MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

173 
 
BU QƏZƏL  
MƏCNUNİ-HƏZİN DİLİNDƏNDİR 
 
Ya Rəb, kəmali-mərtəbeyi-Mustəfa həqi!  
Sidqü səfayt-silsileyi-ənbiya həqi! 
 
Səndən yetər vəlilərə tə'yidü iqtidar,  
Sən müqtədayi-aləm edən rəhnüma həqi! 
 
Düşməz hərimi-qürbünə biganələr yolu,  
Ol barigahə məhrəm olan aşina həqi! 
 
Qəhrindəki siyasətü asibü xövf üçün,  
Lütfündəki lətafəti-feyzü rəca həqi! 
 
Üşşaqə yar qıldığı cövrü cəfa üçün,  
Mə'şuqə aşiq etdiyi mehrü vəfa həqi! 
 
Leylidə zahir eylədigin feyzi-hüsn üçün,  
Məcnuna verdigin qəmü dərdü bəta həqi! 
 
Fəqrü fəna səadəti lütf et Füzuliyə,  
Onda olan səadəti-fəqrü fəna həqi! 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Eylərdi bu suz ilə münacat,  
Möhnətlərə istəyib mükafat.  
K'açıldı
1
 güli-hədiqeyi-ruz,  
Göstərdi günəş cəmali-firuz.  
Mürği-dəmi-sübh çəkdi avaz,  
Zaği-şəbi-tirə qıldı pərvaz.  
Həm səfheyi-aləm oldu rövşən,  
Həm daneyi-əncüm oldu xərmən. 
 
 
                                                            
1
 
Ki açdı 


174 
 
Gün ayinədarı oldu gərdun,  
Tökdü qədəminə dürri-məknun.  
Sübh urdu səfayi-sidqdən dəm,  
Açıldı güli-nişati-aləm.  
Tə 'siri-səfayi-cami -Xurşid  
Göy gülşənin etdi bəzmi-Cəmşid.  
Lalə kimi dağə çıxdı Məcnun,  
Nəzzarəyə açdı çeşmi-pürxun.  
Gördü ki, gəlir nədimi-kamil,  
Həmrazi-qədim, Zeydi-qabil.  
Rüxsarında nişatdən nur,  
Behcət gözünə cəmah mənzur.  
Yox zərrəcə qüssəvü məlalı,  
Məcnuna əcəb göründü hali.  
Sordu ki: "Nədəndir inbisatın?  
Adətcə görünməyən nişatın?  
Məqsudinə dəstrəsmi oldun?  
Dildarinə həmnəfəsmi oldun?  
Nə qədr ilə sərbülənd olubsan?  
Noldu ki, nişatmənd olubsan?"  
Zeyd açdı düri-xəzaneyi-raz:  
"Key türfə hümayi-övci-e'zaz!  
Dün tövfi-diyari-yar qıldım,  
Ol sərv yana güzar qıldım.  
Tə'viz vəsiləsilə bir dəm  
Oldum hərəmi-vüsala məhrəm.  
Gördüm məhi-arizin ziyasız,  
Ayineyi-təl'ətin cilasız.  
Nə lə'li-ləbində qətreyi-ab,  
Nə mah rüxündə zərreyi-tab.  
Lə'li-tərə əşki gövhərəngiz,  
Bərgi-gülə nərgisi gühərriz.  
Gördü məni etdi naləvü zar,  
Raz açdı mənə ki: "Ey vəfadar!  
Düşdü ola Nəcdə rəhgüzarın,  
Gördün ola halın ol figarın? 
  


175 
 
Məcnunumu gördün isə, billah,  
Eylə məni-zarı ondan agah!  
Necə keçər ola mahü salı,  
Kim ola rəfiqi, nola halı?  
Billah, güzər etsin ol yanaya.  
Rəhm et məni-zarü mübtəlaya,  
Məndən ona şərhi-zə'fi-hal et!  
Halın məni-xəstədən sual et!  
Söylə, necəsən hücumi-qəmdən?  
Tüğyani-məşəqqətü sitəmdən?  
Matəmzədə olduğun eşitdim,  
Qıldım yaxa çakü şivən etdim.  
Ol sərv ki, çıxdı bu çəməndən,  
Məngən getdi, degil ki, səndən.  
Ancaq bir ol idi kim, çəkib qəm,  
İstərdi məni səninlə həmdəm.  
Çox gördü bizə sipehri-qəddar  
Yüz min əğyar içində bir yar.  
Bir zülmdürür bu aşikarə,  
Əldən nə gəlir, buna nə çarə!  
Bu dərdi ki, az degil, yügüşdür,  
Həm səbr edəlim ki, səbr xoşdur.  
Mən, tut ki, müqəyyədi-həsarəm,  
Məhbusi-hicabi-nəngü arəm.  
Gər şəm'ə açılsa şərhi-razım,  
Sayəmdən olur min ehtirazım.  
Gər sayəmə söyləsəm qəmi-dil,  
Şəm'in həsədi gəlir müqabil,  
Nə yazmağa namə ixtiyarım,  
Nə etməyə ərz razdarım.  
Qönçə kimiyəm məni-pərişan,  
Ağzım tutulu, içim dolu qan.  
Sən kim, şəhi-kişvəri-rizasan,  
Hər kimə dilərsən aşinasan.  
Yox hökmü sənə çü xamə qeyrin,  
Öz başınadır həmişə seyrin. 
  


176 
 
Aya nə üçün qılırsan ehmal,  
Hali-dilin eyləməzsən irsal?  
Öz nəzmi-lətifü dilkəşindən,  
Məzmuni-ibarəti-xoşundan  
Lütf ilə qılıb həmişə təhrir,  
Göndərmədigin degilmi təqsir?  
Səndən degiləm bu işdə razi,  
Hala kərəm et xilafi-mazi,  
Nəzm eyləyibən bəyani-halın,  
Şərhi-rüxi-zərdü əşki-alın,  
İrsal edə gör məni-həzinə,  
K'ol cövhərə can edim xəzinə.  
Əlfazi olub həmişə zikrim,  
Bu kargəh içrə bikri-fikrim.  
Tərzi-qəm edəndə cana təsvir,  
Ol nəqşdən ola çaşnigir".  
Həm hali-dilin qılırdı izhar,  
Həm bu qəzəli qılırdı təkrar: 
 
 
BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR 
 
Neçün ol şəm' kafur üzrə kilkin mişkbar etməz?  
Yazıb bir rüq'ə min lütfə bizi ümmidvar etməz? 
 
Mənimlə dust lütfün az edib, çox tə'n edər düşmən,  
Neçün lütf eyləyib, düşmənləri bir şərmsar etməz? 
 
Gəl, ey göz, yar xəttin namədə görmək həvəs qılma  
Ki, xətti-namə dəf i-dərdi-hicri-xətti-yar etməz! 
 
Kəbutərdən umardım naməsin, gör zəf tale kim,  
Görüb ahım odun məndən yana ol həm güzar etməz. 
 
Füzuli, nameyi-dildar bir tə'vizdir guya 
Kim, onsuz xəstədillər xatiri bir dəm qərar etməz. 
 


177 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Məcnun ki, eşitdi ol pəyamı,  
Bəxti-mütəmərrid oldu rami.  
İqbalına e'tiqadı oldu,  
Dildarına e'timadı oldu.  
Xunabi-sirişkdən çəkib nəm,  
Gülzari-zəmiri oldu xürrəm.  
Həm güldü üzü çırağlartək.  
Həm könlü açıldı dağlartək.  
Zeydə dedi: "Ey rəfiqi-sadiq,  
Mən vəhşiyə həmdəmi-müvafiq!  
Çün müjdeyi-mərhəmət yetirdin,  
Yarım xəbərin mənə gətirdin,  
Məndən həm ona yetir sənalar,  
Ərz eylə dürudlar, dualar.  
Xaki-dərinə yetir niyazım,  
Dərgahinə ərz eylə razım:  
"K'ey canıma dadlu dərdü dağı,  
Könlüm fərəhi, gözüm çırağı!  
Lillahülhəmd yar imişsən,  
Mən istədigimcə var imişsən.  
Əhdində vəfa bulundu axır,  
Şəhdində şəfa bulundu axır.  
Bildim ki, məni sevirsən, ey mah!  
Əhsənt, əhsent, barəkallah!  
Lütfün xəbəri qərarım aldı, 
Şirin sözün ixtiyarım aldı.  
Lütfün eşidib olur cigər tab,  
Şirin sözünə gətirməzəm ab.  
Ah, ər qılıb özgə rəsm bünyad,  
Nagəh tutasan təriqi-bidad,  
Təlx ola sözün misali-badə,  
Lütf olmaya, qəhr ola aradə.  
Xuban işi cövr ilə cəfadır,  
Səndən görünən mənə vəfadır.  
Qurban sənə özgə nazəninlər, 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə