MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

105 
 
Təhqiq edibən çıxıb gümandan,  
Bilməzdi zəmini asimandan.  
Gülzarlar oldu işrətabad,  
Hər yerdə olundu bəzm bünyad.  
Hər guşədə hər kim aldı bir kam,  
Hər büq'ədə hər kim içdi bir cam.  
Leylinin anası gördü mütləq  
Yox Leyliyi-natəvanda rövnəq,  
Meyli-gülü sərvü səbzə qılmaz,  
Min qönçə açıldı, ol açılmaz.  
Sərf etdi şükufətək dirəmlər,  
Cəm' eylədi nazənin sənəmlər,  
Səhrayə çıxardı ol nigarı,  
Qıldı gülə ərz növbahan,  
Ta qüssəvü qəmdən ola azad,  
Bir dəm gülə, oynaya, ola şad.  
Ol bir neçə bikri-pakdaman,  
Həmrah olub oldular xuraman,  
Üzdən götürüb ədəb niqabın,  
Rəf eylədilər həya hicabın.  
Hər kim nə bilirsə lə'b ya ləhv,  
İzharə gətirdi etməyib səhv.  
Gah eyləyibən sürudlər saz,  
Bülbüllərə oldular həmavaz.  
Gah göstərib oynamaqda halət,  
Şümşadə yetirdilər xəcalət.  
Lakin həvəs eyləməzdi Leyli,  
Olmazdı bu ləhvü lə'bə meyli.  
Artırmış idi bahar dərdin,  
Gül zövqü rüxi-nigar dərdin.  
İstərdi fərağət ilə bir dəm,  
Tənha tuta bir bucaqda matəm.  
Ayrılmayıb ol pəriliqalər,  
Artırdı bəlasına bəlalər.  
Çün eylədi kəsrət onu diltəng,  
Neyrəng ilə verdi onlara rəng:  
"K'ey sərvlər, eyləmən iqamət, 
 
  


106 
 
Ta evdə çəkilməyə nədamət!  
Durun, qılalım tərəf-tərəf gəşt,  
Seyr eyləyəlim həvaliyi-dəşt  
Sancıb belə nazənin ətəklər,  
Cəm' eyləyəlim gözəl çiçəklər!  
Çox dərməgə hər kim olsa qadir,  
Oldur bu sənəmlər içrə nadir."  
Bir yaniye getdi hər pərivəş,  
Dağıldı şərər, tutuşdu atəş.  
Tənha qalıb etdi naləvü zar, 
Qıldı gözün əbrvəş gühərbar. 
  


107 
 
BU, LEYLİNİN ƏBR İLƏ  
İZHARİ-NİYAZIDIR 
və  
EŞQ BABINDA KƏŞFİ-RAZIDIR 
 
Əbr ilə təkəllüm etdi ağaz:  
"K'ey ahim ilə həmişə həmraz!  
Göz yaşın ilə göyə yetərsən,  
Sanma məni-zardən betərsən!  
Ərz eyləmə rə'dü bərqü baran,  
Bəhs etmə mənimlə ruzi-hicran!  
Fəryad qılıb dəmi-səhərgah,  
Əflakə çəkəndə şö'leyİ-ah,  
Seylabi-sirişk edəndə cari,  
Gəl gör məni-zari-biqərari!  
Ey əbr, hər əksiləndə suyin,  
Dəryalərə tökmə abi-ruyin!  
Al suyi bu çeşmi-xunfəşandan,  
Dəryalərə həm bağışla ondan!  
Ey əbr, mənə dəmi vəfa qıl,  
Düşdü sənə hacətim, rəva qıl!  
Var ol üzü gül nigarə məndən,  
Zar ağla və söylə yarə məndən:  
K'ey türfə nigari-nazəninim, 
V'ey
1
 arizuyi-dili-həzinim!  
Gəl gör ki, qəmində necə zarəm,  
Sənsiz necə zarü biqərarəm!  
Gəl gör ki, nədir qəmində halım,  
Rəngi-rüxi-zərdü əşki-alım!  
Can bari-bədən götürməz oldu,  
Göz rəngi-vücudu görməz oldu.  
Canım canı, gözümün çırağı,  
Rəhm eylə ki, gəldi rəhm çağı!  
Mən bilməz idim, belə imiş eşq,  
Bir dərdli macəra imiş eşq. 
 
  
                                                            
1
 
Və ey 


108 
 
Derdin ki: "Bəla yolunda fərdəm,  
Eşq içrə sənə şəriki-dərdəm.  
Saldın məni-xəstəyi bu halə,"  
Dərdə məni eylədin həvalə!  
Hər dərd ki var, Leyli aldı,  
Mə'lumdurur, sənə nə qaldı.  
Ey, mərd mənəm, - deyə uran laf,  
İnsafmıdır bu? Qanı insaf!?  
Tut kim, xəsü xari-rəhgüzarəm,  
Torpaq kimi yolunda xarəm.  
Xurşudi-cəmalın, ey məhi-növ,  
Toprağa nola buraxsa pertöv?  
Barani-vüsalın, ey düri-nab,  
Qılsa xəsü xarı nola sirab?  
Olma meyi-qəflət ilə mədhuş;  
Həmsöhbətin eyləmə fəramuş!  
Ey yari-müvafiqü vəfadar!  
Ey mən kimivü mənə səzavar!  
Gəl yanimə, kəsmə aşinalıq,  
Yaxşımı olur bu bivəfalıq?  
Derlər səni aşiq, ey nikuru!  
Aşiqlərə böyləmi olur xu?  
Hər kim gərək öz işində kamil,  
Aşiq nə rəva ki, ola kahil,  
Aşiq gərək olmayıb qərarı,  
Tövf edə müdam kuyi-yarı.  
Düşməz bu yana sənin güzarın,  
Var ola məgər br özgə yarın?  
Yarın mən isəm, mənə nəzər qıl!  
Gahi bu yanayə bir güzər qıl!  
Gər səndə olan fərağəti-dil,  
Bir dəm mənə olsa idi hasil,  
Geysuyi-müsəlsəlü girehgir  
Boynumda gər olmasaydı zəncir,  
V'ə
1
 bağlamayaydı bəndi-xəlxal 
 
                                                            
1
 
Və əgər 
 


109 
 
Qeyd ilə əyağımı məhü sal,  
Eyb ilə çəkilməsəydi adım,  
Billah, bu idi həmin muradım  
Kim, sayə misalı səndən, ey nur,  
Olduqca vücudum, olmayam dur!  
Əmma nə edim? Əsiri-qeydəm,  
Bir boynu, əyağı bağlı seydəm.  
Bildirməgə möhnətü məlalım  
Bu şe'r yetər bəyani-halım:" 
 
 
BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR 
 
Eşq daminə giriftar olalı zar olubam,  
Nə bəladır ki, ona böylə giriftar olubam? 
 
Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim,  
Künci-qəmxanəyə bir surəti-divar olubam. 
 
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,  
Öylə kim, arizeyi-hicrilə bimar olubam. 
 
Həzərim tə'nədən ol qayətə yetmişdir kim,  
Yarə əğyar olub, əğyarım ilə yar olubam. 
 
Deməzəm dəxi: "Sənə aşiqəm", ey gül! Zira  
Sənə aşiqligim izhar edəli xar olubam. 
 
Əqlü səbrü dilü din getdi, bihəmdillah kim,  
Səfəri-sahili-dəryayə səbükbar olubam. 
 
Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,  
Valehi-nəqşi-xəyali-rüxi-dildar olubam. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə