MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

147 
 
Ey gövhəri-tac, taci-tarək!  
Məqsuduna yetdigin mübarək!  
Əshab yığıb, tərəb qılıb şad,  
Bu xeyr işi eyləyəndə bünyad,  
Çox zövq ilə çəkdim intizarı  
Kim, yad edesən məni-figan.  
Sən xud demədin ki, bir qulum var,  
Boynunda təriq ilə yolum var.  
Gər sandın isə ki, bihüzurəm,  
Şayisteyi -sərvəti-sürurəm,  
Şərt idi mənə həm etmək e'lam,  
Ta mən həm alam bu bəzmdən kam.  
Lillahilhəmd əlim degil dar,  
Can kimi nüquda qüdrətim var.  
V'ər sandın isə ki, natəvanam,  
Azürdeyi -möhnəti-cəhanam,  
Həm şərt idi üzr qılmaq irsal,  
Etmək məni bir soz ilə xoşhal.  
Nə böylə edib, nə öylə, ey gul,  
Yaxşımıdır eyləmək təğafül?! 
Ey canım içində cana düşmən! 
Hər necə ki, düşmənəm sənə mən, 
Ayini-qədimini unutma! 
Min yar tut, özgə xuy tutma!  
Qeyr ilə olanda şadü xürrəm,  
Təqribilə yad qıl bizi həm.  
Nəqş et bu mürabbe'i hərirə,  
Gör onu, bizi gətir zəmirə: 
 
MÜRƏBBE' 
 
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdigin?  
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin?  
Əhd bünyadın mürəvvətdirmi viran etdigin?  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 
 
  


148 
 
Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,  
Qanə-qanə qeyr cami-şövqümi nuş eylədin,  
Varə-varə əhdü peymanı fəramuş eylədin,  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 
 
Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,  
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,  
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 
 
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?  
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?  
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?  
Qanı, ey zalım, bizimlə əhdü-peyman etdigin!? 
 
Çərxtək bədmehrlik rəsmini bünyad eylədin,  
Yaxşı adın var ikən, döndün yaman ad eylədin,  
Dönə-dönə bizi qəmnak, özgəni şad eylədin,  
Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!? 
 
Könlümüz minbə'd zülfünçün pərişan olmasın,  
Bağrımız lə'lin həvasilə dəxi qan olmasın,  
Bivəfasan! Çeşmimiz yadınla giryan olmasın,  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 
 
Və'deyi-vəsl ilə aldın səbrimiz, aramımız,  
Olmadı bir gün vüsalından müyəssər kamımız,  
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,  
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!? 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Payanə çü yetdi sə'yi-xamə,  
Təslim olundu Zeydə namə.  
Məktubla Zeyd olub səbükpər,  
Əzm eylədi öylə kim kəbutər. 
  


149 
 
Çün yetdi nigar olan diyarə,  
Məkr ilə vüsalə qıldı çarə.  
Əfsun ilə urdu sehrdən dəm,  
Ta İbni Səlamə oldu həmdəm.  
Leylinin eşitdi vəsfi-halin,  
Keyfiyyəti-möhnətü məlalin,  
Dedi: "Bilirəm nədir dəvası,  
Uş yazılı məndədir duası".  
Bağlandı onun sözünə ixlas, 
Xəlvətgəhi-qürbə qıldılar xas.  
Çün Leyliyə Zeyd oldu vasil,  
Məqsudini etdi bəxt hasil.  
Bir dəm oturub gəlib qiyamə,  
Əl urdu rəvan çıxardı namə.  
"Tə'viz" dedi vü qıldı tə'zim,  
Əvvəl öpüb ondan etdi təslim.  
Çün naməni aldı Leyliyi-zar,  
Ol namədən aldı buyi-dildar.  
Bildi ki, bir özgə qeyddir bu,  
Nə nüsxeyi-Əmrü Zeyddir bu.  
Çün nameyə qaldı bir nəzarə,  
Can kisvətin etdi parə-parə.  
Ol feyzi bilib özünə iqbat,  
Göz mərdümünə buyurdu filhal  
Kim, dürr ala bəhri-çeşmi-tərdən,  
Lə'l ala xəzaneyi-cigərdən,  
Ol namənin eyləyə nisarın,  
Əfzun edə qədrü e'tibarın.  
Çün dürcdən aldı dürri-məknun,  
Məktubu oxudu bildi məzmun,  
Fəhm etdi məaniyü ibarət,  
Bildi nəyədir olan işarət.  
Canına qılıb itab tə'sir,  
Ol namə cəvabın etdi təhxir. 
  


150 
 
BU, LEYLİNİN MƏCNUNA  
PEYĞAMİ-CAVABIDIR 
və  
ÜZRÜ İTABIDIR 
 
Bu tərz ilə kilki oldu cari  
Kim, əvvəli-namə, nami-bari,  
Me'mari-binayi-əqdü peyvənd,  
Vəhhabi-ətayi-malü fərzənd.  
İzhari-vücud edən ədəmdən,     
İcadi-hüdus edən qidəmdən,  
Məşşateyi-şahidi-zəmanə,  
Sultani-bülənd asitanə,  
Bu namə ki, bir figardəndir,  
Yə'ni məni biqərardəndir,  
Bir sahibi-izzü e'tibarə,  
Yə'ni Məcnuni-dilfigarə.  
Ey xakbüsati xarbastər,  
Kami-dili-təngü dideyi-tər!  
Hər tə'nə ki, eyləsən rəvadır,  
Səndən xəciləm, üzüm qəradır.  
Bəsdir mənə çəkdigim xəcalət,  
Şərməndəligimdəki məlamət.  
Çün mö'tərifəm ki, var günahun,  
Öz lütfünü eylə üzrxahım.  
Mən gövhərəm, özgələr xiridar,  
Məndə degil ixtiyari-bazar.  
Dövran ki, məni məzadə saldı,  
Bilmən kim idi satan, kim aldı?  
Olsaydı mənim bir ixtiyarım,  
Olmaz idi səndən özgə yarım!  
Gər töhmətə olmuşam giriftar,  
İkrah ilə məndən olma bizar.  
Bir dür degiləm ki, ola həkkak  
Aldıqda təsərrüfündə çalak.  
Gər ibni Səlamə dilfüruzəm,  
Şəm'i-şəbü afitabi-ruzəm, 
 
  


151 
 
Qanedir iraqdan ala bir nur,  
Mən ondanü məndətı ol ola dur.  
Dur olsa görər furuğü tabım,  
Olduqda yaxın, çəkər əzabım.  
Fikr etmə ki, mən nişatməndəm,  
Bir dami-qəm içrə paybəndəm,  
Nə zəhreyi-seyri-kuçəvü kuy,  
Nə tabi-təpançeyi-sərü ruy.  
Gahi həvəs eyləsəm fəğanə,  
Əvvəl ona istərəm bəhanə.  
Ya atavü ana eylərəm yad,  
Ya söhbəti-həmnişinü həmzad.  
Ger rəxtimi etmək istəsəm çak,  
Xəyyatına oluram qəzəbnak  
Kim, eyblidir bu damənü ceyb,  
Cəhd eylə ki, zahir olmaya eyb.  
Gahi tələb eyləsəm vüsalın,  
Bilmək diləsəm ki, noldu halın,  
Bir çeşmə yana olub rəvanə,  
Qüsli-bədən eylərəm bəhanə,  
Tənha oluram orada üryan,  
Muyı-sərim eylərəm pərişan,  
Ayinədə eylərəm nigahi, 
Halın görürəm sənin kəmahi.  
Boynumda yox özgə tövqdən bar,  
Lə'lımdə bulunmaz özgə göftar.  
Boynum qolunu dilər həvadan,  
Lə'lim ləbini sorar səbadan.  
Candan qəmin içrə naümidəm,  
Şəmşiri-cəfa ilə şəhidəm.  
Qanlı kəfənimdir al pərdə,  
Mən gurdəyəm, saqınma ərdə.  
Gəl şəm'i-məzarım eylə ahın,  
Zibi-ləhəd et qübari-rahın.  
Mən bülbüli-baği-firqətəm zar,  
Əmma qəfəs içrəyəm giriftar.  
Bilmən bu qəfəsdə nola halım, 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə