MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

66 
 
 
BU, LEYLİYƏ MƏCNUN 
GÜZƏRDƏ MÜQABİL OLDUĞUDUR 
va 
GÜN MÜQABİLİNDƏ HİLALİ-MEHRİ BƏDRİ-KAMİL 
OLDUĞUDUR 
 
Bir gün ki, bahari-aləməfruz  
Vermişdi cəhanə feyzi-novruz,  
Salmışdı niqab çöhrədən gül,  
Çəkmişdi sürudi-nalə bülbül.  
Şəbnəm meyi-nabi ılə lalə  
Doldurmuş idi qızıl piyalə.  
Olmuşdu gül ilə səbzeyi-tər  
Firuzəfüruz, lə'lpərvər.  
Bir neçə müsahibi-vəfadar  
Məcnuni-şikəstəyi görüb zar,  
Hər yan dedilər ki: "Ey bəlakəş!  
Gül çağıdır, olmagil müşəvvəş!  
Bu fəsldə adəmi gərək şad,  
Ənduhü bolavü qəmdən azad!  
Çün əbr degilsən, olma giryan,  
Çün seyl degilsən, etmə əfğan!  
Gül kimi buraxma sinənə çak! 
Səbzə kimi etmə bəstərin xak!  
Kəmtər özünü əsiri-qəm qıl,  
Lütf eylə, xüramə gəl, kərəm qıl!  
Səhra tutalım, mey içəlim şad,  
Ənduh ilə olma böylə mö'tad!  
Ey qönçədəhanü sərvqamət,  
Gül, oyna, zəmani et fərağət!  
Pakizə vücudə heyfdir qəm,  
Böylə dəxi qalmaya bu aləm,  
Şayəd açıla güli-muradın,  
Möhkem qıl əsasi-e'tiqadın!  
Seyr üzrə bu növbahar fəsli  
Şayəd buluna nigar vəsli". 
  


67 
 
Məcmuni-həzin əyağa durdu,  
Səhralərə seyr üçün üz urdu.  
Giryan-giryan qılırdı seyran,  
Heyran-heyran gəzirdi hər yan,  
Gəh səbzəyə ərzi-raz edərdi,  
Gəh laləyə min niyaz edərdi,  
Çeşminə sürərdi lalə dağın,  
Aşiq sanıban öpüb ayağın.  
Nərgis gözünə nigah edərdi,  
Yarın gözün anıb, ah edərdi.  
Söylərdi bənəfşəyə qəmi-dil  
Kim, söyləyə, yarə olsa vasil. 
Bülbüllərə şərh edərdi halın,  
Qumrilərə möhnətü məlalın.  
Hər türfə çiçək görüb çəkib ah,  
Mənzil-mənzil gəzərdi, nagah  
Bir mənzilə düşdü rəhgüzari  
Kim, seyrdə idi onda yari.  
Bir neçə pərirüx ilə həmdəm,  
Məcnuni-şikəstədən müqəddəm  
Leyli güzər etmiş ol fəzayə,  
Salmış gülü lalə üzrə sayə.  
Bir səbzəyə səbz xərgəh urmuş,  
Məh səhni-çəməndə halə qurmuş;  
Qönçə kimi ol lətif xərgah,  
Gül bərgi kimi içində ol mah.  
Məcnunə müqabil oldu Leyli,  
Bəhri-qəmə yetdi dərd seyli.  
Leyli demə - şəm'i-məclisəfruz,  
Məcnun demə - atəşi-cigərsuz.  
Leyli demə - cənnət içrə bir hur,  
Məcnun demə - zülmət içrə bir nur.  
Leyli demə - övci-hüsnə bir mah,  
Məcnun demə - mülki-eşqə bir şah.  
Leyli demə - bir yeganeyi-dəhr,  
Məcnun demə - bir fəsaneyi-şəhr. 
  


68 
 
Leyli - çəməni-bəla nihalı,  
Məcnun - föləki-vəfa hilalı.  
Leyli - məhi-asimani-həşmət,  
Məcnun - şəhi-kişvəri-məlamət.  
Leyli - səfi-əhli-hüsn əmiri,  
Məcnun - səri-kuyi-qəm fəqiri.  
Leyli işi - işvəvü kirişmə,  
Məcnun gözü yaşı çeşmə-çeşmə.  
Leyliyü nişati-hüsn kami,  
Məcnunü bəlayi-eşq dami.  
Leyliyü lətafəti-dilaray,  
Məcnunü məlaməti-qəməfzay.  
Leylidə kəmali-hüsn ilə zövq,  
Məcnunda cəmali-Leyliyə şövq.  
Leyli - sədəfi-həyayə bir dür,  
Məcnuna onunla min təfaxür.  
Leylidə vüsali-dust meyli,  
Məcnunda həm arizuyi-Leyli.  
Ol iki səhiqədü səmənbər  
Bir-birinə oldular bərabər;  
Fuladə sataşdı səngi-xarə,  
Od düşdü qərarü ixtiyarə.  
Bir sazə düzüldü ol iki tar,  
Gərm oldu rəvaci-naleyi-zar.  
Ol baxdı buna nişat buldu,  
Bu gördü onu müqəyyəd oldu.  
Məcnunda qərar tutmayıb huş,  
Dəryayi-təhəyyür eylədi cuş.  
Bir dəm baxa bümədi ol ayə,  
Döşəndi yer üzrə misli-sayə.  
Leyli həm itirdi ixtiyarın,  
Bir dəm görə bilmədi nigarın,  
Heyranlığı ol məqamə yetdi  
Kim, düşdü ayaqdan, usu getdi.  
Gül suyu səpib rəvan üzünə,  
Leylini gətirdilər özünə. 
  


69 
 
Hər yan dedilər ona ki: "Ey mah!  
Nagəh, olur atan-anan agah  
Kim, qeyr ilə aşina olubsan,  
Bir dilbərə mübtəla olubsan.  
Verməz bu rəviş nəticeyi-xub,  
Şayəstə degil sənə bu üslub!  
Yaxşı nəzər eyləsən yamandır,  
Həm bizə və həm sənə ziyandır!"  
Ondan götürüb büsatü xərgah,  
Ol mahliqayi xahü naxah  
Öz bürcünə qıldılar rəvanə,  
Ta olmaya vaqif atə-anə.  
Söz demədilər bu macəradan,  
Nə gəncdənü nə əjdəhadan.  
Məcnunu həm etdi çeşmi-xunbar  
Sular saçıban üzünə, bidar.  
Gördü ki, nigardan nişan yox,  
Bir cismi-füsürdə var, can yox.  
Divanə qalıb, pəri gedibdir,  
Salıb onu dilbəri gedibdir.  
Çak eylədi camə, çəkdi nalə,  
Halı bədəl oldu özgə halə.  
Tərk etdi libasi-laləguni,  
Rəxt oldu təninə əşki-xuni.  
Gər matəm üçün misali-xamə,  
Sarmışdı başa siyəh əmamə.  
Cizgindi başına dudi-ahi,  
Yandırdı əmameyi-siyahi.  
İkrah ilə çıxdı pirəhəndən,  
Ar etdi şəhidi-qəm kəfəndən.  
Nələyni buraxdı ol bəlacu  
Kim, aşiqinə payibənddir bu.  
Həmdəmlərə üzr qıldı ağaz:  
"Key bir neçə həmnişinü həmraz!  
Seylabi-hücumi-əşk yetdi,  
Mən şiftəhalı qərq etdi. 
  


70 
 
Olman məni-xəstə ilə həmdəm,  
Ta batmayasız bu suya siz həm.  
Mənrəngi-məlamətə boyandım,  
Sevdazədəlik oduna yandım.  
Əlbəttə, bu od ki, düşdü canə,  
Axır tutuşub çəkər zəbanə.  
Düşvar bəlamı səhl sanmın!  
Siz dəxi mənim oduma yanmın!  
Məndən sizə düşməsin bir oxgər,  
Çün dəgmədi xeyr, dəgməsin şər.  
Sevda siyəh etdi ruzigarım,  
Eşq aldı inani-ixtiyarım.  
Mən bir quşam, uçdum aşiyandan,  
Mən qandanü meyfi-xanə qandan?!  
Qılmın mənə ev hekayətin çox
Dəxi mənim onda getməgim yox!  
Sizdən sorar olsa ata halım,  
Keyfiyyəti-möhnətü məlalım,  
Söylün ki: "Fünayə verdi rəxtin,  
Əyyam siyah qıldı bəxtin.  
Ey piri-şikəstəhalü naşad,  
Tanrıçün əlimdən eyləmə dad!  
Demə ki, "nədir bu macəralar?"  
Səndən mənə yetdi bu bəlalar!  
Mən bilməz idim qəmi-cəhanı,  
Təşvişi-zəminü asimanı.  
Asudə səraçeyi-ədəmdə  
Nə qüssədə idimü nə qəmdə.  
Bilməzlik ilə xoş idi halım,  
Nə hüsn, nə eşq idi xəyalım.  
Sən vasiteyi-vücudim oldun,  
Sən manei-feyzi-cudim oldun!  
Uradun ki, mənimlə olasan şad,  
Dərda ki, ümidin oldu bərbad.  
Mən yox olubam, sən indi var ol!  
Özgə xələfə ümidvar ol. 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə