MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

71 
 
Mə'zur tut, ey əziz, mə'zur!  
Mən qəsd ilə səndən olmadım dur.  
Çox sidq ilə eylədim ona əzm  
Kim, dövləti-vəslinə edəm cəzm,  
Su saldı yoluma əşki-həsrət,  
Damanımı tutdu xari möhnət".  
Təhrir qılıb münasibi-hal,  
Bu şe'ri həm etdi ona irsal: 
 
 
QƏZƏL 
 
Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,  
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, mə'zurəm! 
 
Əgər çaki-giriban eyləsəm, mən' eyləmən, çün mən  
Mətai-nəngdən ari, libasi-ardən urəm. 
 
Mənü səhrayi-vəhşət, mənzil etməm afiyət küncün,  
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm. 
 
Təmərrüd, əql fərmanından etsəm, dustlar, billah,  
Məni rə'yimlə sanman, eşq sultaninə mə'murəm. 
 
Mənə kim tənə eylər, kiın nəsihət əhli-aləmdən,  
Xoşam ki, e'tibari-eşq ilə hər dildə məzkurəm. 
 
Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,  
Nə müştaqi-behiştəm sən kimi, nə talibi-hurəm. 
 
Xəyali-çini-zülfü taqi-əbrusilə zövqüm gör,  
Sanasan həşmət ilə kəsriyəm, qədr ilə fəğfurəm. 
 
Qərəz bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,  
Bihəmdülah, Füzuli, rindü rüsvalıqda məşhurəm. 
 
  


72 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Ol şiveyi-eşq içində mahir,  
Qaldıqda vəsiyyətini axir,  
Qıldı, gözədib təriqi-vəhşət,  
Əshabdən inqitai-ülfət.  
Səhrayə düşüb günəş misali,  
Tənha yürür oldu laübali.  
Hər daşə ki, yetdi tökdü yaşın,  
Lə'l eylədi kuhü dəşt daşın  
Gözyaşını bəs ki, tökdü hər su,  
Hər mərhələdən axıtdı min cu.  
Bir əbri-bəla idi, güvahi:  
Baran - sirişki, bərq - ahi.  
Baran ilə bərqi cismü candan,  
Bir mərtəbədə ki, bundan, andan  
Dəryalərə yetsə ləm'əyi-tab,  
Səhralərə düşsə qətreyi-ab,  
Dəryalar olurdu cümlə səhra,  
Səhralər olurdu cümlə dərya.  
Fəryad ilə doldurub bu deyri,  
Fəryadə gətirdi vəhşü teyri.  
Ərğanı yetirdi asimanə,  
Atəş salıb ah ilə cəhanə. 
  


73 
 
BU, MƏCNUN ATASININ 
VAQİFİ-HAL OLDUĞUDUR 
və 
ONU BİYABANİ-MÖHNƏTDƏ  
BULDUĞUDUR 
 
Gəncinəgüşayi-gəncgöftar  
Olmuş bu əda ilə gühərbar:  
K'ol bir neçə biqərarü məhzun  
Naçar qılıb vidai-Məcnun,  
Nomid dönüb şikəstəvü xar,  
Qıldılar atasını xəbərdar.  
Ol pir çü vaqif oldu halə,  
Məcnun kimi etdi ahü nalə.  
Səhralərə tutdu seyltək üz,  
Vadilərə açdı çeşmətək göz,  
Çox aradı, gəzdi hər məkam,  
Bulunmadı oğlunun nişanı.  
Ta aqibət ol şikəstəhali  
Bir guşədə gördü laübali.  
Düşmüş yerə, xaksarü qəmnak,  
Əhvalı xərabü sinəsi çak.  
Dönmüş güli-sürxi zə'fəranə,  
Şümşadi-lətifi xeyzəranə.  
Ayinəsini qubar tutmuş,  
Jəngi-qəmi-ruzigar tutmuş;  
Etmiş əlifin sitəm yükü dal,  
Qılmış qələmin fələk qəmi nal.  
Həmsöhbəti murü həmdəmi mar,  
Təkyəgəhi xakü bəstəri xar.  
Xar üzrə ona dəlik-dəlik tən,  
Açmış qəm evinə dürlü rövzən. 
Ol pir, çü gördü surəti-hal,  
Surət kimi qaldı bir zaman lal.  
Bir ləhzə onu təhəyyür aldı,  
Heyrət gözü ilə baxa qaldı.  
Sonra yaxa yırtıb etdi fəryad:  
"K'ey bülbüli-bustani-bidad!  
Hali-dilini mənə bəyan et, 
 


74 
 
Əsrari-nihanini əyan et. 
Kim aldı əlindən ixtiyarın? 
Kim eylədi tirə ruzigarın? 
Billah, netə biqərar olubsan, 
Aşüfteyi-ruzigar olubsan! 
Nə seyrdəsən, sənə tələb nə, 
Bu naleyi-zarinə səbəb nə? 
Dəryadə isə sənə düri-kam, 
Sən söylə, mən eyləyim sərəncam. 
Zülmətdə isə şəm'i-məqsud, 
Rövşən qılü məndən istə mövcud". 
Məcnun dedi: "Ey mənə verən pənd, 
Danayi-süxənvərü xirədmənd! 
Kimsən, nədürür bu göftgulər, 
Bifaidə batil arizulər? 
Get, dərdimə sən dəva degilsən
Biganəsən, aşina degilsən! 
Mən böylə kəmalə tutmazam guş, 
Leyli sözü söylə, yoxsa xamuş!" 
Dedi: "Mənəm atan, ey bəlakəş, 
Mən səngi-məlamətəm, sən aləş!" 
Dedi: "Nədir, atə, yoxsa anə? 
Leyli gərək, özgədir fəsanə". 
Çün gördü itaətində ehmal
Bildi ki, fəqir özgədir hal, 
Verdi bu firib ilə təsəlli 
Kim: "Dur gedəlim, çağırdı Leyli! 
Leyli bizə gəldi, mihmandır, 
Lə'li tələbində dürfəşandır". 
Məcnun ki, eşitdi Leyli adın, 
Sandı ki, fələk verər muradın. 
"Lobbeyk" deyib ayağə durdu, 
Ol Kə'beyi-məqsədə üz urdu. 
Pir ilə cəvani-dilşikəstə
Gəldi evə düfigarü xəstə. 
Başında həvayi-vəsli-Leyli, 
Nə ata qəmi, nə ana meyli. 
Gah ata nəsihət etdi ağaz, 
Gah anası oldu pəndpərdaz. 
  


75 
 
BU, MƏCNUNA ANASI  
PƏND VERDİGİDİR 
və 
BUSTANİ-MƏLAMƏTDƏN  
XARİ-NƏBAMƏT DƏRDİGİDİR 
 
"Key rahəti-canü nuri-didə!  
Fərzəndi-yeganeyi-güzidə!  
Şə'nində rəyasəti-ərəb var,  
Mirasi-şücaətü ədəb var.  
Ətvari-müluki tut həmişə,  
Ayini-şücaət eylə pişə.  
Əbruyi-xəm isə gər muradın,  
Süst etmə kəmanə e'tiqadın!  
Müjgani-siyahdən götür dil,  
Ol navəki-cansitanə mayil!  
Olsan nigərani-qəddü qamət,  
Qıl nizeyi-xunfəşanə rəğbət!  
Gər zülf ilə görmək istəsən xal,  
Gör hey'əti-nöqtə, peykəri-dal! 
Könlün gözü qaşə olsa məftun,  
Gör dideyi-eynü əbruyi-nun!  
Sən sərvsən, olmagil giranbar!  
Azad ola gör, nə kim giriftar!  
Sən lə'lsən, olmagil səbüksəng,  
Döndərmə günəş görüb rəvan rəng!  
Etmə özünü hübabmanənd  
Başında olan həvayə xürsənd!  
Kim, yoxdurur ol həvayə bünyad,  
Başın olur ol həvayə bərbad.  
Sərgərmlik etmə şəm'nisbət,  
Suzi-qəmi-eşq ilə mürüvvət. 
Gör şəm'i necə düşər bəlayə,  
Başına gedən, gedər fənayə.  
Zövqi-dilü didə qılma adət!  
Salma meyü şahidə iradət!  
Məhbubü mey ilə bəsləyən can 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə