MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

110 
 
BU, LEYLİNİN KÜNCİ-QƏMDƏ  
GİRYANLIĞIDIR 
və 
MƏCNUNUN VADİVİ-EŞQDƏ  
SƏRGƏRDANLIĞIDIR 
 
Zar ağlar ikən bu rəsmə ol mah,  
Bir türfə səda eşitdi nagah.  
Bir kimsə oxurdu şe'ri-Məcnun,  
Bu nüktə ibarətində məzmun:  
"K'ey nəş'əyi eşqdən uran dəm!  
Məcnunu saqınma Leylidən kəm!  
Məcnun ilə Leylini bərabər  
Gər kimsə deyərsə, qılma bavər!  
Leylidə əgərçi dərd çoxdur,  
Məcnuni-həzincə dərdi yoxdur.  
Leyli əli ignədəndir əfgar,  
Məcnuna qılıclar eyləməz kar.  
Leyli istər ki, əksilə qəm,  
Məcnun qəmin artırar dəmadəm.  
Leylini edər hərir dilgir,  
Məcnuna verər nişat zəncir.  
Məcnundur olan qəmə giriftar,  
Leyli kimə olmuş ola qəmxar?  
Məcnuna yetər şikənceyi-təb,  
Leyli kimədir təbib, ya Rəb?  
Məcnundur əsiri-dami-Leyli,  
Leyli kimə salmış ola meyli?"  
Leyli tutub ol təranəyə guş,  
Öz nəğməsin eylədi fəramuş.  
Təhqiq ilə bildi bu hesabı  
Kim, yox şərərində şö'lə tabı.  
Əlbəttə, bəlavü dərdi gərdun  
Məcnuna veribdir ondan əfzun. 
 
  


111 
 
BU, LEYLİNİN İBNİ SƏLAMA  
GİRİFTAR OLDUĞUDUR 
və 
YARDAN MƏHRUM VƏ  
MÜQƏYYƏDİ-ƏĞYAR OLDUĞUDUR 
 
Me'mari-səraçeyi-ibarət  
Böylə bu evi qılır imarət:  
Kim, seyrdən olmayıb təsəlli,  
Öz mənzilinə dönəndə Leyli  
Vermişdi özünə dürlü zivər,  
Hər zivərə bir nəticə müzmər.  
Ta məhv ola gözdən axıdan xun,  
Həm kömləyi, həm donuydu gülgun.  
Ta kim, ola dudi-ahə manənd,  
Bağlanmış idi bənövşə sərbənd.  
Ta kim, ola sövti-nalə pamal,  
Qullanmış idi sədalı xalxal.  
Ta olmaya əşk üzdə məlum,  
Rüxsarına lö'lö idi mənzum.  
Rə'na başa sərpübən ləçəklər,  
Nazik belə sancıban ətəktər,  
Pərvanəsiz eyləməzdi şəm'in,  
Eylərdi diri-sirişk cəm'in.  
Rə'na-rə'na yürürdü ol mah,  
Bir şəkl ilə kim, təbarəkəllah!  
Ol əsrdə var idi ərəbdə  
Bir mö'təbər əsldə, nəsəbdə.  
Mənzuri-əazimü əali,  
Məqbuli-əkabiri-əhali.  
İdrakı büləndü hüsni dilkəş,  
Ətvan xücestə, siyrəti xoş.  
Vermiş Həq onun olan muradın,  
Bəxt İbni Səlam qılmış adın.  
Ol türfə hümayi-övci-İqbal, 
Asudəzəmirü fariğülbal  
Ov qəsdinə eyləmişdi pərvaz, 
 
  


112 
 
Altında üqab, əlində şəhbaz.  
Bir rahgüzərdə ol nigarə  
Uğraşdı vü qıldı bir nəzarə,  
Canü cigərində qalmadı tab,  
Mehv oldu, necə kim, odda simab.  
Tərk etdi əziməti-şikan,  
Gəldi evə, getdi ixtiyarı.  
Tərh etdi binayi-resmi-peyvənd,  
Tədbir ilə buldu bir xirədmənd  
Kim, lütf ilə söz qılanda təqrir,  
Təqriri verərdi daşə təğyir.  
İn'am edibən ona bəsi mal,  
Leyli tələbinə qıldı irsal.  
Şərt eylədi ol büləndəxtər  
Kim, olsa bu kami-dil müyəssər,  
Sərf eyləyə gəncü mali-aləm,  
Cananə yolunda, bəlkə can həm.  
Çün gəldi bu razi-dil bəyanə,  
Oldu ona razı atə-anə.  
Ol Müştəriyə verildi Zöhrə,  
Şayəstə görüldü Mah Mehrə.  
Çün İbni Səlamə yetdi peyğam,  
Tənbihi-nişatü müjdeyi-kam,  
Dəryayi-nişatı gəldi mövce,  
Baş çəkdi nihali-bəxti Övcə.  
Məxzən-məxzən cəvahir açdı,  
Xərmən-xərmən nisar saçdı.  
Açdı dəri-gənci-gövhərü zər,  
Fəqr əhlini eydədi təvangər.  
Ol sərvin ayağı bağlı oldu,  
Azado ikən adağlı oldu. 
  


113 
 
BU, NÖVFƏLİN MƏCNUNLA 
MÜQƏDDİMEYİ-İXTİLATIDIR 
və 
OL CƏVAHİRİ-PAKDAN İNBİSATIDIR 
 
Saqi, yenə qəsdi-can edər qəm,  
Ver cam ləbaləbü dəmadəm!  
Bikəs qalıbam məni-səbükray,  
Sən eyləməsən mənə mədəd, vay!  
Mən şiftənin pənahı olğıl!  
Bikəslər ümidgahı olğıl!  
Cəhd eyləvü qılma bir işə əhd,  
Vər əhd eləsən, vəfaya qıl cəhd!  
Şəmşiri-mübarizi-fəsanə  
Bu rəzmdə böylə batdı qanə  
Kim, var idi bir xücəstəfərcam,  
Ol əsrdə adilü nikunam,  
Tiğilə məsaf müşkili həll,  
Mə'rufi-zəmanə, adı: Növfəl.  
Həm eşq yolunda çox yügürmüş,  
Həm çox sitəmi-zəmanə görmüş.  
Bəzmində misali-dürri-məknun  
Bir gün oxunurdu şe'ri-Məcnun.  
Qayətdə bəyəndi tərzi-pakın,  
Məzmuni-kəlami-suznakın.  
Sordu sifətin, dedilər: "Ey şah,  
Aşüftə qılıbdır onu bir mah.  
Rüsvalıq edib özünə pişə,  
Damü dəd ilə gəzər həmişə".  
Növfəl qılıb arizuyi-Məcnun,  
Əshab ilə qıldı əzmi-hamun. 
Bir guşədə gördü zarü məhcur,  
Halı nəsəqi-səlahdən dur.  
Ətrafını teyrü vəhş almış,  
Vəhşət onu bir həsarə salmış.  
Çün daireyi-sibaü hail,  
Qət' etdi, sipəh görüb səlasil. 
  


114 
 
Məcnuna yetişdi ol vəfadar,  
Asari-tələttüf etdi izhar:  
"K'ey xəstə, nədir bu çəkdigin rənc,  
Viranədə zaye etdiyin gənc?!  
Vəhşi nə bilir sənin məqamın?  
Həmcinslərindən istə kamın!  
Hal əhlisən, istə əhli-hali,  
Səbralərə düşmə laübali.  
Dövlət diləsən, hümaden istə,  
Gənc istəsən, əjdəhadən istə!  
Qəm çəkmə ki, mən olunca qəmxar,  
Yarın sənə ənqərib olur yar.  
Gər olsa zər ilə iş sərəncam,  
Yük-yük tökəlim zər, alalım kam,  
Vər olsa qərəz məsafə möhtac.  
Biz qan tökəlim, sən eylə tarac.  
Ancaq ola gör mənimlə həmdəm,  
Mən kim səninəm, sənindir ol həm". 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə