MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

121 
 
Gər qətlimə dust çəksə şəmşir,  
Yox məndə rizadan özgə tədbir.  
Xoşnud degilmiyəm bu halə  
Kim, canı verəm, yetəm vüsalə?!"  
Çün böylə cəvab eşitdi sail,  
Ol fəzlü kəmala oldu qail.  
Gəldikcə olub ziyadə aşub,  
Az qaldı ki, Növfəl ola məğlub.  
Əlqissə, müyəssər olmayıb kam,  
Ol gün cədəl oldu sübh ta şam.  
Çün oldu əyan təliəyi-şəb,  
Meydani-sipehri tutdu kövkəb.  
Asayişə hasil oldu fürsət,  
Can almağa verdi mərg möhlət.  
Hər səf bir arada tutdu mənzil,  
Bir-birinə qondular müqabil.  
Həmdəmlərə razın açdı Növfəl  
Kim: "Müşküli-halımı qılın həl!  
Mən əşcə'i-əhti-ruzigarəm,  
Xurşidi-sipehri-karzarəm.  
Yox kimsədə tabi-tiği-tizim,  
Əndişeyi-taqəti-sitizim.  
Bu rəzmdə bilməzəm nədir hal  
Kim, fəthimə nüsrət eylər ehmal?  
Əlbəttə ki, Həq rizasıdır bu,  
Bir əhli-Həqin duasıdır bu".  
Ərz eylədilər ki: 'Ey cahandar!  
Məcnundan olubmusan xəbərdar?  
Biz can qılırız onun fədası,  
Ə'damızadır onun duası.  
Biz qəsd edəriz onun muradın,  
Ol düşmənə bağlar e'tiqadın".  
Növfəl ki, eşitdi ol kəlamı,  
Qalmadı ol əmrə ehtimamı.  
Bilmişdi ki, sahibi-nəzərdir,  
Əlbəttə, duası mö'təbərdir. 
 
  


122 
 
Bildi ki, müyəssər olmaz ol kam,  
Tə'sir qılır dua sərəncam.  
Çün vəsl degildi hökmi-təqdir,  
Müşkül ki, əsər verəydi tədbir.  
Vəhm etdi ki, mün'əkis ola hal,  
Rəzmində mübarək olmaya fal.  
Kirdarını görmədi münasib,  
Nəzr etdi ki, gər olursa qalib,  
Zikr etməyə dəxi Leyli adın,  
Tərk edə bu əmr üçün inadın. 
  


123 
 
BU, NÖVFƏLİN İKİNCİ NÖVBƏT 
RƏZM EDİB QALİB OLDUĞUDUR 
VƏ 
FAYİ-ƏHDƏ KAZİB OLDUĞUDUR 
 
Çün tiğ çəkib mübarizi-Rum,  
Şam əhlini etdi əmrə məbkum,  
Fəth oldu sipahi-türkə mənsub,  
Oldu ərəbin sipahı məğlub.  
Adətcə yenə ol iki ləşkər  
Rəzm etməgi etdilər müqərrər.  
Tiğ aldı əlinə pəhləvanlar,  
Başlar kəsilib töküldü qanlar.  
Can eylədi tərki-xaneyi-tən,  
Ol çıxmağa açdı tir rövzən.  
Başlarda bəlanı çox görüb əql,  
Bir özgə məqama eylədi nəql.  
Peykan zireh içrə oldu peyvənd,  
Gül şaxələrində qönçəmanənd.  
Əlqissə, xilafi-rəzmi-əvvəl
Ə'dayə müzəffər oldu Növfəl.  
Xəsm etdi qəbul hökmi-taət,  
Başlandı təzərrö'ü şəfaət.  
Leylinin atası açdı başın,  
Doldurdu gözünə qanlı yaşın,  
Əcz ilə dedi ki: "Ey xudavənd!  
Şahənşəhi-adilü xirədmənd!  
Gər Leyli üçündür iztirabın,  
İkrah ilə verməzəm cəvabın.  
Əmma rəhü rəsmdir müqərrər,  
Bir övrətə eybdir iki ər.  
Leyli bu həşəmdə namizəddir,  
Əqd ilə müqəyyədi-əbəddir.  
Çün hökmün edər bu rəsmi pamal,  
Bari, onu qeyrə vermə, sən al!  
Gülbərgimizi həvaya vermə!  
Namusumuzu fənaya vermə!"  
Növfəl dedi: "Ey güzidə əşraf! 
 
  


124 
 
Yox məndə xilafi-ədlü insaf.  
Mən məhz mürüvvətü vəfayəm,  
Gəncineyi-gövhəri-ətayəm!  
Bidadü sitəm degil şüarım,  
Ədl içrə təmamdır əyanın.  
Mən həm xəciləm bu macəradən,  
Acizlərə qıldığım cəfadən.  
Həqqa bu degildir e'tiqadım  
Kim, hasil edəm mən öz muradım.  
Bir sınmışa mumiya dilərdim,  
Bir xəstə üçün şəfa dilərdim.  
Gördüm görünür bu əmr müşkil,  
Bimar degil əlaca qabil.  
Bidaddən olmuşam peşiman,  
Əfv edə məgər bu səhvi Sübhan.  
Gəlməz gözümə əyalü malın,  
Malın sənin olsunü əyalın.  
Var, indi sen eymən ol xətərdən,  
Minbə'd təvəhhüm etmə şərdən".  
Bunu dedi, açdı aləti-rəzm,  
Öz məmləkətinə eylədi əzm.  
Məcnun dəri-e'tiraz edib baz,  
Ol sərvərə tə'nə etdi ağaz:  
"K'ey bihudə qövlünü qərarın!  
Əhdində bumudur e'tibarın?  
Nə faidə sikkəsiz dirəmdən?  
Nə sud nəticəsiz kərəmdən?  
Sayən uludur, vəli, nə hasil  
Kim, feyz dəmində oldu zail".  
Hər necə ki, etdilər müraat  
Kim, "eyləyəlim buna mükafat,  
Ondan yegin edəlim, sənə yar,  
Asan işini gəl etmə düşvar!"  
Mütləq əsər etmədi ona pənd,  
Zənciri-həva qaçan tutar bənd?  
Əfğan çəkib etdi xirqəsin çak,  
Səhralara düşdü zarü qəmnak. 
  


125 
 
BU, MƏCNUNUN ZƏNCİRƏ ÖZÜN 
MÜQƏYYƏD ETDİGİDİR 
və 
BƏHANƏ İLƏ LEYLİ TƏRƏFİNƏ GETDİGİDİR 
 
Bir gün səhər ol mücaviri-dəşt,  
Eylərdi güruhi-vəhşlə gəşt.  
Bir piri-həzin göründü nagah,  
Zəncirli bir əsir həmrah.  
Məcnunun əsirə yandı canı,  
Ol piri-həzinə sordu anı  
Kim: "Bu nə əsirdir, bəyan et?  
Cürmün məni-mücrimə əyan et!"  
Sirri-dilin etdi pir rövşən  
Kim: "Dustdur, degil bu düşmən.  
Mən xəstəvü bəsteyi-əyaləm,  
Fəqr ilə ikən şikəstəhaləm.  
Bu həm məni-zardən betərdir,  
Avarəvü xarü dərbədərdir.  
Bir ruzi üçün olub füsunsaz,  
Hər dəm qılırız füsunlar ağaz.  
Ta hasil ola məaşi-ətfal,  
Bir şö'bədədir bu gördüyün hal.  
Bu, qanlılığa qılıbdır iqrar,  
Mən eyləmişəm bunu giriftar.  
Sahib diyətəm mənü bu xuni,  
Gör vəchi-məaş üçün füsuni.  
Ta kim, gəzib eyləyə gədalıq,  
Bəndinə qıla girehgüşalıq;  
Hər nə qazanır gəzəndə ev-ev,  
Təqsim edəriz arada cöv-cöv.  
Qismətdə həm etmişiz qərarı,  
Mən yarıyamü bu şəxs yan!.  
Məcnun dedi: "Səhv edibsən, ey pir!  
Divanələrə gərək bu zəncir.  
Gəl hacətimi mənim rəva qıl,  
Bənd eylə məni, bunu rəha qıl! 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə