MəHƏMMƏd füzuli


MƏCNUNUN LEYLİ VƏFATINDAN



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

215 
 
MƏCNUNUN LEYLİ VƏFATINDAN  
XƏBƏRDAR OLDUĞUDUR 
və 
DUST YADI İLƏ DÜNYADAN  
GETDİGİDİR 
 
Möhnət çəmənində gül dərənlər,  
Aləmdə yaman xəbər verənlər  
Qəm nüsxəsin eyləyəndə təhrir,  
Vermişlər ona bu növ təşhir  
Kim, Zeydi-sitəmrəsideyi-zar  
Ol vaqeədən olub xəbərdar,  
Filhal qılıb əziməti-rah,  
Məcnuni-həzini etdi agah:  
"K'ey şifteyi-şikəstətale!  
Əfsus ki, sə'yin oldu zaye!  
İdbari-tilismin oldu batil,  
Bu məşğələdən dəxi nə hasil?  
Bazar pozuldu, yığ büsatın!  
Bu silsilədən kəs irtibatın!  
Leyli sənə verdi zindəgani,  
Sən ol baqi, ol oldu fani!  
Sən sədqəsi olduğun pərivəş  
Sədqə sənə oldu, ey bəlakəş!  
Əzmi-rəhi-cənnət etdi ol hur,  
Firdövs məqamın etdi mə'mur."  
Məcnun ki, xəbərdən oldu agah,  
Suzi-cigərilə çəkdi bir ah  
Kim, qülqüləsin həm ol zamanda  
Cananı eşitdi ol cahanda...  
Az qaldı ki, naləsilə dildar  
Ol xabi-əcəldən ola bidar.  
Bir ləhzə bülənd olub xüruşi,  
Düşdü yerə, getdi əqlü huşi.  
Çün gəldi özünə, qıldı nalə,  
Yağdırdı xəzanı üzrə jalə... 
 
 
 
  
 


216 
 
  
Tə'nə sözün etdi Zeydə bünyad:  
"K'ey saqiyi-bəzmi-zülmü bidad!  
Netdim sənə qəsdi-canım etdin?!  
Qəsdi-dili-natəvanım etdin!  
Qıydın məni-zarii natəvana,  
Urdun sitəm atəşini cana.  
Zəhr idi məgər bu verdigin cam  
Kim, mərg pəyamın etdi e'lam?  
Bir murçəyə nədir bu kinə,  
Fulada döyərmi abiginə?  
Tə'siri-sitəmdən ictinab et, 
Barı bu günaha bir səvab et!  
İlət məni yar olan diyara,  
Şəm' eylə məni məzari-yara!"  
Düşdü yola, oldu Zeydə həmrah,  
Bir hal ilə kim, nəuzübillah...  
Çün gördü məzari-gülüzarın,  
Düşdüyü qucaqladı məzarın.  
Köksünü qılıb ləhəd kimi çak,  
Mərqəd kimi saçdı başına xak.  
Qəbr üzrə axıtdı qanlı yaşın,  
Lə'l eylədi yaşı qəbri daşın.  
Yer üzün edib sirişki məmlu,  
Keçdi yerə ol sirişkdən su.  
Oldu düri-əşki-biqərarı  
Qəbr içrə nigarının nisarı.  
Göz yaşını eylədi müxatəb:  
"K'ey tirə şəbi-fəraqə kövkəb!  
Çıxmaq sənə oldu indi vacib  
Kim, oldu ol afitab qaib!  
Bir bürci məqam tutmuş ol mah  
Kim, olmaz ona nəsim həmrah.  
Sən durma əgər mürüvvətin var,  
Gir torpağa, istə onu zinhar!  
Gör qandadır ol düri-yeganə,  
Netmiş ona afəti-zəmanə! 
 
 
 
 


217 
 
Pabus edibən yetir niyazım,  
Bildir bu təzərrö ilə razım:  
"K'ey şəm', nədir bu ictinabın?  
Mən bəxti siyahdan hicabın?  
Cami-meyi-qəm tutanda aləm  
Həm sən içdin bu camı, mən həm.  
Məst etdi məgər səni bu badə  
Kim, bəzmdə durmadın ziyadə?  
Bir nadirə şərn' idin şəbəfruz,  
Düşdü sənə zövqi-eşqdən suz,  
Bir neçə zaman əgərçi yandın,  
Suzi-dilə dözmədin, usandın.  
Bidarlığa gətirmədim tab,  
Şəhla gözün oldu maili-xab.  
Həmrahım idin bu yolda, ey mah!  
Həmrahı qoyub gedərmi həmrah?  
Əflaka təfaxür eylə, ey xak  
Kim, oldu rəfiqin ol düri-pak!  
Zülflinə müariz olma, ey mar,  
Kim, onda müqimdir dili-zar!  
Xalına təərrüz etmə, ey mur,  
Kim, bağlıdır onda cani-məhcur!  
Ey ömr, gəl indi başa sən həm  
Kim, çeşmimə tirə oldu aləm!  
Aləm xoş idi ki, var idi yar,  
Çün yar yox, olmasın nə kim var!  
Ey can, təni-xəstəni vida et,  
Bu xəstə ilə yetər niza et!     
Müştaqinəm, ey əcəl, kərəm qıl!  
Dəf i-ələm ilə rəf i-qəm qıl!  
Qurtar məni iztirabi-qəmdən!  
Ver müjdə vücudimə ədəmdən!  
Ayinəmi eylə jəngdən pak,  
Qıl pərdeyi-e'tibarımı çak!  
Rəf et, nə isə arada hail,  
Eylə məni ol nigara vasil! 
  
  
 
 


218 
 
Təklifİ-vüsal edər mənə yar,  
Bir xəlvətə kim, yoxdur əğyar.  
Mən getməmək eyləsəm, xətadır,  
Səndən mənə bir mədəd rəvadır.  
Billah, mədədimdə qılma ehmal  
Kim, bəxtimə üz veribdir iqbal.  
Ya Rəb, mənə cismü can gərəkməz,  
Cananımsız cahan gərəkməz!  
Minbə'd zəlilü xar qılma,  
Sərgəşteyi-ruzigar qılma!"  
Əfganda ikən gedib qərari,  
Oldu bu qəzəl dilində cari: 
 
QƏZƏL 
 
Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,  
Dərdməndi-firqətəm, dərmani-didar istərəm. 
 
Bülbüli-zarəm, degil bihudə əfgan etdigim,  
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm. 
 
Dəhr bazarında kasiddir mətai-himmətim,  
Bu mətai satmağa bir özgə bazar istərəm. 
 
Fani olmaq istərəm, yə'ni bəlayi-dəhrdən  
Rahəti-cismi-zəifü cani-əfgar istərəm. 
 
Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,  
Neyləyim, çoxdur qəmim, dəf'inə qəraxar istərəm. 
 
Çün bəqa bəzmindədir dildar, mən həm durmazam  
Bu fəna deyrində, bəzrai-vəsli-dildar istərəm. 
 
Ey Füzuli, istəməz kimsə rizasilə fəna, 
Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm. 
 
  
 


219 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Çün razi-dərunin etdi təqrir,  
Rə'yinə müvafiq oldu təqdir.  
İmdad qılıb inayəti-Həq,  
Qıldı onu məqsədinə mülhəq.  
Gül dərdi hədiqeyi-əməldən,  
Mey içdi sürahiyi-əcəldən.  
Qəbrini qucaqladı nigarın,  
Can sədqəsi etdi ol məzarın.  
"Leyli!" - dedi verdi cani-şirin  
Ol aşiqi-biqərarü miskin.  
İnsaf, həmin ola məhəbbət,  
Bu dairədir məqami-heyrət.  
Guya ki, əlində idi canı,  
Daim gözədirdi ol zəmanı,  
Çün dövr ilə yetdi ol zəmana,  
Ondan bir icazət oldu cana.  
Hər necə ki, var idi nigarı,  
Aləmdə idi onun qərarı,  
Çün qıldı nigan tərki-aləm,  
Bu aləmi tərk qıldı ol həm.  
Çün gördü bu halı Zeydi-qəmnak,  
Əfğan qılıb etdi yaxasın çak,  
Fəryad ilə qıldı növhə bünyad,  
Övci-fələkə yetirdi fəryad.  
Zar ağladı öylə kim, həm ol dəm  
Ahı oduna yığıldı aləm.  
El cəm' olub etdilər nəzarə,  
Məcnuni-siyahruzigarə.  
Qəbr üstünə gördülər yıxılmış,  
Cananəyə can nisar qılmış.  
Əhvalına ağlayıb sərasər,  
Dəfn etməgin etdilər müqərrər.  
Qüsl eyləyibən təni-nizarın,  
Dildarının açdılar məzarın.  
Qoydular onu həm ol mazara, 
 
 
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə