MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   2   3   4   5   6   7   8   9   ...   64


 
 
Anadilli Azərbaycan  Ədəbiyyati tarixində  bədii nəsrin ilk nümunələrini 
yaradan Füzulinin Sultan Süleymana yazdığı  "Şikayətnamə" adlı  bədii 
məktubunda zəmanəsinin vaqf ifadələrindəki rüşvətxorluq va süründürməçilik 
tənqid olunur. Xalq malı hesab ounan vəqf pullarını  məmurlar tərəfindən 
mənimsənildiyini, özbaşınalıq və qanunsuzluğu casarətlə aks etdirən bu əsərdə 
eyni zamanda istedadlı adamların qiymətləndirilməmisinə ciddi etiraz ifadə 
olunmaqdadır. Füzulinin zəmanəsinin ədalətsizliklərini ifadə edən bu əsəri bədii 
dəyəri, məntiqi kəskinliyi və  şairin məharətlə nümayiş etdirdiyi bədii 
umumiləşdirmələri ilə sevilir. Elə ona görədir ki, о indi də öz əhəmiyyətini 
itirməmiş, "Salam verdim, rüşvət deyildir deyə almadılar. Hökm gostərdim 
faidəsizdir deyə mültəfit olmadılar" - cümlələri həyati mənasını saxlayaraq, 
zərbi-məsəl kimi işlənməkdədir. 
Füzulinin Qazi Əlaəddinə,  Əhməd bəyə  və  Bəyazid Çələbiyə yazdığı 
məktubları da bədii nəsrimizin yaxşı nümunələri kimi adəbiyyat tariximiz üçün 
əhamiyyətlidir. 
Şairin fars-tacik şairi  Əbdürrəhman Caminin "Hədisi-ərbain"  əsərinin 
tərcüməsi bədii tərcümə tariximizdə özunəmaxsus görkəmli yerlərdən birini 
tutur. 
Fuzuli müəmmalar da yazmış  və Azərbaycan dilində bu janrın diqqətəlayiq 
nümunələrini yaratmışdır. 
Böyük şairin bu cildə daxil olan əsərləri hələlik ən qədim və mötəbər sayılan 
əlyazmaları, daş basmaları və nəşrləri əssasında tərtib edilmişdir. 
 
Həmid Araslı 
 
  



 
 
 



 


10 
 
RÜBAİLƏR 
 

 
Ey nəş'əti-hüsni-eşqə tə'sir qılan!  
Eşqifə binayi-kövni tə'mir qılan!  
Leyli səri-zülfini girehgir qılaü!  
Məcnuni-həzin boynuna zəncir qılan! 
 
II 
 
Tutsam tələbi-həqiqətə rahi-məcaz,  
Əfsanə bəhanəsilə orz etsəm raz,  
Leyli səbəbilə vəsfm etsəm ağaz,  
Məcnun dili ilə etsənı izhari-niyaz. 
 
III 
 
Lütf ilə şəbi-ümidimi ruz eylə!  
İqbalımı tövfıq ilə fıruz eylə!  
Leyli kimi ləfzimi diləfruz eylə!  
Məcnun kimi nəzmimi cigərsuz eylə! 
  


11 
 
BU, HƏZRƏTİ-İZZƏTDƏN HƏMD İLƏ 
İSTİMDADİ-MƏTALİBDİR 
və 
 
ASARİ-ŞÜKR İLƏ  
İSTİD'AYİ-SƏTRİ-LAİBDİR 
 
Əlhəmdü livahibil-məkarim,  
Vəş-şükrü lisahibil-mərahim.  
Və hüvəl-əzəliyyü fil-bidayət,  
Və hüvəl-əbədiyyü fin-nəhayət.  
Qəd şaə bi-sünihi-bəyanülı,  
Ma əzəmə fil-bəqai-şənüh.  
Sübhanəllahi-zəhi Xudavənd,  
Bişibhü şərikü mislü manənd.  
Məşşateyi-növrusi-aləm,  
Gövhərkeşi-silki-nəsli-Adəm.  
Sərrafi-cəvahiri-həqaiq,  
Kəşşafi-qəvamizü dəqaiq.  
Peydakoni-hər nəan ki, başəd,  
Ponhankoni-hər oyan ki, başəd.  
Memari-binayi-afəriniş,  
Sirabkoni-riyazi-biniş
1

Ya Rəb, mədədi ki, dərdməndəm,  
Aşüftəvü zarü müstəməndəm!  
Əz feyzi-hünər xəbər nədarəm,  
Cüz bihünəri hünər nədarəm.  
Şüğli-əcəbi giriftəəm piş,  
Pişü pəsi-u təmam təşviş.  
Səngist bərahəm uftadə, 
Bəhrist məra həras dadə.  
Tövfiqi-toəm əgər nəbaşəd, 
 
                                                            
1
 
Tərcüməsi:  Əziz və  mərhəmətli Allaha şükürlər olsun. O, əzəli və  əbədidir. Allahı  sənəti ilə 
tanımaq mümkün oldu. O nə böyük, nə yüksəkdir! Bənzəri, şəriki, misli və oxşan olmayan Allah pak 
və münnəzəhdir. Təzə gəlin kimi gözəl olan bu aləmi bəzəyən, insan nəslini yaradan Odur. Həqiqət 
cəvahirinin sərrafı, çətin və anlaşılmazlıqları  kəşf edəndir. Yaranış binasnın memarı, dünya 
bağçasının suvancısıdır. 
 


12 
 
 
Vər lütfi-to rahbər nəbaşəd.  
Müşkil ki, dərin giriveyi-təng  
Lə'li bedərarəm öz dili-səng.  
Müşkil ki, murad rox nəmayəd,  
Zin bəhr düri bədəstəm ayəd.  
An kon ki, diləm füruğ girəd,  
Lövhəm rəqəmi-səfa pəzirəd.  
Ayineyi-xatirəm şəvəd pak,  
Rövşən gərdəd çiraği-idrak.  
Qofli-dəri-arizu betabəm,  
Hər çiz tələb konəm beyabəm.  
Bəxşəd be riyazi-dövlətəm ab,  
Əbri-kərəmi-Rəsulü əshab1
1

 
                                                            
1
 
Tərcüməsi: Ey Allah, mənə imdad et ki, dərdliyəm, çaşqınam, zar və  məhzunam. Hünər 
şöhrətindən xƏbərim, hünərsizlikdən başqa hünərim yoxdur. Qarşıma çox çətin birməşğələ 
qoymuşam, onun əvvəli və sonu qorxulu və qarışıqdır. O, yolun üzərinsə düşmüş bir daş  və  məni 
qorxuya salan bir dənizdir. Əgər sənin lütf və uğurun mənə rəhbərlik etmesə, bu dar dərədəki daşın 
qəlbindən bir ləlin çıxarılması, bu dənizdən  əlimə bir dürrün yetişməsi və  məqsədimin gülməsi 
çətindir. Ürəyimi işıqlandıran sinamin lövhəsinə saf yazılar nəqş etdilən işləri gör ki, xatirimin aynası 
pak,  əqlimin çırağı parlaq olsun. Dövlətimin bağçasına Peyğəmbər və onun əshabının nemət 
buludları su versin. 
 


13 
 
 
 
BU, ŞÜKUFEYİ-GÜLZARİ-TÖVHİDDİR 
və 
NÖVBAVEYİ-BUSTANİ-TƏMCİDDİR 
 
Ey munisi-əhli-zövq yadın,  
Əbvabi-oraəl kilidi adın!  
Ey gənci-əta tilismi ismin,  
Sən gənci-nihan, cahan tilismin!  
Ey cudi vücudi-kövnə vahib,  
Zati kimi e'tirafı vacib.  
Ey silsileyi-vücudə nazim,  
Rəzzaqi-ərazilü əazim.  
Ey pərdəkeşi-rümuzi-mübhəm,  
Müstəhfi intizami-aləm.  
Ey nəqştərazi-səfheyi-xak,  
Sahibrəqəmi-xütuti-əflak!  
Ey möhtəsibi-cəhati-ərkan,  
Kani-gühəri-vücubü imkan!  
Ey məbdəi-feyzi-afəriniş,  
Səndən rövşən çiraği-biniş!  
Ey pərdeyi-masiva niqabın,  
Səndən özgə sənin hicabın!  
Ey sirri-vücudun əmri-məlum,  
Mövcud həmin sən, özgə mədum!  
Ey yeddi gülü doquz gülüstan  
Feyzi-kərəminlə səbzü xəndan!  
Ey varı yox eyləyən, yoxu var,  
Yox varlığında zənnü inkar!  
Ey şahidi-qeyb pərdədari,  
Fikrin güli-mə'rifət bəhari!  
Ey aləmə feyzi-cud səndən,  
Xəlqə şərəfi-vücud səndən!  
Ey cümlə cahan sənə rizacu,  
Səndən xali, səninlə məmlu!  
Ey şəm'i-əzəl fitiləsuzi!  
Bəzmi-əbəd əncümənffiruzi!  
Ey şirkü şərikdən münəzzəh, 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə