Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   110

48 
 
əxlaq  üçün  bunlar  o  qədər  də  maraqlı  deyil.  Əsasən  əxlaq 
haqqında  bəhs  etdiyi  əsərlər  “Aristotelin”  Nikomax  etikasına 
kommentari”,  “Kafirlərə  qarşı  cəmi  fikir”,  “Teologiyanın 
cəmi”dir. 
  Akvinalı  Foma  öz  etikasını  struktur  baxımından  ali 
məziyyət haqqında təlimə və yaxşılıqlar haqqında təlimə bölür. 
Foma  əxlaqi  fəlsəfədə  üç  hissəni  göstərir:  monastika  (ali 
məqsəddən  irəli  gələn  şəxslərə  xas  olan  yaxşılıqları  öyrənir), 
siyasət (fərdlərim vətəndaş kimi davranışlarını öyrənir) və s.  
  “Teologiyanın  cəmi”  əsərində  xristian  etikası  “ümumi” 
və  “xüsusi”  hissələrə  bölünür.  Ümumi  etikada  mənəviyyatın 
formal  tərəfi  açıqlanır  (yəni  onun  nəzəri  məzmunu),  insanın 
xoşbəxtliyə  nail  olma  problemi  araşdırılır,  insanın  hərəkətləri 
xarakterizə  olunur,  bunların  əsas  səbəbləri  göstərilir, 
mənəviyyatın  maddi  cəhəti  əsaslandırılır.  Burada  ayrı-ayrı 
məziyyətlər və vəzifələr araşdırılır. 
  Foma insanın  əxlaqi fəallığı  və onun xoşbəxtliyə meyli 
arasında  əlaqəni  vurğulayır,  o,  ilk  olaraq  ali  xeyirxahlığı 
araşdırır,  sonra  isə  həmin  məqsədə  doğru  aparan  yaxşılıqları 
təhlil  etməyə  çalışır.  Aristotel  hər  iki  tərəfi  bir-biri  ilə  birbaşa 
əlaqələndirirdi. 
Akvinalı 
Foma 
bu 
əlaqəni 
allahın 
vasitəçiliyində görür. O, göstərir ki, mənəvi cəhətdən saf həyat 
sürən insan xilas oluna bilər. Bu xilasolunmanın özü isə insan 
zəkası  hüdudlarından  kənardır  və  ancaq  inamın  səlahiyyətində 
olaraq qalır. 
  Ali  fəzilət  məqsədlərin  məqsədidir.  Həyat  məqsədləri 
həmin fəzilətlə üst-üstə düşür və bir yerdə varlığın fəzilətliliyini 
bildirir.  Bütün  varlıq  fəzilətdir,  çünki  onun  yaranışında  allah 
iştirak etmişdir. Burada şərə yer yoxdur, deməli, şər qeyrivarlıq 
aksidensiyasıdır  (imkan).  Bəs  əxlaqi  seçim  varmı?  İnsan  fəal 
əxlaqi  hərəkətlər  edə  bilərmi?  Əgər  hər  şey  dünyada 
allahdandır  və  fəzilətdirsə,  onda  nə  üçün  insan  şüurlu  əxlaqi 
şeylər seçməli, çalışmalıdır? Aristotel bu suala cavab axtaranda 
göstərirdi  ki,  insan  mahiyyətinin  ifadə  olunması  etimalda 


49 
 
nəzərdə  tutulub,  həm  də  bir  vəzifədir.  Bunun  gerçəkləşməsi 
fəaliyyət,  praktikadır.  Bu  keçid  praktikada,  həyatda  reallaşa 
bilər  (ağıl  vasitəsilə).  Ağıllı  insan  əxlaqi  cəhətdən  daha 
kamildir. 
  Akvinalı  Foma  göstərir  ki,  kainatın  harmoniyası 
kamilliyin  müxtəlif  dərəcələrini  nəzərdə  tutur  -  əbədi  və  fani. 
Bəzi  şeylər  öz  fəzilətliliyindən  uzaqlaşa  bilərlər.  Bu,  elə  şərin 
ifadəsidir.  Şər  iki  cürə  olur.  Təbii  şeylərdə  bunun  səbəbi  də 
təbiidir. Sosial sahədə isə şərin səbəbi fəaliyyət göstərən şəxsin 
özündədir.  Ali  fəzilət  xoşbəxtlikdir.  Xoşbəxtlik  isə  cismani 
həzzalma  yox,  intellektual  fəaliyyətlə  bağlıdır,  daha  doğrusu, 
onun  ali  forması  olan  seyretmə  ilə.  Seyretmə  zamanı  onun 
predmeti dünyadırsa, onda burada hissi başlanğıc pis əməl kimi 
qiymətləndirilməlidir.  Xalis  ağlin  fəaliyyəti  isə  allaha,  onun 
dərkinə  istiqamətlənir  (vəhy  yolu  ilə).  İnsanın  bu  sahədə 
fəaliyyətin göstərməsinə əngəl onun duyğular aləmidir. 
  Insan  qismən  xoşbəxt  ola  bilər.  Tam  xoşbəxtlik  insana 
yalnız o dünyada verilir. Bu kamil xoşbəxtlik əbədidir. Burada 
həzzalma  onun  əlamətlərindən  biridir.  Allahı  seyr  edən  eyni 
zamanda  onu  sevir.  Bu  sevgi  bütün  insan  arzularının  qanuni 
yekunudur. 
  Beləliklə,  Akvinalı  Fomanın  ali  fəzilət  haqqında  təlimi 
evdemonik  xarakter  daşıyır.  Burada  daxili  ziddiyyətlilik  var: 
həzzalma insan fəaliyyətinin məqsədi olsa da, eyni zamanda o, 
onun  imkanı  xaricindədir.  Əxlaq  və  dinin  müəyyən  dərəcədə 
bir-birinə zidd olması burada özünü biruzə verir. 
  Akvinalı  Foma  fəzilətlərə  nail  olma  yolları  və 
vasitələrini  də  araşdırılmasıdır.  Əsas  məsələ  iradə  azadlığıdır. 
Insan  iradəsinə  mənfi  təsir  edə  biləcək  amillər  çoxdur: 
məcburiyyət,  qorxu,  istək,  naşılıq  və  s.  Əgər  insan  bəd  əməli 
bilərəkdən  etməyibsə,  o,  bunun  nəticəsində  xəcalət  çəkir. 
Azadlıq  dərəcəsi  burada  ağıldan  istifadə  etmə  dərəcəsindən 
asılıdır.  İnsan,  düşünülməmiş  hərəkətlər  edir.  Həmin 
hərəkətlərin  səbəbləri  məhəbbət,  nifrət,  istək,  qəm,  kədər  və 


50 
 
digər  düşünülməmiş  arzu  və  emosiyalardır.  Hər  hansı  bir 
hərəkət iradə ilə idarə olunmalı, ağıl üzərində qurulmalıdır. 
  Ağıldan  faydalanan  insan  azadlığı  genişlənir  və  daha 
möhkəm  olur.  Düşüncə  burada  dörd  hərəkətdən  ibarətdir: 
1.intensiya  (meyl  salma),  seçim;  2.motivlərin  düşünülməsi, 
hərəkət  üsulunun  düşünülməsi;  3.  konsensus,  yəni  təqdiretmə 
və, 4. hərəkətin özü. Bu əxlaqi hərəkət sxemi Aristotelin təklif 
etdiyi sxemə çox yaxındır. 
  Fomanın  hesab  etdiyi  kimi,  insan  ağlı  məhdud  olduğu 
üçün fəziləti tam təmin edə bilməz.  Burada allahın  yardımı da 
lazımdır.  Yardımın  forması  qanun  və  bərəkətin  bəxş 
edilməsidir.  Qanunlar  “əbədi”  (allahın  idarəetmə  qanunları), 
“təbii”  (əbədi  qanunların  inikası  olaraq  ağıllı,  məxluqları 
əməllərində şərdən uzaqlaşmaq, fəzilətə nail olmaq deməkdir), 
“bəşəri”  (dövlət  və  cəmiyyət  qanunları)  və  “ilahi”  (köhnə  və 
yeni Tövrata əsaslanan qanunlar) olur. 
  Allah  insanın  mənəviyyatında  vicdanı  təmsil  edir. 
Vicdan  insanı  şər  əməllərdən  uzaqlaşdırır.  Allah  həm  də 
kəlamları (ehkamları) insana çatdırıb ki, qanunları dərk etsin və 
onlara  əməl  etsin.  Allah  öz  rəhmi  və  mərhəməti  ilə  insana  bu 
işlərdə  yardımçı  olur.  Mərhəmət  ona  görə  lazımdır  ki,  insan 
ilahi zəkanın həqiqətlərini dərk edə bilsin. Akvinalı Foma insan 
ağlının  allah  zəkasının  kamil  olmayan  bir  parçası  olması  fikri 
ilə razılaşır. O, həm də Platon və Aristotelin ayrı-ayrı fəzilətlər 
haqqında təsəvvürlərini birləşdirib yeni təsnifat yaratmağa cəhd 
edir.  O  bunları  əqli,  mənəvi  və  dini  hissələrə  ayırır.  Əqli 
fəzilətlər öz növbəsində intellektual-nəzəri və praktik hissələrə 
ayrılır.  Mənəvi  fəzilətlər  ruhun  emosional,  hissi  tərəfini  ifadə 
edir,  xasiyyət  əlamətlərini  bildirir.  Əqli  fəzilətlər  olmadan 
mövcud  ola  bilməz.  Burada  ədalətliliyi  (bu,  insanlar  arasında 
münasibətləri  xarakterizə  edir)  və  insanın  özünə  olan 
münasibətini  xarakterizə  edən  məziyyətləri  göstərmək  olar 
(comərdlik,  səxavət,  toxtaqlıq  və  s.).  Əsas  mənəvi  fəzilət 
dörddür:  sağlam  düşüncə,  ədalətlilik,  comərdlik,  təmkinlik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə