MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

237 
 
 
 
Bir şəbixun ilə həlak edəyin,  
Hiddətindən cəhanı pak edəyin.  
Olmaya az ikən bu iş çox ola,  
Dəxi dəf inə çarəsi yox ola. 
 
 
SÜXƏNİ-BUZƏ DƏR TƏDARÜKİ-HAL
1
 
 
Çün Nəbid eylədi sözünü təmam,  
Dedi Buzə ki: - Ey Meyi-gülfam!  
Nə təğafül, nə cəng qıl pişə,  
Bu işə qıl bir özgə əndişə.  
Ver ona lütf müjdəsilə firib,  
Ola kim, ixtilatı ola nəsib.  
Yanına gəlgəc ol fəsadi-zəman,  
Eylə məkr ilə dəf ini pünhan.  
Nə məsaf eylə kim, yaman ola ad,  
Nə təğafül ki, gün-gün arta fəsad. 
 
 
HƏM İBA KƏRDƏNİ-MEY ƏZ ƏQVAL
2
 
 
Qılmadı hiç qövlü Badə qəbul,  
Gəlmədi hiç söz ona məqbul;  
Dedi: - Oldur səlah kim, əvvəl  
Qılmayam irtikabi-cəngü cədəl,  
Göndərəm qasid ilə, pənd verəm,  
Bir neçə pəndi-sudimənd verəm.  
Pənd isə tabe olsa, yarımdır,  
Olmasa, cəng xud şüarımdır.  
Kimdir imdi ki, əzmi-rah qıla.  
Sayeyi-dövlətim pənah qıla,  
Özünü Bəng məclisinə sala,  
Sözümü söyləyə, cəvabım ala?" 
                                                            
1
 Tədbir görülməsində Buzənin (pivənin) məsləhəti. 
2
 Şərabın danışıqlardan boyun qaçırması 
 


238 
 
 
 
 
RƏFTƏNİ-BUZƏ 
BORDƏNİ-PEYĞAM
1
 
 
Gəldi göftara Buzeyi-bədnam,  
Laflar urdu ol nəməkbəhəram  
Kim: - Mənə əmrin olsa, münqadam,  
Mən səfər şiddətinə mö'tadam.  
Bəngə peyğamın eyləyim iysal,  
Görməsəm sülhə onda istiqbal,  
Zərb ilən onu sərnigun edəyin,  
Əzeyin, yencəyin zəbun edəyin." 
 
* * * 
Tutdu Mey Buzənin sözünə qulağ,  
Dedi: - Ey Buzə, yaxşısan, üzün ağ!  
Yeri, onun şükuhini sındır,  
Badipayi-qüruridən endir! 
 
 
SİFƏTİ-BƏNGİ-ZİŞTÜ  
BƏDFƏRCAM
2
 
 
Söylə məndən kim: ey füsürdə mizac,  
Dəlisən, eylə bu cünuna əlac!  
Bir əlac eylə, dəf i-sövda qıl!  
Başına çarə tap, müdava qıl!  
Ey zina kişvərinin övbaşı,  
Müttəsil nikbətilərin başı.  
Ey əsasi-binayi-hər vəsvas,  
Əntə xənnasü fı südurinnas.
3
  
Ey sərasər təsəvvürün batil,  
Fisqü iğlamə ruzü şəb mayil!  
Qaliba kim, xəmirini təqdir 
  
                                                            
1
 Buzənin sifariş aparçası 
2
 Çirkin və pis xasiyyətli Bəngin sifətləri  
3
 Sən insan ürəyinin şeytanısan
 


239 
 
Yüz fəsad ilə eyləmiş təxmir.  
Der imşsən ki: "Hər nə var mənəm".  
Kə'bsən, gər yetər başın göyə həm.  
Sən yaman cəhl içində qalmışsan,  
Ayın
1
 öz başına ulalmışsan.  
Hiç mə'qul söz deməzsən sən,  
Qandadır kim, kötək yeməzsən sən?  
Kimə olsan müsahib, ey cahil,  
Olur əlbəttə, tənbəlü kahil.  
İş məcalı qılırsan, ey sərsam,  
Bir zamanın işin bir ildə təmam.  
Əkl vəqti sənədir, ey bədşəkt,  
Bir ilin quti bir zəmanlıq əkl.  
Ey xirəd rəhgüzarının tikəni,  
Tanrı xar eyləsin səni əkəni!  
Baisi-nikbətü fəlakətsən,  
Bəs ki, bədşəklü bədqiyafətsən.  
Xah dərviş olavü xah qəni, 
Usu
2
 azar duşunda görsə səni.  
Hər səadətsiz olsa yar sənə,  
Şəmmeyi qılsa e'tibar sənə,  
Məhv olub onda mərdlik əsəri,  
Mütləq olmaz şücaətə cigəri.  
Xürrəm olma ki, səbzdir sənə rəng,  
Sənsən ayineyi-təbiətə jəng.  
Səndən olur yünül ağır başlar,  
Səni hər kim ələ alır, daşlar.  
Əməlindir müxalifi-hikmət,  
Xəlqə səndəndir əsli-hər illət.  
Bu işə bitməgin gərək naçar  
Ki, olasan qapımda xidmətkar.  
Ya bu iqlimdən başın al get,  
Yoxsa başın götür hüzuruma yet!  
Məsttək məndən olma bipərva
  
 
                                                            
1
 
 
"Çox" mənasındadı. 
2
 Ağıllı 


240 
 
 
 
İttibaimdən etmə istiğna.  
Mən əgər razı olmasam səndən,  
Başına çox bəla gələr məndən.  
Kəlləxüşk olmağı şüar etmə,  
Gəl dimağın tər eylə, ar etmə.  
Yaxma hirs oduna qurun, yaşın,  
Həzər et kim, xətərdədir başın.  
Şərm qıl, sərgiranlıq etmə yügüş,  
Həddini tam, gəl ayağıma düş.  
Yox özündən məgər sənin xəbərin  
Ki, nə tərkibsən, nədir hünərin?  
Guş qıl, fəzlini bəyan edəyin,  
Olan əsrarını əyan edəyin. 
 
 
QİSSEYİ 
DƏR SİFATİ-ƏSRARƏST
1
 
 
Var idi İsfəhanda bir meykəş,  
Bəng manənd müttəsil sərxoş.  
Bir əcəb qəsrdə tutub mənzü,  
Meyə olmuşdu ruzü şəb mayil.  
Bir gün ol rind məclisində şərab  
Oldu manəndi-kimiya nayab.  
Hasil oldu ona səda'i-xumar,  
Yedi dəfinə zərreyi-əsrar.  
Əsəri-bəng edib hücumi-təmam,  
Tapdı mir'ati-əqli jəngi-zülam.  
Şəb idi, leyk mahi-şəbəfruz  
Qılmış idi cahanı qeyrəti-ruz.  
Rəngi-məhtab idi nümuneyi-ab,  
Qəsr ol ab içində şəkli-hübab.  
Qəsrdən rind dışra qıldı nigah, 
                                                            
1
Əsrarın (Bəngin) sifətləri haqqında bir hekayə.  
  
 


241 
 
Su göründü gözünə pərtövi-mah,  
Dedi: - Ey vay, oldu iş müşkil, 
 
Seyl tutmuş cahanı, mən qafil.  
Suya, çarəm budur, özüm buraxım,  
Dolmadan qəsr bir kənara çıxım.  
Özümü qurtarım səbahət ilən,  
Bir kənara çıxım fərağət ilən.  
Ələ bir taxta parəsin aldı,  
Yerə məhtab tək özün saldı.  
Lət görüb başı fərş daşından,  
Zərblən bəngi uçdu başından.  
Dərdi-sər gördü, gəldilər hükəma,  
Dedilər dərdinə şərab dəva.  
Sənə budur hünər ki, şərh etdim,  
Əhli-idrakə sor ki, mən netdim?  
Mənim əslim, köküm təfəhhüs qıl,  
Hörmətim səndən artıq olmağı bil. 
 
 
SİFƏTİ-XUBİYİ-MEYÜ  
MEYXAR
1
 
 
Bilmiş ol kim, əzimü cəbbaram, 
Sərkəşü sərfərazü sərdaram. 
Kim ki, bəhs ilə baş qoşarsa mana, 
Gər Firidun isə hərifəm ona. 
Gəh olur huş alım dimağından 
Ki, başın bilməyə ayağından. 
Mən kiməm? - Həmdəmi-Cəmü Cəmşid, 
Saflıqla qərineyi-xurşid. 
Məhəki-cövhərim təmam əyar, 
Laleyi-kuhsari-hilmü vüqar. 
Bir binadır vücudi-şər'i-bəşər, 
Sirri-təhqiqə olmağa məzhər. 
Hər binada ki, yaxşıdır bünyad, 
Onu əfzunraq eylərəm abad. 
Hər binada ki, süstdür ərkan, 
                                                            
1
 Şərabın və şərab içənlərin yaxşı sifətləri 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə