MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

282 
 
 
  
39. Paşa. 
 
Görəli xaki-dərin, aşiq açub çeşmi-tərin,  
Axır ol xaki-dərə tökdü olunca gühərin. 
 
40. Məqsud. 
 
Zaman-zaman ruxun ol mahvəş ki, ərz qılır, 
Mudam zülfünü üzdən alıb əyağə salır. 
  


283 
 
 
 


284 
 


285 
 
MÜQƏDDİMƏ 
 
Nasixi-əqavili-mənqulə və ətəmmi-əhadisi-məqbulə ki, əshabi-fəsahət nəqşi-
səhifeyi-e'tibar edib, ərbabi-bəlağət tərzi-cərideyi-ixtiyar edərlər ol münşiyi-
ərqarai-hikmət və mümliyi-əhkami-qüdrət həmdidir ki, kəlimati-nəsayeh 
məzmun və nükati-məaniyi-məknun möcizbəyani-rəsulinə cari edib dəsturül-
əməli-sükkani-səradiq tə'yin və  nəsbül-eyni-ümmali-məsalihiddin etmiş. 
Səlləllahi  əleyhi ve alihi və  əshabihi  əyyidnən mim həmləti  ə'lami ulumihi və 
nəqlət ehkami adabihi. 
Əmma bə'd bu, qırx hədisi-mö'təbərdir, bəlkə qırx danə gövhərdir ki, ustadi-
girami mövlana Əbdürrəhmani-Cami əleyhirrəhmə intixab edib, farsi mütərcəm 
etmiş və şərti mən həfəzə min ümməti ərbəinə hədisən yəntəfiunə, bihi qəbləcəza 
bəəsəhullahu yovməl-qiyaməti fəqi-hən alimən məqaminə yetmiş. Ümum feyz 
üçün tərcümeyi-türki olunur. 
 

 
Mö'min olmaz kişi, həqiqət ilə  
Tutmayınca təriqi-tərki-həva.  
Hər nə öz nəfsinə rəva görsə,  
Yarü qardaşa görməyincə rəva. 
 

 
Rəhm qıl, rəhm xəlqə kim, Həqdən  
Bulasan aqibət cəzayi-əməl.  
Xəlqə sən rəhm qılmayınca, sana  
Rəhm qümaz Xudayi-əzzə və cəll. 
 

 
Müslim oldur ki, əhli-aləm ilə  
Sidq ola qövli, xeyr ola əməli,  
Zərərin görməyə müsəlmanlar,  
Ola pakizə həm dili, həm əli. 
 


286 
 

 
Qıl kərəm, xuyini yaman etmə  
Ki, sənə demək ola mö'mini-pak.  
Olmaz, əlbəttə, əhli-imanda  
Müctəme' xuyi-ziştlə imsak. 
 

 
     Sübhdür fatehi-xəzaneyi-rizq,  
     Talibi-xabi-subhdur məzmum.  
     Sübh vəqtində xabə rağib olan  
     Vüs'ətı-rizqdən olur məhrum. 

 
Adəm oğlun zəmanə pir qılıb,  
Zə'fə etdikcə qüvvətini bədəl,  
İki xislət igitlənir onda:  
Hər zaman hirsi-malü tuli-əməl. 
 

 
Mustəfa qövlü ilə məl'undur  
Dünyəvü hər nə onda var tamam.  
Tanrı zikrindən Özgə kim, oldur  
Səbəbi-izzi-xasü ne'məti-am. 
 

 
Zinhar olma əhli-aləm ilə  
Münqəzib təb'ili, yaman sözlü,  
Tanrı ol bəndəsin sevər ki, müdam  
Ola xoş xülqlü, gülər üzlü. 

 
Ey qılan arizuyi-vüs'əti-rizq,  
Xübsdən çək həmişə damanın!  
Müttəsil daməni-təharət tut  
Ki, qoya fəqr əli giribanın. 
 
  


287 
 
10 
 
Xeyr görmək dilərsən, eylə müdam  
Xubsurətlərə bəyani-sual.  
Rağibi-hüsni-surət ol ki, olur  
Hüsni-surət dəlili-hüsni-xisal. 
 
11 
 
Tutma hərgiz vəfasına ümmid,  
Sənə hər kim cəfa işin işlər.  
Mö'mini sanma kim, iki növbət  
Bir dəlikdən çıxıb ilan dişlər. 
 
12 
 
Olsa əbri-ətayi-sübhani  
Cümleyi-kainatə gövhərbar,  
Ola məhrum bəndeyi-dirhəm,  
Ola mə'yus abidi-dinar. 
 
13 
 
Hər kim istər həyati-qəlb müdam,  
Dəmbədəm hərzə-hərzə çox gülməz.  
Qəlbə qət'i-həyatdır gülmək,  
Qəlbi çox gülməyənlərin ölməz. 
 
14 
 
Analar hörmətin tutun ki, müdam  
Qabili-rəhməti-ilah olasız.  
İstək onlar əyağı altında,  
Gər dilərsiz ki, cənnəti bulasız. 
 
15 
 
Ey ki, hər məclis içrə məhrəmsən,  
Səndə məclis sözü əmanətdir.  
Etmə ifşayi-razi-hər məclis  
Ki, bu siyrət böyük xəyanətdir. 


288 
 
16 
 
Ey xoş ol kim, həmişə feyzi-xirəd  
Qıla islahi-nəfsə mayil onu,  
Kəndi eybinə iştiğal etmək  
Qeyr eybindən edə qafil onu. 
 
17 
 
Məşvərətdə səni əmin edənə  
Rəhnümayi-səvab qıl sözünü.  
Saxlama məsləhət sözün ondan,  
Xain etmə əmin ikən özünü. 
 
18 
 
Bəzl qıl mayeyi-mədaxilini,  
Sud isə mayedən sənə məqsud.  
Qürbi-Həq hasil eylə, zikri-cəmil  
Ki, bulunmaz bulardan ənfə' sud. 
 
19 
 
Ol degildir qəni ki, yetmiş ola  
Mal ilə bir məqami-e'laya.  
Qəni oldur ki, mütləqa nəfsi  
İltifat etməyə bu dünyaya. 
 
20 
 
Gər diiərsən səvab, qılğıl dur  
Güli-ehsanı xari-minnətdən.  
Feyzi-ehsam minnət eylər məhv,  
Saxla ol hasili bu afətdən. 
 
21 
 
Mali-dünyaya meyl qilma kim, ol  
Qabili-nəqs olan bizaətdir.  
Adəmizadəyə tükənməz mal  
Nəqdi-gəncineyi-qənaətdir. 


289 
 
22 
Ol təvangər degil ki, nəqşi-təmə'  
Səfheyi-qəlbinə müsəvvər olur.  
Qeyr olanda olan təcəmmüldən  
Kəsən ümmidini təvangər olur. 
 
23 
 
Edə gör ehtiraz çox sözdən  
Kim, olur çox sözün bəlaları çox.  
Çox sözündən düşər bəlaya kişi,  
Çox sözün çox bəlasına söz yox. 
 
24 
 
Ol səadətlidir ki, dünya üçün  
Hirsdən boynuna buraxmaya bənd.  
Görmədən möhnəti-zəmanə hənuz,  
Ala bir qeyr möhnətindən pənd. 
 
25 
 
Sənə bər kim yetirsə bir ehsan,  
Qıl onun şükri-ne'mətin hər dəm.  
Şükri-məxluqa olmayan qadir  
Qılmaz, əlbəttə, şükri-Xaliq həm. 
 
26 
 
Ey olan vaqifl-dəqaiqi-din,  
Etmə hisni-cəsəddə həbsi-ülum.  
Müstəiddinə olmağıl mane',  
Müstəhəqqini etməgil məhrum. 
 
27 
 
Cəhdin olduqca xəlqə nəf yetir,  
Xəlqi et iltifatinə məmnun.  
Əhsəni-xəlqi-aləm oldur kim,  
Xülqdən xəlqə ola nəf 'i füzun. 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə