MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

99 
 
Başım kəsilirsə söyləmən raz.  
Derdim sənə söyləyəm qəmi-dil,  
Səndə dəxi tab yox, nə hasil?  
Doymaz cigərim bu şərhi-razə,  
Ahım gətirər səni güdazə.  
Bir yarə bu dərdi eylədim faş,  
Olmadı mənə bu yolda yoldaş.  
Səbr eyləmədi bu dərdü dağə,  
Qatlanmadı, düşdü daşa-dağə.  
Yanında sənin həm urmayam dəm,  
Ta qaçmayasan irağə sən həm".  
Şəm'in çü görərdi yox zəbanı,  
Dəm urmağa yox yarımda canı,  
Pərvanəyə şərh edərdi razın,  
Ərz eylər idi olan niyazın. 
  


100 
 
BU, LEVLİNİN PƏRVANƏYƏ  
KƏŞFİ-RAZIDIR 
və 
ONUNLA FİLCÜMLƏ  
İZHARİ-NİYAZIDIR 
 
"K'ey, tairi-aşiyaneyi-eşq!  
Sərgəşteyi-abü daneyi-eşq!  
Sənsən rəhi-eşq içində sadiq,  
Aşiqsən, əmma təmam aşiq.  
Bir görməgə yarı can verərsən,  
Bir zövqə iki cahan verərsən.  
Xoşdur tələbi-vəfadə halın,  
Guya ki, fənadədir vüsalın.  
Hər necə ki, şöhreyi-cahansan,  
Eşq içrə səramədi-zamansan,  
Müşkül ki, mənim kimi olub zar,  
Məncə ola səndə şövqi-didar.  
Sən seyrdəsən həmişə sərməst,  
Mən dami-bəladə dərdə pabəst.  
Dünlər sənə dust həmnişindir,  
Hicran mənə müttəsil qərindir.  
Bir şö'ləyə sən nisar edib can,  
Düşvar qəmin qılırsan asan.  
Mən can ilə istərəm çəkəm qəm,  
Min can dilərəm qəm içrə hər dəm.  
Məncə sənə yox qəmi-nihani;  
Gər var desən, qanı
1
 nişani?  
Qanı nəmi-çeşmi-əşkrizin?  
Qanı dəmi-sərdü gərmxizin?  
Qanı sitəmü bəlayə durmaq?  
Eşqə duruşub cəfayə durmaq?"  
Pərvanədə həm görərdi nöqsan,  
Bulmazdı onunla dərdə dərman.  
Naçar qılıb təhəmmülü səbr, 
  
                                                            
1
 
Hanı 


101 
 
Ol kəsra dilərdi qeybdən cəbr.  
Yan gecələr ki, çeşmeyi-xab  
Gözlər çəmənin qılırdı sirab,  
Zülmatə düşərdi nuri-biniş,  
Aram bulurdu afəriniş,  
Yuxuya gedərdi yarü əğyar,  
Dərd əhli həmin qalırdı bidar,  
Səhraya çıxardı evdən ol mah,  
Kamınca qılardı naləvü ah.  
Fəryadın edib büləndpayə,  
Razi-dilini açardı Ayə. 
  


102 
 
BU, LEYLİNİN AY İLƏ MÜNAZİRƏ QILDIĞIDIR 
və 
XURŞİD KİMİ ŞÖVQ ODUNA YAXILDIĞIDIR 
 
"K'ey gah qədim kimi xəmidə'  
Gahi pür olan misali-didə!  
Gəh zahir olan mənə qəmimtək'  
Gəh qaib ənisü həmdəmimtək!  
Şahiddir ona bu inqilabın  
Kim, aşiqisən bir afltabın!  
Hicranı ilə nizar olubsan,  
Sərgəşteyi-ruzigar olubsan.  
Ey möhnəti-eşqdən xəbərdar,  
Gör, Tanrı üçün, nə möhnətim var!  
Qıl şö'leyi-ahimə nəzarə'  
Gər var isə rəhmin, eylə çarə!  
Seyr eylə fəzayi-hər diyari,  
Gəz cümleyi-dəştü kuhsari.  
Gör qandadır ol mənim pənahim'  
Şahim, mahim, ümidgahim!  
Hali-dilim ona ərz eylə,  
Billah, necə gördün isə söylə!"  
Ta vəqti-səhər bu idi hali,  
Təşvişdən olmaz idi xali.  
Mürği-səhəri çəkəndə avaz,  
Eylərdi bir özgə növhə' ağaz:  
"K'ey vay, tükəndi mayeyi-ömr!  
Xurşidə irişdi sayeyi-ömr!  
Dəmdir dəri-fürsət ola məsdud,  
Müşkül görünə boyani-məqsud.  
Dəmdir oyana yuxudan əğyar,  
Şərhi-qəmi-dərdim ola düşvar.  
Mən əxtəri-bürci-iştiyaqəm,  
Mən şəm'i-səraçeyi-fəraqəm.  
Gündüz həbsim, gecə nicatım,  
Gündüz mövtim, gecə həyatım.  
Olmuş dünümə günüm mütabiq,  
Gün görməz imiş bəlalı aşiq!" 
  


103 
 
BU, LEYLİNİN SƏBAYA PƏYAMİ-ƏHVALIDIR 
və  
ÜMİD İLƏ DƏF'İ-MƏLALIDIR 
 
Eylərdi səbaya dərdin izhar:  
"K'ey badi-səba, dur indi, zinhar!  
El qafil ikən bu macəradən,  
Suitanə səna yetir gedadən.  
Gör munisü qəmgüsan kimdir,  
Bizdən ki usandı, yarı kimdir?  
Könlü kimin ilədir təsəlli, 
Yadına gəlirmi hiç Leyli?  
Ərz eylə ki: "Ey gözəl şəhənşah!  
Haqdır sənə bəndədən bu ikrah...  
Əvvəl ki, bu dilfigan gördün,  
Bir tazəvü tər bəhan gördün.  
Hala ki, əsiri-dami-dərdəm,  
Manəndi-xəzan zəifu zərdəm.  
Meyl eyləmisən
1
 məni-nizarə,  
Döndisə iradətin, nə çarə?  
Mən bərgi-xəzanəm, olmuşam xar,  
Sən tazə bəharəsən tələbkar.  
Hər necə ki, xarü xakisarəm,  
Həm şəfqətinə ümidvarəm.  
Tərk etmə əvatifi-əmimi,  
Yad eylə məvəddəti-qədimi!"  
Şəb ta səhər ol büti-səmənbər  
Bidar qalıb misali-əxtər,  
Eylərdi bu suziş ilə şivən,  
Ol dəm ki, olurdu ruz rövşən,  
Nəğmə kimi pərdədar olurdu,  
Bir pərdə içində zar olurdu.  
Daim keçirərdi ol cigərsuz  
Övqatı bu rəsm ilə şəbü ruz.  
Peyvəstə çəkərdi ol güləndam  
Əndişeyi-sübhü möhnəti-şam. 
 
                                                            
1
 
Eyləmirsən 
 
 
 


104 
 
BU, LEYLİNİN BAHAR ƏYYAMİ  
SEYRİ-GÜLZAR ETDİGİDİR 
və  
GÜLZARDA MURADINA YETDİGİDİR 
 
Bir gün ki, bahari-aləmaray  
Zövq əhlinə oldu rahətəfzay,  
Ayineyi-dövrdən gedib jəng,  
Dövr etdi zəmini asimanrəng.  
Feyzi-şəbi-kimiya əsərdən,  
Tə'siri-şəmameyi-səhərdən  
Açıldı xəmi-bənövşədən tab,  
Şəbnəm gülə saçdı lö'löi-nab.  
Gülzarə həva əbir tökdü,  
Səhrayə qübari-mişk çökdü.  
Yağdırdı səhab jalə daşın,  
Ol daş ilə yardı qönçə başın,  
Zəxminə urub şükufə mərhəm,  
Pambıq yenilər ona dəmadəm.  
Səbzə gülə verdi mişk bacın,  
Gül səbzəyə mülkünün xəracın.  
Xoş rəng ilə yığdılar təcəmmüt,  
Firuzəvü lə'lü səbzəvü gül.  
Dərk eylədi qönçə rəmzü iyma,  
Gül adına açdı min müəmma,  
Məzmuni-rübaiyi-ənasir  
Feyz olduğu xəlqə oldu zahir.  
Susən vərəqi uçub həvayə,  
Hər səbzəyə kira, salardı sayə,  
Ol səbzəyə uğrayıb axan cu,  
Fuladə əgər verəydi bir su,  
Fulad dəmində can bulurdu,  
Şəmşirsifət zəban bulurdu.  
Arayişi-səbzədən zəmanə  
Bənzətdi zəmini asimanə.  
Xurşid, çiraği-çeşmi-aləm,  
Göydən yerə düşdügündə hər dəm 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə