MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

264 
 
Seyr etmək üçün o pakdamən  
Tutdu rəhi-bağü tərfi-gülşən.  
Bir bağə güzər edən zamanda,  
Hər meyvəyə bir nəzər qılanda  
Gördü ki, fəvakihü səmərlər  
Öz-özünə iftixar edərlər.  
Aluçə edərdi şükri-səttar  
Kim, 
 - 
Mən kimi xoş cahanda kim var? 
Təblərzəyə mən şəfa verirəm, 
Təlxiyyi-fəmə səfa verirəm. 
Əklimdən olur baş ağrısı dur, 
Demiş hükəma bu sözü cümhur. 
Ol sözünü axıra yetirdi, 
Xişmindən Alu özün itirdi, 
Aluçəyə söylədi ki: 
- Ey zar! 
Fəxr eyləmə, eyləməzmisən ar?  
Kim turş, dəxi zəlilsən sən,  
Əsmar ara əlilsən sən!  
Əklində sənin qamaşı dişlər,  
Xoş təb'lərə rütubət işlər.  
İflicəvü küft cümlə azar  
Səni yeyənə olur səzavar.  
Ol qadiri-bimisalü həmta  
Aluyə məni qılıb müsəmma.  
Çün dürri-qələndəri bəguşəm,  
Yüz min tərəfə saçıldı xuşəm.  
Gəh səbzəvü gah ərğəvani,  
Gəh sürxü səfid, zə'fərani.  
Onun səsini Gilas eşitdi,  
Bu zərb ilə ona tə'nə etdi: 
- Key nakəsü dun, utanmadınmı? 
Azərm oduna yanmadınmı? 
Kənduzini bunca vəsf etdin, 
Qurtar sözünü ki, həddən ötdün! 
Hər kim səni yesə etməz əhlal, 
  
  
 
  


265 
 
Gündə gərək ona üç kərə bal.  
Ol dəm ki, məni Həq etdi zahir,  
Verdi tənimə libasi-faxir,  
Rəxtim kİmi yoxdu hiç cövhər,  
Cismim kimi yoxdu hiç gövhər.  
Gəh Zöhrəvü gah Müştəriyəm,  
Gahi mələkü gəhi pəriyəm.  
Sərv ağacı təkdir hər budağım,  
Xublar çəkəllər iştiyaqım.  
Zərdalu eşitdi, nə'rə urdu  
Kim, 
- Gilasi görgilən, qudurdu! 
Dedi ki, 
- Ey əhqəri-zəmane! 
Vey zağü kəlağa abü danə! 
Nə föxr ilə özünü ögərsən? 
Bu eyb ilə sən nə fəxr edərsən?  
Bir qətrə su, bir də üstüxansan,  
Hər kim ki, yesə, ona ziyansan.  
Gər səni qurutsa bağbanlar,  
Axır günü çox çəkər ziyanlar.  
Ol əsli-binayi-cümlə bünyad,  
Zərdalu mənə qoyubdu həm ad.  
Gəh səbz oluram zümrürüdasa,  
Gahi bədənim olur mütəlla.  
Gər məni qurutsa bağibanlar,  
İstər məni cümlə karivanlar.  
Hər qanda aparsalar əzizəm,  
Hər təbxə buraxsalar təmizəm.  
Ərik sözün Alına guş qıldı,  
Acıqlanuban xüruş qıldı: 
- K'ey qarnı vərəmli, sinəsi çak, 
V'ey caməsi tozlu, ləzzəti xak! 
Xasiyyətini ki, sən bilirsən, 
Kənduzinə rişxənd qılırsan. 
Hər kim səni yedi qarnı şişdi, 
Dəryayi-bəla içinə düşdi. 
 
  
 
  


266 
 
Ənvai-bəlavü dərdü sevda  
Səni yeyənə olur mühəyya.  
Ol qadirü həyyü fərdü fəttah  
Adımı mənim qoyubdu Tüffah.  
Həm çöhrəmə verdi sürx rəngi,  
Həm əguimə ətləsi-firəngi.  
İki yarın arasında məhrəm 
Yox mən kimi dəhrdə müqəddəm.  
Həm peyki-nigari-nazəninəm,  
Həm qasidi-yari-məhcəbinəm.  
Təbliği-risalətimdə söz yox,  
Təflhimi-bəlağətimdə söz çox.  
Xəlvətgəhi-yarə əhli-sirrəm,  
Mə'şuqinə aşiqi yetirrəm.  
Bir bəzmdə gər ola müyəssər,  
Təcmii-fəvakihü səmərlər,  
Mən həm gər o bəzmdə bulunsam,  
Əsmar içində hazır olsam,  
Cümlə məni intixab edellər,  
Həm qeyrdən ictinab edəllər.  
Alma edər idi yüz təfaxür,  
Əmrud özünü qıldı zahir,  
Səsləndi ki, - Ey fəsadi-dövran!  
V'ey müfsideyi-misali-şeytan!  
Gər qabili-iftixar ofubsan,  
Alma adını neçün qoyubsan?  
Gər yaxşı olardın al deyərdin,  
Alma neçün adını qoyardm?  
Ol həzrəti-layəzali-mə'bud,  
Ad qoydu məni lətifə Əmrud,  
Verdi mənə yaxşı xasiyətlər,  
Həm əklimə çox-çox afiyətlər.  
Hər xəstəyə mən şəfa verirəm.  
Hər cərgəyə mən səfa verirəm.  
Əmrud edərdi vəsf halın,  
Bilməzdi öz işinin məalın, 
  
  
 
  


267 
 
Nagəh səsini eşitdi Əngur,  
Qeyzə gəlib oldu məstü məsrur.  
Bu tə'nə ilə itab qıldı,  
Əmrudə o dəm xitab qıldı. 
- K'ey rəngi saralmış illətindən! 
Başı yekə zə'fİ-qüvvətindən! 
Öz başına sən təbib oldun, 
Bimarlara nəsib oldun, 
Kənduzinə vardır ehtiyacın, 
Eylərmisən özgələr əlacın? 
Dəxi kəl əgər təbib olurdı, 
Əvvəl başına dəva qılırdı. 
Əvvəl varıb özünə dəva ver, 
Ondan sora xəstəyə şəfa ver. 
Ol caili-zülmətin ilənnur  
Ad qoydu məni-hərifə Əngur.  
Verdi mənə dürlü xasiyətlər,  
Lütf etdi mənə çox afiyətlər.  
Mən səbzəvü kişmişü məvizəm,  
Əsmar içində çox ləzizəm.  
Məndəndi şərabi-ərğəvani,  
Məndəndi sürurü şadimani.  
Mən saqiyi-məclisi-vəfayam,  
Ziynətdəhi-məhfili-səfayam.  
Turşu ilə həmnişin mənəm, mən!  
Həlva ilə həmqərin mənəm, mən!  
Heyva eşidib bu göftguyi,  
Qeyzə gəlibən saraldı ruyi. 
Əngurə dedi ki: 
- Yum dəhanın! 
Danışma ki, lal ola zəbanın! 
Şüğlün qəmü möhnətü ələmdir, 
Mədhin özünə tamam zəmdir. 
Bir kəslə ki, ittihad qılsan, 
Bir cam mey ilə şad qılsan,  
Ol şadlığı tamam olur qəm,  
Qəm üstünə qəm gəlir dəmadəm. 
 
  


268 
 
Əvvəl ki, edər xilafi-əhkam,  
Dəxi həm olur cahanda bədnam.  
Həm əqli-mürəccəhi olur fəsl,  
Həm cəhli-mürəkkəbi olur vəsl.  
Gər mün'im ola gedər tilası,  
V'ər müflis ola gedər həyası.  
Ol cümleyi-müşkili edən həll  
Adımı mənim qoyub Səfərcəl.  
Var ləzzətü rəngü dad məndə,  
Həm namü ləqəb, xoş ad məndə.  
Ətrimlə dolubdu bağü bağça,  
Həra mənzilim oldu tağü tağça.  
Məni aparırlar hər diyara,  
Həm töhfə verirlər hər nigara.  
Konduzini vəsf edərdi Heyva,  
Narınc eşidibən oldu peyda.  
Heyvaya xitab qıldı:  
- Key zar! 
Danışma ki, səndə yox məgər ar?  
Rəngin saralıbdı büğzü kindən,  
Yoxdur xəbərin məgər özündən?!  
Min tə'nə edər sənə xəlayiq,  
Onlar ki, dedin, sənə nə layiq?  
Qarnın dolu kirmü büğzü kinə,  
Kirmə bədənin olub xəzinə.  
Mədhin özünü məzəmmət eylər,  
Vəsfin sənə cümlə lə'nət eylər.  
Ot leyli nəhar edən, günü şəb  
Narınca qılıb məni müləqqəb.  
Lütf etdi mənə qəbayi-faxir,  
Ol don ilə eylərəm təfaxür.  
Yüz şükr edərəm mən ol xudaya,  
Yüz fəxr tənimdəki qəbaya.  
Bir don mənə lütf eyləyibdir  
Kim, qeyriyə dəxi verməyibdir.  
Şəklimi dəxi edibdi püstan,  
Püstanı sevəllə cümlə məstan. 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə