MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

93 
 
Gül kimi lətifü nazəninsən  
Ey, səbzeyi-cuybari-vəhşət'  
Rə'na səməni-bəhari-vəhşət!  
Tənha qoyma məni-zəbuni,  
Olğıl mənə dəşt rəhnümuni!  
Gəz bir neçə gün mənimlə həmrah, 
İnsan deyib etmə məndən ikrah!  
Yaşım kimi getmə çeşmi-tərdan,  
Kəsmə əyağın bu rəhgüzərdən!  
Sərçeşmeyi-çeşmim eylə mənzil,  
Sərmənzilimizdən olma qafil!  
Olsun bəbəgim qərargahın,  
Əşkü müjə ab ilə giyahın.  
Ey çeşmi-nigar yadigari'  
Səhl eylə mənə qəmi-nigari!  
Qıldıqda xəyali-çeşmi-Leyli,  
Sən ver məni-xəstəyə təsəlli".  
Çün ol, bəşəriyyətin unutdu,  
Ahu həm onunla üns tutdu,  
Onun səbəbilə həm çox ahu,  
Səhradə onunla tutdular xu. 
  


94 
 
BU, MƏCNUNUN KƏBUTƏRƏ 
ŞƏRHİ-HALIDIR 
və 
ONDAN İLTİMASİ-TƏDARÜKİ-MAFİLBALIDIR 
 
Bu mənzilə yetdi zarü müztər,  
Bir damdə gördü bir kəbutər.  
Hər rövzəni-dami bir dəri-qəm,  
Min qəm mütəvəcceh ona hər dəm.  
Məcnun ona baxdı, yandı canı,  
Yaşı kimi cuşə gəldi qanı.  
Səyyadına eylədi təzərrö',  
Qurtarmağın eylədi təvəqqö'.  
Səyyad dedi ki, mən fəqirəm,  
Fəqrə bu həmamətək əsirəm.  
Haşa ki, bu mürği-tizrəftar  
Azad ola, mən qalanı giriftar.  
Gər var İsə qiymətin əda qıl,  
Ondan bunu damdən rəha qıl! 
Əvvəl məni eylə qüssədən şad,  
Ondan bunu dami-qəmdən azad!"  
Var idi qolunda bir düri-tər,  
Şəffaf çü dideyi-kəbutər,  
Verdi onu, aldı ol əsiri,  
Üftadənin oldu dəstgiri.  
Sürtdü qədəminə çeşmi-pürxun,  
Onca ki, ayağın etdi gülgün.  
Hər dəm ona ərzi-raz edərdi,  
Min nəğmeyi-şövq saz edərdi:  
"K'ey tizpərü büləndpərvaz!  
Ərbabi-vəfayə məhrəmi-raz!  
Bu rəngi-libasi-nilfamın,  
Ənduhü məlaməti-müdamın  
İzhar qılır nişaneyi-qəm,  
Kim qıldı səni əsiri-matəm?  
Gər aşiq isən, sən ey cahangərd,  
Qaçma ki, mənəra səninlə həmdərd. 
 


95 
 
Bir ləhzə mənimlə həmnişin ol,  
Gəncineyi-razimə əmin ol!  
Başım tükün aşiyanə qılğıl,  
Göz yaşımı abü danə qılğıl,  
Sən qasid imişsən, ey həmamə,  
Məndən həm ilət nigarə namə!  
Gör hicri-rüxündə iztirabım,  
Peyğamım ilət, gətir cəvabım.  
Billah, səri-kuyinə gedəndə,  
Hər cizginibən təvaf edəndə,  
Yad eylə məni, səvabıma gir,  
Bir tövf səvabını mənə ver.  
Qon xaki-dərinə, istə danə,  
Qıl özünə danəni bəhanə.  
Olduqca məcalın etmə namus,  
Məndən yetir ol yerə zəminbus!"  
Onca dedi ona həm qəmi-dil  
Kim, qıldı onu həm ünsə mayil.  
Başında olub şəb aşiyani,  
Gündüz olur oldu pasibani.  
Zatında görüb nişaneyi-xeyr,  
Həm vəhş mütii oldu, həm teyr.  
Ram oldu bəhaim ol figarə,  
Bir fövc yığıldı varə-varə.  
Ol zar idi mülki-dərd şahi,  
Xeyli-dədü dam onun sipahi.  
Olmuşdu bəşərdən öylə bizar  
Kim, öz əksin sanırdı əğyar.  
Dartıb göyə dudi-şö'leyi-ah,  
Öz sayəsin istəməzdi həmrah. 
 
  


96 
 
BU, LEYLİ ƏHVALINDAN  
BİR XƏBƏRDİR 
və 
MƏ'ŞUQÜ AŞİQ ƏTVARINDAN 
BİR ƏSƏRDİR 
 
Saqi, mütəəllimi-xumarəm,  
Müştaqi-şərabi-xoşgüvarəm!  
Üftadəligim gör, etmə ehmal,  
Rəhm et, bir eyağ ilə əlira al!  
İzhar qılıb səfayi-məşrəb,  
Bu bəzmi çü eylədin mürəttəb,  
Bəzm əhlinə növbət ilə ver cam,  
Həm xas riayət eylə, həm am!  
Məcnunə həmin şərab tutma,  
Leyliyi kİ, əsldir unutma!  
Dehqani-fəsihi-farsizad  
Bu gülşənə böylə dikdi şümşad  
Kim, ol çəməni-vəfa bəhari,  
Daği-qəmi-eşq laləzari,  
Yə'ni rəvişi-vəfadə möhkəm,  
Leyli, sədəfi-cəvahiri-qəm  
Girmişdi həsarə gəncmanənd, 
Urmuşdu ayağə pənddən bənd.  
Nə bir fərəhi, nə bir nişati,  
Nə kimsə ilə bir ixtilati.  
Bizar atadənü anadən,  
Biganə cəmii-aşinadən.  
Yanına olurdu xublər cəm',  
Pərvanəsifət həvaliyi-şəm',  
Şad olmağa xatiri-həzini,  
Əylənməyə təb'i-nazənini  
Min türfecə-türfəcə fəsanə  
Şirin söz ilə çəkib bəyanə,  
Eylərlər idi zaman-zaman yad,  
Təqrib ilə, ləhzə-ləhzə bünyad.  
Ol tərk qılıb nişatü rahət, 


97 
 
Bir üzvünü eyləyib cərahət,  
Eylərdi bəhanə ilə nalə,  
Düşməzdi olar düşən xəyalə.  
Qızlar qaşa versə vəsmədən rəng,  
Can güzgüsünə salardı ol jəng.  
Qızlar üzə qoysa nildən xal,  
Ol nilə çəkərdi rəxt filhal.  
Qızlarda xəyalı-nəqşi-diba,  
Ol nəqşi-xəyal ilə şəkiba.  
Qızların əli hənadə gülgun,  
Onun əli əşki ilə pürxun.  
Nə ignədə, nə ipəkdə meyli,  
Müjganə tökərdi əşk seyli.  
Qızlar qılıb arizuyi-ziyvər, 
Gər riştəyə çəksələrdi gövhər,  
Ol dəxi çəkərdi eyləyib rəşk,  
Tari-bədəninə gövhəri-əşk.  
Məcnundan idi cürtuni əfzun,  
"Leyli" deyənə deyərdi "Məcnun!"  
Dünlər ki, gedib yanından ol cəm',  
Bir guşədə ol qalırdıvü şəm'  
Şəm'ə qəmi-dil bəyan edərdi,  
Suzi-cigərin əyan edərdi. 
  


98 
 
BU, LEYLİNİN ÇİRAĞLA  
MACƏRASIDIR 
və 
ONDAN ÇAREYİ-DƏRDİ-DİL 
TƏMƏNNASIDIR 
 
"K'ey didəsi bağlı, bağrı dağlı'  
Başı qaralı, ayağı bağlı!  
Gəl, olalı həmnəfəs mənü sən,  
Razi-dili-zarin eylə rövşən!  
Nə dərd səni nizar edibdir,  
Alüftəvü zərdü zar edibdir?  
Başdan ayağa nədir bu yanmaq,  
Dudi-dilə dəmbədəm boyanmaq?  
Nə cinsdir əslin, ey bəlakəş  
Kim, abi-həyatın oldu atəş?  
Şərhi-dili-gərmü çeşmi-tər ver,  
Sərrişteyi-razdən xəbər ver!  
Hər ləhzə düşərsən iztirabə,  
Həm atəşə qərqsən, həm abə.  
Nə sehr qılırsan, ey səhərxiz  
Kim, atəşin abdən olur tiz?  
Mən suxtədən həm olma qafil,  
Məndə dəxi var bir qəmi-dil.  
Mən həm sənə bənzərəm vəfadə,  
Bəlkə neçə mərtəbə ziyadə.  
Sən gecə həmin yanarsan, ey zar!  
Mən gecəvü gündüzəm giriftar.  
Səndə əsəri-həva ziyandır,  
Nisbət mənə rahəti-rəvandır.  
Xoşdur sənə sirrini, töküb yaş,  
Məclislər içində eyləmək faş.  
Könlün çü degil vəfadə qaim,  
Könlündəkidir dilində daim.  
Mən sabiti-ərseyi-bəlayəm,  
Ney kimi xəzaneyi-həvayəm.  
Olmam olur-olmaz ilə dəmsaz, 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə