MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

115 
 
BU, MƏCNUNUN NÖVFƏL İLƏ  
DƏRDİ-DİL ƏDASIDIR 
və  
ŞƏRHİ-TƏFSİLİ-MACƏRASIDIR 
 
Məcnun dedi: "Ey yeganeyi-əhd!  
Tədbirimə çoxlar etdilər cəhd,  
Çox əhli-əzaim etdi tədbir,  
Olmadı pəri bu divə təsxir.  
Topraqlara töküldü çox zər,  
Olmadı bi kimiya müyəssər.  
Səndə bilirəm ki, lütf çoxdur,  
Nə sud, çu məndə bəxt yoxdur?!  
Sürmə, bilirəm ki, artırır nur,  
Nə faidə, göz əgər ola kur?  
İqbalıma yoxdur e'timadım,  
Müşkül görünür mənim muradım.  
Ah ər qılasan bu şüğlə iqdam,  
Rə'yincə iş olmaya sərəncam,  
Həm dustum olmaya mənə yar,  
Həm düşmən ola nə dust kim var.  
Bəxtim, bilirəm, mənim yamandır,  
Sud istədigin mənə ziyandır.  
Bəxtim sifətində bir qəzəl var  
Daim qılıram mən onu təkrar:" 
 
 
BU QƏZƏL MƏCNUM-ZARİNDİR 
 
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,  
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm. 
 
Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,  
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. 
 
Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfn,  
Sefadan dəm uran həmdəmləri əhli-riya gördüm. 
  


116 
 
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,  
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm. 
 
Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,  
Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm. 
 
Mənə göstərdi gərdun tirə bəxtim kövkebin yüz gəz,  
Məni-bədbəxt ona hər gah kim baxdım, qara gördüm. 
 
Fizuli, eyb qılma üz çevirsəm əhli-aləmdən, 
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm. 
  


117 
 
BU, NÖVHƏLİN MƏCNUNA 
ÜMİDVARLIQ VERDİGİDİR 
və 
HÜSNİ-MÜSAHİBƏTLƏ RİZASINA 
GİRDİGİDİR 
 
Növfəl dedi: "Ey ədibi-kamil!  
Feyzi-nəzərimdən olma qafil!  
Lülahühəmd qeyrətim var,  
Qeyrət qədərincə qüdrətim var.  
Sən cəhd elə ki, yar ola əhl,  
Çün yardır əhl, kardır səhl".  
Məcnun həm ümid ilə olub şad,  
Tərk etdi təriqi-təb'i-mö'tad,  
Həm südi qübari-fərqi-geysu,  
Həm eylədi qət' naxunü mu.  
Həm cisminə verdi zibi-camə,  
Həm başına zivəri-əmamə.  
Bəzmi-tərəbi məqam tutdu,  
Meyli-tərəb etdi, cam tutdu.  
Növfəl həm olub mülazimi-əhd,  
İmdadına qıldı can ilə cəhd.  
Aldı ələ müşkbar xamə,  
Leyli həşəminə yazdı namə:  
"K'ey taifeyi-büləndpayə,  
Biganəlik etmən aşinayə!  
Edib məni iltifata məmnun,  
Leylini edin rəfiqi-Məcnun!  
Ol lalə isə, bu nəstərəndir,  
Şümşad isə ol, bu narvəndir.  
Ol buna bu onadır səzavar,  
Ey əhli qərəz, nədir bu azar?!  
Kam olsa nizasız müyəssər,  
Ha, gənci-dürü xəzaneyi-zər!  
Vər olsa bu xeyr işdə təxir,  
Ha, tə'ni-sinanü zərbi-şəmşir!" 


118 
 
 
Ol qövmə çü rövşən oldu əhval,  
Oldu bu cəvab olardan irsal  
Kim: - "Bizdə cünun əlacı yoxdur.  
Divanələr ehtiyacı yoxdur. 
Gəncü dürə eyləmə təfaxür!  
Bəsdir bizə gəncimizdəki dür!  
Laf ilə qılıncdane urmağıl dəm  
Kim, var qılıncımızğbizim həm!" 
  


119 
 
BU, NÖVHƏLİN LEVLİ HƏŞƏMTLƏ  
RƏZM ETDİGİDİR 
və 
RƏZMDƏ QALİB OLMAYIB  
SÜLHƏ ƏZM ETDİGİDİR 
 
Novfəl ki, eşitdi bu cəvabı,  
Tərk eylədi şahidü şərabı,  
Cəm etdi sipahi-binəhayət,  
Çaldırdı nəfırü çəkdi rə'yət.  
Ol qövm bəm oldular xəbərdar,  
Cəm eylədilər sipahi-xunxar.  
Rəf oldu iki tərəfdən azərm,  
Həngameyi-rəzmi etdilər gərm.  
Bir sübh ki, qıldı xosrovi-Rum  
Şam əhünə Hind fəthini şum;  
Səyyarədən aldı mehr meydan,  
Çaldı qılıncın, götürdü qalxan,  
Gün xəncəri oldu aşikarə,  
Gərdun zirehini etdi parə,  
Şətrəncsifət ol iki ləşkər  
Bir-birinə durdular bərabər.  
Gəh nizə qılırdı cansitanlıq,  
Gəh navək edərdi xunfeşanlıq.  
Ol bənzər idi qədi-nigarə,  
Bu qəmzeyi-dilfiribi-yarə.  
Eylərdi zəbani-tə'ni-şəmşir  
Əhvali-ədəm vücudə təqrir.  
Əhvalına xəlqin ağlayıb zar,  
Çeşmi-zireh olmuş idi xunbar.  
Gürz ilə olurdu xürd hər su,  
Cövşənlərü üstüxani-pəhlu.  
Rəzm oldu bəla yağışlı bir miğ,  
Rə'dü bərqi tüfəng ilə tiğ.  
Göstərdi güzar gürzü peykan,  
Qalxanda zireh, zirehdə qalxan. 


120 
 
Məcnun olara qılıb nəzarə,  
Çəkmişdi özünü bir kənarə,  
Durmuşdu ələmmisal bibak,  
Bir ərsədə şərmsarü qəmnak.  
Çəkmişdi bu ləşkər içrə rayət,  
Ol ləşkər üçün dilərdi nüsrət.  
Bunlar ilə hay-huy edərdi,  
Fəth onlara cüstcuy edərdi.  
Bu ləşkər ona müinü qəmxar,  
Ol talibi-fəthi-ləşkəri-yar.  
Gər öz sipəhində görsə məqtul,  
Şükr eyləməyə olurdu məşğul.  
V'ər görsə qətili-qövmi-dildar,  
Dərd ilə qılırdı naləvü zar.  
Səbzə kimi, olsa gər müyəssər,  
Öz ləşkərinə urardı xəncər.  
Bir kimsə dedi ki: "Ey siyəhruz!  
Xəsmini dilərmi kimsə firuz?  
Biz can qılırız yolunda pamal,  
Sən düşmən üçün dilərsən iqbal?  
Əqlə bu iş eyləməz dəlalət,  
Gər aqil isən, nədİr bu halət?"  
Məcnun dedi: "Mən fədayi-yarəm,  
Vəslinə onun ümidvarəm.  
Çün ləşkəri-yardır qılan rəzm,  
Ol rəzmə nə layiq eyləmək əzm?  
Çün dust sipahidir edən cəng,  
Düşmənliyə xoş degildir ahəng.  
Xoşdur ki, bulam vüsalə fürsət,  
Yarım tərəfində ola nüsrət.  
Canım ola dust dilpəziri,  
Ya küştəsi ola, ya əsiri.  
Bu mə'rəkədə nişatməndəm,  
Ol silsilədə əsiri-bəndəm.  
Müşkül işə olmuşam giriftar,  
Əğyarım yarü yarım əğyar. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə