keçirilir; məsələn, baxmayaraq ki, uşaqların institusionalizasiyası haqqında qərar Kommissiyanın razılığı ilə görülməlidir, və baxmayaraq ki, Kommissiya institularda yaşayan uşaqların yaşayış şəraitlərini baxışdan keçirmək mandatına malikdir, daha tez-tez uşaqlar birbaşa olaraq valideynlər tərəfindən institutlara gətirilirlər və oradakı təlimatçıların öhdəsinə atılırlar38;

* Tibbi Psixi-Pedaqoji Kommissiyaların rayon şöbələri, Rayon Təhsil Qurumlarında yerləşir. Həkimlər və pedaqoqlardan ibarət (5-7 nəfər), kommissiyalar əlilliyi olan uşaqların birinci müşahidəsini aparır və onların təhsil planlarını müəyyən edir(evdə təhsil, xüsusi məktəblər, və ya institutlar). Milli səviyyədə qərarların qəbul edilməsi əlavə bürokratik addımın olması fərziyyəsini verir, nəinki halları lazımı qaydada baxışdan keçirir(uşaqlar ikinci dəfə müşahidə olunmurlar, və qiymətləndirmə yalnız sənədlərə əsasən edilir);

* Himayəçilik və Övladlığa Götürmə üzrə Kommissiyalar hər rayonda Uşaq Müdafiəsi üzrə Müfəttiş və bir inzibati əməkdaşdan ibarət olmaqla; burada atılmış və valideyn qayğısından məhrum olmuş bütün uşaqların qeydiyyatı aparılır. Təlimatçıların/himayəçilərin və ya övladlığa götürən ailələrin müəyyən edilməsi yerli səviyyədə məhkəmənin qərarından sonra edilə bilər.Əgər bir ay ərzində həll yolu tapıla bilməzsə, uşaqlar milli qeydiyyat kitabına salınır, və bu hal müvafiq nazirlik (Səhiyyə və ya Təhsil) tərəfindən aidiyyəti üzrə idarə edilir. Hər iki səviyyələrdə, potensial valideynlərin seçilməsi və treyninqi üçün, və uşaqların uyğunluğunun müəyyən edilməsi üçün heç bir kriteriya sadalanmır. Himayəçilik və Övladlığa götürmə üzrə Kommissiyaların nə ailələrə nə də institutlarda olan hüquq təlimatçılarına qarşı əlavə monitorinq tədbirləri yoxdur;

* VTEK-in (Əlillər üzrə Tibbi Kommissiya) yerli şöbələri, rayon səviyyəsində əlillər üçün təminatların təmin edilməsi üçün "kateqoriyaya bölən" sənədlərin baxılmasında bürokratik prosedurları təkrar edirlər. Uşaqlar üçün yardımın keyfiyyətini yaxşılaşdırmaqdan daha çox, onların iştirakı qeyri səmərəliliyə imkanlar açır (və korrupsiyaya, bunun Azərbaycanda olması gizli problem kimi görünmür);

* SOBES (rus dilində qısaldılmış adı), və ya Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin yerli şöbələri, bütün benefisiarlara təminatların bölüşdürülməsini icra edirlər; orada çalışan sosial işçilərin heç bir səviyyədə uşaqlarla heç bir əlaqələri yoxdur;

* qismən uşaqlara aidiyyəti olan Mənzil İstismar İdarələri Bölmələridir ki, rus dilində qısaldılmış JEK-lər kimi adlandırılırlar. Sovet sistemin mirası olan JEK-lər vətəndaşlarla daha birbaşa əlaqədə olan kommunal xidmətləri bölməlidirlər: onlar seçki prosedurlar, siyahıya alma və qonşuluq səviyyəsində kommunal istehlaka aid bütün məsələlərə məsuldurlar. JEK-lərin əməkdaşları sırasına pedaqoqlar daxildir ki, onlar şagirdlərin məktəbə davamiyyətlərini monitorinq etməyə səlahiyyətlidirlər və bununla məktəbdən qovulma halları və küçə uşaqları məsələləri ilə işləməkləri hesab olunur. Eyni zamanda, onların bu rolu il ərzində yerinə yetirmələrinə güman edilmir və təhsil mühitində onların fəal cəlb olunması gölgə altındadır.

Hansı növdən olan rifah xidmətləri?

Yuxarıda qeyd olunan sistem ehtiyaclar üzərində deyil, xidmət-üzərində qurulmuş model formasındadır: idarələr bu xidmətləri təyin olunmuş təyinat prosedurlarına uyğun həyata keçirirlər; onlar ən tez-tez olur ki, yalnız ayrı-ayrı vətəndaş tərəfindən problem onların sahəsinə çatdırıldıqda cavab verirlər, və benefisiarların "əvvəlcədən müəyyən olunmuş" kateqoriyalarına "əvvəlcədən hazırlanmış" cavablar verirlər. Hər bir bölmənin xüsusi məsuliyyət payı vardır ki, bunsuz benefisiarlara əlavə yardım təmin edilmir; onların rolu yalnız problemi "bir az" həll etməkdir, və sektorlar arası əməkdaşlığın fəallaşdırılması hiss olunmur.

Başqa sözlə, Azərbaycanda rifah sistemi Konkret hallara əsaslanan idarəçilik və sosial-istiqamətli proqramlar əsasında metodologiyalarla xarakterizə olunmur.

Bu möhkəmliyin qiyməti çox vaxt uşaqlar tərəfindən odənilir: Uşaqlar heç kimin məsuliyyət daşımadığı, heç kimin baş verən hadisələrə görə cavab vemədiyi şəraitdə ofislər arasında get-gələ düşürlər və pis vəziyyətdə qalaraq özlərinə lazım olan müdafiəni təmin edə bilmirlər. Onlar müxtəlif vəziyyətlərdə müdafiəsiz qalaraq sui-istifadə edilmə təhlükəsinə məruz qalırlar və heç bir köməkdən istifadə edə bilmirlər.


1.2.7 1.2.7. Yerli Qeyri-Hökumət Təşkilatları


Əhalinin ifadə edilmiş hissəsinə konkret cavabların verilməsi üçün QHT-nın təşəbbüsü ilə bir neçə təcrübəyə nail olunmuşdur; Onların məqsədəuyğun şəkildə etdikləri cəhdlər əhalinin xoş güzəranına mane olan mövcud boşluqların və zəif cəhətlərin aradan qaldırılmasında böyük rol oynadı.

Qiymətləndirmə vaxtı ən çox vəd edilmiş təcrübə-yəni heç bir ayrı seçkilik olmadan- QHT-nın həyata keçirdikləri, böyük rola malik olan uşaqları müdafiə sistemi layihəsində üzə çıxarıldı.39



  • 4 gün Qəbələ, Şəki,Sumqayıt və İsmayıllı himayə mərkəzlərində yardım layihəsi; Soros Fondunun yardımı ilə onlar təklif edir ki, hər gün ailələrinə kömək edən və bu üzdən də gündəlik məktəblərdə iştiarak edə bilməyən uşaqların təhsili və istirahəti üçün bir sıra fəaliyyətlər təşkil olunsun. Uşaqların cəmiyyətlə daha sıx əlaqəsi və məktəbə cəlb olunmaları üçün bir neçə cəhdlər göstərilmişdi.

  • Bakının mərkəzində 1 balaca mərkəz ("İşıq Evi") könüllü olaraq küçə uşaqlarına isti yeməklər verir, onların isti duş qəbul etmələrinə şərait yaradır və onların istirahəti üçün gün ərzində bir neçə fəaliyyətlə məşğul olur.

  • Bakıda 1 qrup evi ("Ümid Yeri") də uşaq evlərindən qaçan və bir neçə könüllüdən sığınacaq və yardım axtaran uşaqlara yardım edir. Onların əksəriyyəti yenidən qrup evi yaxınlığında məktəblərə qayıdırlar.

  • Bakıda 1 QHT-tı ("Təmiz Dünya") insan alveri qurbanlarına, onlara psixoloji dəstək və onların yenidən cəmiyyətə inteqrasiyası üçün bir neçə işlər görür.

  • Bakıda 1 QHT (Psixoloji Məsləhətlər üzrə Mərkəz) zorakılığın və sui-istifadənin qurbanları olmuş uşaqlara psixoloji yardım göstərir.Uşaqlar mərkəzə həm milli/beynəlxalq QHT tərəfindən həm də onların validenləri tərəfindən cəlb olunur.

  • Bakıda 1 QHT-ı da həbs etmə mərkəzlərində gənc günahı olan şəxslərlə işləyir; QHT həmçinin ədliyyə institutlarında yaşayış tərzinin monitorinqi üçün Ədliyyə Nazirliyi tərəfindən yaradılmış qəyyumluq şurasının fəal üzvüdür.

Lazımi mənbələrin olmaması və Dövlətin onları tanıması üçün mübarizə aparmaqları ilə belə, QHT-rı təkcə uşaqların vəziyyəti barədə birinci inanılan məlumat vermə imkanına malik olmaqlarına görə yox, uşaqların ehtiyaclarına vətəndaş cəmiyyəti adından ilk olaraq birbaşa cavab verdiklərinə görə birinci və qabaqcıldırlar. QHT həmişə cəmiyyətin ehtiyaclarına uyğun layihələr həyata keçirir. Onlar həmişə pilot təşəbbüslərinin pionerləri olurlar və bununla da gələcək dərslərin öyrənilməsi üçün yaxşı nümunələr əldə edirlər. Qərarverən orqanlar cəmiyyətin həyat tərzini nəzərdən keçirərkən onların malik olduqları təcrübəyə hörmətlə yanaşmalıdır.



2. Azərbaycanda Ehtiyacı olan Uşaqların Müdafiəsi. Məlumat Bazası, Tendensiyalar, Risklər və Prioritetlər

Əvvəlki səhifədə bir az səthi da olsa Dövlət tərəfindən yaşayış tərzini yaxşılatmaq üçün göstərilən xidmət mənbələrinin şəbəkəsi izah edildi.Yəni bunlara cavablar demək olar.

Burada isə biz uşaqların sakit və ya uca səslə ifadə etdikləri tələbləri və ya onların ehtiyaclarını müəyyən edəcəyik.

Bir daha qeyd edərək, yadda saxlamaq lazımdır ki,Azərbaycanın məlumat toplama sistemi təəssüflər olsun ki, bir sıra arzu olunan məlumatları qeydə almır: xüsusilə də hadisələrin təhlili üçün onların analizinə icazə verilməyən müxtəlif mənbələrdən toplanmış məlumatlar demək olar heç vaxt üst-üstə düşmür.

Bir çox hallarda uyğun məlumatlar ya QHT-dan ya da qeyri/rəsmi mənbələrdən alınır; keyfiyyətli analizlərin aparılması hadisələrin düzgün başa düşülməsi və mahiyyəti üçün çox vacib amildir, amma həmişə problemlərin tam başa düşülməsi üçün qeyri-qənaətbəxş olur.

Uşaqların qruplarını müəyyənləşdirmək məqsədilə vəziyyəti təsvir edərkən-baxmayarq ki, bu zaman biz hesabatlarda bəzi yorucu və təkrar məlumatlara yol veririk-biz çalışmalıyıq ki, "institusional müdafiə yollarını" tapaq və bununla da ictimai sistemlər vasitəsilə uşaqların ehtiyaclarına cavab verən konkret yollar göstərək. Əsas məqsəd ehtiyacların fövqəladə hallara çevrilməsini işıqlandırmaqdır, və bu zaman qayğı təminatının özü uşaq hüquqlarının pozulması baxımından fövqəladə olur. Bir çox hallarda, prosedurların təsviri özü-özünü izah edir. Bəzi hissələr II Əlavədə göstərilən əyani təsvirə(blok-sxemlərə) köçürülmüşdür.

Qiymətləndirmələr Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş parametrlərə əsaslanır. Qısa və orta müddət tədbirləri üzrə parametrlər UNİCEF tərəfindən digər təşkilatların artıq həyata keçirilmiş təşəbbüsləri40 və 2005-ci ildə Azərbaycan Hökuməti ilə imzalanan UNİCEF Ölkə Proqramı üzrə Fəaliyyət Planının mövzuları nəzərə alınmaqla müəyyən ediləcəkdir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə