Make the children play



Yüklə 0,74 Mb.
səhifə9/11
tarix29.09.2017
ölçüsü0,74 Mb.
#2385
1   2   3   4   5   6   7   8   9   10   11

3. Nəticələr və Tövsiyələr


Biz, dünya uşaqlarıyıq.

Biz, istismar və zorakılığın qurbanlarıyıq.

Biz, küçə uşaqlarıyıq.

Biz, müharibə uşaqlarıyıq.

Biz, HIV/AIDS-in qurbanları və yetimləriyik.

Biz, yaxşı və keyfiyyətli təhsil və tibbi xidmətdən məhrum olunmuşuq.

Biz, siyasi, iqdisadi, mədəni, dini və ətraf mühitlə əlaqədar ayrı-seçkiliyin qurbanlayırıq.

Biz, səsi eşidilməyən uşaqlarıq: artıq bizim də diqqətə alınma vaxtımız gəlib çatmışdır.



Biz, uşaqlar üçün uyğun bir dünya istəyirik.

çünkü bizim üçün uyğun olan dünya, hər kəs üçün uyğundur.”

Uşaqlar, bəşəriyyətin ən vacib mirasıdır. Uşaqlıqlarını yaşaya bilmələri və bütün potensiallarını inkişaf edə bilmələri üçün onların ehtiyac duyduqları hər cür dəstəklə təmin olunması sadəcə Konvensiyanı təsdiq edən Dövlətlərin Uşaq Hüquqlarıyla əlaqədar öz üzərlərinə götürdükləri bir öhdəlik deyil, bu hər bir cəmiyyətin öz inkişafını təmin edə bilməsinin yeganə yoludur. Bu, dünyanın bütün ölkələri üçün doğru olduğuna görə Azərbaycan üçün də doğrudur.

Bəzi uşaqlara digərlərinə nisbətən daha çox diqqət yetirmək lazımdır, çünkü onların üzləşdikləri təhlükələr və zorakılıq səviyyəsi daha yüksəkdir – onlar ya qeyri-sabit, müdafiə şəbəkəsinin kifayət qədər inkişaf etmədiyi bir şəraitə böyüdüklərinə görə, ya da ona görə ki, onların təmasda olduqları böyüklər uşaqların maraqların üstünlük təşkil etdiyini qəbul etmirlər.

Bu, Azərbaycan üçün xüsusilə doğrudur, çünkü:



  • 26,000 uşaq valideyn qayğısından məhrumdur və bunlardan 2,530-u uşaq müəssisələrində qalır;

  • öz ailələrinin olmasına baxmayaraq 20,000-dən çox uşaq vaxtlarının böyük bir hissəsini ictimai müəssisələrdə keçirir;

  • 43,000-dən çox uşaq əlil və ya əlilliyə gətirib çıxaran xəstəliyi olan bir şəxs kimi qeyd edilmişdir və bunlardan 5,900-ü xüsusi məktəblərə gedir və 8,000-dən çoxu təhsilini evdə alır, digərlərinin isə, xüsusilə də ağır əlilliyi olanların taleyi naməlumdur və onlar təhsilin bütün formalarından məhrumdurlar;

  • müəyyən edilməmiş sayda uşaq, xüsusilə də cavan qızlar – evdə, məktəbdə, qonşuluqda, müəssisələrdə, ictimai təhlükəsizlik orqanlarında zorakılığın qurbanı olurlar;

  • 1000-2000 arasında uşaq küçədə yaşayıb işləyir və bunun nəticəsində asanlıqla zorakılığın və hər cür istismarın qurbanları olurlar;

  • müəyyən edilməmiş sayda uşaq insan alverinin həm ölkə daxilində, həm də ölkə xaricində qurbanları olur və bunların arasına həyat şəraitlərinin qeyri-müəyyən olduğuna görə risk altında olanlar da daxildir;

  • 1,000-dən çox uşağın qanunvericiliklə problemi var və ya onlar pis davranışlarına görə dövlət orqanları tərəfindən nəzarət altında saxlanılırlar, bunlardan 100 nəfər həbsxanalarda saxlanılır (məhkəmədən əvvəl və ya sonra);

  • müəyyən edilməmiş sayda uşaq polis tərəfindən həbsdə hərdən bir saxlanılır;

  • müəyyən edilməmiş sayda uşaq valideynlərinin razılığıyla və ya razılığı olmadan iş gördürülərək istismar edilir;

  • 300,000-dən çox məcburi köçkün və qaçqın uşağı mövcuddur, bunlardan bəziləri illərlə pis şəraitdə yaşayır, 3,000–dən çoxu sığınıcaq axtarır.

    Uşaqların qorunmsıyla məşül olan Dövlət orqanlarının üzləşdikləri problem bu uşaqların hər birinin həyatı kimi mürəkkəbdir. İnsan hüquqları nöqteyi-nəzərindən baxıldıqda onlar, yəni bütün bu uşaqlar, universal, bölünməz, ayrılmaz və biri-biriylə əlaqəli hüquqlara malikdir. Uşaq Hüquqları Konvensiyasında qeyd olunmuşdur ki, onlar bu hüquqlardan ayrı-seçkilik olmadan istifadə edə bilməlidirlər.

    Hüquqların “iyerarxiyasını” və bu mənada prioritetləri təsbit etmək müəyyən etmək mümkün deyil yəni, başqa sözlə yuxarıda qeyd edilən heç bir uşağın digərinə nisbətən “daha çox” hüququ yoxdur və ya hüquqlarının vacibliyi daha az deyil. Lakin buna baxmayaraq bu hadisənin mahiyyətinə və təmayülünə nəzər yetirsək meydana çıxan bəzi promlemləri müəyyən edə bilərik.

    Uşaq müəssisələrində saxlanılan uşaqların vəziyyəti xüsusən narahatlıq doğurur. əvvəlki illər ərzində onların sayı diqqətə dəyər dərəcədə artmışdır, çox güman ki bu, çətin iqtisadi vəziyyətdə olan ailələrin öz uşaqları üçün daha “təminatlı” sığınacaq axtardıqlarına görə baş vermişdir. Amma bu cür həll emosional münasibətlər və problemlərin öhdəsindən gələ bilmə bacarıqlarının inkişafı nöqteyi-nəzərindən daha etibarlı deyil və bu hallarda müxtəlif formalı zorakılığa məruz qalma riski artır.

    Xüsusi ehtiyacı olan uşaqlara ayrıca fikir verilməlidir: rəsmi statistikaya görə bu cür uşaqların sayı sürətlə artmaqdadır, amma bunun səbəbini dövlət müavinətin təyin edilməsi mexanizmində tapmaq mümkündür. Daha çox narahat edici fakt ondan ibarətdir ki, uşağın düçar olduğu əlilliyin dərəcəsindən asılı olmayaraq bu uşaqların əsas təhsil sisteminə daxil edilməsilə əlaqədar tədbirlərin həyata keçirilməsi heç bir şəkildə nəzərdə tutulmur.

    Saylarının bilinməməsinə baxmayaraq, daha doğrusu saylar bilinmədiyi üçün uşaqlara qarşı zorakılığın yayqın formaları (yerindən asılı olmayaraq - evdə, məktəbdə, küçədə və ya uşaq müəssisəsələrində) və eyni zamanda uşaqların işə cəlb olunması halları, xüsusilə də kənd yerlərində, siyasəti müəyyən edənlər və ictimaiyyət tərəfindən narahatlıq mövzusu olmalıdır.

    Və nəhayət axırıncı olmamaq şərtilə sonuncu məsələ - böyük sayda olan sığınacaq istəyənlər daxil olmaqla məcburi köçkün və qaçqınların uşaqlarının vəziyyətini yaddan çıxarmamalıyıq – ixtilaf vəziyyətininin travmatik nəticələrinin təsirinə məruz qalmaqlarıyla bərabər onlar sabit şəraitdə məskunlaşmaq imkanından da məhrumdur.


Bir neçə dövlət orqanı uşaqların qorunması işiylə məşğuldur. Vəzifəli şəxslərin öz funksiyalarını müvəffəqiyyətlə həyata keçirə bilmələrinə ciddi şəkildə mane olan üç amil vardır:



  • siyasətin müəyyənləşdirilməsi və xidmətlərin verilməsi üçün zəruri olan, xüsusilə də əlaqədar böhranlara dair etibarlı məlumatların olmaması, ;

  • xitmətdən faydalanan şəxslərin fərdi ehtiyaclarından ziyadə, əvvəlcədən müəyyən edilmiş suallara yönəlmiş standartlaşdırılmış qaydaların dəyişməzliyi (yəni eyni kateqoriyadan olan hər bir kəsə eyni cavab verilir); beləliklə peşəkar kadrlar öz vəzifələrinin başqalarına havalə etməyə vadar edir və uşaqların ehtiyaclarına görə hazırlanmış effektiv həllər asanlıqla tapıla bilmir. Nə qədər ki onların istəkləri nəzərə alınmır, onlar da həyatda qalmanın uyğun olmayan formalarını yaradacaqlar və onların cəmiyyətdən gettikcə artan uzaqlaşması davam edəcək;

  • ümumiyyətlə qanunları dəyişdirmək cəhdləri istisna ediiməklə insan hüquqlarına uyğun üsullar tətbiq edilməmişdir, başqa sözlə məsuliyyəti nəzərdə tutan heçbir sistem mövcud deyil və görülən işlərin keyfiyyətə nəzarət edilmir. O cümlədən BMT-nin konvensiyasını imzalayan bütün tərəflərin öz üzərlərinə götürdükləri öhdəçiliklərin təmin edilməsi üçün daha çox tədbir görülməlidir və insan hüquqları: yerinə yetirilməli (yəni hüquqların yerinə yetirilməsinə təsir göstərə biləcək bilavasitə və ya dolayı yoldan edilən müdaxilələrdən çəkinilməsi); imkan yaradmaq (yəni hüquqların tam şəkildə həyata keçirilməsi istiqamətində lazım olan qanunvericilik, inzibati, maliyyə, hüquqi, dəstək xarakterli və digər növ addımları atmaq); təmin etmək (yəni hüquqların həyata keçirilməsi üçün yardımın və ya xitmətlərin bilavasitə təmin edilməsi).

    “İlk növbədə” gələn boşluqları müəyyən etmək çətin olsa belə məsuliyyətin təmin edilməsilə əlaqədar tədbirlər və hüquqların yerinə yetirliməsi nöqteyi-nəzərindən xüsusi diqqətin yetirilməsinə layiq bəzi məsələlər üzərində cəmləşmək lazımdır:



  • yeniyetmə ədliyyə sistemi və onunla əlaqədar hüquq mühafizə orqanları görüldüyü kimi uşaqların ən vacib maraqlarına görə təşkil edilməmişdir. O cümlədən qanunvericiliklə problemi olan uşaqların qanunla münasibətləri günahsızlıq prezumpsiyasına əsasən deyil, “təqsirləndirici” bir sxem üzərində qurulmuşdur. Azyaşlılar üçün xüsusi məhkəmələrin və polis vahidlərinin olmaması uşaqların xüsusi ehtiyaclarına verilən diqqətin az olduğunu vurğulayır. Uşaq alveri qurbanlarının müdafiə şəbəkəsinə xüsusi diqqət verilməlidir; bu qız və oğlanlar dövlət təşkilatlarından ibarət sistemin zəif olduğuna görə iki dəfə cəzalandırmağa layiq deyildirlər;

  • evdə təhsil sahəsində daha çox araşdırmaların keçirilməsi tələb olunur, çünki bu cür imkanları məhdud və ya xroniki xəstəliyə düçar olan uşaqlar öz həmyaşlarından ayrılmış olur və təhsilin keyfiyyəti nəzarətsiz qalır. Bundan başqa evdə təhsilin keçirilməsi barədə verilən qarərlar əlillik növlərinin və xəstəliklərin siyahısına əsaslandığı nəzərə alınırsa burada əvvəlcədən müəyyənləşdirilmiş bir ayrı-seçkilik prinsipinin mövcud olduğu meydana çıxar.

  • və ən vacibi, bu sistemdə həlledici rol oynayan subyekt: icma səviyyəsində mövcud olan imkanların istifadə edilməsinə səlihiyyət verməklə ailələrə və uşaqlara problemlərinin öhdəsindən gəlməyi öyrəndikləri zaman dəstək verən sosial işçi.



Əgər müdafiə şəbəkəsinin yaxşılaşdırılması istiqamətində səylərin dəfələrcə artırılması üçün bütün tərəflər cəhd göstərərsə, Azərbaycanda yaşayan uşaqlar həyatlarının keyfiyyətində ümidverici dəyişikliklər görə bilər. UNICEF tərəfindən həyata keçirilən qısa və orta müddətli tədbirlər xüzusilə aşağıdakı məsələlər üzərində cəmləşməlidir:

  • Sosial xidmət verən vahidlər üçün işlərin aparılması və xidmət şəbəkəsinin yaradılmasının metodologiyası sahəsində təlimlərin keçirilməsi. Öz işlərini icmanın tələblərinə əsaslanan xidmətlərə istiqamətləndirən ictimai orqanların iştarakı və cəhdi olmadan uşaq müdafiə sisteminin islahatı prosesinin davamlılığı təmin edilə bilməz. Onların funksiyası ehtiyacı olan ailə və uşaqları bilavasitə həyata keçirilən, fasiləsiz və peşəkar saviyyədə olan işlərin aparılmasını ayrı-ayrı vəziyyətlərin təhlili əsasında öyrətməkdən ibarət olacaq. İcra Hakimiyyətlərinin nəznindəki Azyaşlılarla İş, Himayə və Övladlığa Alma Üzrə Komissiyalar bu rolu öz üzərinə götürə biləcən ən uyğun orqanlar kimi görülür.

  • Hüquq mühafizə və yeniyetmə ədaləti sistemində işləyən vəzifəli şəxslərin uşaq hüquqları sahəsindəki təliminin təşkili. Burada son məqsəd dövlət təşkilətları tərəfindən təmin edilən bütün müdafiə üsullarıyla əlaqədar QHT-lərin köməyilə yardım əlaqələrinin qurulması sahəsində ən vacib bacarıqları inkaşaf etdirmək və uşaqlara kömək göstərmək məqsədilə münasib göndəriş sistemlərini qurmaqdır.

  • Xüsusi ehtiyacları olan uşaqları sosial müəssisələrə daxil edilməsini qarşısında məqsəd qoyan bilikləndirmə kampaniyalarının keçirilməsində kömək göstərmək. “normallıq” amillərinə uyğun olmayan (əlil, problemli ailələrdən gələn uşaqlar, küçə uşaqları, uşaq alverinin və cinsi istismarın gənc qurbanları) uşaqlara qarşı ayrı-seçkilik nümaiş edən yanaşmanı dayandırmaq üçün ictimai təsəvvürlərdə güclü dəyişikliklərin keçirilməsi zəruridir. İslah edilmiş uşaq müdafiə sistemi sadəcə “xoş”, yəni insanların xüsusi ehtiyacları olan və eyni icmanın üzvləri olan şəxslərin taleyinə qayğı göstərdikləri bir şəraitdə reallaşdırıla bilər.

  • Yeni prinsiplərə əsaslanan və ifadə edilən ehtiyacların təmin edilməsi üzərində cəmləşən təsiri genişləndirmək məlumatların toplanması və təhlilinin bütün səviyyələrdə yaxşılaşdırılması. Bu mənada uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən bir neçə QHT tərəfindən görülən ardıcıl və dəyərli işə lazımi qiymət verilməlidir.

“Biz uşaqların yaşaya bilməsi üçün uyğun olan, uşaqların maraqları nəzərə alınaraq, demokratiya, bərabərlik, ayrı-səçkiliyin olmaması, sülh, sosial ədalət prinsipləri və inkişaf etmə hüququ daxil olmaqla bütün insan hüquqlarının universallığı, bölünməzliyi, biri-biriylə bağlılığı prinsiplərinə əsaslanan davamlı inkişafın mövcud olduğu bir dünyanı quracağımıza söz verdiyimizi ifadə edirik.”

I ƏLAVƏ. Məlumat mənbələri


Mövcud təhlillər missiya zamanı görüşmüş şəxslərin fikir və məlumatları əsasında mümkün olub ki, onlara dərin minnətdarlıq edilir.

Xüsusi təşəkkür tədqiqatlar zamanı öz fikirləri və fəaliyyətləri ilə bu sənədin inkişafına töhfə verən uşaqlara edilir.

UNİCEF Uşaq Müdafiəsi APO-su Xanim Dilarə Babayevaya dəstəyinə və son məlumatların verilməsinə görə, uşaq müdafiəsi üzrə məsləhətçi Cənab Vüqar İmaməliyevə hüquqi məsləhətlərinə və müxtəlif mənbəyi olan məlumatların təhlilinə, Uşaq müdafiəsi üzrə köməkçi xanım Nərmin Osmanlıya bütün missiya dövründa təşkilati dəstəyinə və sənədlərin yenidən nəzərdən keçirilməsində yardımına görə proqram və planlaşdırma APOsu cənab Sirac Mahmudova dərin təşəkkürlər edilir.

UNİCEF nümayəndəsi xanım Hanaa Singerin etibarından faydalanaraq hazırlanan sənəd onun əməyi olmadan və baş Proqram rəhbəri xanım Gillian Vilcoxun nəzarəti və məsləhətləri olmadan qeyri mümkün olardı.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə