MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

45 
 
Övlad qoyan, qoyar həmin ad.  
Xoş ol ki, xələfdən ola xoşdil,  
Dünyada bir oğlu ola qabil. 
Pirayosi ola dəstgahə,  
Sərmayəsi ola İzzü cahə.  
Ah, ər ola bir səfihü sərkeş,  
Ətvari kərihü xülqi naxoş.  
Təşni' oxuna olub nişanə,  
Bizar ola ondan atə-anə.  
Əlqissə, ol əfzəli-qəbail,  
Ol piri-həmidətül-xəsail  
Fərzəndə olub həmişə talib,  
Təhsili-bəqayi-nəslə rağib,  
Çox mahüqa sənəmlər aldı,  
Çox türfə zəminə töxm saldı.  
Çox nəzrlər etdi hər məzarə,  
Çox qıldı niyaz kirdigarə,  
Tə'sir qılıb fəğanü ahi,  
Övn etdi inayəti-ilahi.  
Bir gecə açıldı babi-rəhmət,  
Buldu əsəri-dua icabət.  
Məqsud şəm'i münəvvər oldu,  
Sənduqi-əməl dür ilə doldu.  
Tədric ilə qıldı kilki-təqdir  
Nəqşi-qərəzi rəhimdə təsvir.  
Bər verdi nihali-baği-məqsud,  
Açıldı güli-hodiqeyi-cud.  
Çün və'də irişdi, doğdu bir ay,  
Xurşid rüxiylə aləmaray. 
Şad oldular ondan atə-anə,  
Şükranə verildi çox xəzanə.  
Əlqissə, ədəmdən oldu peyda  
Bir tifli-müzəkkərü müzəkka.  
Xurşid kimi kəmalə qabil,  
İsa kimi tiflilikdə kamil.  
Ol dəm ki, bu xakdanə düşdü,  
Halını bilib fəğanə düşdü. 
 
  


46 
 
Axır günün əvvəl eyləyib yad,  
Axıtdı sirişkü qıldı fəryad,  
Yə'ni ki: "Vücud dami-qəmdir;  
Azadələrin yeri ədəmdir.  
Hər kim ki, əsir olur bu damə,  
Səbr etsə gərək qəmi-müdamə".  
Olmuşdu zəbani-hali guya,  
Söylərdi ki: "Ey, cəfaçı dünya!  
Bildim qəmini sənin ki, çoxdur,  
Qəm çəkməyə bir hərif yoxdur.  
Gəldim ki, olam qəmin hərifi,  
Gəl, təcrübə eylə mən zəifi!  
Hər qanda qəm ola, qılma ehmal,  
Cəm' eylə, dili-həzinimə sal!  
Həm ver mənə qəm yemək kəmali,  
Həm aləmi qəmdən eylə xali!  
Peyvəstə məni əsiri-qəm qıl!  
Kəm qılma nəsibimi, kərəm qıl!  
Zövq ilə keçirmə ruzigarım,  
Fani olana yox e'tibarım.  
Ey eşq, qəribi-aləm oldum,  
Avareyi-vadiyi-qəm oldum,  
Tədbiri-qəm etmək olmaz oldu,  
Gəldim, geri getmək olmaz oldu.  
Səndən dilərəm mədəd ki, daim  
Təmkinim ola sən ilə qaim.  
Bu bəzmdə kim, şərabı qandır,  
Saqi-cəlladi-biamaldır,  
Bir mey mənə sun ki, məstü mədhuş  
Daim özümü qılım fəramuş.  
Nə gəldigimi bilim cəhanə,  
Nə onu ki, necədir zəmanə.  
Aləm gözümə görünməyə hiç,  
Bu riştədə bulmayım xəmü piç".  
Dayə onu pak qıldı qandan,  
Qaldırdı bit tirə xakdandan.  
Qüslün verib abi-çeşrai-tərdən, 
  


47 
 
Süd yerinə verdi qan cigərdən.  
Əqvamü qəbaili olub şad,  
Ol növrəsə Qeys qoydular ad.  
Can ilə qılırdı dayə e'zaz,  
Əsbabi-kəmali-tərbiyət saz.  
Lakin, ol edib həmişə nalə,  
Xoşnud degildi heç bu halə.  
Ə'zasın edib əlilə əfgar,  
Eylərdi müdam naləvü zar.  
Süd içsə sanırdı kim, içər qan,  
Əmcək görünürdü ona peykan.  
Yox idi firib ilə qərarı,  
Yanında firibin e'tibarı.  
Bir gün onu gəzdirirdi dayə,  
Dərdini yetirməyə dəvayə,  
Bir evdə məgər ki, bir pərivəş  
Ol tifli bəsi görüb müşəvvəş,  
Rəhm etdi, əlinə aldı bir dəm,  
Tİfl onu görüncə, oldu xürrəm.  
Hüsnünə baxıb qərar tutdu,  
Fəryadü fəğanını unutdu.  
Olduqca əlində, oldu xəndan;  
Düşdükdə əlindən, oldu giryan.  
Mahiyyətini çü dayə bildi,  
Ol mahı ona ənis qıldı.  
Oldu bu dəxi onunla mö'tad,  
Nə dayə, nə anə eylədi yad.  
Zatında çü var idi məhəbbət,  
Məhbubu görüncə tutdu ülfət.  
Eşq idi ki, oldu hüsnə mail,  
Hüsnü nə bilirdi tifli-qafil.  
Mə'lum idi əhli-halə ol hal  
Kim, nüsxeyi-eşqdir bu timsal.  
Əlbəttə, bu tifli zar edər eşq,  
Aşüftəyi-ruzigar edər eşq.  
Əlbəttə, qılır bu sübh təsir, 
Xurşid çıxıb olur cahangir. 
  


48 
 
Çün tərbiyəti-ədibü dayə  
Verdi əsəri-təmam ol ayə,  
Gün-gündən edib kəmal hasil,  
Ol mahi-növ oldu bədri-kamil.  
Gəldikcə meyi-vəfadan əyyam,  
Hər dövrdə sundu ona bir cam.  
Ta qıldı onu Eəmam sərməst,  
Tədric ilə dami-eşqə pabəst.  
Çün sür'ət ilə dönüb zəmanə,  
On yaşinə yetdi ol yeganə;  
Atasına müqtəzayi-adət  
Fərz oldu ki, onu edə sünnət.  
Cəm' etdi əhaliyi-diyari,  
Hər sahibi-izzü etibari;  
Bəzl eylədi ol qədər zərü sim  
Kim, yetdi qiyasə fərqdən bim.  
Xəlq onda görəndə kəsrəti-mal,  
Bim oldu ki, mün'əkis ola hal.  
Ol safzəmir, pakməşrəb  
Bir bəzmgəh eylədi mürəttəb  
Kim, görmədi onu çeşmi-sağər,  
Cəmşiddən özgəyə müyəssər.  
İtmamə yetib təriqi-sünnət,  
Tə'limi-ülumə yetdi növbət.  
Əsbab ona eyləyib mürəttəb,  
Verdilər onunla zibi-məktəb. 
  


49 
 
BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR 
və 
MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR 
 
Məktəbdə onunla oldu həmdəm  
Bir neçə mələkmisal qız həm.  
Bir səf qız oturdu, bir səf oğlan,  
Cəm' oldu behiştə hurüqılman.  
Oğlanlara qızlar olsalar yar,  
Eşqə bulunur rəvaci-bazar.  
Qız nərgisi-məst edib füsunsaz,  
Oğlana satanda işvəvü naz  
Oğlan necə səbr pişə qılsın?  
Vər səbri həm olsa, nişə qılsın?  
Ol qızlar içində bir porizad  
Qeys ilə məhəbbət etdi bünyad.  
Bir türfə sənəm ki, əqli-kamil  
Gördükdə onu olurdu zail.  
Zülfeyni-müsəlsəli girehgir,  
Can boynuna bir bəlalı zəncir.  
Əbrusi xəmi bəlayi-üşşaq,  
Həm cüft lətafət içrə, həm taq.  
Hər kipriyi bir xədəngi-xunriz, 
Peykani-xədəngi qəmzeyi  tiz.  
Dəryayi-bəla cəbini-paki,  
Çin cünbüşi mövci-səhmnaki.  
Çeşmi-siyəhinə sürmədən ar,  
Hindusinə sürmə həm giriftar.  
Rüxsarinə rəngi-ğazədən nəng,  
Hərgiz ona ğazə verməmiş rəng.  
Göz mərdüməkindən olsa xali,  
Göz mərdüməki olurdu xali.  
Lə'lü düri göstərirdi hərdəm,  
Övraqi-gül içrə iqdi-şəbnəm.  
Əbvabi-təkəllüm etsə məftuh,  
Əmvatə verərdi müjdeyi-ruh.  
Şümşadi-lətifinə mürəkkəb, 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə