MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

157 
 
Meylim sinə olmağınadır dal
1
.  
Dövran sitəmib canə yetdim,  
Mən özgə diyar əzmin etdim.  
Gəl, tapşırayım sənə məqamım,  
Zəbt eylə büsatü ehtiramım.  
Nə sud həmişə məstlikdən,  
Nə faidə bütpərəstlikdən?  
Ey məst, kəmali-hiddətindən  
Yoxdur xəbərin qəbahətindən!  
Ol ləhzə ki, huşiyar olursan,  
Əlbəttə ki, şərmsar olursan.  
Ey bütkədələr sənəmpərəsti!  
Çün rəf ola bu hicabi-məsti,  
Məzmum olub etdigin bu halət,  
Əlbəttə, sənə yetər xəcalət.  
Bir dilbərə ver könül ki, daim  
Bünyadi-səbatı ola qaim.  
Gər olsa yolunda bu cahan xak,  
Damanı ola qübardan pak.  
Sən seydi olan xücəstə şəhbaz  
Hər ləhzə qılır bir əldə pərvaz.  
Gəh Növfələdir mütii-fərman,  
Gəh İbni Səlama munisi-can.  
Sən - böylə bəlalara giriftar,  
Ol - öylə çiraği-bəzmi-əğyar.  
Şərm eylə bu eşqbazlıqdan,  
Bifaidə cangüdazlıqdan!  
Yoxdur çü bəqası ruzigarın,  
Fərz eylə ki, oldu yar yarın,  
Vəsl etmə onunla kim, bilirsən  
Bir gün olur ondan ayrılırsan.  
Tərk eylə bu hərzə-hərzə seyri,  
Yad eylə ilahi, amma qeyri  
Kim, nəfsə məadü mərcə oldur,  
Qət' et ona söz ki, məqtə' oldur. 
                                                            
1
 Yəni belimin bükülməsi qəbrə tərəf yaxınlaşmağıma dəlalət edir. 
 


158 
 
Həq sanei-dəhrü kargəhdir,  
Bunda əməl etməmək günəhdir.  
Hər kimsə gərək gələn məhəldə
Bu kargəh içrə bir əməldə.  
Hər kim nə əməl qılırsa bünyad,  
Muzdunu verər əməlcə ustad.  
Ey kargəhi-cahana daxil,  
Sən həm əməl eylə, olma qafil!  
Vəqt oldu səfər qılam cahandan,  
Avarə olam bu xakidandan.  
Vəqt oldu verəm fənaya təxtim,  
Qədr ilə çəkəm bəqaya rəxtim.  
Gəl yanıma, eylə fikri-halım!  
Biganəyə vermə mülkü malım!  
Çün onu yığınca çəkmişəm rənc,  
Qıyma ki, nəsibi-qeyr ola gənc.  
Eşqin bilirəm ki, böylə qalmaz,  
Daim səni qəm bu halə salmaz.  
Bəxtin oyananda bu yuxudan,  
Hirsin yorulanda cüstcudan,  
Qorxum bu ki, özgə ola halım,  
Dünyada nə mən qalam, nə malım.  
Bikəslik olub sənə müqərrər,  
Bikəs olasan müdam, bizər.  
Aqil kişi durbin gərəkdir,  
Dünyada ümid bir dirəkdir."  
Çün pəndi tükətdi ol xirədmənd,  
Məcnuna təfavüt etdi ol pənd.  
Dövlətli sözünə oldu mayil,  
Bir fikr elədi ki, ola aqil,  
Qət' edə səlasili-cünunu,  
Sövdasının olmaya zəbunu,  
Tərk eyləyə arizuyi-düdar,  
Eşqə dəxi olmaya giriftar.  
Əmma yenə eşq şəhriyarı  
Fərmanına çəkdi ol figarı:  
"K'ey varı olan mənim cahanda! 
 
  


159 
 
Nən
1
 var sənin bu cismü canda.?  
Cana təmə' etmə kim, mənimdir!  
Tərk eylə təni ki, məskənimdir!  
Məndən keçü canü təndən ayrıl!  
Qoy varlığın, özünlə sən bil!"  
Gülbün kimi qanı cuşə gəldi,  
Bülbülsifəti xüruşə gəldi:  
"K'ey eyni-səlah olan bəyanı!  
V'əzi mənə afiyət nişanı!  
Mən həm buna qailəm ki, pəndin,  
Məzmuni-kəlami-sudməndin  
Nisbət mənə xeyrdir, degil şər,  
Gər olsa eşitməyi müyəssər.  
Gərçi sözünə qulaq tutdum,  
Nə sud, eşitdimü unutdum. 
Sən demə ki, tut xəbər sözümdən  
Kim, yox xəbərim mənim özümdən.  
Eşq aldi dərinümü birunim,  
Getdi yelə səbr ilə sükunim.  
Mən əqlə təvəccöh eylərəm çox,  
Sevda yolumu tutar ki: "Yox, yox!  
Sən qandanü tərki-eşq qandan?  
Eşqi-əzəli çıxarmı candan?"  
Tə'nin sitəmilə cana yetdim,  
Tərk eylə məni çü tərkin etdim!  
Lütf eylə, zaman-zaman verib pənd,  
İslahıma olma arizumənd!  
Artar ələmim bu macəradan,  
Atəş kimi cünbüşi-həvadan.  
Bir şişə ki, oldu parə-parə,  
Peyvəndinə hiç varmı çarə?  
Təklifimi qılma xanimanə,  
Gör sürəti-gərdişi-zəmanə.  
Çün sən həm onu qoyub gedirsən,  
Onda məni əyləyib nedirsən? 
 
                                                            
1
 Nəyin 


160 
 
Ancaq mənə ərzü-mülkü mal et!  
Oğlunu özün kimi xəyal et!  
Fərz eylə ki, malə oldu vali,  
Getdi, yenə qeyrə qoydu mali".  
Ol kişvəri-eşq padişahı,  
Ol övci-bəlavü dərd mahı  
Üzr ilə qılırdı eyləyib ah,  
Babasına şərhi-qəm ki, nagah  
Lərzan oluban təni-həzini,  
Qan doldu qolundan astini.  
Əl verdi atasına təhəyyür,  
Məcnun dedi: "Eyləmə təfəkkür!  
Fəsd eylədi ol büti-pərizad,  
Niş urdu onun qoluna fəssad.  
Ol zəxm əsəri göründü məndə,  
Biz bir ruhuz iki bədəndə.  
Bizdə ikilik nişanı yoxdur,  
Hər birinin özgə canı yoxdur.  
Sən sanma ki, oldur ol, mənəm mən,  
Bir can ilə zindədir iki tən.  
Xürrəm oluram, ol olsa xürrəm,  
Qəm yetsə ona, mənə yetər qəm".  
Ol pir çü vaqif oldu hala,  
İnsaf gətirdi ol kəmala.  
Bildi ki, degil bu nəqş batil,  
Olmaz hiyəl ilə eşq zayil.  
Minbə'd nəsihət etməz oldu,  
Tə'n ilə fəzihət etməz oldu.  
Tərk etdi təriqeyi-nizain,  
Nomid olub eylədi vidain. 
 
  


161 
 
BU, MƏCNUN ATASININ  
TƏRKİ-NİZA ETDİGİDİR 
və  
NAÇAR HƏSRƏTLƏ VİDA ETDİGİDİR 
 
"K'ey rişteyi-gövhəri-muradım!  
Ayineyi-hüsni-e'tiqadım!  
Bir ləhzə mənə tərəhhüm eylə,  
Göftanm eşit, təkəllüm eylə!  
Pərvayi-məni-şikəstəhal et,  
Əzmi-səfər eylədim, həlal et!  
Naxoş sənə məndən idi əhval,  
Mən getməli oldum, indi xoş qal!  
Zinhar şikayət etmə məndən,  
İncikli hekayət etmə məndən!  
Dirlikdə çü səndən almadım kam,  
Tövsənliyə düşdün, olmadın ram.  
Budur kərəmindən iltimasım  
Kim, tutasan öldügümdə yasım!  
Hər ləhzə edib fəğanü zari,  
Toprağıma edəsən güzari.  
Təklifi-nişatü eyş qılmən  
Kim, sən deyəsən, "bu rəsmi bilmən".  
Fəryadü fəğandır əsli-matəm,  
Sən xud bu rəvişdəsen müsəlləm.  
Öz adətin ilə nalə eylə!  
Əcrini mənə həvalə eylə!  
Budur qərəzim ki, dustu düşmən  
Görsün səni, eyləyəndə şivən.  
Bikəsligim olmaya mənə ar,  
Mə'lum edələr ki, varisim var".  
Çün qıldı vəsiyyət ol pərişan,  
Döndi evə gəldi zarü giryan.  
Dərdü ələm etdi onu rəncur,  
Qalmadı həyatı şəm'inə nur.  
Dərdinə bulunmaz oldu dərman, 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə