MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

199 
 
BU, LEYLİYƏ MƏCNUNUN  
İSTİĞNASIDIR 
və  
İSBATİ-SƏFAYİ-İMLASIDIR 
 
Məcnun dedi: "Ey büti-pərivəş!  
Xaşaki-zəifə urma atəş!  
Yandırmağıma yetər xəyalın,  
Yoxdur mənə taqəti-vüsalın.  
Zinhar, gətirmə, ey səmənbər,  
Ayineyi-arizin bərabər.  
Bir zərrəyə kim, vücud yoxdur,  
Ayinədən ona sud yoxdur.  
Ol gün ki, gözümdə var idi nur,  
Gözdən üzünü yaşırdm, ey hur!  
Hala ki, nəzarən oldu müşkil,  
Durmaq nə üçün mənə müqabil?  
Eşq etdi binayi-vəsli möhkəm,  
Mə'nidə məni səninlə həmdəm,  
Rəf oldu bu e'tibari-surət,  
Haşa ki, olam şikari-surət.  
Ləzzət rüxi-yari-dilsitandan  
Candır bulan, ey diriğ candan!  
Canım gedəli bəsi zamandır,  
Cismimdəki indi özgə candır.  
Sənsən hala tənimdə canım,  
Gözdə nurim, cigərdə qanım.  
Məndən bəri eylədin məni sən,  
Ərzə kimə eyləyim səni mən?  
Məndə olan aşikar sənsən,  
Mən xud yoxam, ol ki var - sənsən!  
Daim sənə məndədir təcəlli,  
Mən qeyrdən olmuşam təsəlli.  
Gər mən mən İsəm, nəsən sən, ey yar?  
V'ər sən sən isən, nəyəm məni-zar?  
Çün mən olubam səninlə məmlu,  
Vəhdət rəvişində xoş degil bu 
  


200 
 
Kim, dışrada istəyəm nişanın,  
Bir özgə məkan biləm məkanın.  
Əvvəl bu işi edəndə bünyad,  
Mən tifl idimü zəmanə ustad.  
Etmişdi sənə məni müqəyyəd, 
Guya oxudurdu dərsi-əbcəd. 
Hala qılıbam kəmal hasil, 
Əbcəd səbəqin oxurmu kamil?  
Çün yetdi kəmala sərxəti-eşq,  
Sərxət görüb ancaq eylərəm məşq,  
Rüsvalığa çün mən etmişəm ad,  
Sən həm bu süluki etmə bünyad.  
Tut pərdeyi-ismət içrə aram,  
Rüsvay mənəm, sən ol nikunam!  
"Məcnun" mənə derlər əhli-aləm,  
Ancaq mənədir cünun müsəlləm.  
Sən olma fəsaneyi-xəlayiq,  
Məcnun işi Leyliyə nə layiq?  
Məcnun mənəm, ey vəfalı dildar!  
Divanəliyə mənəm səzavar!  
Sən eyləmə halını digərgim,  
Leyli nə rəva ki, ola məcnun?  
Qəmxarsan, ey büti-pəriru,  
Qəmxarlığın həmin yetər bu  
Kim, pərdənişin olub həmişə,  
Daim qılasan hicab pişə.  
Gün kimi çıxıb müdam seyrə,  
Göstərməyəsən cəmal qeyrə  
Kim, səndə nə olsa rəsmü adət,  
Ətvarımadır mənim şəhadət,  
Mən eşq güzərgəhində xakəm,  
El cümlə bilir məni ta, pakəm,  
Rəhm et mənə, ey büti-vəfadar,  
Tə'n əhlinin ağzın açma, zinhar!  
Çün mən rəhü rəsmi-eşq tutdum,  
Namus təriqini unutdum. 
 
  


201 
 
Namusunu saxla hər xətəldən,  
Sən əql ətegini qoyma əldən".  
Təqrib ilə oləsiri-məhcur  
Bu nadirə şe'ri etdi məzkur: 
 
BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR 
 
Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,  
Könüldən dışra bir yar olduğun aşiq xəyal etməz. 
 
Həqiqi eşq çün müstövcibi-nöqsan degil, mütləq,  
Özün əhli-həqiqət valehi-hüsnü cəmal etməz. 
 
Kəmali-eşqə talib möhtərizdir hüsni-surətdən  
Ki, qeydi-hüsni-surət aşiqi sahibkəmal etməz. 
 
Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq  
Ki, aqil iftiraqı mümkün ilə ittisal etməz. 
 
Könüldə dust təmkin bulsa, olmaz gözdə cövlanı,  
Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz. 
 
Səvadi-masivadan lövhi-dil xali gərək daim,  
Müvəhhid səfheyi-idraka nəqşi-xəttü xal etməz. 
 
İradət zaye etməz əhli-mə'na surətən hərgiz,  
Həqiqət cövhərin cəhli-məcaza payimal etməz. 
 
Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli,  
Füzuli kim, müqəyyəddir, məgər idraki-hal etməz? 
 


202 
 
BU, LEYLİNİN MƏCNUN ƏTVARINA 
TƏHSİNİDİR 
və 
HÜSNİ-E'TİQADINA HÜSNİ-YƏQİNİDİR 
 
Leyli dedi: "Ey vücudi-kamil,  
Qürbi-Həqə ismət ilə qabil!  
Me'raci-kəmalını sınardım,  
Keyfiyyəti-halını sınardım.  
Oldum necə olduğundan agah,  
Xoş mərtəbədir bu, barəkallah!  
Əhsəntə ki, zati-pak imişsən,  
Pakizə vücudi-xak imişsən.  
İnsaf həmin ola qənaət,  
Təskini-bəvaya istitaət.  
Eşqində riya güman edərdim,  
Ətvarını imtəhan edərdim.  
Əlminnətü lillah oldu mə'lum,  
Vəsl olduğu məşrəbində məznıum.  
Qəmnak idim, eylədin məni şad,  
Bu qeyd təəllüqündən azad.  
Bir qafili-xudpərəst idim mən,  
Cəh! ilə müdam məst idim mən.  
Arayişi-zülfü xal edərdim,  
Peyvəstə munu xəyal edərdim  
Kim, sən tələbi-vüsal edərsən,  
Nəzzareyi-zülfii xal edərsən.  
Hala mənə rövşən oldu halın,  
Me'raci-həqiqəti-kəmalın.  
Mən bəslədigim bu zülfü xalı,  
Çeşmi-siyəhü Üzari-alı  
Öz canım üçün degil, şəbü ruz,  
Nezri-nəzərindir, ey diləfruz!  
Ta eyləyəsən dəmi nəzarə,  
Təskin verəsən dili-figarə.  
Həm sən olasan murada vasil,  
Həm ola mənə səvab hasil. 
 
  


203 
 
Yoxdur çü nəzarə meyli səndə,  
Neylər bu cəmali-xub məndə.  
Tən dürcünədir düri-rəvanım,  
Gənci-bədənimdə nəqdi-canım  
Derdim ola sərfi-rəhgüzarın,  
Gördükdə rəvan qılam nisarın.  
Tövfiqü vüsalın edəm idrak,  
Əndişeyi-hicrdən olam pak.  
Hala ki, müyessər olamaz kam,  
Olmaq nə rəva arada bədnam?  
Nəsxi-xəti-e'tibar qıldım,  
Rahi-ədəm ixtiyar qıldım.  
Ta necə verə qübari-surət  
Ayineyi-zatıma küdurət?  
Vəqt oldu ki, rövşən ola mir'at, 
Müstəğni ola süfatdan zat.  
Vəqt oldu bu qönçə ola xəndan,  
Tə'sir edə sübhi-feyzi-canan.  
Xunabi-qəmilə doldu könlüm,  
Qönçəsifəti tutuldu könlüm.  
Fərz oldu ki, tey qılam büsatım,  
Qət' edəm özümdən ixtilatım.  
Sitri-tətı edəm ədəm hicabın,  
Rüxsara çəkəm fəna niqabın.  
Ta hüsni-rüxüm ki, istəməz yar,  
Olmaya nəsibi-çeşmi-əğyar.  
Zira ki, nəsibi-hüsni-qabil  
Oldur, ona aşiq ola mayil.  
Hüsnümdə çü yox qəbuli-aşiq,  
Nöqsan ilə olmağım nə layiq?"  
Bu hala münasib ol pərizad  
Filhal bu şe'ri etdi bünyad: 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə