MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

76 
 
Sanma olur əhli-əqlü iman!  
Əqlimi olur müdam məstin?  
İmani olurmu bütpərəsin?  
Şe'rə həvəs etmə kim, yamandır,  
Yaxşı deselər onu, yalandır!  
Hala qıla gör kəmal hasil,  
Fövt etmə məcal, gəzmə qafıl!  
Ey baği-ümidimiz nihali,  
Qılma bizi nəng payimali!  
Məhbub həm istəsən, kəm olmaz,  
Biz kim, səniniz, sənə qəm olmaz.  
Vardır bu həşəmdə rain qəbilə,  
Hor taifə içrə min cəmilə.  
Bir-bir qılalım qamu sənə ərz,  
Yetsin yerinə bizə olan fərz.  
Bir sərvi-səhiqədii səmənbər T 
əzvicini edəlim müqərrər,  
Tə'yin edəlİm sənə məhü sal,  
Sərf eyləyə bildigincə əmval.  
Sən tutma həmin təriqi-vəhşət,  
Qət'i-nəsəb eyləmə əmanət!  
Bizdən bu nəsihəti qəbııl et!  
Hər ləhzo bizi, yetər məlul et!  
Üşşaq sefahətin qılıb yad,  
Bu şe'ri nə xoş demiş bir ustad: 
 
QƏZƏLİ-USTAD 
 
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,  
Eşq afəti-can olduğu məşhuri-cabandır! 
 
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz  
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır! 
 
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,  
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır! 
 


77 
 
Yaxşı görünür surəti məhvəşlərin, əmma  
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır! 
 
Eşq içrə əzab olduğun ondan bilirəm kim,  
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır! 
 
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,  
Mərdüra deyib aldanma kim, içdikləri qandır! 
 
Gər dersə Füzuli ld: "Gözəllərdə vəfa var",  
Aldanma ki, şair sözü, əlbəttə, yalandır. 
  
 
 
 
 
 
 
 
 


78 
 
BU, MƏCNUNUN  
NƏSİHƏT QƏBUL ETMƏDİGİDİR 
və 
ATASININ DƏRDİ DƏRMANA  
YETMƏDİGİDİR 
 
Məcnun ki, eşitdi bu xitabı,  
Verdi bu əda ilə cəvabi:  
"K'ey ruhi-rəvanın atə, anə!  
Kami-dilü canım atə, anə!  
Təhqiq edibəm, işim xətadır,  
Hər nə desəniz mənə rəvadır.  
Aludeyi-rəngi-dudi-ahəm,  
Zilli-günəh ilə rusiyahəm.  
Mən həm olubam bu işdən agah,  
Əmma nə deyim, nə söyləyim? Ah!  
Yoxdur bu işimdə ixtiyarım,  
Zəbtimdə inani-iqtidarım!  
Əql oldu zəifü eşq qalib,  
Xatir nigaran, nigar cazib.  
Tutdu tənü canımı qəmi-yar,  
Qeyrəl-məhbub leysə fiddar.
1
 
Məndə dəxi necə mənlik olsun,  
Məndən məni istəyən nə bulsun?  
Təqdir çü böylədir, nə tədbir,  
Təqdiri edərmi kimsə təğyir?  
Olsaydı mənə nişat ruzi,  
İstərmi idim bu dərdü suzi?  
Gər səhhətə qadir olsa bimar,  
Dərdə özün eyləməz giriftar.  
Əl versə gədayə padişalıq,  
Sanman ki, qılır dəxi gədalıq.  
Fitrətdə nə halət olsa məqsum,  
Rəf olmadığıdır əmri-mə'lum.  
İslahıma eyləmən təəmmül 
  
 
                                                            
1
 
Sevgilidən başqa kimsə yoxdur.
 


79 
 
 
  
 
 
Kim, gül tikən olmazü tikən gül.  
Keyfiyyəti-abü cövhəri-xak,  
Dönmək olamı qəbuli-idrak?  
Su süfləligindən ayrılırmı?  
Od yandıra bilməyə bilirmi?  
Ol gün ki, rəhimdə kilki-qüdrət  
İcadıma verdi zibi-surət,  
Doldurdu həva ilə dimağım,  
Sevda ilə bağladı ayağım. 
Doldu bədənimdəki rəgü pust,  
Başdan-ayağa məhəbbəti-dust.  
Mülk eylədi könlümü bəlayə,  
Vəqf eylədi canımı cəfayə.  
Yox məndə bu hökmdən təxəllüf,  
Ol maliki-vəqfədir təsərrüf.  
Dərdi-əzəli dəva bulurmu?  
Mehri-əbədi fəna bulurmu?  
Mən şəm'i-səraçeyi-fəraqəm,  
Suzi-cigər ilə xoşməzaqəm.  
Məndən diləyən bu suzi zayil,  
Bidadimə olmuş ola mayil.  
Şəm'in ki, həyatı oldu atəş,  
Halı onun atəşilədir xoş.  
Oddan diləyən onun nocatın,  
Fani diləmiş ola həyatın.  
Düşmənliyə dustluq qılıb ad,  
Tədbiri-nicatını eyləmən yad.  
Mən qərqeyi-bəhri-şövqi-yarəm,  
Bərhəmzədeyi-qəmi-nigarəm,  
Ancaq səbəbi-qərarım oldur,  
Arami-dili-figanın oldur.  
Onunla edin bu dərdə mərhəm,  
Urman
1
 dəxi özgə kimsədən dəm.  
                                                            
1
 Vurmayın. 


80 
 
Dersiz mənə var dilrübalər,  
Leyli kimi çox pəriliqalər... 
  
 
Billah, deməniz bu hərfı zinhar!  
Aləmdə bir ondan özgə kim var?  
Bülbül gül üçün qılanda nale,  
Dərdinə dəva olurmu lalə?  
Xosrov degiləm ki, mənə dilbər  
Şirin ola gah, gah Şəkkər!  
Mən yekcəhətəm təriqətimdə,  
Təğyir işi yox cibillətimdə".  
Üzrünü bəyan edib həm ol dəm  
Təqrirə gətirdi bir qəzəl həm: 
 
 
BU QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR 
 
Eşq dərdi, ey müalic, qabili-dərman degil!  
Cövhərindən eyləmək cismi cüda asan degil! 
 
Dövr cövründən şikayət edənə aşiq demən,  
Eşq məsti vaqifi-keyfiyyəti-dövran degü! 
 
Şəhrdən səhrayə bir fərq olduğun hər kim bilir,  
Bilmiş ol kim, eşq səhrasında sərgərdan degil. 
 
Hər kim idrak eylər öz keyfiyyəti-halın, hənuz  
Düst rüxsarinə eyni-şövq ilə heyran degil. 
 
Canı canan ittihadı fariğ eylər cismdən,  
Cismdən agah olan can vasili-canan degil. 
 
Der imiş düşmən ki, həmdəmdir Füzuli yar ilə,  
Hər sözü böhtan isə, həqqa bu söz böhtan degil. 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə