MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

61 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Saqi, gətir ol meyi-muğani  
Kim, unudalım qəmi-cəhani!  
Rəhm eylə ki, qəsdi-can edər qəm,  
Bağrım sitəm ilə qan edər qəm.  
Qıl əqlimi badə üə zail,  
Çərxin sitəmindən eylə qafil.  
Fəryad ki, çərx bivəfadır,  
Daim işi cövr ilə cəfadır.  
Bir adət ilə mədarı yoxdur,  
Dövranının e'tibarı yoxdur.  
Gər həmnəfəs etsə iki yan,  
Bir yerə gətirsə iki zarı, 
Əlbəttə, səbəb salar arayə,  
Onları əsir edər bəlayə.  
Billah nə yamandır aşinalıq,  
Çün vaqe olur yenə cüdalıq. 
  


62 
 
GÜZARİŞİ-HALİ-MƏCNUN 
 
Gülzari-kəlam bağbani  
Böylə bəzəmiş bu bustani  
Kim, sərvi-riyazi-möhnotü dərd,  
Sövdazədə Qeysi-dərdpərvərd  
Hər sübh gedərdi məktəbə şad,  
Məktəbdə olurdu qəmdən azad,  
Məşqi-xəti-hüsni-yar edərdi,  
Dəf i-qəmi-ruzigar edərdi.  
Zövq ilə tutub təriqi-sabiq,  
Adət üzərinə sübhi-sadiq  
Gəldi yenə məktəbə fərəhnak  
Ta kim, qıla zövqi-vəsli idrak.  
Gördü ki, behiştə hur gəlməz,  
Gün çıxdı, hənuz nur gəlməz.  
Xurşidsiz oldu raz ta şəb,  
Oldu başına qaranqu məktəb.  
Bildi ki, sipehri-şö'bədəbaz  
Bir şö'bədə eyləyibdir ağaz.  
Əlbəttə, cəfayi-tə'ni-əğyar  
Ol gül yoluna buraxdı bir xar.  
Nomid olub etdi nalə bünyad,  
Dedi: "Nədir, ey fələk, bu bidad?  
Netdim sənə, qəsdi-canım etdin,  
Qət'i-rəhi-dilsitanım etdin?  
Kəsdin tələbi-qərəzdə rahim,  
Bildir mənə kim, nədir günahim?  
Əvvəl məni eylədin mükərrəm,  
Vəsli-sənəm ilə şadü xürrəm,  
Döndün niyə böylə, cövr edərsən?  
Ol dövrə nəqiz dövr edərsən?  
Vəhm eyləmədinmi kim, çəkib ah,  
Suzi-cigər ilə bir səhərgah  
Yandıram oda doquz rəvaqın,  
Suzin sənə bildirəm fəraqın?  
Tədbir qıl, ey müəllimi-pir, 
  


63 
 
Et sehr ilə ol pəriyi təsxir!  
Ancaq mənə sanma yetdi bu qəm  
Kim, yetdi mənə yetən sənə həm.  
Düş, ey əlif, istiqamətindən,  
Şərm eylə bu qəddü qamətindən!  
Qəddi həvəsilə dəm urarsan,  
Ol getdi, əcəb ki, sən durarsan!  
Ey nun! Çü nihandır obruyi-yar,  
Sən dəxi nəzərdə durma, zinhar!  
Ey mim! Çü ağzı oldu qaib,  
Oldu sənə həm edəm münasib!  
Olsan nola, ey dəvat, diltəng?  
Ayineyi-xatirin tutub jəng,  
Ol türreyi-mişkbudan ayru  
Hicran qara bağrın eyləmiş su.  
Ey xamə, sirişkbar olubsan,  
Sərgəştəvü biqərar olubsan!  
Guya bu gim etməmiş müyəssər  
Dövran sənə dəstbusi-dilbər.  
Ey lövh, o xəttin eylə yadın,  
Qıl sinədə nəqş qəm səvadın!"  
Bir neçə gün ol əsiri-hicran.  
Məktəbdə gəzib qılırdı əfğan.  
Hər raz fəğanı ilə ta şəb,  
Tə'zib çəkərdi əhli-məktəb.  
Şəb həm qılıban fəğanü zari,  
Eylərdi müxatəb ol nigari:  
"Key göz nuri, könül süruri!  
Sənsiz gözümün yox oldu nuri.  
Əvvəl nə idi bu aşinalıq?  
Axır niyə eylədin cüdalıq?  
Əvvəl niyə eylədin məni məst,  
İzhari-məhəbbət ilə pabəst?  
Axır nə üçün xumarə saldm,  
Bu möhnoti-intizarə saldın?  
Saldın dili-zarə nari-firqət,  
Qıldın gözümü pür abi-həsrət! 
  


64 
 
Könlüm odu qıldı yanə-yanə  
Ahəng şəfəqtək asmanə.  
Yaşım suyu oldu varə-varə  
Bir bəhr ki, yox ona kənarə.  
Mən isəməzəm bu gündə həmdəm,  
Yanımdan itət xəyalını həm!  
Olmaya düşüb xəyalın, ey məh,  
Oda yana, suya bata nagəh.  
Sərməsti-şərabi-iştiyaqəm,  
Mədhuşi-təhəyyüri-fəraqəm,  
Qoyma qəmini mənimlə həmrah,  
Faş eylərəm onu xəlqə nagah.  
Sərməstdə ixtiyar olmaz,  
Mədhuşda e'tibar olmaz.  
Can oldu qəmin yolunda bərbad,  
Təşvişi-fənadən oldum azad.  
Göstərdi mənə qərain məzaqi  
Eyşi-əbədi, nişati-baqi.  
Gər gəlsə əcəl, mənim nəm ala?  
Can xud yoxdur, məgər qəm ala.  
Şəm'i-şəbi-mehnətü bəlayəm,  
Aşüfteyi-cünbüşi-həvayəm.  
Suzi-dil ilə tökülsə yaşım,  
Tiği-qəm ilə kəsilsə başım,  
Candan çıxarıb həvayi-eşqi,  
Tərk eyləməzəm bəlayi-eşqi.  
Bu günləri kim, qəm içrə zarəm,  
Hicran ələmilə biqərarəm,  
Gər nameyi-ömrə kilki-təqdir  
Gündür deyibən qılırsa təhrir, 
Eylər məni ol hesab məğbun  
Kim, surəti-haldır digərgun.  
Gün şərti demişlər afitabi,  
Billah ki, bu nüktədir hesabi.  
Hər gün ki, görünməz afitabım,  
Mən gün deməzəm, budur hesabım.  
Yox kimsə bu dərdi-dildən agah, 
  


65 
 
Bu dərdi-dil ilə neyləyim, ah?! 
Dərdim sözə gəldigincə artar, 
Oddur, yel ilə zəbanə dartar". 
Əyyamü-vüsalı eyləyib yad, 
Ol xəstə bu şe'ri etdi bünyad: 
 
QƏZƏLİ-MƏCNUN 
 
Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,  
Ne'məti-vəsün görüb, nazra çəkərdim can ilə. 
 
Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə,  
Olmamışdı tirə əyyamım şəbi-hicran ilə. 
 
Məhvəşimdən, dustlar, dövran cüda istər məni, 
Düşmənimdir, hiç bilmən netmişəm dövran ilə? 
 
Yetsə gər aşiqlərin əflakə əfgam, nə sud,  
Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə. 
 
Yaşınb
1
 saxlardım eldən daği-hicranın, əgər  
Etmək olsaydı müdara dideyi-giryan ilə. 
 
Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,  
Qoymadı dövran keçə övqatım ol ünvan ilə. 
 
Ey, Füzuli, əxtəribəxtim müsaid olmadı  
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə. 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Söz müxtəsər: ol əsiri-sevda  
Bir növ ilə oldu xəlqə rüsva  
Kim, Qeys ikən, oldu adı Məcnun,  
Əhvalını etdi qəm digərgun. 
   
                                                            
1
 
Gizlədib
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə