MəHƏMMƏd füzuli


BU, BƏYANİ-ÜZRİ-TƏ'LİFİ-KİTABDIR



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

225 
 
BU, BƏYANİ-ÜZRİ-TƏ'LİFİ-KİTABDIR 
və 
TARİXİ-ZƏMANİ-FƏTHİ-BABDIR 
 
Ey kilki-rəvəndə, barəkallah!  
Oldun məni-rəhnəvərdə həmrah.  
Min sə'y ilə hacətim bitirdin,  
Bir mənzilə aqibət yetirdin.  
Rəhmət sənə kim, sən etdin imdad,  
Bu əski binayı etdin abad:  
Əşk ilə biruni siməndud,  
Ah ilə dəruni ənbəralud,  
Məxzənləri gənci-gövhəri-dərd,  
Rövzənləri mənfəzi-dəmi-sərd.  
Əlqissə, mürəttəb oldu bir bağ,  
Zər laləsi bağrı üzrə yüz dağ.  
Xuni-cigər abi-cuyban,  
Növki-müjə əbri-növbəharı.  
Ol dəm ki, bu nüsxə oldu mərqum,  
"Leyli-Məcnun" adıyla mövsum,  
İzharə gəlib rümuzi-vəhdət,  
Vəhdətdə təmam olub hekayət,  
Tarixinə düşdülər müvafiq:  
Bir olmaq ilə ol iki aşiq
1

 
 
  
 
 
  
 
  
 
  
                                                            
 
  


226 
 
BU, ƏRBABİ-VƏFADAN 
TƏVƏQQÖİ-QƏBULİ-MƏ 'ZİRƏTDİR 
və 
ƏSHABİ-ZƏKADAN 
TƏMƏNNAYİ-DUAYİ-MƏĞFİRƏTDİR 
 
 
İnsaf ver, ey həsud, insaf,  
Tə'n etmə ki, cövhərin degil saf!  
Əhvalımı gör xərabü müztər,  
Ənduhi-zəmanədən mükəddər.  
Söz dairəsi degil bu əhval,  
İnsaf mənə kim, olmazam lal.  
Məndən təmə1 etmə fıkri-saib,  
Əhvalımadır sözüm münasib.  
Azdır demə cövhəri-səfasın,  
Bir sor ki: "Nə verdilər bəhasın?"  
Billah, gər olaydı bir xiridar,  
Min gənci-nihan qılardım izhar.  
Filcümlə bu həm ki, oldu məstur,  
Bir şövq ilə zövqdən degil dur.  
Eybi hünər ixtiyar qılma!  
Şe'rim həsədin şüar qılma!  
Bihudə yetər, təərrüz eylə,  
Gər qadir isən, cəvab söylə!  
Tərk eylə təərrüzü inadi  
Kim, vadiyi-cəhldir bu vadi!  
Dəm xeyr sözündən ur dəmadəm,  
V'ər xeyr deməzsən - əbsəm, əbsəm! 
  


227 
 


228 
 
        


229 
 
   Ey verən bəzmi-kainatə nəsəq,  
Buraxan cami-eşqə nəş'əyi-Həq!  
Eşq meyxanəsin qılan mə'mur,  
Sunan ondan cəhana cami-qürur  
Kim, edib ol qürur camın nuş,  
Əhli-nitq ola valehü mədhuş;  
Cümlədən məxfi ola əsrarı 
Olmaya hiç kim xəbərdan. 
 
ARİZU 
KƏRDƏNİ-TƏRİQİ-SƏVABI
1
 
 
Ey sifatında xirə hər müdrik!  
"Ma ərəfnakə həqqə mə'rifətik".
2
 
Nəş'eyi-danişin müfərrihi-can,  
Ari ol keyfiyyətdən əhli-cahan.  
Meyi-eşqindən afəriniş məst,  
Bəzmi-şövqündə cüralə badəpərəst. 
 
 
DƏR 
MÜNACATİ-FATEH-ÜL-ƏBVAB 
3
 
 
Ya Rəb, əfsürdəyəm məni-nahl,  
Həddən ötdü xumari-badeyi-cəhl. 
Qoyma əfsürdəvü pərişanhal,  
Eşq odundan mənə hərarət sal.  
Bəzmi-eşq içrə sun mənə bir cam,  
Leyk cami ki, nəqsim edə təmam. 
  
                                                            
1
 Savab yolu arzulamaq 
2
 Biz sənı layiqincə tanımadıq 
3
 Qapılar açanın (Allahın) münacatı
 


230 
 
Qıla asari-mə'rifət izhar,  
Ola miftahi-məxzənül-əsrar.  
Nə şərabi ki, əqli zail edə,  
Taətindən könülnü qafil edə.  
Ola mütləq fəsadi-din səbəbi,  
Bula ondan zəval şər'i-nəbi. 
 
HƏST İN 
NƏ'Tİ-ƏHMƏDİ-MUXTAR
1
 
 
Nəbuiyi-Haşimi ki, bəzmi-vücud  
Cami-eşqindən aldı nəş'əyi-bud.  
Piri-meyxaneyi-qədimü qidəm,  
Saqiyi-bəzmü həlqeyi-xatəm.  
Hər zaman min səlamü min sələvat,  
Onavü ol imamə qıl bizzat. 
 
ŞƏMMEYİ-VƏSFİ-HEYDƏRİ- 
KƏRRAR
2
 
 
Yari-Səlmanü xaceyi-Qənbər,  
Valiyi-Rövzə, saqiyi-Kövsər.  
Oldur ayinədari-surəti-Həq,  
Nə vəsi, varisi-nəbi mütləq.  
Nazimi-şər'ü saqiyi-Kövsər,  
Babi-Şübbeyrü validi-Şəbbər. 
 
BAŞƏD İN 
MƏDHİ-PADŞAHİ-ZƏMAN
3
 
 
Saqiya, sübhdəmdir, eylə şitab,  
Dövrə gəlsin çü mehr cami-şərab!  
İztirab içrəyəm, xumarım var,  
Badəyə xeyli intizarım var.  
                                                            
1
 
Bu, Əhməd-Muxtarın (Məhəmmədin) nətidir 
2
 HeydəriKərrarın (Əlinin) sifətlərindən bir neçə kəlmə 
3
 Bu, zəmanə padşahın mədhidir
 


231 
 
Qalib olmuş mənə raəhabəti-bəng,  
Vəhm edib eylərəm hər işdə dirəng.  
Cami-mey sun ki, ta diliranə  
Mədh edim padişahi-dövranə.  
Ol səfabəxşi-cami-Cəm ki, müdam  
Təxt qeyrinədir çü badə həram.  
Ol ki, başlar zamanda bəzmi-fərağ,  
Padişahlar başından eylər əyağ.  
Cami-feyzin içən, Məsihatək,  
Feyzi-ruhül-qüdüs tapar bişək.  
Mey kimi ruhi-xəlqə nəş'ərəsan,  
Nəş'ətək hökmü el başında rəvan.  
Dövrü bir bəzmdir behişti-bərin,  
Tac zərrin, sürahi həm zərrin.  
Bu sürahidən olmayan xoşhal,  
Dürd nisbət müdam ola pamal.  
Camtək təlxkam olub əbəda,  
Bəngtək təndən ola başı cüda.  
Məclisəfruzi-bəzragahi-Xəlil,  
Cəmi-əyyam, şah İsmayil.  
Ondan asudədir qəniyyü gəda,  
Xəllədəllahü mülkəhü əbəda.
1
 
Ol ki, cami-mey olalı bünyad,  
Qədəh ondandır, ol qədəhdən şad. 
 
 
BAŞƏD İN  
VƏSFT-SAQİYT-DÖVRAN
2
 
 
Saqiya! Badə sun ki, fürsətdir,  
Bizə fürsət bu gün qənimətdir.  
Lalətək qoymağıl əlindən cam,  
Var ikən fürsət, eylə eyş müdam.  
Nərgisi gör ki, nəş'əsi getməz,  
Başı gedərsə tərki-can etmez. 
                                                            
1
  Allah onun mülkünü əbədi etsin.  
2
 Bu, zəmanə saqisinin tə'rifidir. 
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə