MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

297 
 
salmış. Və müşabehi-nafeyi-mişknab ilə dolub qaidi-izzü ehtiramla varid olmuş. 
Fatiheyi-ünvani kərimeyi-"hüvəl-həqqül mübin"
1
, xatimeyi-tarixi: "əl-aqibati lil-
müttəqin",
2
 qayəti-məzmuni "zalikə  fəzlül-lahi yö'tihi mən yəşaü vəl-lahü-zül-
fəzlil-əzim".
3
 Nihayəti-məfhumi "in-nəhü min Süleymanə və innəhü bismillahir-
rəhmanir-rəhim".
4
 
 
Zəhi misali-şərifü nişani-alişan!  
Zəhi mürasileyi-zövqbəxşü feyzrəsan!  
Zahi lilali-sipehri-əvatifü əşfaq!  
Zəhi kilidi-künuzi-mərahimü ehsan!  
Zəhi səhifeyi-safidilü səfaəngiz!  
Zəhi cərideyi-ənbərnisarü mişkəfşan! 
 
Həqqa ki, ol ulu ayeti-rəhmət nüzulindən xatiri-fatirə bir növ məsərrət sirayət 
etdi ki, vəsfi qabili-təqrir degil və xarici-ihateyi-təhrirdir. Ol sərmayeyi-dövlət 
vüsulunda qəlbi-münkəsirə bir sürur yetdi ki, zikri mafövqi-ehtimali-təqrirdir. 
 
BEYT 
 
Nəfsə onunla yetən zövqdən oldura agah,  
Qültü inni ləki, qalət hüvə min indəllah. 
 
Mücmələn ümmidi-tamam ilə ixtiyarsız durdura. Və ibrazi-hökm üçün 
mütəvəlliyi-övqaf hüzurinə üz urdum. Əlhəqq, mütəvəlli mülaqatına fürsət 
düşmədi. Və onun daməni-mülazimətinə dəsti-neyl irişmədi. 
Əmma divani-bəlağətə  təhəccüm etdim. Çün ənhəsi-övqatda və  əzMəfi-
halatda hüzurlarına getdim, bir cəm' gördüm, hekayətləri pərişan. Nə  səfadan 
onda  əsər, nə sidqdən onda nişan var. Cəmiyyətləri dami-hiyəl, hüzzari-
məclisləri "ülaikə-kəl-ən'ami bəlhüm  əzəllü"
5
, hərəkati-nahəmvarları  məsabeyi-
suhani-rub və kəlimati-pürazarları müşabeyi-əmvaci-tufani-Nuh. 
 
  
                                                            
1
 O aşkar həqqdir. 
2
 Etiqad edənlərdən başqa, aqibəti olan yoxdur. 
3
 O, Allahın fəzlidir, onu istədiyinə verir; Allah böyük fəzilət sahibidir. 
4
 O, Allahın fəzlidir, onu istədiyinə verir; Allah böyük fəzilət sahibidir. 
5
 Onlar qaramal kimidir, bəlkə ondan da alçaqdırlar. 
 


298 
 
Salam verdim - rüşvət degildir deyü almadılar.  
Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.  
Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm'i sualıma cavab 
verdilər.  
Dedim: 
- Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur? 
Dedilər: 
- Müttəsil bizim adətimiz budur. 
Dedim: 
- Mənim rəayətimi vacib görmüşlər. Və  mənə  bərati-təqaüd vermişlər ki, 
övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam. 
Dedilər: 
- Ey miskin! Sənin məzaliminə girmişlər və  sənə  sərmayeyi-tərəddüd 
vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb, 
namülayim sözlər eşidəsən. 
Dedim: 
- Bəratımın məzmunu nə üçün surət bulmaz? 
Dedilər: 
- Zəvaiddir, hüsuli mümkün olmaz. 
Dedim: 
- Böylə övqaf zəvaidsiz olurmu? 
Dedilər: 
- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı? 
Dedim: 
- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır. 
Dedilər: 
- Ağçamız ilə satın almışız, bizə həlaldır. 
Dedim: 
- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur. 
Dedilər: 
- Bu hesab qiyamətdə alınır

Dedim: 
- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz. 
Dedilər: 
- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz. 
  


299 
 
Gördüm ki, sualıma cavabdan qeyri nəsnə verməzlər və bu bərat ilə hacətim 
rava qılmağı  rəva görməzlər, naçar tərki-mücadilə  qıldım və  mə'yusü məhrum 
guşeyi-üzlətimə çəkildim. 
Mən bəratimdən ihanət çəkdigim üçü münfəil, bəratim məndən faidasiz əzab 
verdigi üçün xəcil. Ol, şahidi-məcruh kimi təqrirdən peşiman, mən müddəiyi-
kazib kimi təşni'dən pərişan. Ol ayəti-mənsux kimi məmnuül-əməl, mən ümməti-
mənsux kirai məqtuül-əməl. 
 
QİT'Ə 
 
Mən ona fitnə, ol mənə afət,  
Mütanəffir mən ondan, ol məndən.  
Mən ona qüssə, ol mənə möhnət,  
Mütənəkkir mən ondan, ol məndən. 
 
Əlqissə, şiddəti-hirman kəmala yetdikdə və dəryayi-heyrətim tüğ-yan etdikdə 
xatirimə bu yetdi və qəlbimə bu mə'ni sirayət etdi ki, əlbəttə, mətlə'i-məkarimdən 
tale' olan aftabi-məkrəmet ehticabi-səhabi-tirə  qəbul etməz. Və  mənbə'i-
mərahimdən tərəşşöh qılan zülali-mərhəmət girdabi-təzəlzüidən qubari-fəna 
tutmaz. Ənqərib maneinə mane, bulunur və dafeinə dafe' zahir olur. 
 
QİT'Ə 
 
Haşalillah kim, fərağət küncünün sükkanına  
Mətrəhi-məkr ola dərgahi-xilafat dəstgah,  
Haşalillah kim, qənaət gəncinin müştaqına  
Əjdəri-bidad ola tuğrayi-hökmi-padişah. 
 
Xudavənda! Məxfi buyrulmaya və  məstur olmaya ki, varid olan bərati-
hümayun məzmuni irsal olunan ərzə mütabiq olmayıb ibarətində  ləfzi-zəvaid 
zaid vaqe' olmuşdur və  ləfzi-zəvaiddir ki, onun mizani-təsərrüffində miqdarin 
naqis qılmışdır. 
Filvaqe'  əgər ləfzi-zəvaiddən qərəz bu isə ki, vəzaifi-xüddam və  rəvabiti-
ərbabi-təqaüd və ixracati-əliqi-dəvabb, ələfi-əvamil və mayəhtaci-həfrü binadan 
sonra bəndəyə bir faidə mütərəttib ola, həqiqətdə dərgahi-müəlladan böylə işarət 
olunmaqdadır ki, bəndeyi-vacibüt-təqsir Füzuliyi-fəqir iste'dadi-təqəddüm və 
istehqaqi-təkər- 
  
  


300 
 
rüm də'vasın qılır ikən və kəndisin əksər ərbabi-isthqaqdan müqəddəm bilir ikən 
məkrəməti-mülukanəm və  mərhəməti-xosrovanəm zühurə  gətirib bu bərati-
səxavətayəti verdim. Və buyurdum ki, minbə'd rütbeyi-iqtidarın və payeyi-
e'tibarın cəmi'i-gədalərdən, bəlkə  bəhaimdən, daşdan və topraqdan əxəssü edna 
bilə. Və bihudə təsərrüfi-bərat qılmayıb, mərtəbəsindən xəbərdar ola. Bitəkəllüf 
bu mərtəbəyə  qənaət etmək səhldir və bu inayətə  məmnun olmaq nəhayəti-
cəhldir. 
Həqqa ki, bu vaqiədən mənim çəkdigim rəncü məlamət və etdigim xərcü 
xəsarət üçün degil. 
Məhza təhrirində  həzrətiniz çəkdigi  əmək üçündür ki, zaye' oldu. Nedəlim? 
Əldən nə  gəlir? Xəzaneyi-qeybdən  əvəz müyəssər ola və  qələmi-qəza tədarük 
qıla. 
 
NƏZM 
 
Sərvəra, gərdişi-sipehri-kəbud  
Daim olmaz müvafiqi-məqsud.  
Bağlamaz hər şükufə meyveyi-tər,  
Əksəri bitdigi yerində itər.  
Gərçi ənduhü möhnətim çoxdur,  
Hiç kimdən şikayətim yoxdur.  
Taleimdir mənə cəf'a gətirən,  
Hər bir anında min bəla gətirən.  
Yoxsa dərgahi-padişahi-zəman  
Lütfə mənbə'dürür, mürüvvətə kam.  
Var ümidim ki, ol büləndməqam  
Ola payəndə ta zəmani-qiyam.  
Sərfəraz ola cümlə a'yani, 
Bitəzəlzül cəmi'i-ərkanı. 
  
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə