MəHƏMMƏd füzuli


BU, MƏCNUNUN KORLUQ BƏHANƏSİLƏ



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

132 
 
BU, MƏCNUNUN KORLUQ BƏHANƏSİLƏ 
DİLDAR CƏMALIN GÖRDÜGÜDÜR 
və 
DİDEYİ-ÜMİDİN TUTİYAYİ-MƏQSUDƏ  
YETİRDİGİDİR 
 
Bir gündəxi ol bəhanəpərdaz  
Bir özgə bəhanə qıldı ağaz:  
Bağladı iki gözün ki, kurəm,  
Əhvali-cəhanə bişüurəm.  
Ərz eylədi zə'fü binəvalıq,  
Ev-ev gəzib eylədi gədalıq.  
Təqribilə əzmi-yar qıldı,  
Leyli evinə güzar qıldı.  
Ol dusta zahir eyləyib raz,  
"Ya dust!" deyib, yetirdi avaz.  
Leyli ki, eşitdi ol sədayı,  
Bildi eşigindəki gədayı.  
Evdən çıxıb etdi ərzi-didar,  
Qıldı sədəqə zəkati-rüxsar.  
Pünhan baxıban ol afitabə,  
Məcnun yenə gəldi bu xitabə:  
"K'ey xali-siyahı göz səvadı,  
Can arizusn, könül muradı!  
Gər bağlı isə gözüm rəvadır;  
Sərçeşmeyi-ləcceyi-bəladır.  
Bənd eyləməsəm önün dəmadəm,  
Seylabə gedər təmami aləm.  
Göz kim, seni eyləyib nəzarə,  
Rüsva qılır əhli-ruzigarə,  
Təhqiq edibəm ki, düşmənindir,  
Mən qıydım ona, riza sənindir.  
Dərgahinə bağladım gətirdim,  
Baş üzrə əyağına yetirdim.  
Ey qəmzəvü lə'li şəhdü şəmşir,  
Xah əfv elə onu, xah tə'zir.  
Dərgahinə gəldigimdə, ey hur 


133 
 
Sərmayə idi gözümdəki nur,  
Ögrətdi mənə qəmin ticarət,  
Yüz şükr ki, qılmadım xəsarət.  
Göz nurini xaki-payə verdim,  
Az cinsimi çox bəhayə verdim.  
Şahim, nəzər et məni-gədayə,  
Biganəlik etmə aşinayə!  
Can bağına qəm nihalı dikdin, 
Tən mülkünə dərd töxmü əkdin!  
Ol töxmü nihalə nəf hasil  
Oldu nəmi-əşkü suzişi-dil.  
Gəl mülkünə, bağına güzər qıl,  
Məhsulü mənafeə nəzər qıl".  
Bunu deyib ol qəribü heyran  
Tutdu rəhi-badiyə kəmakan. 
  


134 
 
BU, İBNİ SƏLAMIN LEYLİ VƏSLİNƏ  
RAĞİB OLDUĞUDUR 
və 
BU DƏ'VADA SÜBHİ-ÜMİDİ  
KAZİB OLDUĞUDUR 
 
Saqi, bizə rahəti-rəvan ver,  
Cansızlara himmət eylə, can ver!  
Qıl məst bizi meyi-muğandan,  
Əvvəl xoşü xürrəm eylə, ondan  
Sor kim, necədir səbati-aləm,  
Əncami-fərəh, nəhayəti-qəm.  
Dünya işi e'tibarsızdır,  
Çərxin rəvişi qərarsızdır.  
Çox kimsənə gənc üçün çəkər rənc,  
Qeyrinə onun nəsib olur gənc.  
Gör onu ki, hər nihali-sərkəş  
Sudəndirü sərf eylər atəş.  
Təqdirədir əsli-əmri-mənsub,  
Xoşdur bu ki, talib ola mətlub.  
Çün İbni Səlam bildi hali,  
Meydani-muradı gördü xali,  
Cəm' etdi əkabirin diyarın,  
Ə'yanını əhli-ruzigarın,  
Göndərdi nikah üçün bəsi mal,  
Şərt etdigin etdi cümlə İrsal.  
Min zərrin nə'l, əsbi-tazi,  
Misrivü İraqiyü Hicazi.  
Min cariyəvü qulami-ziba,  
Pirayələri hərirü diba.  
Min naqə nəbatü qənd yüklü,  
Nəsrin dərili, bənövşə tüklü.  
Min təblə əbirü ənbərü müşk,  
Yüz yük gühəri-tərü zəri-xüşk.  
Əsbabi-nikah olub rəvanə,  
Kabini kəsildi nəqdi-canə.  
Leyli bu cəfadan oldu agah 
 
  


135 
 
Kim, buldu bəhanna xəzan rah.  
Ümmidi-gözünə doldu topraq,  
Məqsudi-nihali tökdü yapraq.  
Əksi-qərəz oldu surəti-hal,  
İdbarə mübəddəl oldu iqbal.  
Gül istər ikən sataşdı xarə,  
Nur istər ikən tutuşdn narə.  
Əfğan ilə matəm etdi suri,  
Matəmkədə məhfili-süruri.  
Məşşatə dilərdi zülfü xalın  
Artırmağa zib ilə cəmalın.  
Ol ahü sirişk ilə dəmadəm  
Xalı güm edərdi, zülfü bərhəm.  
Əgməzdi hilalı vəsməyə baş,  
Gözdən gedirərdi sürməsin yaş.  
Geysusi çəkərdi şanədən sər,  
Bir bar idi gərdənində gövhər.  
Güzguyə kədər verərdi ahı,  
Zülmati-xət istəməzdi mahı.  
Pabusinə bulmayıb həna dəst,  
Etmişdi onu qəm ilə pabəst.  
Əklilə rüxü urardı atəş, 
Buyi-xoş ona gəlirdi naxoş.  
Tə'nə tikənindən etməyib bak,  
Gül kimi qılırdı geydigin çak.  
Hər ləhzə qılırdı ahü fəryad,  
Derdi ki: "Əlindən, ey fələk, dad!  
Səndən bumidi mənim muradım?  
Dövranına bağlı e'tiqadım?  
Vəslinə təvəqqe etdigim yar,  
Billah, bu degil, yanılma, zinhar...  
Ol - nəqşi-səhifeyi-vəfadır,  
Bu - tərzi-cərideyi-fənadır.  
Ol - qərqeyi-bəhri-zövqi-candır,  
Bu - məhvi-tənə'ümi-cahandır.  
Ol - xeyr yoluna rahbərdir,  
Bu - başladığı təriqi-şərdir. 
  


136 
 
Cananəsi üçün ol dilər can,  
Öz canı üçün dilər bu canan.  
Mən onunam, ol mənim əzəldən,  
Saxla bu əlaqəyi xaləldən.  
Ey çərx! Bu əqd olanda möhkəm,  
Bəlkə yox idin arada sən həm.  
Gəl tərki-təğəllübü sitəm qıl,  
Tanrını arada gör, kərəm qıl!  
Vermə qəviyə zəif malın,  
Düşmənlərə dustlar həlalın!  
Məcnunumu sanma kimsədən kəm,  
Bir mərdi-rəhi-bəladır ol həm.  
Ey İbni Səlami-bisərəncam,  
Bilsən sənə məkr edibdir əyyam;  
Məcnuna qoyubdur ad - Leyli,  
Eylər səni ad ilə təsəlli.  
Sən kami-dil istə, mən bəlayam,  
Sən gənc dilə, mən əjdahayam.  
Əmma deməzəm işin xətadır,  
Nisbət mənə qayəti-ətadır.  
Qurtar məni atadan-anadan,  
Bir qəm yey olur iki bəladan!"  
Dərd ilə qılırdı naləvü ah,  
Əsbabi-təcəmmülündən ikrah. 
Dövrandan edib fəğanü fəryad,  
Bu şe'ri oxurdu ol pərizad: 
 
 
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR 
 
Xilafi-rə'yim ilə, ey fələk, mədar etdin!  
Məni, gül istər ikən, mübtəlayi-xar etdin! 
 
Müruri-ömrdə bir dönmədin muradımla,  
Dönə-dönə mənə zülm etməyi şüar etdin! 
 
İhanətimdə nədir, bilməzəm, muradın kim,  
Əzizi-aləm ikən xarü xakisar etdin! 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə