MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

87 
 
Peyvəstə siyəh qılan libasın,  
Könlündə nihan tutan həvasın!  
Billah, kiməsən bu yerdə aşiq?  
Söylə ki, ənisinəm müvafiq.  
Olmuş sənə eşq feyzi hasil,  
Qılmış səni qibleyi-qəbail.  
Ya Rəb, bu hərəmsəra həqiçün, 
Bu mə'bədi-pürsəfahəqiçün,  
Qıl məndə binayi-eşqi daim,  
Manəndi-əsasi-Kə'bə qaim!  
Sal könlümə dərdi-eşqdən qəm,  
Hər ləhzəvü hər zəmanü hər dəm!  
Eşq içrə müdam şövqüm artır,  
Şövq ilə həmişə zövqüm artır!  
Hər qanda ki, aləm içrə qəm var,  
Qıl könlümü ol qəmə giriftar!  
Əndişeyi-əqldən cüda qıl,  
Eşq ilə həmişə aşina qıl!  
Artır mənə zövqü şövqi-Leyli,  
Daim mənə onda qıl təcəlli!  
Çoxdur bəni-adəm içrə bidad,  
Et könlümü vəhşət ilə mö'tad,  
Bir mülkdə ver mənə qərari  
Kim, yetməyə adəmi qübari".  
Ol zairi-Kə'bəyi-inabət  
İstərdi dua qılıb icabət,  
Tüğyani-bəladən etməyib fikr,  
Bu şe'r idi hər dəm etdigi zikr: 
 
QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR 
 
Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni!  
Bir dəm bəlayi-eşqdən etmə cüda məni! 
 
Az eyləmə inayətini əbli-dərddən,  
Yə'ni ki, çox bəlalərə qıl mübtəla məni! 
  


88 
 
Olduqca mən, götürmə bəladən iradətim,  
Mən istərəm bəlanı, çü istər bəla məni! 
 
Təmkinimi faəlayi-məhəbbətdə qılma süst,  
Ta dust tə'n edib deməyə bivəfa məni! 
 
Getdikcə hüsnün eylə ziyadə nigarımın,  
Gəldikcə dərdinə betər et mübtəla məni! 
 
Mən qandanü mülaziməti-e'tibarü cah,  
Qıl qabili-səadəti-fəqrü fəna məni! 
 
Öylə zəif qıl tənimi firqətində kim,  
Vəslinə mümkün ola yetirmək səba məni! 
 
Nəxvət qılıb nəsib Füzuli kimi müənə, 
Ya Rəb, müqəyyəd eyləmə mütləq mana məni! 
  


89 
 
BU, KƏ'BƏDƏN MƏCNUNUN  
MÜRACİƏTİDİR 
və  
VÜHUŞ İLƏ MÜSAHİBƏTİDİR 
 
Bir-bir eşidib sözün atası,  
Bildi ki, qəbul olur duası,  
Əfzun olur ol qəmü məlamət,  
Mümkün degil oğluna səlamət.  
Çox qıldı fəğanü naləvü zar,  
Oğlundan ümidi kəsdi naçar.  
Ol pir qalıb orada heyran,  
Məcnun tutuban rəhi-biyaban,  
Tənha səfər ixtiyar qıldı,  
Əzmi-səri-kuyi-yar qıldı.  
Gündüz gözü yaşı hadiyi-rah,  
Gecə yolu şəm'i şö'leyi-ah.  
Gərdi-rehi-yari yad edərdi.  
Gəh otura, gəh dura gedərdi. 
  


90 
 
BU, MƏCNUNUN DAĞ İLƏ  
MÜSAHİBƏTİDİR 
və 
CARİ OLAN ÇEŞMƏ İLƏ  
MÜNASİBƏTİDİR 
 
Bir dağə irişdi yolda nagah,  
Qəddinə libasi-vəhm kutah.  
Tığındə uqabı-çərx qam,  
Müzmər kəmərində lə'l kanı,  
Mün'im sifəti, libası faxir,  
Cibü bəğəli dolu cəvahir.  
Dərya qürban ona təzərrö'  
Eylerdi zəxirəsin təvəqqö'.  
Səhra edibən ona təvəlla,  
Eylərdi məişətin təmənna.  
Ol çeşmələr eyləyib rəvanə,  
Olmuşdu olara ata-anə.  
Tə'zim ilə qılmış onu həq yad,  
Qur'anda "Əlcibalu ovtad".  
Məcnun ona eyləyib təmaşa,  
Bir odlu sürud qıldı inşa.  
Olduqda sürud ilə nəvasaz,  
Ondan həm eşitdi əksi-avaz,  
Sandı ki, özilə həmnəfəsdir,  
Dedi: "Məna bir rəfiq bəsdir.  
Yüz şükr ki, yari-qar buldum,  
Gəzdim bu cəhanı yar buldum".  
Eşq odun ona həm etdi rövşən;  
"K'ey guşəmşini-pakdamən!  
Suzi-cigərimdən oldun agah,  
Əhsənt, əhsənt, barəkallah!  
Bir aşiqi-mübtəla imişsən,  
Dərd əhlinə aşina imişsən.  
Sənsən mənə həmdəmi-müvafiq,  
Dağ ilə olur həmişə aşiq.  
Bidad ilə köksünə urub daş, 
  


91 
 
Dərd ilə gözündən axıdıb yaş, 
Noldu sənə, böylə məst olubsan,  
Qəm daminə paybəst olubsan?  
Qan ilə dolubdurur kənarın,  
Nə güldən ola bu laləzarın?  
Bağrın gorürəm olubdurur su,  
Nə sərvqədin həvasıdır bu?  
Gəl, ağlayalım bu macərayə,  
Bir dəm qoşalım səda-sədayə!"  
Çün bir dəm onunla ağladı zar;  
Dərdi-dili-zann etdi izhar. 
Əzm eylədi xaki-kuyi-yarə,  
Leylinin evi olan diyarə. 
  


92 
 
BU, MƏCNUNUN QƏZAL İLƏ  
MƏQALATIDIR 
və 
EŞQ BABINDA ONUNLA  
OLAN HALATIDIR 
 
Gördü ki, bir ovçu dam qurmuş,  
Daminə qəzallər üz urmuş.  
Ol damə cəfayi-çərxi-qəddar  
Bir ahunu eyləmiş giriftar.  
Boynu burulu, ayağı bağlı,  
Şəhla gözü nəmli, canı dağlı.  
Əhvalına rəhm qıldı Məcnun,  
Baxdı ona, tökdü əşki-gülgun,  
Könlünə qatı gəlib bu bidad,  
Yumşaq-yumşaq dedi ki: "Səyyad!  
Rəhm eylə bu mişkbu qəzalə!  
Rəhm etməzmi kişi bu halə?  
Səyyad, bu natəvanə qıyma!  
Qıl canına rəhm, canə qıyma!  
Səyyad, saqın, cəfayamandır!  
Bilməzsənmi ki, qana qandır?  
Səyyad, mənə bağışla qanın!  
Yandırma cəfa oduna canın!"  
Səyyad dedi: "Budur məaşım,  
Açman əyağın, gedərsə başım.  
Qətlində bu seydin etsəm ehmal,  
Ətfalü əyalıma nolur hal?"  
Məcnun ona verdi cümlə rəxtin,  
Pak eylədi bərgdən dirəxtin.  
Ol türfə qəzalın açdı bəndin,  
Şad eylədi cani-dərdməndin.  
Üz urdu üzünə, qıldı əfgan,  
Göz sürdü gözünə, oldu giryan:  
"K'ey badiyəgərdü badnavərd!  
Nazik bədənilə nazpərvərd!  
Sən zinəti-hər gili-zəminsən, 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə