MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   2   3   4   5   6   7   8   9   ...   64

14 
 
Sirri-əzəlü əbəddən agəh!  
Ey bari Xudayi-aləmaray,  
Təhsin işinə həmin ola ray!  
Əhsəntə, zəhi həkimi-kamil!  
Nə şükr ola sün'ünə müqabil?  
Fitrət rəqəmin çəkən zamanda,  
Həqqa ki, bir əmri-"kün fəkanda";  
Höktn etdin ki, nə ola əhval,  
Nə vəz' ilə çizgİnə məhü sal.  
Dövran nə zamanda ola axir,  
Hər dövranda nə oia zahir.  
Necə ola fərdi-ııosü-Adəm,  
Hər fərdi onun nə edə hər dəm.  
Əşyaya çox etmozəm təhəyyür,  
Səndəıı yanadır həmin təfəkkür.  
Əşya əcəb olmaz olsa zahir,  
Çün var sənin kimi məzahir,  
Ərama çü sənə qədimdir zat,  
İdrak sonə yetərmi, heyhat!  
İdrakimizə kəmali-heyrət,  
Tövhidinə bəsdürür dəlalet.  
Əndişeyi-zat qılmaq olmaz,  
Bilmək bu yetər ki, bilmək olmaz.  
Ol dəm ki, urub binayi-möhkəm, 
Çəkdin rəqəmİ-nizami-alom,  
Həqqa ki, xoş intizam verdin,  
Arayişini təmam verdin.  
Etdin gərəyin gər az, gər çox,  
Bir nəsnə gərəkli yox ki, ol yox.  
Bir növ ilo eylədin mühəyya  
Kim, gəldi qüsurdan mübərra.  
Əşyadə əgərçi raz çoxdur,  
Ol kim ola razm onda yoxdur.  
Əşya necə səndən olsun agah,  
Əlqüdrətü vəl-bəqaü lillah.
1
 
                                                            
1
 
Qüdrət və böyüklük Allaha məxsusdur. 
 
 


15 
 
 
 
BU, MÜNACAT DƏRYASINDAN 
BİR CÖVHƏRDİR 
və 
TƏZƏRRÖ' MƏ'DƏNİNDƏN BİR GÖVHƏRDİR 
Ya Rəb, kərəm et ki, xarü zarəm, 
Dərgahə bəsi ümidvarəm. 
Torpaq idim, eylədin bir insan, 
Müstövcibi-əqlü qabili-can. 
Gər can isə xaki-dərgəhindir, 
Vər əql isə saliki-rəhindir. 
Mən gülşəni-can içində xarəm, 
Ayineyİ-əqlə bir qübarəm. 
Nəm
1
 var ki, laf edəm özümden, 
Məhv eylə məııi mənim gözümdən. 
Ol gün ki, yox idi məndə qüdrət
Qıldın mənə qeybətimdə rəğbət. 
Can verdinü sahibi-dil etdİn, 
İdraki-ümurə qabil etdin. 
Gər səfheyi-surətə misalim 
Çokməzdi qəza, nolurdu haiim? 
Hala ki, həvaləgahi-cudəm, 
Məqbuli-səadəti-vücudəın, 
Yüz şükr ki, yox sənə xilafım, 
İnsafım var, var e'tirafim. 
Öylə degiləm ki, bu aradə 
Sədd ola sülukim e'tiqadə; 
Hər lehzə əqidəm ola zail, 
Tövhidinə istəyəm dəlail. 
Rahi-tələbində biqərarəm, 
Əmma tələbimdə şermsarəm. 
Doğru yola getmədim' nə hasil? 
Bir mənzilə yetmədini' nə hasil? 
Hər ərsədə hər əsər ki, gördüm, 
Sənsən deyib ol əsər, yügürdüm; 
 
                                                            
1
 Nəyim 
 
 


16 
 
Çün verdi xəyal ona xəmü piç,  
Mən münfəil oldum, ol əsər hiç.  
Mən əqldən istərəm dəlalət,  
Əqlim mənə göstərər zəlalət.  
Təhqiq yolunda əql netsin,  
Əmavü qərib qanda getsin?  
Tövfiq edəsən məgər rəfıqim,  
Ta səhl ola şiddəti-təriqim.  
Gör hirsimi, istəgincə ver kam,  
Səndən iqbalü məndən iqdam.  
Elmində əyandır e'tiqadım,  
Sənsən, səndən həmin muradım.  
Dünya nədirü təəllüqati?  
Əndişeyi-mövtdür həyati.  
Əmma deməzəm yalandır ol həm,  
Sermenzili-imtohandır ol həm.  
Billah ki, bu dilfirib mənzil  
Öylə mənə verdi rahəti-dil  
Kim, əski məqamımı unutdum,  
Sandım vətənim, məqam tutdum.  
Müşkül gəlir indi tərkin etmək,  
Bir özgə məqamə dəxi getmək.  
Mən böylə qılırdım e'tibari  
Kim, bunda olur könül qərari;  
Bundan dəxi yey məqam olmaz,  
Zövqü bu yerin təmain olmaz.  
Əmma çü sənindürür bu göftar  
Kim, dünyadan özgə axirət var;  
Oldur ki, məqami-cavidandır,  
Kami-dilü rahəti-rəvandır.  
Göftanna e'tiqad qıldım,  
Ol yaxşıraq olduğunu bildim.  
Bildim bu imiş sənin muradın  
Kim, əhli-kəmal ola ibadın.  
Bunda yetə rütbeyi-kəmalə,  
Onda yetə dövlətə-vüsalə.  
Fərz oldu bir əzmə  cəzm qılmaq 
 


17 
 
Me'raci-kəmalə əzm qılmaq.  
Bu rahdən etmək olmaz ikrah,  
Xoş rahdurur sənə gedən rah.  
Əvvəldə çü lütffin oldu mə'lum,  
Axır günü də həm etmə məhrum!  
Çün yadi-vüsal edib rəvanım,  
Əzmi-rəhi-qürbün edə canım,  
Ol ləhzə həm etmə şəfqətin kəm,  
Tövfiqinə qıl rəfiq hər dəm!  
Çün əql ilə can əmanətindir,  
Məndə əsəri-inayətindir,  
Bunları mənimlə zar qılma,  
Bir neçə əzizi xar qılma!  
Ta kim, bu məqamı tərk edəndə,  
Səndən yana əzm edib gedəndə,  
Məndən cəzə' ilə getməsinlər,  
Dərgahə şikayət etməsinlər.  
Şum olmasın onlara vüsalim,  
Olmasın olardan infialim. 
 


18 
 
BU, VACİBÜL-VÜCUD İSBATINA 
BÜRHANİ-QATE 'DİR 
və 
BƏQAİ-SAİR MÖVCUDATA  
DƏLİLİ-MANE'DİR 
 
Etmok gərək əhli-feyzi-biniş,  
Təhqiqi-vücudi-afəriniş.  
Bilmək gərək onu kim, cəvahir  
Nə gənci-nihandan oldu zahir?  
Nə dairədir bu dövri-əflak,  
Nə zabitədir bu mərkəzi-xak?  
Cismə ərəzi kim etdi qaim,  
Narə nədən oldu nur lazim?  
Hər xilqətə gərçi bir səbəb var,  
Aya, səbəbi kim etdi izhar?  
Gər kaf ilə nundan oldu aləm,  
Aya, nədən oldu kafü nun həm?  
Bihudə degil bu karxanə,  
Bifaidə gərdişi-zəmanə.  
Haşa ki, bu bargahi-ali  
Bir dəm iyosindən
1
 ola xali.  
Haşa ki, bu türfə nəqşi-qərra  
Nəqqaşından ola mübərra.  
Fikr eylə və gör, nədir bu üslub,  
Nə saniedir bu vez'i-mənsub?  
Hər zərreyi-zahirin zühuri  
Bir özgəyə bağlıdır zəruri.  
Gər qayətə eyləsən təəmmül,  
Zahir olur onda məzhəri-küll.  
Versən özünə fənayi-mütləq,  
İsbat olur ol fəna ilə həq.  
Gər var isə mə'rifət məzaqi,  
Fani sənə bəs dəlili-baqi.  
Həqqa ki, həmin vücud birdir, 
  
                                                            
1
 
Yiyəsindən, sahibindən
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə