Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

54 
 
- tərbiyə üçün; 
- biznes üçün. 
 
c) Müxtəlif şəraitlərdə "böyüklərə hörmət et" ümumi 
əxlaqi normanı tətbiq edin:  
- şəhərətrafı avtobusda, sizə yer göstərilib, amma yaşlı 
insanda bilet yersizdirsə; 
- sizdən vəzifədə böyük əməkdaş istirahət günündən 
imtina etməyi və hesabatı hazırlamağa ona kömək etməyi xahiş 
edir; 
- söhbətdə müdir səhv fikri deyir, özü də bilə-bilə; 
- müəllim avtomatik məqbulun yazılmasına söz verdi, 
amma indi öz sözündən imtina edir
Öz cavab variantını yaz. 
 
d) " Allahdan başqa sitayiş ediləcək bir məbud  yoxdur" 
vəsiyyəti  əvvəlcə  bütpərəstlərin  bütlərinə  qarşı  yönəldilmişdi. 
Amma istənilən pərəstişgahların əxlaqi ziyanı  nədədir? Və  İsa 
peyğəmbərin özü pərəstişgah deyilmi? Öz cavabını əsaslandır. 
 
e) Yazılmışdır: " öldürmə". Sizcə, bu norma kimə aid 
edilmir: 
- ağcaqanadlara; 
- bütün heyvanlara
- yadplanetlilərə; 
- Vətən düşmənlərinə; 
- mənim şəxsi qatillərimə. 
Öz cavabınızı əsaslandırın. 
Ədəbiyyat 
1.
 
Гусейнов А.А., Иррлиц Г.  Краткая  история  этики.  М.: 
1987 
2.
 
Словарь  по  этике.  Под  ред.  О.Г.Дробницкого  и 
И.С.Кона. Издание второе. М.: 1970 
 


55 
 
 
Mövzu 3. İntibah və reformasiya dövründə əxlaqi 
nəzəriyyələr 
 
İntibah  dövründə  hedonizmə  və  asketizmə  münasibət. 
Piko  Della  Mirandola.  C.Bruno.  M.Monten.  Mənəviyyat  və 
dövlət 
mənafeləri 
arasında 
münasibətlər 
problemi 
(N.Makiavelli).  Kapitalizmin  inkişafı  və  protestant  etik 
nəzəriyyələri.  T.Hobbsun  əxlaqi  ideyaları.  Əxlaq  və  ağıl 
(T.Hobbs).  C.Lokk  sonradan  yaranmış  əxlaqi  keyfiyyətlər 
haqqında.  Dekart  əxlaq  haqqında.  B.Spinoza  əxlaqi 
avtonomiya  problemləri  haqqında  («Etika»).  A.E.  Şeftsberi 
mənəviyyatın ictimai və sinfi məzmunu barəsində. Mandevill və 
Hatçeson əxlaqın cəmiyyətin iqtisadi tələblərinə tabe olunması 
barəsində.  Burjua  əxlaqının  ziddiyyətliliyi.  A.Smitin  simpatiya 
etikası. D.Jum hisslər üzərində qurulan etika haqqında.  
 
3.1. Tarixi idrakda etik ideyalar. İntibah dövründə 
etik nəzəriyyələr 
 
Məlumdur ki, əxlaq haqqında təsəvvürlər, ictimai şüurun 
tərkib hissəsi olaraq, həm də tarixi yaddaş kimi çıxış edir (məs., 
əfsanələr,  adət-ənənələr,  ibadətlər  və  s.).  Bu  təsəvvürlər  sosial 
inkişafın  məhsulu  olaraq,  mədəniyyətin  tərkib  hissəsi  kimi 
nəsildən-nəslə  ötürülür.  Mədəni  amilin  rolu  burada 
müstəsnadır. İnsan dövrü, zəmanəni müəyyən mədəni çərçivədə 
qavrayır.  Bununla  belə  əks  təsir  də  gedir:  tarixi  zamanın 
qavranılması  formaları  daha  sürətlə  mövcud  mədəniyyət 
növünün  formalaşmasına  təsir  göstərir.  Tədqiqatçılar  haqlı 
olaraq qeyd edirlər ki, “tarixi proses insan tərəfindən öz tarixi, 
sosial  təbiətinin  qruplaşdırması  prosesidir.  Şüurda  keçmişi 


56 
 
bərpa  edən  ictimai  fərd  əslində  öz  yaranışı  prosesini  bərpa 
edir”
1

  İbtidai  cəmiyyətdə  insanların  ictimai  şüurunda  ilk 
növbədə  təbii  qüvvələr  əks  olunur:  zaman  keçdikcə,  buraya 
ictimai qüvvələr də əlavə olunur: bu qüvvələr, F.Engelsin hesab 
etdiyi kimi, təbiət qüvvələri qədər anlaşılmaz və yabançı idilər 
(F.Engels)
2
.  Tarixi  yaddaşın  əmələ  gəlməsi  mədəni  inkişaf 
üçün  olduqca  əhəmiyyətlidir.  Bu  yaddaş  vasitəsilə  tarixdə, 
insan  təfəkküründə,  əxlaqi  dəyərlərdə  varislik  mümkün  olur. 
İctimai  fərdin  sosial  dərketməsində  tarixi  yaddaşın  özü  onun 
üçün  ən  ali  mənəvi  və  əxlaqi  dəyərdir.  Hesab  etmək  olar  ki, 
insan xeyri və şəri fərqləndirməzdən qabaq özünü ictimai varlıq 
kimi  qavramalı,  əxlaqi  hökmləri  özü  üçün  müəyyən  etməzdən 
əvvəl  isə  özü-özünü  tarixlə  bağlamalı,  yəni  tarixdə  öz  yerini 
tapmalıdır. 
  Tarixi  şüurun  ilk  forması  mifoloji  şüur  olmuşdur. 
Mifoloji 
şüurda 
hadisələr 
məkan-zaman 
həddlərində 
məhdudlaşmır.  Şüuru  düşündürən  amal  bütün  cisimlərin  ilkin 
başlanğıcı, zamanın ilk təkanı olmuşdur. Təbii ki, burada ilahi 
qüvvələr  haqqında  təsəvvürlər  hökm  sürürdü.  Mifoloji 
təfəkkürün  daha  bir  xüsusiyyəti  –  “əbədi  qayıdış”  ideyasıdır. 
Miflərdə  varlığın  ilahi  başlanğıcı  əsas  götürülür.  Bu  başlanğıc 
mütəmadi  olaraq  yeniləşir  və  müasirləşir.  Belə  təfəkkür  fərdi 
səviyyədə  baş  verə  biləcək  hər  hansı  bir  təkrarsızlığa, 
özünəməxsusluğa  bir  növ  qadağa  qoyurdu.  Kollektiv  şüurda 
real zaman haqqında təsəvvürlər miflərlə məhdudlaşırdı. 
  M.Barqın qeyd etdiyi kimi, “əbədi qayıdış” ideyası uzun 
müddət  ərzində  insan  üçün  “xilasedici”  psixoloji  sığınacaq 
rolunu  oynayırdı:  dəyişikliklər  təhlükəli  ola  bilərdi.  Gələcək 
                                                 
1
 Барг М. А. Эпохи и идеи: Становление историзма. — М.: Мысль, 
1987, s.10 
2
 Энгельс Ф. Диалектика природы. М.: 1953 


57 
 
haqqında təsəvvürlər belə şəraitdə mistik və ya rasional-utopik 
xarakter (məsələn, esxatoloji və yaxid teoloji) daşıyırdı
1

  Beləliklə,  hesab  etmək  olar  ki,  tarixi  idrakda  və  onun 
üzərində  yaranan  tarixi  şüurda  əxlaq  və  digər  sosial  həyat 
sahələri  haqqında  təsəvvürlər  dünyagörüşün,  mədəni  əsasların 
necə  olduğundan  asılı  olaraq  formalaşırdı:  həmin  əsaslara 
kosmosentrizm ideyalarını tətbiq edirdilər. Burada möcüzələrə, 
fövqəl  dünyaya,  cadugərliyə  və  s.  inam  çox  güclü  idi.  Səma, 
tərkidünyalıq  ideyaları  burada  həm  şeytan  əməlləri,  həm  də 
feodal reallıqlar haqqında təsəvvürlərlə uzlaşırdı. 
  Nəticədə  insanın  günahlara  batmış  bir  varlıq  olduğunu, 
həmin  günahlardan  qurtarmaq  üçün  insanda  əzm  və  bacarığın 
insanda  olmadığını  sübut  etməyə  çalışan  Avqustin  kimi 
tədqiqatçılar hesab edirdilər ki, məhz qeyd edilənlərə görə insan 
özünü  xilas  edə  bilməyəcəkdir.  Bu  fikirlə  yanaşı  başqa 
təsəvvürlər də formalaşmaqda idi: axirət gününə qədər insanlar 
alın  tərilə  öz  tikə  çörəyini  qazanmalı,  var  qüvvəsilə 
“günahlarını”  yaxşı  əməlləri  ilə  “yumalı”  idi.  Tədricən  dünya 
kosmoloji 
müstəvidən 
əxlaqi-etik 
müstəviyə 
doğru 
istiqamətlənməyə  başladı.  “Adəmin  ilk  günahı”  insanı  onu 
əhatə  edən  dünya  qaçılmaz  şər  qüvvələrin  dünyası  kimi 
baxmağı  məcbur  edirdi.  Teoloqların  hesab  etdiyi  kimi,  real, 
günahlara batmış dünya nifrətdən başqa heç nəyə layiq deyildir. 
Belə bir psixoloji mühitin formalaşmasına həm də ölkədaxili və 
ölkələrarası  sonsuz  çəkişmələr,  münaqişələr  təsir  etmişdir. 
Kilsə, monastır insan üçün həmin məsələlərin həllində bir növ 
mənəvi  sığınacaq  rolunu  oynamışdır.  Tərkidünyalıq  idealı 
antisosial 
mahiyyət 
daşıyırdı, 
ona 
görə 
də 
kilsə 
ideologoiyasında tədricən insan həyatına  yeni qiymət verilirdi, 
dünyəvi  həyatın  müsbət  tərəflər  də  göstərilirdi.  Dünyəvi 
məziyyətlərdən  faydalanmaq  olar,  lakin  onlara  bağlılıq  gərək 
Allaha  olan  bağlılığa  üstün  gəlməsin.  İsa  Məsihin  yaxın 
zamanlarda 
“qayıdışı” 
ideyası, 
şübhəsiz, 
insanların 
                                                 
1
 Барг М. А. Эпохи и идеи: Становление историзма. — М.: Мысль, 1987 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə