MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

168 
 
 Həm bərg verərdi şaxi, həm bər.  
Hər ləhzə alıb əlinə bir mar,  
Xürsənd oluban deyirdi ol zar:  
"K'ol sünbüli-mişkbuyi tutdum,  
Sərrişteyi-arizuyi tutdum".  
Qaplan kimi cana urdu min dağ,  
Arslansifəti uzatdı dırnaq,  
Arslanların oldu pişvası,  
Qaplanların oldu müqtədası. 
  


169 
 
BU, MƏCNUNUN SİDQ İLƏ  
MÜNACAT ETDİGİDİR 
və 
NAVƏKİ-DUASI HƏDƏFİ-İCABƏTƏ  
YETDİGİDİR 
 
Bir gecə ki, zülməti-ziyasuz 
Zülfi-şəbi etdi bürqeyi-ruz,  
Bir lə'li edib sipehr nayab,  
Göstərdi yerinə min düri-nab.  
Bir sancağı eyləyib nigunsar,  
Min məhçeyi-rayət etdi izhar.  
Qətrə-qətrə həkimi-əflak  
Xaşxaşlarında tutdu tiryak.  
Danə-danə ərusi-gərdun  
Qaftanına tikdi dürri-məknun.  
Girdaba düşüb səfineyi-mah,  
Qıldı özünə Məcərrədən rah.  
Saçıldı Ütaridin rnidadı,  
Artırdı bu sefhəyə savadı.  
Zöhrə dağıdıb siyah geysu,  
Geysusi içində gizlədi ru.  
Xurşid nihan olub, sitarə  
Göz açdı təriqi-intizarə.  
Təprəndi səri-sinani-Bəhram,  
Fəth oldu ona vilayəti-Şam.  
Bərcis girib siyəh libasə,  
Xurşid qəmində batdı yasə.  
Ayinə olub sipehri-gərdan,  
Baxdı ona, əks saldı Keyvan.  
Gərduna səvabit oldu mismar,  
Ta tökməyə dün büsati-pərgar.  
Göydə Həməl oldu aşikarə,  
Ahubərə çıxdı səbzəzarə.  
Gavi-fələk oldu gavi-ənbər,  
Doldurdu cahana ənbəri-tər.  
Cövza kəməri mürəssə oldu.  
Gərdun bədəni müfəmmə oldu. 
  


170 
 
Xərçəng qılıb səhər yelin dəf',  
Xasiyyəti verdi zülmətə nəf.  
Oldu Əsəd Afitabdan dur,  
Pürdud misali-şəm'i-binur.  
Geysusinə verdi Sünbülə tab,  
Mişk üstünə tökdü ənbəri-nab.  
Mizanı edib fələk tərazu,  
Sərrafı-zəminə çəkdi lö'lu.  
Əqrəb buraxıb kəməndi-pürxəm,  
Divi-şəbə qıldı qeydi möhkəm.  
Qövsini qurub sipehri-laib,  
Atıldı xədəngi-nəcmi-saqib.  
Büzğaleyi-asiman töküb mu,  
Göy səhfəsin eylədi siyəhru.  
Dəlvi dəlib afəti-zəmanə,  
Min qətrə saçıldı asimanə.  
Hut eylədi həbsi-Yunisi-ruz,  
Bərqi-şəfəq oldu asimansuz.  
Ərz eylədi Əxbəşə cinasın,  
Cəbhə dəxi cəbhəsin ziyasın.  
Həm Həq'ə cəmala verdi zivər,  
Həm Hən'ə mükəlləl etdi əfsər.  
Şərteynü Büteyn, Səmakü Əklil  
Nur etdilər asimana təhvil.  
Ta Sadirü Varidə, Nəaim  
Sərf eyləyə sərf ilə dəaim.  
Təzyin üçün etdilər mühəyya,  
Lə'lin Dəbəran, dürün Sürəyya.  
Verdi rəvişi-sipehrü əxtər,  
Tərtibi-Müqəddəmü Müəxxər.  
Məcnun mütəhəyyirü pərişan  
Qalmışdı sipehr işində heyran.  
Gərduna açardı dideyi-tər,  
Yer üzünə doldurardı əxtər.  
Hər əxtərə ərzi-hal edərdi,  
Min arizuyi-məhal edərdi. 
Əvvəl olub asimana mayil,  
Şərh etdi Ütaridə qəmi-dil: 
  


171 
 
"K'ey əhli-hesaba karfərmay!  
Müstövfiyi-əqlü məşrəfi-ray.  
Ey nasixi-nüsxeyi-məani,  
Fehristi-rümuzi-asimani!  
Qəssami-məqasidü mətalib,  
Rəssami-münasibü məratib!  
Dərdi-düimin hesabı çoxdur,  
Səndən özgə dəbir yoxdur.  
Bir nameyə dərdimi rəqəm qıl,  
Sultanıma ərzə et, kərəm qıl!  
Şayəd əsər edə feyzi-xamən,  
Tə'vizi-cünunim ola namən".  
Gördü ki, Ütarid anlamaz raz,  
Bir özgə tərənnüm etdi ağaz.  
Döndərdi üz ondan ağlayıb zar,  
Mərrixə niyazın etdi izhar:  
"K'ey valiyi-məsnədi-şücaət!  
Şəmşirinə aləm əhli-taət!  
Sən sahibi-nüsrətü zəfərsən,  
Ərbabi-silaha taci-sərsən!  
Mən acızəmü qəvidir əğyar,  
Mən bikəsü xəsmdir sitəmkar.  
Acizlərə lütf edib mədəd qıl!  
Bikəslərdən bəlanı rəd qıl!  
Çək tiğini, eylə dəf i-düşmən,  
Ta dusta həmnişin olam mən!"  
Çün gördü bülənd yerdədir kam,  
Nə Tir yetər ona, nə Bəhram.  
Tiğ ilə qələmdən oldu nomid, 
Tutdu rehi-barigahi-tövhid.  
Dərgaha tutub rüxi-niyazın,  
Mə'budinə ərzə qıldı razın:  
"K'ey tiğə müinü kilkə rəhbər!  
Bəhram - qulamü Tir - çakər.  
Ey fərqi-əməl külahduzi,  
Sahibrəqəmi-bərati-ruzi!  
Rəhm et məni-zarü binəvayə,  
Dərdi-düimi yetir dəvayə! 
  


172 
 
Leyliyi sən eyfədin pərivəş  
Kim, cana cəmah urdu atəş.  
Sən qıldın onu bəlayi-aləm,  
Ol etdi məni şikəsteyi-qəm.  
Verdin ona hüsni-aləməfruz,  
Saldı mənə atəşi-cahansuz.  
Dərd ilə məni sən eylədin zar,  
Mən qandanü Leyliyi-cəfakar?  
Leyli ki, məni bəlaya saldı,  
Bir görmək ilə qərarım aldı.  
Yoxdur rəvişində ixtiyarı  
Kim, döndərə aldığı qərarı.  
Biçarədir öz işində ol həm,  
Səndən bulunur bu zəxmə mərhəm.  
Həm sən kərəmindən et əlacım,  
Kəs qeyri kişidən ehtiyacım!  
Ey dərdə qılan məni giriftar! 
Kimdir mənə səndən özgə qəmxar? 
Çox-çox hükəmaya söylədim hal
Təşxisi-mərəzdə oldular lal; 
Bildim ki, həkimi-fərd sənsən! 
Danayi-cəmii-dərd sənsən! 
Gər dərd və gər dəva sənindir! 
Hakim sənsən, riza sənindir. 
Yə'ni ki, gətir kəmala zövqüm, 
Gündən-günə qıl ziyadə şövqüm! 
Sal çeşmimə lə'linin xəyalın, 
Ver təb'imə hüsnünün kəmalın. 
Daim onu məndə zahir eylə, 
Lütf et, iki surəti bir eylə! 
Qədrim, qəmi içrə mö'təbər qıl! 
Dərdin, mənə ruzi ol qədər qıl! 
Kim, kimsəyə ol olub müyəssər, 
Kimsə mənə olmaya bərabər. 
Görmək rüxün olmaz olsa məqdur, 
Xunbar gozümdə olmasın nur.  
Zövqi-ələmi olursa nayab,  
Məcruh tənimdə olmasın tab. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə