Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

58 
 
dünyagörüşünə,  dəyərlər  sisteminə,  həyat  üslubuna  öz  təsirini 
göstərirdi. 
  Burada  ölümə  münasibət  də  özünəməxsus  xarakter 
daşıyırdı: ölüm Allaha qovuşmaq imkanıdır; ölüm nə qədər tez 
baş versə, bir o qədər insan az günah işlədəcəkdir və s. 
  Digər tərəfdən, orta əsrlər təfəkküründə bütöv götürülən 
insan  təfəkküründən  də  bəhs  edilirdi.  Hər  bir  insan  şəxsiyyət 
olaraq, Allaha bənzər yaradılıbsa, deməli, bu dünyada da insan 
ləyaqəti özünü həmin formada təsdiqləyə bilər. Tədricən feodal 
münasibətləri şəraitində fərd-kollektiv münasibətləri formalaşır 
ki,  burada  başlıca  etik  məqsəd  ədalətliliyin  abstrakt  prinsipinə 
riayət olunması idi. 
  Bəs  İntibah  dövründə  cəmiyyət  –  fərd  münasibətləri 
necə  qurulurdu?  Burada  sosial  struktur  əvvəlki  dövrlərdə 
olduğu  kimi,  statik,  yəni  nisbətən  sabit  xarakter  daşısa  da, 
sosial  mobillik  elementləri  də  tədricən  artırdı.  Nəticədə  əmək 
bölgüsü  dərinləşir,  ənənəvi  normalar  və  dəyərlər  daha  yeniləri 
ilə  əvəz  olunurdu.  Burada  insan  haqqında  olan  təsəvvürlər 
əvvəlki  dövrlərə  nisbətdə  tam  dəyişmişdi.  İnsanın  təbiəti, 
mahiyyəti,  yaşamağın  mənası  kimi  suallara  bəzən  tam  başqa 
cavab alınırdı. 
  İnsan  şüuruna  yeni,  daha  mütərəqqi  ideyalar  tətbiq 
edilirdi:  dünyanın  gözəlliyi  və  harmoniyası,  insanın  ləyaqəti, 
hər bir ayrılıqda götürülmüş fərdin yüksək qiymətə layiq olması 
haqqında  ideyalar.  Belə  ideyaları  neoplatonizmin  davamçısı 
olan Fiçino və rasionalist aristotelçiliyi təmsil edən Pomponatsi 
insan  təbiəti,  kainatda  onun  yeri  haqqında  yazaraq,  onun 
Yaradan  ilə  mistik  şəkildə  qovuşması  və  idealı  əvəzinə  bu 
dünyada  gündəlik  fəaliyyətlə  məşğul  olmasına  üstünlük 
verilməsi fikrini irəli sürmüşlər. 
  Pomponatsi  hesab  edirdi  ki,  insan  həyatının  məqsədi 
yaxşılıq  etməkdir.  Hər  bir  insan  buna  asanlıqla  nail  ola  bilər. 
Burada  ruhun  ölməzliyi  ideyası  yersizdir,  çünki  artıq  bu  gün, 


59 
 
bu  həyatda  insan  öz  əməllərinin  qiymətini  ala  bilər.  İnsan  ali 
varlıq olaraq şəxsi ləyaqətə malikdir. 
  Piko  Della  Mirandola  “İnsan  ləyaqəti  barəsində 
nitq”ində yazır ki, insan universal insani imkanlarla yanaşı həm 
də seçim azadlığına malikdir: ya heyvan səviyyəsinə enə bilər, 
ya  da  ilahi  zirvəyə  yüksələ  bilər.  Mirandola  Yaradanın  insana 
müraciətini belə qələmə alıb: “Mən səni Kainat mərkəzində ona 
görə  yerləşdirmişəm  ki,  burada mənim  yaradıcılığımda hər bir 
şeyi  müşahidə  edə  biləsən.  Mən  səni  nə  Yer,  nə  Səma  varlığı 
kimi  yaratdım;  sən  eyni  zamanda  həm  ölməz,  həm  də 
ölümlüsən. Mən səni özümə bənzər yaratdım; bir memar olaraq 
sən öz “Mən”ini yaratmış olursan”. 
  Beləliklə,  İntibah  dövründə  insan  azad  iradəyə,  istədiyi 
sahədə  özünü  tam  ifadə  etmək  imkanına  malik  yaradıcı  bir 
varlıq  kimi  düşünülür.  Digər  tərəfdən,  unutmaq  olmaz  ki, 
Reformasiya  və  Kontrreformasiya  dalğasında  insan  təbiətinin 
qüsurlu və günahkar olması barəsində fikirlər də irəli sürülürdü 
(M.Monten). Qeyd olunurdu ki, əxlaqi dəyərlər sırasında ən ali 
yerdə  xeyirxahlıq  durur.  “Virtu”  anlayışı  ilə  ifadə  olunan  bu 
əxlaqi dəyər iradə və ağlın birləşməsi nəticəsində formalaşaraq 
insanı  xoşbəxtliyə  doğru  aparır.  Əxlaqi  normanı,  onun 
mükəmməl  ifadəsini  real  həyatda,  fəal  mövqedə  həyata 
keçirmək nəzərdə tutulmuşdu. Şərəf, ləyaqət, tarixdə iz qoymaq 
kimi məqsədlərə cəlb olunan insan artıq başa düşürdü ki, axirət 
günündə yox, indiki, real həyatda uğur qazanmaq mümkündür. 
İnsan  təkrarsız  fərd,  özünəməxsus  bir  varlıq  olaraq 
qiymətləndirilir.  Tədqiqatçıların  qeyd  etdiyi  kimi,  fəal  həyat 
mövqeyi  insandan  dəqiqliyi,  müdrikliyi,  uzaqgörənliyi,  bir 
sözlə, daima özünə nəzarəti tələb edirdi. Tərəziyə həzzalma və 
əzablar  qoyulur,  burada  hədsiz  subyektivlik  dağıdıcı 
eqosentizmlə əvəz olunur və əksinə, keçid mərhələsini yaşayan 
Renessans  cəmiyyəti  üzvləri  qeyri-müəyyənliklə,  ənənələrin 
dağılması  ilə  üzləşdilər
1
.  Fərdi  seçim  etmək  imkanı  həm  də 
                                                 
1
 Барг М. А. Эпохи и идеи: Становление историзма. — М.: Мысль, 1987 


60 
 
müəyyən  riski  nəzərdə  tutur.  “Homo  faber”  (insanın  taleyi  öz 
əlindədir) sayılan insan məcburən alın yazısı haqqında düşünür, 
gözlənilməz  hadisələri  həyəcanla  gözləyirdi.  Teleoloji 
mahiyyət  kəsb  edən  bu  anlayış  bəzən  ilahi  ruh,  bəzən  də 
təsadüf  kimi  qiymətləndirilir,  insan  üçün  isə  qaçılmaz  bir 
qismət kimi nəzərdə tutulurdu. 
Naturalizm  (latınca  “natura”  təbiət  deməkdir)  bir  sıra 
əxlaqi  cərəyanlarda  tətbiq  edilən  metodoloji  prinsipdir.  Bu 
prinsip  vasitəsilə  əxlaqi  dəyərlər  əsaslandırılır.  Söhbət  ondan 
gedir  ki,  əxlaqi  tələblər  insan  varlığının  ictimai  şəraiti  ilə  yox, 
müəyyən  təbii  başlanğıc  (təbiətin  qanunları,  insanın 
biopsixoloji  xüsusiyyətləri)  ilə  əlaqələndirilirdi.  Mənəviyyatın 
tələblərini  hələ  qədim  dövrdə  naturalistcəsinə  şərh  edirdilər. 
Bəzi  filosoflar  mənəvi  tələbləri  insanın  həzz  almaq, 
əziyyətlərdən  qaçmaq  kimi  təbii  tələbləri  ilə  bağlayaraq  hesab 
edirdilər  ki,  insan  özü  üçün  yaşamalıdır  (epikürçülük). 
Digərləri,  əksinə,  düşünürdülər  ki,  mənəviyyat  bu  dünyanın 
ləzzətindən uzaqlaşmaq deməkdir və insan həmin ehtiraslardan 
uzaqlaşaraq  dünya  “təbiətinə”  uyğun  yaşamalıdır  (stoisizm). 
Sonradan birinci mövqe hedonizm və evdomonizm təlimlərində 
öz  davamını  tapdı,  ikincisi  isə  anadangəlmə  əxlaqi  hisslər 
nəzəriyyəsidir. 
  Əxlaqın  naturalist  anlamı  intibah  dövründə  C.Bruno, 
B.Telezionun  əsərlərində,  “ağıllı  eqoizm”  nəzəriyyələrində, 
sonradan  utilitarizmdə  öz  ifadəsini  tapmışdır.  Təkamülçülk 
etikası  öz  mövqeyini  naturalizm  prinsipi  əsasında  qurur.  Onu 
da qeyd etmək lazımdır ki, əxlaq əslində tarixi-ictimai xarakter 
daşıyır. Şübhəsiz, insan təbiətinin xüsusiyyətləri insan şüuruna, 
davranışına  təsir  göstərir,  burada  təbii  qanunların  rolu 
danılmazdır.  Bununla  belə  sosial  amili  də  nəzərə  almamaq 
olmaz. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə