Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   110

35 
 
3.
 
Qədim Yunanıstanda ümumi qanunlar, adət-ənənələr
allahlar, əcdadlar nə üçün ehtiramla qarşılanmalı idi? 
4.
 
Milet məktəbinin görkəmli nümayəndələri əxlaq 
haqqında nə deyidilər? 
5.
 
Pifaqorçular ədalət kateqoriyasına öz münasibətini necə 
bildirmişlər? 
6.
 
Sofistlərdə əsas müzakirə olunan məsələlər hansılar 
olmuşdur? 
7.
 
Demokritin əxlaqi baxışları 
8.
 
Sokrat məktəbində əxlaq haqqında ideyalar 
9.
 
Platon dövründə mənəvi dəyərlər 
10.
 
Platonun sosial-əxlaqi ideyalarının mahiyyəti nədədir? 
11.
 
Aristotel etikanın predmeti və vəzifələri haqqında nə 
demişdir? 
12.
 
Ellinizm dövründə əxlaqi ideyalar 
13.
 
Qədim Hindistanda və Çində əxlaqi ideyalar və 
təsəvvürlər 
 
Tapşırıqlar 
 
a) Vətənpərvərlik – çox vacib əxlaqlı keyfiyyətdir. 
Sizcə, vətənpərvər olmaq – bu: 
- öz ölkəsinin dövlət rəmzləri ilə fəxr etmək
- xaric ilə müqayisədə özününkini ən yaxşı hesab 
etmək; 
- öz dövlətinin müharibə və qazandığı qələbələrinin 
hamısına bələd olmaq
- öz xalqını sevmək; 
- "Vətən öncədir":  
Hər bir cavabı əsaslandırın. 
 
b) Əgər hər şeyi pulla ölçmək olsaydı, onda aşağıda 
göstərilmiş  sahələrdə  günahkarlıq  hissindən  qurtulmaq 


36 
 
istəsəydiniz,  sizcə,  hansı  məbləği  siz  incidilmiş  adama 
ödəyərdiniz və ya xeyriçiliyə sərf edərdiniz: 
- biznesdə pozulmuş vəd; 
- başqa insanın biznesinin itməsinə gətirmiş yalan
- artıq dünyasını dəyişmiş anaya qarşı sağlığında 
göstərilən diqqətsizlik; 
- sizdən asılı olan əməkdaşa qarşı səbəbsiz kobudluq. 
Öz cavabını əsaslandırın. 
 
c) Mənəviyyatın tənəzzülündən indi çoxlu şikayətlər 
edirlər. Sizcə, bu, daha yüksək dərəcə nədə ifadə olulur: 
- insanların bir-birinə qarşı acıqlı olmasında; 
-  ailədə,  işdə,  dostlar  arasında  insanların  siyasi  və 
ideoloji motivlərə görə bir-birindən uzaqlaşmasına; 
- eqoizmdə ("hər kəs özü-özü üçün"); 
- cinayətkarlığın artmasında; 
- ideallar və dəyərlər sisteminin itirilməsində
- davranışdan ən zəruri mədəniyyətin yox olmasında; 
- nəsillər arasında əlaqənin kəsilməsində; 
- pornoqrafiyanın yayılmasında. 
Öz cavabınızı əsaslandırın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


37 
 
Mövzu 2. Feodalizm dövrünün əxlaqi nəzəriyyələri 
 
Xristianlığın  əxlaqi  nəzəriyyəsi  (əxlaq  fövqəl  hissidir, 
Allah  əxlaqi  hakimdir;  əxlaqın  teoloji  əsasları).  Avqustinin 
əxlaqi  dəyərlər  nəzəriyyəsi.  Fövqəlrasional  xristian  etikası  və 
antik dövrünün rasional etikası arasında kompromis. 
   
2.1. Xristianlığın əxlaqi nəzəriyyəsi 
   
Yeni  ictimai  münasibətlərin  formalaşması  əxlaq 
haqqındakı  təsəvvürlərə  də  təsir  göstərirdi.  Fəzilət  sahəsi 
insanın  daxili  mənəvi  istiqamətlənməsi  kimi  qalaraq  həyatın 
gedişatına  cüzi  olsa  da  təsir  göstərmək  iqtidarında  deyildi. 
Fəzilət  davranış  prinsipi  kimi  qalmır.  Əvəzində  elə  bir  ideal 
çıxış  nöqtəsinə  çevrilir  ki,  yalnız  böyük  müdriklik  sahibinə 
bəxş olunur, özü də tək-tək hallarda. Əxlaqi ideyalar zadəganlar 
auditoriyasının  mübahisə  və  fikir  mübadiləsi  obyektinə, 
məzmunu və təsir gücü zəif olan mənəvi sahəyə çevrilir. Əxlaqı 
artıq  məziyyətlər  toplusu  kimi  yox,  obyektiv  fövqəl  normalar 
sistemi  qəbul  edirlər.  Tarixən  burada  dinin  təsiri  də  güclü 
olmuşdur.  Əxlaq  dini  əxlaqa  çevrildi.  Orta  əsr  Avropa  əxlaqı 
xristian əxlaqı kimi yaşamağa başladı. 
  F.Engelsin  qeyd  etdiyi  kimi,  xristianlıq  ilk  növbədə 
məzlum  təbəqələrin  hərəkatı  kimi  çıxış  etmişdir.  Ağır  həyat 
şəraiti  keçirən  kasıb  kütlələr  səmərəli  sosial  qüvvədən  –həyat 
fəaliyyətinin icma tərzindən istifadə etməyə başladılar. Xristian 
icmaları  ilk  növbədə  bölgü  və  mübadilə  proseslərini 
tənzimləmək işini təmin edirdilər. Burada bərabərlik, qarşılıqlı 
yardım və etibarlılıq münasibətləri hökm sürürdü. 
  İncildə  əxlaqi  ehkamlar  artıq  formulə  edilmişdir.  İsa 
peyğəmbərin  Matfeyin  yazdığı  Yevangelidə  təsvir  edilmiş 
məşhur  Dağüstü  möizəsindən  məlum  olur  ki,  hər  bir  insan  öz 
davranışında  başqasından  gözlədiyi  əməl  və  hərəkəti  etməlidir 


38 
 
ki,  onunla  da  eyni  cür  rəftar  etsinlər;  bunu  bizə  qanun  və 
peyğəmbərlər öyrədir (Matfey, 7, 12). 
  Xristian əxlaqı stoiklərin əxlaqına çox yaxındır. Burada 
insan  sevgisinin  rolu  vurğulanır.  Humanizmin  ən  uca  ifadəsi 
olan  bu  sevgi,  insanı  lazım  olsa  son  tikə  çörəyini  belə  öz 
yaxınlarına  və  əzizlərinə  verməyi  sövq  edir.  Belə  sevgi  icma 
strukturunun  özəyini  təşkil  edir.  Bu,  universal  əxlaqi  əlaqədir, 
bütün  digər  dəyərlər  həm  mülkiyyət,  həm  intellektual 
dəyərlərini özünə tabe edir. 
  Əxlaq  və  sevginin  eynilədirilməsi  müəyyən  mənada 
antik dövrə nisbətdə bir  addım irəlidə idi.  Bununla da  əxlaqın 
sosial  bazası  genişləndi.  Əxlaq,  yəni  sevgi,  hər  bir  insana  xas 
ola bilər. Bununla belə əxlaqın belə mütləqləşdirilməsi insanın 
bütün  problemlərinin  həlli  yolunu  sosial  məkana  yox,  daxilə, 
əxlaqi kamilləşməyə doğru istiqamətləndirirdi. 
  Fəlsəfə tarixinin tədqiqatçısı V.V.Sokolovun qeyd etdiyi 
kimi,  xristianlıq  abstrakt  insanın  dini,  əxlaq  isə  ümumbəşəri 
forması  olmuşdur.  Xristianlıq  dünyagörüşündə  bərabərlik 
ideyası  sevgi  prinsipi  ilə  birləşərək  normativ  mahiyyət  kəsb 
edir,  əhalinin  geniş  kütlələri  üçün  yaxın  bir  ideyaya  çevrilirdi 
(imperativə,  yəni  mütləq,  qeyd-şərtsiz  tələbə,  hökmə).  Əxlaqi 
dəyərlərə dəstək verən daha bir qüvvə var idi: hakim qüvvələr. 
Xristianlıq  tədricən  öz  müxalif  mövqeyini  itirir,  hakim  dövlət 
isə  dini  status  qazanırdı.  Xristian  kilsəsi  sosial  institut 
səviyyəsində  fəaliyyət  göstərərək  öz  mövqeləri  xeyli 
gücləndirdi.  Tədqiqatçıların  qeyd  etdiyi  kimi,  xristianlıq 
dünyagörüşündə əxlaqi ideyalar əsasən aşağıdakılar olmuşdur: 
-
 
Dünyanı  Allah  yaradıb  və  idarə  edir.  O,  dünyanın 
yaradıcısı,  başlanğıcı,  eyni  zamanda  onun  dərin  mahiyyətidir. 
Allah  hər  bir  şeyin  səbəbi,  norması  və  öz  fəaliyyətinin 
məqsədidir.  Bütün  aləm,  o  cümlədən  insan  Allaha  görə  və 
Allah  üçün  yaşayır.  Allah  əxlaqi  mütləqiyyət  olaraq  ən  kamil 
məqsəd və arzudur. Allah dünyanın əxlaqi təcəssümüdür; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə