“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   2   3   4   5   6   7   8   9   ...   42
liyev-R-hman

İşin praktiki əhəmiyyəti
. Dissertasiya işində əldə olunmuş nəzəri və praktiki 
nəticələr kommersiya strukturlarında sayılan mal ehtiyatları uçotunun səmərəli 
təşkilinə mal ehtiyatlara olan tələbatının daha tam dolğun ödənilməsinə, bu məq-
sədlə bütöv daxili ehtiyat mənbələrinin səfərbər olunmasına əsaslı şərait yaradır. 
Dissertasiya işində irəli sürülən əməli təkliflərin tətbiqi kommersitya strukturların-
da uçotun və təhlilin səmərəli mexanizminin yaradılmasını, bazar münasibətləri 
şəraitində mal ehtiyatları uyğun qənaətin stimullaşdırılmasının zəruri aspektlərinin 
seçilməsini təmin edə bilər. 
Dissertasiya işinin həcmi və strukturu. Tamamlanmış dissertasiya işi giriş, üç 
fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından, əlavələr, sxemlərdan və 
cədvəllərdən ibarətdir. 
 
 



FƏSİL I. HAZIR MƏHSUL İSTEHSALI VƏ SATIŞI BARƏSINDƏ 
ANLAYIŞ, ONLARIN UÇOTUNUN QARŞISINDA DURAN VƏZİFƏLƏR 
1.1.
 
Hazır məhsul istehsalı və satışı barəsində anlayış, uçotunun və auditinin 
vəzifələri 
Hazır məhsul müəssisənin istehsal prosesinin son məhsuludur. Hazır məhsul 
bütöv istehsal prosesinin başa vurmuş və texniki nəzarət şöbəsi tərəfindən qəbul 
edilən məhsullardır. 
Yüklənib göndərilmiş və ya buraxılmış məhsullar, yerinə yetirilmiş işlər və 
edilmiş xidmətlər dedikdə elə məhsullar, işlər və xidmətlər başa düşülür ki, hansı 
ki, onlara müəssisə tərəfindən hesab-ödəmə tələbnaməsi yazılır və banka artıq 
təhvil verilirb, lakin alıcı tərəfirndən ödənilməyib. Göndərilmiş (buraxılmış) 
məhsullar, göndərilmiş işlər və edilmiş xidmətlər, hesab-ödəmə tələbnaməsini 
ödəməyə kimi tədavül sferasında olur və Buna görə də aydındır ki, xüsusi hesabda 
uçotu alınır, yəni göndərilmiş hesab olunurlar. 
Bazar iqtisad uyğunyyatı şəraitinin məhsul istehsalının və satışının qarşısında 
bir sıra mühüm vəzifələr durur. Bunlara aşağıdakıları aid etmək olur: 
- məhsul istehsalı prosesi üzərində ciddi uçott nəzarətinin təmin etmək. Bu 
məqsədlə məhsul istehsalına çəkilən məsrəflərin vaxtında ilk sənədlərlə rəsmiyyətə 
salınmasını təmin etmək; 
- istehsal olunmuş məhsulların vaxtında ilk sənədlərdə rəsmiyyətə salınmasını 
həyata keçirmək və bunun uçotda dəqiq əks etdirilməsini təmin etmə; 
- istehsalı olunmuş məhsullara çəkilən xərcləri uçotda dəqiq əks etdirmək və 
məhsulların istehsal maya dəyərinin düzgün hesablanmasını təmin etmək; 
- yüklənib alıcıların ünvanına göndərilmiş məhsulların vaxtında və düzgün 
rəsmiyyətə solanımasını və uçotda əks etdirilməsini təmin etmək; 
- satılmış məhsullar uyğun əməliyyatları uçotda düzgün əks etdirilməsini 
təmin etmək; 
- kommersiya xərclərinin saılmış məhsullara aid edilməli olan hissəsini 
düzgün müəyyən etmək və satılmış məhsullara dəqiq aid etmək; 



- satılmış məhsulların həcmini və onların tam maya dəyərinin obyektiv 
hesablanmasını təmin etmək; 
- məhsul satışından olan maliyyə nəticəsinin düzgün hesablamaq və müvafiq 
hesablarda dəqiq əks etdirilməsi. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə