Make the children play


İnstitutlarda olan uşaqlar və Valideyn qayğısından məhrum olmuş uşaqlar



Yüklə 0,74 Mb.
səhifə3/11
tarix29.09.2017
ölçüsü0,74 Mb.
#2385
1   2   3   4   5   6   7   8   9   10   11

2.1. İnstitutlarda olan uşaqlar və Valideyn qayğısından məhrum olmuş uşaqlar

Saylar və Tendensiyalar: Əldə olan Məlumat


Rəsmi mənbələr uyğun olaraq, valideyn qayğısından məhrum olmuş uşaqlar 2003-cü ildə41 1060 və ümumilikdə (əvvəlki illər daxil olmaqla) 26494 sayda olmuşlar. Bu rəqəmə həm yetim və həm də valideynləri tərəfindən könüllü surətdə atılmış, məhkəmənin qərarı ilə ailələrindən ayrılmış uşaqlar daxildir. Ümumi sayın illər üzrə azalması görünür, lakin yeni halların sayı sabit olaraq qalır: bu artıq böyük yaşına çatmışların siyahıdan "çıxması" hesabına baş verir.

Bu uşaqların 90%-i qəyyumlar (ümumiyyətlə, qohumlar, çünki valideyn qayğısı göstərən ailələr Azərbaycanda rəsmi qəbul olunmur)və övladlığa götürən ailələr tərəfindən qayğı alırlar. Dövlət məskunlaşma mərkəzlərində olanların sayının 2530 olması bildirilir.

Bu rəqəm institutlarda yaşayan uşaqların ümumi sayının kiçik hissəsini təmsil edir (körpə evləri, uşaq evləri, xüsusi və ya daimi internat məktəbləri, əlil uşaqlar üçün institutlar): 2003-cü ildə onlar 23533 olmuşlar. Bu rəqəm 1995-ci ildən bəri 30% artmışdır42.

Saylarla yaranmış problemlər

2004-cü ilin Statistik illik kitabında saylar nəşr edilmişdi. Məlumatlar (həmçinin institutların sayı) Maliyyə Nazirliyinin institutlara verdiyi illik büdcə məlumatları ilə demək olar ki, adbaad fərqlənir. Bu məlumatlar QHT-nın verdikləri hesabatlarda isə daha fərqli şəkildə fərqlənir43.

Əlavə olaraq, sistemli şəkildə vasitələrin yoxluğu yaşayış şəraitlərinin ətraflı analiz edilərək inkişaf etdirlməsinə imkan yaratmır və bu da öz növbəsində gələcək məqsədlərin və nəticədə gələcək qayğı planının təyin edilməsində ilkin mərhələni müəyyənləşdirməyə mane olur. Yaş qrupları, gender tərkibi və uşaqların statusunu müəyyənləşdirən məlumatları (məs: tamamilə valideyn qayğısından məhrum olanlar və ya valideynlərinin nəzarəti altında qalanlar; institulizasiyanın vəziyyəti; qohumlarla/valideynlərlə əlaqələrin saxlanma vəziyyəti; (tez-tez və ya gec-gec) əlilliyin vəziyyəti və növü ) faktiki olaraq əldə etmək mümkün deyil.

Valideynləri tərəfdən tam (və ya rəsmi) şəkildə atılmamaqlarına baxmayaraq ki,bu uşaqların çoxu il uzunu institutun direktorunun və ya qayğı göstərən insanların nəzarəti altında qalırlar və tədricən institulizasiya edilmiş uşaqlara çevrilirlər.

Kasıblıq bir çox mənbələrə əsasən müəyyən edilir və əsas səbəblərdən biri də institulizasiyadır: bu institutlarda yaşayan uşaqlar "ictimai yetimlər" kateqoriyasına aid olurlar.

Bununla belə institulizasiya olunmuş uşaqların sayının sabit artımı, əgər biz bunu ölkədəki ÜDM-un artımı ilə müqayisə etsək, onda dövlət qayğısının göstərilməsi üçün ailələrin itqisadi vəziyyətlərinin yeganə səbəb olması düzgün fikir deyil. Belə olan halda qəbul etmək lazımdır ki, milli səviyyədə əldə olunan iqtisadi nailiyyətlər əhalinin yaşayış tərzinə birbaşa təsir etmir. Həmçinin başqa faktorları da bura əlavə etmək olar, yəni siyasi,mədəni və sosial faktorlar tendensiyaları izah etmək üçün birgə qəbul edilə bilər.

İnstitutlar "zibil qabları" kimi?

Ümumiyyətlə, bir neçə mənbənin dediyi kimi44, uşaqların profili bu instituların hədəf qruplarının reallığı ilə uyğun gəlmir: Yetimlər internat məktəblərində, sosial yetimlər yetim evlərində, kiçik problemləri olan uşaqlar əlil uşaqlar kateqoriyası altında xüsusi məktəblərdə və əlilliyi olan uşaqlar isə digər internat məktəblərində yerləşdirilirlər. Başqa ölkələrin təcrübəsinə əsasən demək olar ki, bu cür sistem ailələrin uşaqlarını öz evlərində, məktəblərində, öz cəmiyyətlərində qayğı göstərməkdən və dəstəkləməkdən daha çox onları "təcrid etmə" funksiyası daşıyır. Bu cür institular cəmiyyətdə "zibil qabı" rolunu oynayır, yəni burada problemli vəziyyətlər sona yetir, onların həlli tapılıb həll edilməkdənsə bu cür problemlər əbədiləşdirilir və nəticədə uşaqlar daha acınacaqlı şəraitə düşürlər.

Bütün hallarda: standard parametrlərlə əvvəlcədən hazırlanmış cavablar, qayğı göstərmək istəyənləri müxtəlif kateqoriyalara bölür və həmişə hər bir uşağın kompleks həyatına tam yardım göstərmək üçün qeyri-qənaətbəxş olur.

Bütün bunlarla belə son illər fərdi donorlar tərəfindən instituların ehtiyaclarını ödəmək üçün bir neçə təşəbbüs edilmişdi. (orada işləyən insanların çətin vəziyyətdə işləmələri, maaşlarının aşağı olması və s. problemlərin həlli üçün). Nəticədə kasıb aillələrdə belə bir tendensiya müşahidə edildi ki, uşaqların həyatını daha da yaxşılaşdırmaq üçün onları bu cür yaşayış institutlarına göndərmək lazımdır45.


Təşkilatı Müdafiə Vasitələri. Boşluqlar və təhlükələr


Yuxarıda qeyd olunduğu kimi, valideyn qayğısından məhrum olmuş uşaqlar əsasən ya qəyyumun himayəsində yaşayır, ya da övladlığa götürülür. Uşaqdan imtina olunduqda əvvəl Qəyyumluq və Övladlığa Götürmə üzrə Komissiyanın (hüquqi ratifikasiya üçün məhkəmələr də cəlb olunur), sonra isə Səhiyyə və Təhsil Nazirliyinin Övladlığa Götürmə Şöbələrinin prosedurlarına əməl olunur. «İkili kanal»ın mövcudluğu sistemi səmərəsiz edir, belə ki, məsuliyyətlər və peşəkar protokollar aydın şəkildə müəyyənləşdirilməyib. Bununla yanaşı, hər iki halda ailələrin seçilməsi və nəzarəti üzrə prosedurlar aydınlaşdırılmamış, yəni uşaqları övladlığa götürən ailələrə yardımın göstərilməsi və onların yoxlanılması nəzərdə tutulmamışdır. Deyilənlərə sübut kimi qanundan çıxarış verilir: «Nazirliklər (...) uşaq böyütmək istəyən şəxslər üçün övladlar seçir». Bu ifadə valideynlərin maraqlarının uşaqların maraqlarından üstün tutulduğunu göstərir46. Yalnız bu kriteriyalar əsasında uşaqlar onları övladlığa götürən ailələrə verilir.

Əvvəlki konsepsiya səhifəsində yaşayış müəssisələrinin vəziyyəti hərtərəfli təhlil edilmişdir47, «İnkişaf təşəbbüsü» QHT-si də bu sahədə araşdırmalar keçirmişdir ki, aşağıda onlara tez-tez istinad olunur. Aşağıda institutlaşdırma yollarının yeniləşdirilmiş təsviri verilmişdir: prosedurlar bəzi müdirlərin onları təsvir etdiyi kimi verilmişdir.


Daxil olmaq asan, çıxmaq çətindir.

Valideynlər məhkəmə qaydası ilə qəyyumluq hüququndan məhrum olduqdan sonra Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiya uşaqların uşaq evlərinə və kimsəsiz uşaqlar üçün internata qəbul olmaları üzrə rayon səviyyəsində qərar verir. Uşaqları bu müəssisələrə polis işçiləri gətirir (bəzən bu müstəqil şəkildə həyata keçirilir). Belə prosedurlar ciddi şəkildə tənzimlənmir və bəzən valideynlər/qohumlar və müəssisələr arasında birbaşa əlaqə qurulur.

Qəbul olunduqdan sonra müəssisə müdiri uşaqların qanuni qəyyumu olur, lakin onun öhdəlikləri və məsuliyyətləri aydınlaşdırılmayıb (istisna hal yalnız ondan ibarətdir ki, müdir uşağa onun bioloji valideynlərinin kimliyi barədə məlumat verməsini özü qəbul edir).

Məhkəmə qaydası ilə başqa qərar çıxarılmazsa- yekun qərar valideynlər qəyyumluq hüququndan məhrum olunduqdan 6 ay sonra verilməlidir-bioloji valideynlik hüququndan könüllü imtina övladlığa götürmə üçün əsasdır. Başqa sözlə uşağın yenidən ailədə böyümək hüququ ondan imtina etmiş valideynlərin xeyirxahlığından asılıdır. Bioloji valideynlərin icazəsi olmadan uşaqlar yetkinlik dövrünə çatana kimi müəssisədə qalırlar48.

Məlumatlara əsasən uşaqların bioloji qohumlarının onları övladlığa götürən ailələrə müdaxilə etmə imkanları ölkədaxili övladlığa götürmə hallarının az olmasının əsas səbəbidir.

Uşaq övladlığa götürülərkən müəssisənin müdiri uşağın nevroloqunun (bütün uşaqlar üçün nəzərdə tutulmuşdur) rəyini öyrənir, Şəhər Səhiyyə Şöbəsi bu rəyi qəbul etdikdən sonra İcra Komitəsinin Qəyyumluq və Övladlığa Götürmə Komissiyasına və Təhsil Nazirliyinin Övladlığa Götürmə Şöbəsinə göndərir. Ümumiyyətlə, ailə xüsusi maraq göstərmiyənə kimi, müəssisədəki uşaqların həyatlarının ilk illərində övladlığa götürülmə şansı azdır: Adətən valideynlər övladlığa götürdükləri uşaqları birbaşa seçirlər.

Məhkəmə qərar vermək hüququna malik olsa da, yeni ailədə uşaqların vəziyyətini yoxlamaq üçün birbaşa səlahiyyətə malik deyil. Bütün proses boyu bir sıra diskresion fərqlər cəlb olunmuş ixtisaslı şəxslərin üzərinə düşür, belə ki, onların məsuliyyətləri məcburi tədbirlərlə cəzalandırılmır.

«İnkişaf Təşəbbüsü» QHT-yə əsasən «Yetkinlik yaşına çatmayanlar üzrə komissiyanın internatlarda, uşaq evlərində, bağlı və açıq tipli xüsusi təhsil müəssisələrində, təhsil və səhiyyə-təhsil ocaqlarında uşaqların saxlanılma və böyümə şəraiti ilə maraqlanmaq səlahiyyətinə malik olsa da, bu əslində təcrübədə heç vaxt həyata keçirilmir, yəni belə yoxlamanın icra mexanizmi hazırlanmamışdır».49

Bununla yanaşı, «bağlı» mühitdəki müəssisələr çox güman ki, uşaqların ehtiyaclarını ödəməməkdən başlayaraq (xüsusilə də böyük qruplarla iş görərkən) himayəçi və müəllimlərin nəzarətsiz təhqirləri və «çoxluq məntiqi» üstün gəldikdə onların qorxudulmasına qədər müxtəlif zorakılıq formalarını təcrübədən keçirir.

Müəssisədəki uşaqlarla bağlı hekayələr güclü ədalətsizlik hissi və özünü müdafiə zorakılığının istənilən digər xilasolma forması ilə bağlı inamsızlıqdan irəli gəlir.

Övladlığa götürmə Azərbaycanda həyata keçirilmir, belə alternativ qayğı xidmətlərinin tənzimlənməsi üzrə Qanun 2002-ci ildən Milli Məclisdə ümidsiz şəkildə düzəlişlərin yerinə yetirilməsini gözləyir.

İnternata qəbul olma prosedurları təhsil sistemi ilə tənzimlənir və valideynlərlə internatlar arasında birbaşa əlaqə nəticəsində yerinə yetirilir. İnternat şəhərdən/kənddən bir qədər uzaq olduğundan valideynlər uşaqları ilə tez-tez ünsiyyət saxlaya bilmir. Əksər internatların Bakıda yerləşməsi heç də müsbət hal deyil. Bəzən ilk çağlarda ailə ilə əlaqə saxlanılsa da sonradan o, tamamilə kəsilir.

Ümumiyyətlə , yaşayış müəssisəsini tərk etmək uşaqlar üçün çox çətindir, çünki qanuni baxımdan sistem elə qurulmuşdur ki, başqa həll yolu tapmaq mümkün deyil. Burada iki məsələ vurğulanmalıdır:


  • Bürokratik prosedurların zənginliyi, o cümlədən uşaqlaq üçün fərdi planları olmayan bir sıra müəssisələr;

  • Uşaqların maraqlarını düşünən müəssisədən kənar peşəkar şəxslərin və uşaqlarla birbaşa əlaqədə olan şəxlərin hərəkətlərinə nəzarətin olmaması. Uşaqların ailələri və ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi istiqaməqtində heç bir əməli tədbir görülmür, nəticədə qayğı göstərmək ağırlığı yalnız bu müəssisələrin üzərinə düşür. Bu səbəbdən də bu müəssisələri tərk edən gənclər səhv seçimlə üzləşə və müvafiq məsləhət tapmaya bilərlər.

    Müəssisələrdəki uşaqlar digərlərindən fərqli olaraq öz potensiallarından tam istifadə edə bilmirlər, belə ki, tam sağlam olmaq üçün ilk müəllimlərlə daimi, diqqətli, tərbiyəvi, emosional və fiziki tapşırıqlar yerinə yetirmirlər.50 Həyatın standart qaydaları ilə tənzimləndiyi yüksək səviyyəli tibb strukturları belə, qayğı göstərə bilmir. Burada köməkçilər öz vaxtlarını bir neçə uşaqla bölüşməli olurlar.





UNİSEF-in perspektivində üstünlüklər


«1.İstər dövlət və ya özəl, ümumi qanunları üzrə fəaliyət göstərən məhkəmələrdə,inzibati və ya ganunverici orqanlarda uşaqlarla bağlı bütün məsələlərdə əsas onların maraqları üstün tutulmalıdır. 2. Uşaqların valideynlərinin, himyəçilərinin və ya qanuni şəkildə onlara cavabdeh olan digər şəxslərin hüquqları və öhdəlikləri nəzərə alınmaqla, Dövlət nümayəndələri uşaqların sağlamlığı naminə onları belə müdafiə və qayğı ilə təmin etməlidir və bu məqsədə nail olmaq üçün bütün müvafiq qanuni və inzibati tədbirlərdən istifadə etməlidir.»

UHK, Maddə 3

Hər uşaq ailə mühitində böyümək hüququna malikdir, onlar öz potensiallından tam istifadə etmək imkanı ilə təmin edilməli və zorakılığa məruz qalmamalıdırlar.

UNİCEF hazırda Humanitar Məsələlər üzrə Baş Nazirin müavininin təyin etdiyi nazirlər arası əməliyyat qrupunun səlahiyyəti çərçivəsində olan deinstitutalizasiya proqramını dəstəkləyir51. Müzakirə olunan məsələlər istisna olmaqla UNİCEF-in bu sektorda qısa müddətli müdaxilə üzrə üç əsas üstünlükləri aşağıda verilmişdir:



  • Yetkinlik yaşına çatmayanlar üzrə komissiya və Qəyyumluq və Övladlığa götürmə komissiyasının vasitəsilə ictimai xidmətlər və keşik mexanizminin yaradılması üçün ilk addım kimi sosial xidmətlər şöbəsinin təsis edilməsinə dəstək (Şəbəkə qurulması metodologiyası və işlərin idarəolunması üzrə bacarıqların təşkil olunması);

  • Vəziyyətin daha dəqiq mənzərəsini görmək üçün uşaqların müəssisələrdə daha səliqəli qeydiyyatdan keçirilməsini (o cümlədən bütün müvafiq məlumatların toplanılmasını) dəstəkləmək. Bu, hər uşaq üçün fərdi qayğı planının müəyyənləşdirilməsi istiqamətində ilk addım olacaq;

  • Uşaqların ailədə böyümək hüququ ilə bağlı milli maarifləndirmə kampaniyasını keçirmək.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə