MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

269 
 
Yüz fəxr ilə söylər idi Narınc,  
Nagah səsini eşitdi Turunc.  
Göftara gəlib dedi ki: 
- Ey dun! 
Fəxr etmə qəbaya kim, nədir don?  
Gər eşşəyə məhmil etsələr cül,  
Ol cüli münəqqəş ola gül-gül,  
Eşşəkdə zəval həm kəm olmaz,  
Minbə'd o eşşək adəm olmaz.  
Ol qaziyi-həşrü nəşrü miad,  
Turunc mənə qoyubdular ad.  
Mən əfşüreyi-təami-şaham,  
Yemişlər içində padşaham.  
Sərdəftəri-meyvəcati-bağam,  
Əsmar içində çün çırağam.  
Hər nə ki, desəm ziyadəyəm mən  
Kim, daima səbzü tazəyəm mən.  
Bu sözləri Nar edib təfəhhüm,  
Ağzın açıb eylədi təbəssüm  
Kim, rənginə fəxr edirdi Narınc,  
Həm özünü vəsf edirdi Turunc.  
Dedi ki: 
- Nədir bu göftügulər? 
Bifaidə batil arizulər! 
Gər rəng ilə olsa işvəvü naz, 
Rəng içrə şükufəm oldu mürataz.  
V'ər kimsə edərsə sui-təhsin,  
Var məndə zülali-turşü şirin.  
Kənduzimi mədh etməzəm mən,  
Öz halımı şərh etməzəm mən  
Kim, meyveyi-rövzeyi-cinanam,  
Namü ləqəb ilə mən Rümanam.  
Dünya səməri mənə nə nisbət  
Kim, mə'xəzim ola baği-cənnət.  
Narıncü Turunc çəkərimdir,  
Heyva ilə Sib nökərimdir.  
Hər danəm olubdu lə'li-qəltan, 
 
  
 
  


270 
 
Hər cövhər ona olubdu heyran.  
Nar öz sifətini vəsf etdi,  
Bağ içrə səsin Rütəb eşitdi.  
Xişm ilə o dəm ayağa durdu,  
Qehr ilə Ənara nə'rə urdu: 
- K'ey baği-behiştdən uran dəm
Səndən degiləm o vəsfdə kəm. 
Mən qabili-əkli-ənbiyayam, 
İftari-cəmii-ətqiyayam. 
Məşhur əcəmdəvü ərəbdə, 
Mə'ruf həm əsldə, nəsəbdə. 
Mə'kul tamami-xasü aməm, 
Səyyahi-biladi-Misrü Şaməm. 
Əzbəs ki, mənəm həbibi-əhbab, 
Bu vəch ilə mənə çoxdur əlqab. 
Xəstaviyü Zahidi, Müfəttəl, 
Həm Əş'əmiyü dəxi Müfərcəl. 
Xoş büq'ələr içrə hazirəm mən, 
Məşhədlərə çün mücavirəm mən. 
Sürtəllə məni məzari-yara, 
Töhfə aparırlar hər diyara. 
Vəsfmi Rütəb çün etdi itmam, 
Yüz xişmlə nə'rə urdu Badam. 
Xurmaya dedi ki: 
-Ey cahangərd! 
Zəmminde sənin bəsindi bu fərd:  
Gəh Bağdadisən, gəh İsfəhani,  
Hərcayiliyin tutub cahani.  
Vəsf eyləməgində həddən ötdün,  
Danışma ki, sən məni əritdin.  
Çox dürlücə xasiyyət mənim var,  
Şərh etməgə özüm eylerəm ar  
Kim, abi-nəbatü nüqlü həlva  
Olur məni-zardən mühəyya.  
Püstə ki, eşitdi ağzın açdı,  
Badama bu növ ilən sataşdı: 
- K'ey bağlı dəhanı xissətindən, 
  
  


271 
 
Puşidə üzü ləamətindən!  
Bir zərrə sənin səxavətin yox!  
Bihəddü ədəd xəsasətin çox.  
Min daş yetişməyincə canə,  
Qənnadiyə verməsən ki, danə.  
Xəllaqi-cəhan zülmətü nur  
Püstə mənim adımı qoyubdur.  
Qönçə kimi ağzım açmışam mən,  
Hər talibə danə saçmışam mən.  
Bir yandan eşitdi Xoxü Fıstıq,  
Həm Süncüdü Şahpaludü Fındıq.  
İnnab ilə Tut, Alubalu,  
Əncirü Zoğalü Cövz, Limu;  
Hər biri bir afəti-zəmanə,  
Hər biri sölərdi bir fəsanə.  
Şaftalu deyərdi: 
- Padişahəm, 
Fıstıq ki: 
- Əncüm içrə mahəm. 
Həm Cövz deyərdi: 
- Xosrovam mən. 
Fındıq deyərdi:  
- Sərvərəm mən. 
Limu ki: 
- Mənəm bu bağa mahmud. 
- Şaham ki, deyərdi Şahpalud. 
Həm Cövz deyərdi: 
- Pəhlivanam, 
Əncir ki: 
- Şöhreyi-cahanam. 
İnnab deyərdi: 
- Mən vəcihəm. 
Zoğal ki: 
- Mən sənə şəbihəm. 
Həm vəsf edib özün Gilənar,  
Tut oldu ki, bağa tuti göftar,  
Qıldı nəzər ol xücəstəsima, 
 
  


272 
 
Gördü ki, olub bu bağda qövğa.  
Gəlmişdi ki, eyləyə səyahət,  
Ləzzət aparıb qıla fərağət.  
Gördü ki, bağ içrə yoxdu ləzzət,  
Fəsx eylədi, əzmin etdi ric'ət.  
Düşdü yola həm gözətdi xanə,  
Nagəh yolu düşdü bustanə.  
Bir növ ilə gördü bustanı,  
Az qaldı ki, tərk edə cahanı.  
Eylərdi Xiyar şükri-xaliq  
Kim: 
- Qıldı məni cahanda haziq. 
Əklimdə olur məriz dilsərd, 
Vəsfimdə mənim bəsimdi bu fərd. 
Mən dafei-dərdi-möhriqatam, 
Mərhəmnəhi-sədri-mütbiqatam. 
Gərmək ki, eşitdi bu məqalı, 
San kim, mütəğəyyir oldu halı. 
Üz tutdu Xiyara:  
-K'ey cəfakar!  
Bu vəsf sənə degil səzavar.  
Yoxdu ləzatin həmin bir adın,  
Camuş ətinə dönübdü dadın.  
Ol mədhlərin sənə nə layiq?  
Ol vəsflərə mənəm müvafiq.  
Mən xəstələrə şəfa verirəm.  
Mən qəlblərə səfa verirəm.  
Var əmzicə ilə e'tidalım,  
Hər təb ilə mö'tədildi halım.  
Gərmək sölər İdi yüz fəsanə,  
Bu yandan eşitdi Hindivanə.  
Bir nə'rə çəkib xüruş qıldı,  
Dərya kimi daşdı, cuş qıldı.  
Dedi ki: 
- Məgər bu xasiyətlər 
Mən möhtörəmə degil müyəssər?  
Mən sinələrə səfa verirəm, 
 
  


273 
 
Mən didələrə cila verirəm.  
Səfravü hərarətə dəvayəm,  
Bağ ağrısına əcəb şəfayəm.  
Xoştə'm, ləziz, rəngim əhmər,  
Suyum dəxi çün zülali-Kövsər.  
Bimarlara dəva mənəm, mən!  
Həm xəstələrə şəfa mənəm, mən!  
Övsafın edərdi Hindivanə,  
Qavun eşidib çəkib zəbanə,  
Vermişdi çü Qarpıza vəzarət,  
Həm Gərməyə mənsəbi-vəkalət,  
Etmişdi Xiyari çün mülazim,  
Şəmmaməni həm özünə xadim,  
Bostançıya əmr qıldı Qavun,  
Verdirdi cəzasını bularun.  
Soydurdu dərisini Xiyarın,  
Aldırdı əlindən ixtiyarın.  
Həm Gərməyə urdu neçə yarə,  
Cismini elətdi parə-parə.  
Qarpızı o dəmdə şaqqalatdı,  
Şəmmaməni bir kənara atdı.  
Dedi ki: 
  
- Mənəm sizin pənahız,  
Bu bustan içrə padişahız!  
Şəh məclisinə müsəddərəm mən,  
Əsmar içində sərvərəm mən.  
Hər kim yesə məni, qılsa rehlət,  
Yetər ona rütbeyi-şəhadət.  
Ətrim dəxi ətri-mişkə bənzər,  
Nə mişk ki, bəlkə ətri-ənbər.  
Vermişsə mənə zülal Kövsər,  
Saqisi o Kövsərindir Heydər.  
Əlqissə ki, bustanda Qavun 
Vəsf etdi özünü həddən əfzun.  
Qeyz ilə o dəm ayağa durdı,  
Öz başını xişm ilə ayırdı.  
Bunu görüb ol xücəstəsima, 
 
  
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə