MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

290 
 
28 
 
Gər dilərsoıı inayəti-Həqdən  
Şəm'i-islaminə ziyad ola nur,  
Demə bir söz ki, ola qeyri-müfid,  
Tutma bir iş ki, ola qeyri-zərur. 
 
29 
 
Necə vaizdən iltimas edəsən  
Ki, verə pəndi-sudmənd sana,  
Mövti-əhbabü inqilabi-zaman  
Dəmbədəm bəs degilmi pənd sana? 
 
30 
Ey ki, yox istitaətin mütləq  
Sədəqə verməgə bir əhli-Həqə!  
Yaxşı söz tərkin etmə kim, olmaz  
Yaxşı sözdən səvabı çox sədəqə. 
 
31 
 
Kişiyə ol günah yetər ki, dili  
Şö'leyi-şərr olub zəbanə çəkər.  
Sədəfi-səm'inə düşən gühəri  
Çıxarıb rişteyi-bəyanə çəkər. 
 
32 
 
Həzm oldur ki, xəlqi-aləm ilə  
Hər əməldə gümanım ola yaman.  
Ola əhli-fəsad məkrindən  
Hafizin hisni-ehtiyatü güman. 
 
33 
 
Dustlardan həmişə xoş görünür  
Bir-birin hədyə ilə etmək yad.  
Hədyə irsalı bir müamilədir  
Ki, məhəbbət olur onunla ziyad. 
 


291 
 
34 
 
Açma göz məhrəm olmayan üzünə 
Ki, bu sövdada hasil olmaz sud.  
Bil ki, İblisin oxlanndandır,  
Hər nəzər bir xədəngi-zəhralud! 
 
35 
 
Gah-gah et ziyarəti-əhbab,  
Nifrət olmaqdan ehtiyat eylə.  
Dustluq gər dilərsən ola ziyad,  
Tərki-ifrati-ixtilat eylə. 
 
36 
 
Gər tutarsan təriqi-əhli-vəfa,  
Peşə et və'dəyə vəfa qılmaq.  
Qərzdir və'də etdigin nəsnə,  
Fərzdir qərzini eda qılmaq. 
 
37 
 
Pəhlivan ol degil ki, hər saət  
Yıxa bir pəhlivanı qüvvət ilən.  
Oldurur pəhlivan ki, vəqti-qəzəb  
Nəfsinə hökm edə ihanət ilən. 
 
38 
 
Deynə çox rağib olma kim, ondan  
Dinə bir ziştlik mülazim olur.  
Olmadıqda ədaya bir qüdrət,  
Hiyəlü küfrü kizb lazim olur. 
 
 
 
 
39 
 
 
Kamil olmaq dilərsən imanın,  
Qıl təmənnayi-nəfsdən ikrah.  
Büğzü hübbü ətavü mən'dən et  
Müqtədayi-əməl, rizayi-ilah. 


292 
 
 
  
  
40 
 
Mö'min oldur ki, mümkün olduqca.  
Qonşusun qeyrə etməyə möhtac.  
Ol degil kim, hüzurilə gecələr  
Özü tox yata, qonşusu yata ac. 
 
* * * 
 
Əsəri-ərbəini-əhli-süluk  
Qürbi-Həqq rütbəsin qılır hasil.  
Umarız kim, Füzuliyi-miskin  
Ola bu ərbəin ilə vasil. 
  


293 
 
 


294 
 


295 
 
 
Maliki-mülkarayi-aləm və hakimi-hikmətfəzayi-əqalimi-hikem mə'mureyi-
cəhani vəqfi-ərbabi-istirzaq edib, tövliyətin müluki-ədalətşüar və hükkami-
merhəmətdisarə  təfvİz etdikcə  və xanogah-təngnayi-ersəyi-İmkanda asari-
ərbabHstehqaq olub, hər fərdinə miqdarmca xəzaneyi-qeybdən vəzifeyİ-
müstəmirrə yetdikcə, ol mümliyi-ərqami-dvvam-xilafətin qələmİ-mişkbarlan 
miftahi-künuzi-ərzaqi-əshabİ-istehqaq ola. Ve ol naqili-ə'lam istehkami-bünyani-
səltənətin rəqəmi-ənbərnisarlarmda hədayiqi-əhdaqi-ərbabi-nəzər bəsarət bula. 
Şərhi-şəmmeyi-səna və rəfi-şiymeyi-duadan sonra: 
 
Ərz edər xakisari-bimiqdar,  
Bəndeyi-kəmtərin Füzuliyi-zar  
Ki, müqimi-məqami-üzlət ikən,  
Sakini-guşeyi-qənaət ikən,  
Başıma düşdü cah sevdası,  
Zövqi-əhli-təmə' təmənnası.  
Həvəsi-kəsbi-nəngü nam etdim,  
Tələbi-rif'əti-məqam etdim;  
İstədim kim, ülüvvi-qədr bulam,  
Məzhəri-lütfi-padşahi olam.  
Bilmədim kim, şikəstəhal oluram,  
Həsəd əhlinə payimal oluram.  
Təmə' əşrara xadim olmaq imiş,  
Süfəhaya mülazim olmaq imiş,  
Kim ki, Allahdan iba eylər,  
Qeyr dərgaha iltica eylər,  
Hasili zillətü xəsarət olur,  
Rəxti-ümmidi yə'sə qarət olur. 
 
Əlhasil, fərqi-iqüdarımı  əfsəri-qənaət ilə, qalibi-e'tibarımı  xəl'əti-üzlət ilə 
müzəyyən qılıb və təmliki-əvalimi-mə'nayı təsxiri-əqalimi-surətdən yeyrək bilib, 
padişahi-mülki-istiğnavü hakimi-ələlitlaqi-məmaliki-fəqrü fəna ikən, cövhəri-
zatım iqtizayi-təkmil 


296 
 
edib və surəti-sülukimdən rəngi-təvəkkül gedib, aləmi-himmətdən bir süruşa 
mülhəm oldum və bu ilhamı isğa qıldım ki: 
- Ey qafil, aləmi-surət məzhəri-sifati-ilahidir və  məhbiti-ənvari-hüzuzati-
namütənahidir. Hər ayinə mülki-mələkutdan münfəkk olmaz və xəsaisi-mülkdən 
bəhrəmənd olmayan sərairi-mələkuta dəstrəs bulmaz. Lacərəm, hükkami-mülkə 
təvəssül mucibi-hüsuli-məvahibdir və müluki-əsrə  təvəssül baisi-vüsali-
mətalibdir. Və hədisi-səhihdir ki: "Əssultanü zillüllahi"
1
 və ondan istiğna xətadır. 
Və xəbəri-sərihdir ki: "La rütbətə fövqə rütbətis-sultani illa li-nəbiyyin mürsəlin 
ov mələkin müqərrabin", 
2
Və ondan inhiraf narəvadır. Xüsusən bizim 
padişahımız ki, rütbeyi-səltənəti mə'nidə payeyi-xilafətdir və  səriri-hökuməti 
həqiqətdə masnədi-imamətdir. 
 
QİT'Ə 
 
Padişahi-bəhrü bərr Sultan Süleymani-vəli,  
Ol ki, məhzi-ədldir zati-vilayətpərvəri.  
Xali ondan olmasın, ya Rəb, vilayət ta əbəd  
Kim, vilayətdən degil xali səfayi-cövhəri. 
 
Əlqissə, bu təhrik ilə  dərgahi-müəlladan bir nəsibə talib olub və  ərkani-
dövlətdən səadəti-imdad və şərəfi-is'ad bulub doqquz əflaka payi-istiğna unurkən 
övqafdan doqquz ağça vəzifəyə  qənaət qılıb  ərz aldım. Və  bərat üçün dərgahi-
aləm-pənaha irsal edib, vüsulinə mütərəssid oldum. Müddəti-tərəssüd münqəzi 
olduqda və oyyami-intizar sərəncam bulduqda mübəşşirlər ki, müjdeyi-hüsuli-
məqsəd yetirdilər, mənə bir misali-meymun və  bərati-hüımayun gətirdilər. 
Hilyəyi-maarif ilə arastə  və ziyvəri-əvatif ilə pirastə.  Ənbəri-səvadində sibğəti-
"vəlleyli  İza səca"
3
  və kafuri-bəyazında səfvəti - "vəssübhi iza təcəlla".
4
 
Səhifəsində xətti səhaibi-əmtari-məvahib və xütutində əfradi-nuqət kəl-kəvakib, 
ənvəri-mətalibi məsabeyi-sədəfi-dürr idi, lö'löi-sirab iIə  məmlüv dəryayi-
məkarim təməvvüc edib kənara 
 
 
  
                                                            
1
 Sultan Allahın kölgəsidir. 
2
 Rütbələrdə mürsəl Peyğəmbər və Allaha yaxın mələklərdən sonra ən yüksək 
Rütbə sultanındır. 
3
 "And olsun gecənin qaranlığına" ayəsinin rəngi 
4
 "And olsun sübhün aydınlığına" ayəsinin saflığı 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə