MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

126 
 
Sayəntək olub səninlə həmseyr,  
Mən əhli-kərəmdən istəyim xeyr.  
Hər nə yığılırsa biş, ya kəm,  
Varım sənə eyləyim müsəlləm.  
Qəsdim bu ki, eyləyəm məni-zar,  
Evdən-evə seyr Müştərivar.  
Şayəd ki, bir evdə ola mümkün,  
Ol Zöhrəyə olmağım müqarin".  
Pir oldu ümidi-nəf ilə şad,  
Əvvəlki əsirin etdi azad...  
Zəncirə girib rəmid Məcnun,  
Ərbabi-cünunə verdi qanım. 
  


127 
 
BU, MƏCNUNUN ZƏNCİRƏ ŞƏRHİ-QƏMİDİR 
və  
BƏYANİ-SİLSİLEYİ-ƏLƏMİDİR 
 
Ol silsiləyə olub həmavaz,  
Ağlardı ki, "Ey, mənimlə həmraz!  
Sən gənci-bəlayə əjdəhasan,  
Sərrişteyi-möhnətü bəlasan.  
Şərhi-qəmə var min dəhanın,  
Təprəndikcə çıxar fəğanın!  
Başdan-əyağa dəlik-dəlik tən,  
Könlündəki razı etdi rövşən.  
Ey muntəziri-nəzareyi-yar,  
Nəzzareyi-yarə min gözün var!"  
Gəzmək həvəsilə xanə-xanə,  
Ol pir ilə oldular rəvanə.  
Tövfiq olub onlar ilə həmrah,  
Leyli həşəmi göründü nagah.  
Məcnun rəsəni əlində ol pir,  
Ev-ev həşəmi gəzərdi bir-bir:  
Leyli evinə irişdi növbət,  
Ol xəstəyə qalib oldu heyrət.  
Sərgəşteyi-aləm oldu pabest,  
Meyxanə önündə düşdü sərməst.  
Çün çəkdi bir ixtiyarsız ah,  
Leyli ev içində oldu agah;  
Bir ah ilə qıldı xeyməsin çak,  
Məzlumuna açdı çeşmi-nəmnak.  
Gördü ki, görünməz olmuş ol zar,  
Olmuş qəm ilə zəifü bimar.  
Qaşı kimi qaməti bükülmüş,  
Yaşı kimi peykəri tökülmüş.  
Cismi qəm içində can şəbihi,  
Dərki, nəzəri, qəmi bədihi.  
Didar ilə ol şəhi-lətafət  
Mehmanına eylədi ziyafət.  
Razi-dili-zarın etdi ifşa,  
Bu şe'ri-bədihi qıldı inşa: 
  
 


128 
 
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR 
 
Yar rəhm etdi məgər naləvü əfğanimizə 
Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə? 
 
Əşk baranı məgər qıldı əsər kim, nagah  
Bitdi bir şaxi-güli-tazə gülüstanimizə? 
 
Bizə ah atəşinin yandığı ondan bilinir  
Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə. 
 
Bu vüsalə yuxu əhvalı demək mümkün idi,  
Əgər olsaydı yuxu dideyi-giryanimizə. 
 
Bir xəyal olsa məgər gördügümüz, yoxsa nigar,  
Mütləqa xatirə gəlməz ki, gələ yanimizə. 
 
Yar mehmanımız oldu, gəlin, ey canü könül,  
Qılalım serf nəmiz
1
 var isə mehmanimizə! 
 
Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,  
Can verib dilbərə, minnət qoyalım canimizə. 
  
                                                            
1
 
Nəyimiz 


129 
 
BU, MƏCNUNUN LEYLİYƏ MÜQABİL OLUB 
ƏHVÄLIN BİLDİRDİGİDİR 
və 
FÜRSƏTLƏ RAZİ-PÜNHANIN  
ƏYAN ETDİGİDİR 
 
Məcnun ki, ona nəzarə qıldı,  
Razi-dilin aşikarə qıldı,  
Çəkdi fələkə fəğanü ahı,  
Sultanının oldu dadxahı:  
"K'ey qədri bülənd padşahım,  
Bildir mənə kim, nədir günahım?  
Fərmana müxalifətmi qıldım?  
Ə'daya müvafiqətmi qıldım?  
Bədxahlərinmidir bu tədbir?  
Qəmmazlərinmidir bu təzvir?  
Mən mö'təqidəm bu asitanə, 
Ya Rəb, nola rəddimə bəhanə?  
Kimdəndir ola, bu məkrü hiylə,  
Kim oldu ola buna vəsilə?  
Ta xaki-dərindən olmuşam dur,  
Aşüftəvü xəstəhalü rəncur,  
Gahi çəkərəm şikənceyi-qəm,  
Gahi oluram bəlaya həmdəm.  
Tənha keçər oldu ruziganın,  
Səhrada nə munisü nə yarım.  
Sən xud gözəlim, qəmim yeməzsən,  
"Ol şiftə qandadır" - deməzsən.  
Məndən bu təğafülün əcəbdir,  
Guya ki, nişaneyi-qəzəbdir.  
Mən böylə neçün zəbunü xarəm,  
Ha gəldim, əgər günahkarəm.  
Çökdüm yerə gərdənimdə zəncir,  
Bismillah, əgər olursa tə'zir,  
Fərman səndən, qəbul məndən,  
Olma, gözəlim, məlul məndən! 
 
  


130 
 
Zülfü müjə, xəncarü rəsən bəs,  
Hökmünü yerit, həm asü həm kəs!  
Gər arada bir qübar' qoyma,  
Öldür məni, şərmsar qoyma!  
Tə'zirimə eyləsən təəllül,  
Lazım məni öldürər təğafül. 
Ey laləüzarü ənbərin mu,  
Gəncinəcəmalü mar geysu!  
Ta zülfünə olmuşam giriftar,  
Zənciri-cünuna rəğbətim var.  
Qəm silsiləsinə paybəndəm,  
Divanələr içrə sərbüləndəm.  
Sövdadə dönüb ziyana sudim,  
Peyvəstə bu şe'rdir sürudim: 
 
BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR 
 
 
Küfri-zülfün salalı rəxnələr imanimizə,  
Kafər ağlar bizim əhvali-pərişanimizə. 
 
Səni görmək mütəəzzir görünür böylə ki, əşk  
Sənə baxdıqda dolar dideyi-giryanimizə. 
 
Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə,  
Az edib, cövrü cəfalər qılıban canimizə. 
 
Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm al  
Hər gələn qəmli gedər, şad gəlib yanimizə. 
 
Var hər həlqeyi-zəncirimizin bir ağzı,  
Müttəsil verməgə ifşa qəmi-pünhnimizə. 
 
Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,  
Gəlmişiz əcz ilə dad etməgə sultanimizə. 
 


131 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Bir ləhzə qılıb bu rəsmə fəryad,  
Suitaninə zülmi-eşqdan dad,  
Zəncirini etdi parə-parə,  
Tutdu yenə xəlqdən kənarə.  
Əndamı şikəstə, çeşmi nənmak,  
Rüsvavü xərabü məstü bibak.  
Ardınca qoşun-qoşun uşaqlar,  
Əhvalına kim gülər, kim ağlar. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə