MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

81 
 
BU, MƏCNUNUN ATASI 
LEYLİYƏ XASTARLIĞIDIR 
və 
LEYLİ ATASININ 
MƏCNUNDAN BİZARLIĞIDIR 
 
Saqi, gətir ol şərabi-nabi Kim,  
yetdi nisabə qəm hesabi.  
Qəm düşməni-cani-mübtəladır,  
Dəf eyləyə gör ki, bir bəladır!  
Söz cövhərinə olan xiridar,  
Bu növ ilə qıldı gərm bazar  
Kim, aciz olub qəm içrə ol pir,  
Məcnununa qıldı fikri-zəncir.  
Bildi ki, gər olmaz olsa Leyli,  
Mümkün degil olmağı təsəlli,  
Qıldı tələbin özünə lazim,  
Cəm' etdi əaliyü əazim.  
Ümmid ilə bağladı umub kam,  
Ol Kə'beyi-arizuyə ehram.  
Çün Leyli atası bildi hali,  
Uydurdu əkabirü əali,  
Qarşılarına olub rəvanə,  
Qıldı olar ilə əzmi-xanə.  
"Əhlənvə səhlən!" deyib dəmadəm,  
Min gəz dedi: "Ola xeyr məqdəm!"  
Çün şəm'sifət olar oturdu,  
Ol sərv kimi ayağa durdu.  
Ortaya buraxdı türfə xanlar,  
Ta kami-dil ala mihmanlar.  
Olmuşdu dolub kəbab ilə xan,  
Cədyü Həməl ilə asimansan.  
Əmma, əcəb ər qıla xirədmənd,  
Ol xanları asimanə manond,  
Hər kim qərəzin bulurdu xandan,  
Bu mümkün olurmu asimandan?  
Xanlar götürüldügündə ol pir 
  


82 
 
Təqrib ilə dərdin etdi təqrir:  
"K'ey, qədrlə qibleyi-qəbail!  
Səndən qamunun muradı hasil, 
Əslü nəsəbim sənə əyandır,  
Hökmüm neçə min evə rəvandır.  
Məşhuri-qəbailəm səxadə,  
Mə'rufi-təvaifəm ətadə.  
Həm var məhəbbətimdə tə'sir,  
Həm var ədavetimdə təşvir.  
Sərdəftəri-əhli-ruzigarəm,  
Hər necə desəm, yüz onca varəm.  
Nəxli-əməlim səmər veribdir,  
İyzəd mənə bir gühər veribdir.  
Hala dilərəm bu türfə lö'lu  
Bir lə'l ilə ola həmtərazu,  
Ta lö'lö olanda lə'lə vasil,  
Tərkib qılam müfərrihi-dil. 
Çox kanlara tişəvəş üz urdum,  
Çox ləl həqiqətini sordum.  
Hər kanda əgərçi lə'l çoxdur,  
Bir lə'l ki, layiq ola yoxdur.  
Bir lə'lin eşitmişəm sənin var  
Kim, lo'löümə odur səzavar.  
Lütf eylə, inayətü kəroə qıl!  
Ol lə'l ilə dürrü möhtərəm qıl!  
Qılsın gülü sərv sayəpərvər,  
Olsun gülə sərv sayəgüstər.  
Fəhm et sözümü, təğafül etmə,  
Bir xeyr işidir, təəllül etmə!  
Gər hasil olur bu kam səndən,  
Hər nə ki, dilərsən, istə məndən.  
Onca qılayın sənə rəvan gənc  
Kim, yer üzün eyləyə nihan gənc.  
Onca gühər eyləyim rəvanə  
Kim, bulmayasan ona xəzanə".  
Ol sərvi-səmənbərin atası,  
Ol gənci-nihanın əjdəhası 
  


83 
 
Lütf ilə dedi ki: "Ey xirədmənd!  
Mən kimi əsiri-dani-fərzənd!  
Sən xoş gəldin, səfa gətirdin,  
Torpaqlardan bizi götürdün.  
Müşkülcə xitabdır xitabın,  
Bilmən necə verərin cəvabın?  
Qürbün, bilirəm, mənə şərəfdir,  
Əmma xələfin əcəb xələfdir.  
"Məcnun" - deyə tə'n edər xəlayiq,  
Məcnuna mənim qızım nə layiq?  
Leyli deməyim ki, nazənindir,  
Bir tirə kənizi-kəmtərindir,  
Olmazmı kəniz cinsi-mərdüm?  
Yoxdurmu kənizə həm tərəhhüm?  
Div ilə pəri olurmu həmdəm?  
Olmaz, sözü açma əbsəm, əbsəm!  
Divanəyə zayc eyəmə rənc,  
Viranə gərək ona, nədir gənc?  
Tədbir ilə döndərib məzacın,  
Sevdasının eyləsən əlacın,  
Leyli onun olsun. eylədim əhd,  
Var indi, sən et əlacına cəhd!" 
 
  


84 
 
BU, MƏCNUN ATASININ HİRMANIDIR 
və  
QEYRİ BABDƏN TƏDBİRİ-DƏRMANIDIR 
 
Ol sahibi-nəngü namü namus  
Döndü evə, gəldi xarü məyus.  
Məcnuna dedi ki: "Ey cəfakəş!  
Hacət bitər, olmağıl müşəvvəş!  
Əql ilə açılır ol müəmma,  
Leyliyi sənə verərlər, əmma  
Şərti bu ki, olasan xirədmənd,  
Ərbabi-xirəddən alasan pənd.  
Rəf ola əlaməti-cünunun,  
Əql ola həmişə rəhnümunun".  
Məcnun dedi: "Ey ədibi-kamil!  
Divaneyi-eşq olurmu aqil?  
Gər məndə bir ixtiyar olaydı,  
Tədbirimə e'tibar olaydı,  
Əvvəldən ədəb şüar edərdim,  
Təmkinimi üstüvar edərdim.  
Olmazdı bu halə ehtiyacım  
Kim, ola əzab ilə əlacım. 
Məndə bu əlacə yox müdara,  
Min gəz qəmim etmən aşikara.  
Yoxdur rəvişimdə inqilabım,  
Əvvəlki cəvabdır cəvabım.  
Sən əhli-xirədsən, eylə tədbir,  
Tədbirin edə məgər ki, tə'sir,  
Leyliyi dəxi mən etməyim yad,  
Mən aqili-vəqt olam, sən azad".  
Ol piri-şikəstəhal heyran  
Tədbiri-əlac edib firavan,  
Hər qanda eşitdi bir təbibi,  
Gülzarının oldu əndəlibi.  
İzhar edib ona ehtiyacın,  
Bimarına istədi əlacın.  
Bimarına min təbibi-haziq 
  


85 
 
Bir şərbət içirmədi müvafiq.  
Hər yerde ki, bildi bir nəzirgah,  
Varıb ona oldu xaki-dərgah.  
Çox ol gotürüb dualar etdi,  
Çox nəzr verib ətalar etdi.  
Rə'yilə məlulun etməyə şad,  
Min pirdən almadı bir irşad.  
Çox sehr oxunub yazıldı tə'vid,  
Çox məkrlərə tutuldu ümmid,  
Edilmədi heç birilə çarə,  
Nə çarə qəzayi-kirdigarə? 
Bir gün dedilər ona ki: "Ey pir!  
Aləmdə sənə bu qaldı tədbir – 
Kim, Kə'bəyə iltəsən əsirin,  
Ola ki, Həq ola dəstgirin.  
Tövfi-hərəm olsa ona hasil,  
Sərgəştəlik ondan ola zail.  
Ursa Həcəri-mübarakə baş,  
Yumşaya, əgər ola qara daş". 
  


86 
 
BU, MƏCNUNİ-BİÇARƏNİN KƏ'BƏYƏ ÜZ 
URDUĞUDUR 
və  
MÜNACATLA SEVDASI ARTDIĞIDIR 
 
Ol pir bu xeyr işə qalıb cəhd, 
Məcnuna mürəttəb etdi bir məhd.  
Aldı onu, əzmi-rah qıldı,  
Əzmi-hərəmi-ilah qıldı.  
Çün Kə'bəyə irdi ol nikuxu,  
Məcnuna dedi ki: "Ey bəlacu!  
Tut Kə'bəyə ruy, taət eylə!  
Təmkinü ədəb riayət eylə.  
Tə'zim şəraitin oda qıl,  
İxlasi dürüst edib dua qıl.  
Ola ki, qəbul ola niyazın,  
Həq şəfqəti ola çarəsazm.  
Bu yerdə qəbul olur dualər,  
Bu büq'ədə bəxş olur ətalər.  
Qıl tövbə ki, əhsəni-əməldir,  
Cəhd eylə nicatə kim, məhəldir".  
Məcnun bulub ol məqamdan zövq,  
Saldı ünü çərxə nəş'əyi-şövq.  
Suz ilə çəkib cigərdən avaz,  
Ərz etdi binayi-Kə'bəyə raz:  
"K'ey səqfi büləndü qədri ali,  
Mehrabi-əazirmü əalü  
Ey qibleyi-əhli-izzü iqbal,  
Rüxsari-zəminə ənbərin xal!  
Ey məğzi-vəfayə kisvətin pust, 
 Həmrəngi-pəlasi-xaneyi-dust!  
Ey gülbüni-qönçeyi-ibadət,  
Sənduqi-cəvahiri-səadət!  
Ey daim olan mənimlə həmdərd,  
Əmma nə mənim kimi cahangərd!  
Köksünə uran Həcər kimi daş,  
Zəmzəm kimi gözdən axıdan yaş! 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə