MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

183 
 
Vəsl əyyam! verib cananə can, rahət bulan,  
Yeydir ondan kim, salır canın qəmi-hicraninə. 
 
Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən  
Kim, göyər gördükdə şəm'in atəşi-suzaninə. 
 
Fani ol eşq içrə kim, bənzər fənası aşiqin  
Feyzi-cavid ilə Xızrın çeşmeyi-heyvaninə! 
 
Eşq dərdinin dovası qabili-dərman degil,  
Tərki-can derlər bu dərdin mö'təbər dərmaninə. 
 
Hiç kim canan üçün can verraogo laf etməsin  
Kim, gəlibdir bu sifət ancaq Füzuli şaninə. 
  


184 
 
BU, LEYLİNİN İBNİ SƏLAMDAN SONRA  
MACƏRASIDIR 
və 
ZAVİVEYİ-MÖHNƏTDƏ  
VAQE OLAN BƏLASIDIR 
 
Çün ata evinə döndü Leyli,  
Əfğana olub həmişə meyli,  
Tutmuşdu təriqi-əhli-matəm,  
Təcdidi-əza qılıb dəmadəm,  
Hər qanda bilirdi var bir zar,  
Ənduhü müsibətə giriftar,  
Cəm' edib olurdu əncümənsaz,  
Eylərdi sürudi-növhə ağaz.  
Gər İbni Səlam idi bəhanə,  
Məcnun idi bais ol fəğanə.  
Ağzında idi bir özgə zikri,  
Könlündə idi bir Özgə fikri.  
İzhar qılırdı özgə adın,  
Pünhani edərdi özgə yadın.  
Bu rəng ilə daim ol pərizad  
Eylardi fərağət ilə fəryad.  
Suzi-dilinə gətirməyib tab,  
Bir gecə dağıldı yarü əshab,  
Ancaq ona şəm' qaldı həmdəm,  
Söndürdü bir ah ilə onu həm.  
Yə'ni nə rəva şəbi-siyahım  
Şəm' istəyə qeyri-bərqi-ahım?!  
Tənha qalıb etdi naleyi-zar,  
Dərdü qəmə qıldı əczin izhar:  
"K'ey dərdü qəmi-zəmanə, billah,  
Olman bu gecə mətıimlə həmrah!  
Tənhalıq ilə mən eylərəm xu,  
Siz özgə müsahibə tutun ru!"  
Gördü qəmü dərdə yox nihayət,  
Qıldı şəbi-tirədən şikayət:  
"K'ey bəxti-siyahımın nəziri,  
Aşüftə qılan məni-əsiri! 
  


185 
 
Əvvəl yox idi sənin qərarın,  
Seyr ilə keçərdi ruzigarın.  
Hala nə üçün qərar edibsən,  
Tərki-rəviş ixtiyar edibsən?  
Sərmənziləmi özün yetirdin?  
Ya zülmət içində yol itirdin?  
Matəmzədəsən, siyəh libasın,  
Kimdən ola, nişədir bu yasın?  
Dərdü ələmim dənizi daşdı,  
Seylabi-bəla başımdan aşdı.  
Tiri-fələkə nişanə oldum,  
Tahuneyi-çərxə danə oldum.  
Matəmkədədir bu gecə aləm,  
Mən bəxtiqara bir əhli-matəm.  
Nə səbr qalıbdurur, nə aram,  
Bilmən ki, nolur mənə sərəncam.  
Olmuş bu gecə təmam kövkəb  
Azarım üçün fələkdə Əqrəb.  
Sübh ayinəsini jəng tutmuş,  
Feyzi-səhəri fələk unutmuş.  
Ey sübh, sənin nə oldu halın,  
Dəm urmağa qalmamış məcalın?  
Könlün xoş isə, təbəssüm eylə!  
Mehrin var isə, tərəbhüm eylə!  
Fəryadıma həmdəm et xorusu,  
Avazıma qoş sədayi-kusu.  
Mürği-səhəri gətir zəbanə,  
Göstər dəmi-sübhdən nişanə!"  
Çox ağladı, etdi naləvü zar,  
Dərdi-dili-zarın etdi təkrar.  
Gördü mədədinə sübh yetməz,  
Şəb derdi-dilinə çarə etməz,  
Üz tutdu ona ki, feyzi-ami  
Çəkmiş bu mədarə sübhü şami.  
Razi-dili-zarın etdi ağaz:  
"Key vaqifi-halü arifi-raz!  
Yoxdur qəmi-dərdimə nihayət,  
Qəmdən kimə eyləyim şikayət?  
Qəm bihədü mən bəsi zəifəm
  


186 
 
Mən böylə qəmə qaçan hərifəm?  
Ya ver mənə möhnətimdə taqət,  
Ya taqətim olduğunca möhnət.  
Gər cameyi-səbrim eyləsəm çak,  
Hökmün yolu görünür xətərnak.  
V'ər könlümə versəm istimalət,  
Taqətcə degil qəmü məlalət.  
Namusdan eyləsəm cüdalıq,  
Məcnun ilə qılsam aşinalıq,  
Qorxum bu ki, israət ola pamal,  
Fərmana müvafiq olmaya hal.  
Qılsam bu həvada hifzi-namus,  
Mə'mureyi-vəslim ola məhrus.  
Qorxum bu ki, dudi-ahi-Məcnun  
Əhvalımı eylayə digərgun.  
Sadiqlərin ahı mö'təbərdir,  
Ondan həzər etməmək xətərdir.  
Ol öylə, bu böylə neyləyim, vay!  
Bilmən məni-acizə nədir ray?  
Ya Rəb, mütəhəyyirəra məni-zar,  
Möhnətlərə olmuşam giriftar!  
Sərmənzili-əmnə rah bilmən,  
Səndən özgə pənah bilmən.  
Gör badeyi-qəflət ilə mədhuş,  
Qıl pərdeyi-lütfünü xətapuş!  
Derilər ki, sitəmrəsidə Məcnun  
Olmuş məni-mübtəlaya məftun.  
Mən bisərü pa ona nə layiq  
Kim, hüsnümə ola kimsə aşiq ?  
Mən zərreyi-xarü xaksarəm,  
Gərdi-rəhi-xaki -rəhgüzarəm.  
Ruhum ki, bədəndədir, -sənindir,  
Hər nəş'ə ki, məndədir, - sənindir. 
Gəncineyi-hüsnünə əminəm,  
Sənsən səbəbim ki, nazəninəm.  
Ya Rəb, mədəd et ki, bu əmanət  
Məhfuz ola ta dəmi-qiyamət!  
Ta qürbə təvəccöh etdigim çağ,  
Alnım açıq olavü üzüm ağ!" 
 


187 
 
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR 
 
Ya Rəb, kəmali-bargəhi-kibriya həqi!  
Yə'ni furuği-nuri-rüxi-Mustəfa həqi! 
 
Qıl qərqə bəhri-eşqə vücudim səfinəsin,  
Fərmani-Xizrə Musa edən iqtida həqi! 
 
Sübhi-vüsalə eylə bədəl şami-hicrimi,  
Sübhün dəmindəki nəfəsi-dilgüşa həqi! 
 
Dərdü bəlamı rahi-məhəbbətdə qılma kəm,  
Rahi-məhəbbətindəki dərdü bəla həqi! 
 
Əhli-zəlalətəm, mənə göstər hidayətin,  
Ehdayi-rahi-rast qılan rəhnüma həqi! 
 
Ənduhü dərdə könlümü sahibtəhəmmül et,  
Dərdə təhəmmül eyləyən əhli-riza həqi! 
 
İxlasım et duaya Füzuli kimi dürüst,  
Dərgahda icabətə layiq dua həqi! 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Əcz ilə dua qılırdı ol mah,  
İzhari-niyaz edib ki, nagah  
Çəkdi cərəs ərrəhilə avaz,  
Rəsmi-hüdi etdi sariban saz.  
Köç oldu, açıldı bargəhlər,  
Büxtilərə məhd çəkdi məhlər.  
Bir məhmilə girdi Leyliyi-zar,  
Kuhi-qəmin etdi nəqəyə bar.  
Əfganı edib cərəs ünün pəst,  
Eşqi meyi etdi naqəni məst. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə